Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-120/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Ziya Abdullayev) ##.##.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hacıəhmədli kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ilə 2024-cü ilin sentyabr ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Alpout kəndi ərazisində yerləşən Bərdə-Mal bazarında görüşüb danışaraq nisyə formasında ona iribuynuzlu mal-qara verməsini və həmin mal- qaranı qısa müddətdə satıb pulunu qaytaracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra, həmin etibardan suiistifadə edərək əslində Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə eyni tarixdə eyni məkanda Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat dəyərində 2 baş iribuynuzlu heyvanları, ondan 3-4 gün sonra isə 2024-cü ilin sentyabr ayının əvvəllərində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib Zərərçəkmiş şəxs guya Ağdam rayonundan 80 baş iribuynuzlu mal-qara alıb gətirib sataraq yaxşı gəlir əldə edəcəkləri və həmin gəliri aralarında bərabər böləcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək əslində Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirmək məqsədilə eyni vaxtda eyni məkanda Zərərçəkmiş şəxs 10000 (on min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib 2 baş iribuynuzlu heyvanları qonşusu şahid5 dəyərindən ucuz qiymətə 2000 manata satmaqla səxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən narazı olmasının səbəbi təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır olmaqla onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamasıdır. Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətmişdir, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, zərərçəkmiş şəxslə barışmışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, evli olmaqla himayəsində 4 azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxarmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslə barışmışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, evli olmaqla himayəsində 4 azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və zərərçəkmiş şəxsə dəmiş maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə də şikayətlərdə göstərilənlərin nəzərə alınmasını, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsini və ya ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16, 5.2.1 və 5.3-cü bəndlərinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilməsini məhkəmə xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsindən və ya ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsinidən ibarətdir. Məhkəmə CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunubolunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü amnistiya aktına əsasən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsini, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində və apellyasiya çıxışanda müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını və ya ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Apellyasiya şikayətlərində qeyd olunan cəzanı yüngülləşdirən halların tam nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.1, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, eyni zamanda himayəsində 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, təqsirləndirildiyi maddənin sanksiyasının aşağı həddinə yaxın azallıqdan məhrumetmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə icraatı zamanı tətqiq edilmiş və iş materiallarında olan ## #### 2026-cı il tarixli, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş zərər tam olaraq ödənilmiş və ondan şikayət və tələbi yoxdur. Iş materiallarında olan Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon Icra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.1958-ci i təvəllüdlü atası Məmmədov Fəxrəddin Vəli oğlu, ##.##.2014-cü il təvəllüdlü qızı X5, ##.##.2017-ci il təvəllüdlü oğlu X6, ##.##.2010-cu il təvəllüdlü qızı X8 və ##.##.2023-cü il təvəllüdlü qızı X4 ilə birlikdə Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 4 (dörd) azyaşlı uşağı var. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edilməlidir. Həmin Qərarın 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cəzadan azad edilirlər. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 5.2.1-ci bəndinə əsasən məhkəmələr bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər. Həmin qərarın 5.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən məhkəmələr bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq olunmaqla o, məhkəmənin hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından azad olunmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 397-399, 404-405, 407, 410-cu və 412-ci maddələrini və “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16, 5.2.1 və 5.3-cü bəndlərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI : Apellyasiya apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəzaya aid hissədə Amnistiya aktına əsaəsən dəyişdirilsin. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16, 5.2.1 və 5.3-cü bəndlərinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək o, məhkəmənin hökmü ilə ona təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-120/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-120/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver