Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-124/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X1, Məhkum təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Məhkum təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət verilmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs1 hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün surətinin ona verilməsi ilə bağlı qəbzə imza etsə də, lakin hökm ona verilməmişdir. Barəsində olan hökm icra edilməsi üçün Ağdam rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və probasiya şöbəsinə dəvət olunan zaman hansı cəza təyin olunduğu orada ona izah olunmuşdur. Hökm elan olunan zaman ona təyin olunmuş cəzanın mahiyyətini başa düşməmişdir. Bu səbəbdən və hökm ona verilmədiyi üçün hökmdən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum təqsirləndirilən şəxs1 və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq müdafiəçi göstərdi ki, hökm məhkuma gec təqdim edilib. Onun hüquqi savadı olmadığı üçün həmin hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, məhkumun cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından məlum olur ki, məhkum təqsirləndirilən şəxs1 barəsində olan hökm ##.##.2026-cı il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmiş, hkm qanuni qüvvəyə minənədək nə müdafiəçi və nə də ki, məhkum tərəfindən apellyasiya şikayəti verilməmişdir. İş materialında olan sənədlərdən görünür ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ##.##.2026-cı il tarixdə qanuni qüvvəsini aldıqdan sonra qanunda nəzərdə tutulmuş qaydada hökmdən müvafiq göstəriş Ağdam rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və ##.##.2026-cı il tarixdə qeydiyyata götürülmüşdür. Həmin tarixdə məhkum təqsirləndirilən şəxs1 qeyd olunan hökmün icrası ilə bağlı Ağdam rayon İcra və Probasiya şöbəsinə dəvət edilərək onunla fərdi söhbət aparılmış, izahatı alınmış, ona hüquq və vəzifələri izah olunmuş və bu barədə protokol tərtib edilmişdir (bax- II cild. i.v.109-113). CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum təqsirləndirilən şəxs1 barəsində hökm elan olunduqdan sonra o, həbsdə saxlanılmadığı üçün hökm elan olunduğu andan, yəni 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vermək hüququna malik idi. Məhkum təqsirləndirilən şəxs1 və ya onun müdafiəçisi hökm qanuni qüvvəy minənədək yəni ## ###### 2026-cı il tarixə kimi apellyasiya şikayəti vermək hüququna malik olduqları halda 1 ay 13 gündən sonra ## ###### 2026-cı il tarixdə təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayətinin vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkumun hökmdən apellyasiya şikayətini vaxtında verə bilməməsini hüquqi savadının olmaması və qanunvericiliyi düzgün başa düşməməsi onun qanunu bilməməsinə əsas vermir. O, keçən müddət ərzində kifayət qədər vaxt və imkana malik olmuş, onun hökmdən apellyasiya şikayəti verməsini istisna edə biləcək üzrlü hər hansı hal isə iş materiallarında aşkar edilməmişdir. Apellyasiya məhkəməsi şikayətin verilmə müddətinin bərpa olunması üçün əsaslar görmür və hesab edir ki, müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-124/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-124/2026
04.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver