Məhkəmə qərarları › İş №1(3-7)-119/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-119/2026

27.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-119/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ********* nömrəli cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmış və həmin cinayət işindən ayrılmış və hal-hazırda istintaqı davam edən ********* nömrəli cinayət işi üzrə sonradan aşkar edilmiş çox saylı faktlar mövcuddur. Odur ki, qeyd olunan halların ona sonradan məlum olduğunu nəzərə alaraq şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq məhkum göstərdi ki, məhkəmənin hökmünü vaxtında – ##.##.2023-cü ildə alıb tanış olmuş, bu barədə işdə olan qəbzi imzalamışdır. Səhhətində yaranan problemlərə görə hökmdən apellyasiya şikayəti verməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, məhkumun cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, məhkumun və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm ##.##.2023-cü il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, məhkum ##.##.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmün surətini almışdır (bax II cild. i.v.97). Bundan sonra, məhkumun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti ## ##### 2026-cı il tarixdə imzalanaraq məhkəməyə təqdim olmuşdur. Bununla da məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 2 (iki) 8 (səkkiz) ay müddət sonra şikayət vermiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət ötürülmüşdür. CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayətinin vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkumun hökmdən apellyasiya şikayətini vaxtında verə bilməməsini məhz səhhətində yaranan problemlər ilə əlaqədar göstərməsini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Eyni zamanda qanunvericiliyi düzgün başa düşməməsi də onun qanunu bilməməsinə əsas vermir. O, keçən müddət ərzində kifayət qədər vaxt və imkana malik olmuş, onun hökmdən apellyasiya şikayəti verməsini istisna edə biləcək üzrlü hər hansı hal isə iş materiallarında aşkar edilməmişdir. Apellyasiya məhkəməsi şikayətin verilmə müddətinin bərpa olunması üçün əsaslar görmür və hesab edir ki, müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar