Azәrbaycan Respublikası adından Qərar Gәncә şәhәri İş № 1(3-7)-125/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X20 (sәdrlik edәn), Hüseynov Salman Bilal oğlu vә Əzizov Sevindik Əziz oğlundan ibarәt tәrkibdә, Mәmmәdov Elvin Israyıl oğlunun katibliyi, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru, R dövlәt ittihamçısı1, Mәhkumlar tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 vә onların müdafiәçilәri Gәncә Regional Vәkil Bürosunun vәkillәri müdafiәçi3, müdafiәçi4 vә X17 iştirakları ilә, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM) 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmәlәrinә dair Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 1(100)-82/2025 saylı hökmündәn mәhkum tәqsirlәndirilәn şәxs2 vә onun müdafiәçisinin mәhkum tәqsirlәndirilәn şәxs1 müdafiәçisi tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri üzrә cinayәt işinә Gәncә Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında mәhkәmә baxışı keçirmәklә, mәhkәmә M Ü Ə Y Y Ə N E T D İ: ##.##.1994-cü ildә Yevlax şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, mәhkumluğu olmayan, işlәmәyәn, Yevlax şәhәri, Ç.Mustafayev küçәsi, ev 106 mәnzil 11-dә qeydiyyatda olmaqla yaşamış,barәsindә “hәbs” qәtimkan tәdbiri seçilmәklә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı istintaq tәcridxanasında saxlanılan ##.##.1989-cu ildә Rusiya Federasiyasının Moskva şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, mәhkumluğu olmayan, işlәmәyәn, ünvan 3 ünvanında qeeydiyyatda olmaqla hәmin ünvanda yaşamış,barәsindә “hәbs” qәtimkan tәdbiri seçilmәklә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı istintaq tәcridxanasında saxlanılan Işin halları: Hökmә әsasәn, tәqsirlәndirilәn şәxs2 tanışı tәqsirlәndirilәn şәxs1 ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşәrәk istintaqa mәlum olmayan vaxt vә mәnbәdәn satış mәqsәdilә qanunsuz olaraq külli miqdarda narkotik vasitәlәri, yәni 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 960 qram tәrkibindә narkotik maddәlәr olan çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda qurudulmuş marixuananı, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 400 qram narkotik tәrkibli çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda hәşiş qәtranını, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 399,552 qram kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda heroini, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 62,181 qram xaşxaş bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan olan külli miqdarda tiryәki әldә edib bir әdәd ağ rәngli torbanın içәrisindә tәqsirlәndirilәn şәxs1 idarә etdiyi «Mercedes Benz C220 CDI” markalı, 99- KN-945 dövlәt qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, Tovuz rayon polis şöbәsinin әmәkdaşları tәrәfindәn ## ##### 2023-cü il tarixdә, saat 06:30-da Tovuz şәhәrindә yerlәşәn “Asan” Xidmәt Mәrkәzinin qarşısında saxlanılaraq Tovuz şәhәri, M.Musayev küçәsi ** saylı ünvanda yerlәşәn Tovuz rayon polis şöbәsinә gәtirilәrәk orada tәqsirlәndirilәn şәxs1 idarә etdiyi «Mercedes Benz C220 CDI” markalı, 99- KN-945 dövlәt qeydiyyat nişanlı avtomobildә hәmin tarixdә saat 08:35dәn saat 09:50-dәk olan müddәt әrzindә aparılmış axtarış zamanı, avtomobilin arxa sağ ayaqaltı hissәsindәn bir әdәd ağ rәngli torbanın içәrisindә 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 960 qram tәrkibindә narkotik maddәlәr olan çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda qurudulmuş marixuana, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 400 qram narkotik tәrkibli çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda hәşiş qәtranı, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 399,552 qram kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda heroin, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 62,181 qram xaşxaş bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan olan külli miqdarda tiryәk aşkar edilәrәk götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Mәhkum apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünü әdalәtsiz hesab edir. Odur ki, onun işinә yenidәn baxılmasını vә barәsindә әdalәtli qәrar qәbul edilmәsini xahiş edir. Birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd edilәn hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 müdafiәçisi müdafiәçi7 apellyasiya şikayәti verәrәk Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünü lәğv edilmәsini vә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri üzrә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 barәsindә bәraәt hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiәçi apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, aşağıdakı göstәrilәnlәrә әsasәn birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәr işin faktiki hallarına uyğun gәlmәdiyindәn, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş iş üçün әhәmiyyәtli olan hallar sübuta yetirilmәdiyindәn vә tәyin edilmiş cәza mәhkumun şәxsiyyәtinә uyğun olmadığından Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmü lәğv olunmalı, iş materiallarında olan sübutlarla vә tәqsirlәndirilәn vә şahidlәrin ifadәlәrinә әsasәn tәqsirlәndirilәn şәxs2 әmәlindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәrinin tәrkib әlamәtlәri mövcud olmadığından, tәqsirlәndirilәn şәxs2 barәsindә bәraәtverici hökm çıxarılmalıdır. Belә ki, mәhkәmә iclasında tәqsirlәndirilәn şәxs qismindә dindirilmiştәqsirlәndirilәn şәxs2 ona elan olunmuş ittihamda özünü tәqsirli bilmәyәrәk ifadәsindә göstәrmişdir ki, tanışı olan xanım tәrәfindәn Tovuz rayonuna dәvәt olunmuş, yolda hәrәkәtdә olan zaman polis әmәkdaşları tәrәfindәn saxlanılaraq bölmәyә aparılmışlar. Onun üzәrindә şәxsi axtarış aparılmış, lakin hәrhansı narkotik vasitә aşkar olunmamışdır. tәqsirlәndirilәn şәxs1 idarә etdiyi avtomobil polis әmәkdaşları tәrәfindәn polis şöbәsinin hәyәtinә gәtirilmişdir. Tәxminәn 4-5 saat keçdikdәn sonra, onlara avtomobilә baxış keçirildiyi vә narkotik vasitә aşkar olunduğu bildirilmişdir. Aşkar edilәn narkotik vasitәnin çәkisi isә 1 kiloqram 700 qram olmuşdur. Polis әmәkdaşlarının bildirdiyinә görә guya o, Tovuz rayonuna Iran Isalam Respublikası vәtәndaşından narkotik vasitә götürmәk mәqsәdi ilә gәlmişdir vә narkotik vasitәni götürәn zaman “ASAN Xidmәt”-in qarşısında saxlanmışdır. Onlara tәzyiq göstәrilmiş, hәmçinin ona qardaşı ilә hәdә-qorxu gәlәrәk, narkotik vasitәnin ona aid olduğunu etiraf etmәsi tәlәb olunmuşdur. O da, qardaşı üçün mәcbur qalaraq çәkiliş zamanı narkotik vasitәnin ona mәxsus olduğunu bildirmişdir. Onun avtomobildәn aşkar olunmuş narkotik vasitә barәdә xәbәri olmamışdır. Tanış olduğu xanımla olan zәnglәr vә mesajlar ona mәxsus “WhatsApp” tәtbiqindә olmuş, әlavә olaraq onun heç bir narkotik vasitәnin alqısatqısı ilә әlaqәsi olmamışdır. Polis әmәkdaşları tәrәfindәn saxlanıldığı vaxtı dәqiq xatırlamasa da, tәxminәn sәhәr saat 5-6 radәlәri olmuşdur. O,әvvәllәr narkotik vasitәdәn istifadә etmiş, hәmin narkotik vasitәni isә tanımadığı şәxslәrdәn almışdır. O, Iran Islam Respublikası vәtәndaşından heç vaxt narkotik vasitә әldә etmәmiş, hәmçinin qardaşı Yevlax rayonuna getdiyi üçün onlarla birlikdә olmuşdur. Onlar yolda hәrәkәtdә olan zaman saxlanılmış, üzәrindәn pul, telefon vә siqaret aşkar olunmuşdur. Şöbәyә gәtirildikdәn sonra tәxminәn 2 - 2.5 saat sonra vәkilin iştirakı ilә video çәkiliş hәyata keçirilmişdir. Hәmin müddәt әrzindә onlara ayrıayrı otaqlarda tәzyiq göstәrilmiş, hәmçinin onun polis әmәkdaşları ilә hәr-hansıәdavәti olmamış vә ibtidai istintaq zamanı verdiyi ifadәsini tәzyiq altında vermişdir. Eyni zamanda MSY-dә saxlanılanzaman etiraz әlamәti olaraq özünә xәsarәt yetirmişdir.Tikinti sahәsindә usta işlәyir, hәmin gün qeyri-rәsmi olaraq işdәn icazә almışdır. Tovuz rayonunda tanış olduğu xanımla görüşәcәyi barәdә, taksi sürücüsü olan tәqsirlәndirilәn şәxs1 mәlumatı olmuşdur. Onun kimi, tanış olduğu xanım da narkotik vasitәlәrdәn istifadә edirmiş. Avtomobildәn aşkar olunan narkotik vasitәlәr müxtәlif paketlәrdә olmaqla qabaq sәrnişin oturacağından aşkar olunmuşdur. Hadisә günü mobil telefonda tanışı olan xanımla narkotik vasitәyә dair yazışma olmamışdır. Onlar avtomobillә hәrәkәtdә olan zaman qabaqlarını kәsmişlәr, hәmin vaxt o avtomobilin ön sәrnişin oturacağında әylәşmiş, onları başqa avtomobilә әylәşdirib, döyә-döyә şöbәyә aparmışlar. Onların saxlanılması zamanı orada olan polis әmәkdaşlarının sayını xatırlamır. Şöbәdә onları saxlama sәbәbini demәdәn 4-5 saat gözlәtmişlәr. Ona narkotik vasitәnin onlara mәxsus olması barәdә tәzyiq olunmuş, lakin o narkotik vasitәnin ona aid olduğunu qәbul etmәmişdir. Şöbәdә üzәrinә baxış zamanı mobil telefon, qulaqcıq vә pul aşkar olunmuşdur. O, yatmaq üçün arxa sәrnişin oturacağına keçmiş vә qardaşı da avtomobildә olmuşdur. tәqsirlәndirilәn şәxs1 әvvәlcәdәn tanımış, sürücü-sәrnişin münasibәtlәri olmuş, lakin onunla birlikdә narkotik vasitәdәn istifadә etmәmişdir. Hadisә üzәrindәn 2 il keçdiyinә görә dәqiq xatırlamır, lakin ehtimal edir ki, narkotik vasitә avtomobilin arxa sәrnişin oturacağının altından aşkar olunmuşdur. Orxanın mәlumatı olmadan onun avtomobilinә çanta yerlәşdirә bilmәzmiş. O, istintaq zamanı verilәn ifadәsi ilә razı olmamış vә narkotik vasitә barәsindә qeyd olunanlar yanlış olduğunu bildirir. Onlar yolda olan zamanı avtomobili saxlamamışlar. Onların qarşısını 2-3 avtomobil kәsmiş, lakin avtomobillәrin markasını xatırlamamışdır. Ona tәzyiqlәr olmuş, lakin üzәrindә olan xәsarәtlәr qeydә alınmamışdır. Qәtimkan tәdbiriseçilәn zaman da mәhkәmәyә tәqsirli olmamasını bildirmişdir. Aparılmış ibtidai istintaq vә mәhkәmә araşdırılması zamanı tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 göstәrilәn ifadәsini tәkzib edәcәk heç bir mötәbәr sübut növü iş materiallarında olmadığına mәhkәmә diqqәt yetirmәmişdir. Odur ki, yenidәn mәhkәmә istintaqının aparılmasını zәruri hesab edir. Bildirir ki, iş üzrә polis әmәkdaşlarının apardıqları әmәliyyatın nәticәsi ilә bağlı әldә olunmuş sübutların mötәbәrliyinin tәsdiq edilmәsi mәqsәdi ilә hәmin şәxslәrin ittiham tәrәfinin şahidi kimi dindirilmәsi vә mәhz hәmin ifadәlәr әsasında tәqsirlәndirilәn şәxsin ittiham edilmәsi ilә bağlı hazırki cinayәt işinin faktiki halları Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin “Kobiaşvili Gürcüstana qarşı” ##.##.2019-cu il tarixli qәrarında әks olunmuş işin hallarına uyğun olduğundan hәmin Presedent hüququnun müddәları hazırki işә tәtbiq edilmәsi әdalәt mühakimәsinin maraqlarına uyğun hesab olunardı. Birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd edilәn hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 müdafiәçisi Gәncә Regional Vәkil Bürusunun vәkili müdafiәçi4 apellyasiya şikayәti verәrәk tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1-ci vә 234.4.3-cü maddәlәri nәzәrdә tutulan әmәli törәtmәsi öz tәsdiqini tapmadığından Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-ci il tarixli *(***)-**/**** saylı hökmü lәğv edilәrәk tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 barәsindә bәraәt hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiәçi apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, mәhkәmә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası CM-in 234.4.1-ci vә 234.4.3-sü muddәlәri ilә tәqsirli bilib ona 6 (altı) il, 6 (altı) ay müddәtinә azadlıqdan mәhrumetınә cәzası tәyin etsә dә, onun müvafiq maddәdә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәyi hәm ibtidai istintaq zamanı vә hәm dә mәhkәte istintaqı zamanı sübuta yetirilmәmiş vә öz tәsdiqini tapmamışdır. Ilk öncә onu qeyd edir ki, tәqsirlәndirilәn şәxs şübhәli şәxs kimi tutulan zaman idarә etdiyi avtomobilindәn kәnarlaşdırılmış, onun avtomobili Polis şöbәsinә Polis әmәkdaşları tәrәfindәn gәtirilmiş. özü isә başqa avtomobil ilә gәtirilmiş, polis şöbәsinә gәtirildikdәn sonra fiziki-psixi tәziqlәrә mәruz qalmış, hәtta tәqsirlәndirilәn şәxsin bildirmәsinә görә dişlә bela polis әmәkdaşları tәrәfindәn qırılmışdır. Göründüyü kimi Orxap Mәttәdov taksi sürücüsüdür vә taksi olaraq sifarişlә Tovuz Rayonuna gәlmişdir. tәqsirlәndirilәn şәxs1 sözügedәn maddәlәr ilә tәqsirli bilinmәsi üçün hәr hansı bir әsasslı dәlil yoxdur. Onun telefonunda kiminlәsә danışması, hәr hansı növ narkotik vasitәni alması, satması, daşıması aşkar edimәmişdir vә edilәdә bilmәz. Yalnız polis әmәkdaşları şahiddir edirlәr ki, onlar da verdiklәri ifadәlәr birbiri ilә ziddiyyәtlәr yaradır. Belә ki, şahidin birinin narkotik vasitәnin avtomobilin yük hissәsindәn, digәrinin avtomobilin başqa hissәsindәn çıxması, eyni zamanda onların hәr birinin saxlaıldıqları yerdәn polis şöbәsinә başqa avtomobillә, Orxanın Avtomobilinin isә polis әmәkdaşları tәrәfindәn gәtirilmәsini açıq-aşkar demişlәr. Elә bunlar özü әsas veriki hazırki ittiham әsassızdır. Göründüyü kimi tәqsirlәndirilәn şәxsin bu mәsәlәyә heç bir adiyyәti olmadığı halda әsassız olaraq tәqsirli bilinmişdir. Bu hal nә ibtida istintaq, nә dә ki, mәhkәmә istindaqında öz әksini tapmadığı halda çox tәәssüflәr olsun ki, birinci instansiya mәhkәmә şәxsi sözügedәn maddә ilә tәqsirli bilәrk ona 6 (altı) il, 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Bir neçә şahidin verdiyi ifadәlәr bir-biri ilә ziddiyyәt tәşkil etmәsinә baxmayarq, tәәssüf hissi ilә qeyd edirәm ki, dövlәtimizin ali orqanı, zavallıların ümüd yeri olan әdalәtin bәrpa ocağı olan İ instansiya mәhkәmәsi bu halların heç birini nәzәrә almayaraq tәqsirlәndirilәn şәxs1 günahsız olduğu halda Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 234.4.1-ci vә 234.4.3-cü maddәlәri ilә tәqsirli bilәrәk onun barәsindә 6 (altt) il, 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cazası seçmişdir. Buradan belә nәticәyә gәlmәk olar ki, hәm ibtidai istintaqda, hәmdә mәhkәmә istintaqında ona qarşı qәrәzli olmuşlar. Belәliklә, iş materialının ziddiyyәtli sübutlarla dolu olmasının şahidi oluruq. Ziddiyyәtli sübutlar tәqsirlәndirilәn şәxsin xeyrinә yozulmalıdır. Belәliklә, nә ibtidai istintaq, nә dә ki, mәhkәmә istintaqı tam, düzgün vә hәrtәrәfli aparılmamışdır. Göründüyü kimi onun tәqsiri olmamasına baxmayaraq, mәhkәmә onun harәsindә ittiham hökmü çıxarmaqda haqsızlıq etmişdir. Bütün bunlara rәğmәn müdafiә tәrәfi olaraq Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-ci il tarixli *(***)-**/**** saylı hökmü ilә razı deyil. Müdafiә tәrәfi olaraq Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-et il tarixli *(***)-**/**** saylı hökmünün qanunsuz vә әsassız olmasını hesab edir. Odur ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 barәsindә çıxarılmış X9 Mәhkәmәsinin ## ###### 2026-ci il tarixli *(***)-**/**** saylı hökmün lәğv edilәrәk onun barәsindә bәraәt hökmü çıxarılmalıdır. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn mәhkum tәqsirlәndirilәn şәxs2 müdafiәçisi müdafiәçi3 apellyasiya şikayәtini müdafiә etdi, şikayәtdә göstәrilәn mәzmunda çıxış edәrәk, Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünü lәğv edilmәsini vә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri üzrә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 barәsindә bәraәt hökmü çıxarılmasını mәhkәmәdәn xahiş etdi. Mәhkәmә iclasında iştirak edәn mәhkum tәqsirlәndirilәn şәxs2 apellyasiya şikayәtini müdafiә etdi, şikayәtdә göstәrilәn mәzmunda çıxış etdi, şikayәtin tәmin edilmәsini vә Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünü lәğv edәrәk onun barәsindә bәraәt hökmü çıxarılmasını mәhkәmәdәn xahiş etdi. Mәhkәmә iclasında iştirak edәn mәhkum tәqsirlәndirilәn şәxs1 müdafiәçilәri X17 vә müdafiәçi4 apellyasiya şikayәtini müdafiә etdilәr, şikayәtdә göstәrilәn mәzmunda çıxış edәrәk, Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünü lәğv edilmәsini vә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri üzrә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 barәsindә bәraәt hökmü çıxarılmasını mәhkәmәdәn xahiş etdilәr. Mәhkәmә iclasında iştirak edәn mәhkum tәqsirlәndirilәn şәxs1 apellyasiya şikayәtini müdafiә etdi, şikayәtdә göstәrilәn mәzmunda çıxış etdi, şikayәtin tәmin edilmәsini vә Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünü lәğv edәrәk onun barәsindә bәraәt hökmü çıxarılmasını mәhkәmәdәn xahiş etdi Mәhkәmә iclasında iştirak edәn dövlәt ittihamçısı apellyasiya şikayәtlәrinә qarşı etiraz etdi, şikayәtlәrin dәlillәrinin әsassız olduğunu, mәhkumların әmәlinin cinayәt işi üzrә toplanmış mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunduğunu, hәmçinin onlara tәyin edilmiş cәzaların qanuni vә әdalәtli olduğunu bildirdi vә şikayәtlәrin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin hökmünün qüvvәsindә saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Hәmin Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddәlәrin mahiyyәtinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsini apellyasiya müraciәtinin hüdudlarında, cinayәt vә cinayәt prosessual qanunvericiliyinin normalarına riayәt edilmәsini hәr bir halda, o cümlәdәn apellyasiya şikayәti vә ya apellyasiya protestinin dәlillәrindә bu barәdә tәlәb irәli sürülmәdikdә dә yoxlayır. Göstәrilәn qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtlәrinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәtlәri tәmin edilmәmәli vә birinci instansiya mәhkәmәsinin hökmü apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә iclasında iştirak edәn mәhkumlar tәqsirlәndirilәn şәxs1 vә tәqsirlәndirilәn şәxs2 vә onların müdafiәçilәri apellyasiya şikayәtlәrini müdafiә edәrәk üzәrindәn aşkar olunmuş narkotik vasitәnin onlara mәxsus olmadığını bildirsәlәr dә, mәhkәmә tәqsirlәndirilәn şәxslәrin ibtidai istintaq zamanı verdiklәri ifadәlәrini, birinci instansiya mәhkәmәsindә dindirilmiş şahidlәrin ifadәlәrini, ekspertiza rәylәrini, mәhkәmәdә tәdqiq olunmuş cinayәt işindә olan materialları vә işin faktiki hallarını әsas götürәrәk hәqiqәtә uyğun olmayan ifadә kimi qiymәtlәndirәrәk tәnqidi yanaşır vә ittihamı tәkzib edәn sübut növü kimi qәbul etmir. Cinayәt hadisәsinin mәhkumlar tәqsirlәndirilәn şәxs1 vә tәqsirlәndirilәn şәxs2 tәrәfindәn törәdilmәsi, şahidlәrin ifadәlәri, ekspertiza rәylәri, sәnәdlәr vә iş üzrә ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya mәhkәmәsinin iclaslarında isә tam, hәrtәrәfli vә obyektiv araşdırılaraq hüquqi qiymәt verilmiş digәr sübutların mәcmusu ilә tam tәsdiq edilir. Belә ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 ibtidai istintaq orqanına verdiyi ilkin ifadәsindә Azәrbaycan Respublikasının CM-in 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә elan edilmiş ittiham üzrә özünü tam tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Cәbrayıl rayonu mәcburi köçkünlәrinin müvәqqәti yaşadığı Bakı şәhәri, Yeni Yasamal rayonu, Əsәd Əhmәdov küçәsindә olan fәrdi evdә qardaşı Elnurla vә anası X12 ilә birlikdә yaşayır. Narkotik vasitәyә meyilli olduğunu, belә ki, “kakos” olaraq adlandırılan narkotik vasitәdәn istifadә eetdiyini bildirmişdir. Bakı şәhәrindә tanımadığı şәxsdәn 10 (on) manata bir bükümdә deyilәn narkotik vasitә alıb siqaret falqasına qoyub çәkmәklә bir ilә yaxın müddәtdir narkotik vasitәdәn istifadә etdiyini, Bakı şәhәrindә gündәlik 20 manata günәmuzd fәhlә işlәmәklә dolanışığını tәmin etdiyini, qardaşının da onunla birlikdә, iş omayanda isә ayrı-ayrılıqda işlәdiklәrini qeyd etmişdir. tәqsirlәndirilәn şәxs1 әvvәllәr tanımamış, hәmin şәxslә ## ##### 2023-cü il tarixdәn özünü Iran vәtәndaşı kimi tәqdim edәn Kamil adlı şәxs vasitәsi ilә tanış olmuşdur. tәqsirlәndirilәn şәxs1 «Mercedes Benz C220 CDI” markalı **-KN-*** dövlәt qeydiyyat nişanlı minik avtomobili vardır. Özünü Iran vәtәndaşı kimi özünü tәqdim edәn Kamil adlı şәxslә dә ## ##### 2023-cü il tarixdәn onlayn qaydada tanış olmuşdur. Bellә ki, özünün “SAMSUNG –A 10 “markalı mobil telefonunda ***-***-**-** nömrәli mobil telefon nömrәsinin olduğunu, hәmin mobil telefonu 2-3 aydır ki, tanımadığım şәxsdәn 170 manata aldığını bildirmişdir. Nömrә isә öz adına olmuş, hәmin şәxslә dә tәsadüfәn “Instaqram” şәbәkәsindә tanış olmuşdur. Belә ki, hәmin şәxslә “Instaqram” şәbәkәsindә yazışan vaxt, hәmin şәxs ona “işlәmәk istәyirsәnmi” demiş, o da razılıq vermişdir. Hәmin şәxsin danışığından başa düşmüşdür ki, “işlәmәk” dedikdә, sonuncu ona narkotik vasitә ilә әlaqәdar tәklif vermişdir. Razılıq verdiyini görüb hәmin şәxs ona bir daha tәklif etmişdir ki, “VOTSAP” şәbәkәsinә keçsin. Hәmin şәxsin mobil telefon nömrәsi, Votsap nömrәsini xatırlamadığını, amma sonuncunun telefon nömrәsi ilә Votsap nömrәlәrinin eyni olmasını vurğulamışdır. Hәmin şәxslә danışarkәn hәmin Iran vәtәndaşı ona iş tәklif etmişdir. Belә ki, hәmin şәxs, Azәrbaycan Respublikasının ayrı-ayrı rayonlarında bağlamalar olduğunu, onun bağlamaları götürüb ünvana çatırmalı olduğunu, bunun müqabilindә isә pul verilәcәyini ona bildirmişdir. O da hәmin Iran Islam Respublikası vәtәndaşı ilә razılaşmışdır. Özünü Kamil kimi tanıdan hәmin şәxs ona әlaqә saxlamaq üçün mobil nömrә vermişdir. Hәmin mobil nömrә Iran Islam Respublikasına aid olmuşdur. Bu sәbәbdәn o, Kamillә ancaq “vatcap”la әlaqә saxlaya bilmişdir. ##.##.2023-cü il tarixdә Kamil onunla әlaqә saxlamış, “Tovuz rayonunda bağlama var, onu Bakı şәhәrinә çatdır”deyә bildirmişdir. Bunun müqabilindә ona 500 manat pul verәcәyini demişdir. O isә Kamilә Tovuz rayonuna getmәk üçün nәqliyyat vasitәsinin olmadığını demişdir. Bu zaman Kamil tanıdığı taksi sürücüsü olduğunu demiş vә onun üçün taksi tәşkil edәcәyini bildirmişdir. Bir müddәt sonra onun mobil nömrәsinә sonradan tәqsirlәndirilәn şәxs1 kimi öyrәndiyi bir nәfәr zәng etmişdir. Hәmin Orxan adlı şәxs onu Tovuz rayonuna aparacağını bildirmişdir. ##.##.2023- cü il tarixdә saat 23 radәlәrindә Tovuza yola düşmәk barәdә onlar öz aralarında razılaşmışlar. O da qardaşı Mikayılov Elnurun evdә darıxmamağı üçün sonuncunu da özü ilә Tovuz rayonuna aparmaq qәrarına gәlmişdir. O, qardaşı Elnur vә tәqsirlәndirilәn şәxs1 Orxanın idarә etdiyi “Mercedes Benz” markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobili ilә Tovuz rayonuna yola düşmüşlәr. Onlar Tovuz şәhәri yazılan yerә sәhәr saatlarında çatmış, burada maşında tәxminәn üç saat qalıb sәhәrin açılmasını gözlәmişlәr. Kamil:“Bağlamanı necә götürmüsünüzsә Bakı şәhәrindә dediyim adama elә dә tәhvil verin”-deyә ona bildirmişdir. Kamil bildirmişdir ki, “bağlamanı yoxlamasınlar”. Taksi sürücüsü tәqsirlәndirilәn şәxs1 o әvvәllәr tanımamış, sonuncu ilә heç bir yaxın münasibәti vә qohumluq әlaqәsi olmamışdır. Orxanı onun üçün, elә onun özünü Tovuza aparması üçün özünü Kamil kimi tәqdim edәn Iran vәtәndaşı tapmışdır. Bağlamanı Bakı şәhәrinә aparmaq üçün Orxanın özünә Kamil 500 manat pul vermәli olmuşdur. Ümumilikdә bağlamanın Bakı şәhәrinә aparmaqları üçün Kamil onlara 1000 manat pul vermәli olmuşdur. Qardaşı Elnurun isә bağlamadan xәbәri olmamışdır. O, yol boyu Kamillә danışmamışdır. Yalnız Tovuz şәhәrinin girişinә çatdıqda Kamil onun telefonunun “Votsap”ına çatıb-çatmamaqlarını yazdıqda, Kamil onun mobil telefonuna narkotik vasitә olan torbanı haradan götürmәklәrini bildirәn “konum-xәritә” göndәrmişdir. Hәmin xәritәni o, sürücü Orxana göstәrmiş, bu xәritәnin әsasında göstәrilәn hәrәkәt istiqamәti üzrә gedib Tovuzda adını bilmәdiklәri kәndin әrazisindәn Kamilin “Vatcap” vasitәsi ilә göndәrdiyi konumda göstәrilәn yerdәn ağ torbanı götürmüşdür. Bu torba onun oturduğu sağ arxa oturacağın sağ tәrәfindә asfalt yolun kәnarından tәxminәn bir metr aralıda olan kolun üstündә olmuşdur. Ətrafda başqa şәxslәr vә hәr hansı nәqliyyat vasitәlәri olmamışdır. Torbanı açmamağı Kamil özü onlara tapşırmışdır. Hәmin torbanı da o, maşından düşüb götürmüş, oturduğu arxa sağ oturacağın ayaqaltısının üzәrinә qoymuşdur. Torbanın ağzı bağlı olmuşdur. Elnurla Orxan maşından düşmәmişlәr. Kamil bağlamanı açmamağı dediyi üçün, onlar bağlamanı açıb içәrisinә baxmamışlar. Bağlamanı götürdüklәri yerdәn bir qәdәr uzaqlaşdıqdan sonra, sәhәr saatlarında, mülki geyimdә olan Tovuz rayon Polis Şöbәsinin tәxminәn 5-6 nәfәr әmәkdaşları onları saxlamışdır. Polis әmәkdaşları onlara üzәrlәrindә vә avtomobildә qanunsuz narkotik vasitә gәzdirmәkdә şübhәli olduqlarını demişlәr. Bundan sonra polis әmәkdaşları onları Orxanın idarә etdiyi “Mercedes Benz” markalı minik avtomobili ilә birlikdә Tovuz RPŞ-yә gәtirmişlәr. Polis şöbәsindә onun hüquqlarını izah etmiş vә hüquqlarını müdafiә etmәk üçün ona vәkillәr siyahısı tәqdim edilmişdir. O, X4 özünә vәkil seçmiş, daha sonra vәkil vә iştirakçılarla birlikdә onun üzәrindә şәxsi axtarış aparmışlar. Şәxsi axtarış zamanı onun üzәrindә qanunla istifadәsi vә saxlanması qadağan olunan әşya aşkar olunmamışdır. Bundan sonra polis әmәkdaşları Orxan Fәrman oğlunun razılığı ilә sonuncunun idarә etdiyi “Mercedes Benz” markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobilindә axtarış aparmışlar. Axtarış zamanı “Mercedes Benz” markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobilin arxa sağ ayaqaltı hissәsindә 01(bir) әdәd ağ rәngli torbada bağlama aşkar edilmişdir. Daha sonra polis әmәkdaşları hәmin torbada 04 (dörd) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bükümdә kütlә aşkar edilmişidir. O, torbada olan kütlәlәrin narkotik vasitә olduğunu bildiyini demişdir. O, torbaya baxmasa da Iran vәtәndaşı kimi özünü tәqdim edәn hәmin Kamil adlı şәxslә danışarkәn şübhәlәnmişdir ki, torbada narkotik vasitә vardır. Qardaşı Enurun Bakıda bundan xәbәri olmasa da, sonradan onlar Tovuz rayonunda olarkәn Kamilin narkotik vasitәnin haraya qoyulması barәdә onun mobil telefonuna göndәrmiş olduğu “konum-xәritә” әsasında bilmişdir ki, buradan narkotik vasitә götürmәyә gәlmişlәr. Lakin buna baxmayaraq o, heç bir etiraz etmәdәn maşında da qalmışdır. Qardaşı hәmin vaxtı avtomobilin arxa oturacağında oturmuşdur. Hәmçinin o bildirmişdir ki, Kamilin tapşırığı әsasında Bakı şәhәrindәn Tovuz rayonuna gәlәrkәn Tovuz rayonunda müvafiq yerә qoyulmuş, içәrisindә narkotik vasitә olan bağlamanı götürüb Bakı şәhәrinә çatdırmalı, Bakı şәhәrinә çatdırdıqdan sonra Kamil ona әlavә olaraq hәmin narkotik vasitә qablaşdırılmış bağlamanı kimәsә çatdırmağı demәli idi. Hәmin şәxs barәsindә Kamil ona heç bir mәlumat vermәmiş, ona görәdә bu şәxsin kimliyi vә mobil telefon nömrәsi, yaşayış ünvanı barәdә onda heç bir mәlumat olmadığını demişdir. Etmiş olduğu әmәldәn peşmandır. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 Ilham oğlunun ibtidai istintaq orqanına verdiyi ilkin ifadәsindә Azәrbaycan Respublikasının CM-in 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә elan edilmiş ittiham üzrә özünü tam tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, Yevlax şәhәri, Kür küçәsi döngә 3, mәnzil 5- dә qeydiyyatda olmaqla hazırda Bakı şәhәri Binәqәdi rayonu 8-ci mikrorayonunda ailәsi ilә birlikdә kirayәdә yaşayır. 11 yaşlı Vüsalә vә 10 yaşlı Fәrman adlı övladları olduğunu, arvadı X14 heç bir yerdә işlәmәdiyini, ailәnin qazanc gәtirәn yeganә şәxsinin özü olmasını bildirmişdir. Rәsmi olararaq heç bir yerdә işlәmәdiyini, fәrdi әmәklә mәşğul olduğunu, belә ki, ailәsinin dolanması üçün taksi fәaliyyәti ilә mәşğul olduğunu demişdir. “Mercedes Benz” markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobilin Bakı şәhәri Papanin qәsәbәsindә yaşayan soyadını vә atasının adını bilmәdyim Rәşad adlı şәxs mәxsus olmasını qeyd etmiş, hәmin avtomobili 2023-cü ilin fevral ayının 04-dәn ondan etibarnamә әasәnda götürüb idarә etmişdir. Etibarnamәnin müddәti hәr ay dәyişilmişdir. tәqsirlәndirilәn şәxs2 tәqribәn üç aydır özünün taksi fәaliyyәti ilә mәşğul olması sәbәbindәn tanımışdır. Elçin bir neçә dәfә onun müştәrisi qismindә sәrnişini olmuşdur. ##.##.2023-cü il tarixdә 22:00-da tәqsirlәndirilәn şәxs2 ona zәng etmişdir. Bildirmişdir ki, sonuncu ilә Tovuz rayonuna getmişdirvә Elçin ona Tovuz rayonunda hansısa xanımdan pul alacağını demiş, gedib-gәldikdәn sonra onun pulunu artıqlaması ilә verәcәyini demişdir. O da razılaşmışdır. O öz idarә etdiyi “Mercedes Benz” markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobil ilә 20 Yanvar dairәsi adlanan yerә gәlmişdir. Orada Elçin onun avtomobilinә әylәşmişdir. Elçinlә birlikdә Elçinin qardaşı Elnur da gәlmişdir. O, Elnuru qardaşı Elçinә görә tanımışdır. Onlar tәxminәn ##.##.2023-cü il tarixdә saat 23 radәlәrindә onun idarә etdiyi “Mercedes Benz” markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobili ilә Tovuz rayonuna yola düşmüşlәr. Onlar Gәncә şәhәrinә çatanda Elçin mobil telefonla vatcap vasitәsi ilә görüntülü şәkildә kiminlә isә telefonla danışmışdır. Telefonda danışdığı şәxs Elçindәn kiminlә getdiyini soruşmuşdur. Elçin isә mobil telefonun kamerasını ona tәrәf tutmuş vә bildirmişdir ki: “Narahat olm, dostumla gedirәm”. Elçin danışıb qutardıqdan sonra o, Elçindәn kiminlә danışdığını vә haraya getdiyini soruşmuşdur. Elçin bildirmişdir ki, danışdığı şәxs Iran vәtandaşıdır vә onlar hәmin şәxsә mәxsus hansısa bağlamanı Tovuz rayonundan götürüb Bakı şәhәrinә aparmalıdırlar. O artıq bilmişdir ki, hәmin bağlamanın icәsrisindә narkotik vasitә ola bilәr. Elçin ona hәmin bağlamanı Bakı şәhәrinә çatdıracaqları müqabilindә 400 manat pul verәcәyini bildirmişdir. Elçin ona: “Telefonla danışdığı Iran vәtәndaşı mәnә 1000 manat pul verib. Hәmin pulun 600 qardaşı Elnurla mәnә çatacaq, 400 manat isә sәnin payına düşür” demişdir. Onun maddi vәziyyәti aşağı olduğu üçün o, Elçinlә razılaşmışdır. Onlar Tovuza şәhәrinin girәcәyinә sәhәr saatlarında çatmışlar. Saat tәxminәn 07 radәlәri olmuş, hava işıqlaşmaq üzrә olmuşdur. Iran vәtәndaşı Elçinә bağlamanın haradan götürülmәsi ilә bağlı konum-xәritә atmışdır. Elçin telefonda xәritәdә qeyd olunan ünvana doğru onu istiqamәtlәndirmişdir. Onlar Tovuzun adını bilmәdiklәri bir kәndinә getmişlәr. Elçin ona avtomobilini yolun kәnarında dayandırmağını demişdir. Elçinin özü avtomobildәn düşüb harasa getmişdir. O Elnurla birlikdә avtomobildә qalmışdır. Bir müddәt sonra Elçin әlindә ağ rәngli bağlama ilә geri qayıtmışdır. Avtomobilin arxa oturacağına әylәşmiş vә ondan avtomobili sürmәyini istәmişdir. Tovuz Regional “Asan” xidmәtin qarşısında polis әmәkdaşları onları dayandırmışdır. Polis әmәkdaşları onlara üzәrlәrindә vә avtomobildә qanunsuz narkotik vasitә gәzdirmәkdә şübhәli olduqlarını demişlәr. Bundan sonra polis әmәkdaşları onları onun idarә etdiyi “Mercedes Benz” markalı minik avtomobili ilә birlikdә Tovuz RPŞ-yә gәtirmişlәr. Polis şöbәsindә onun hüquqlarını izah etmiş vә hüquqlarını müdafiә etmәk üçün ona vәkillәr siyahısı tәqdim edilmişdir. O, X6 özünә vәkil seçmiş, daha sonra vәkil vә iştirakçılarla birlikdә onun üzәrindә şәxsi axtarış aparılmışdır. Şәxsi axtarış zamanı onun üzәrindә qanunla istifadәsi vә saxlanması qadağan olunan әşya aşkar olunmamışdır. Bundan sonra polis әmәkdaşları onun razılığı ilә idarә etdiyi Mercedes Benz markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobilindә axtarış aparılmışdır. Axtarış zamanı Mercedes Benz markalı **-KN-*** qeydiyyat nişanlı minik avtomobilinin arxa sağ ayaqaltı hissәsindә 01 (bir) әdәd ağ rәngli torbada bağlama aşkar edilmişdir. Daha sonra polis әmәkdaşları hәmin torbada 04 (dörd) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bükümdә kütlә aşkar etmişlәr. Torbada olan kütlәlәrin narkotik vasitә olduğunu o bildiyini vurğulamışdır. Çünkü tәqsirlәndirilәn şәxs2 yolda Iran vәtәndaşı ilә danışarkәn o şübhәlәnmişdir. Hәmin bağlamanı Bakı şәhәrinә aparmaq müqabilindә Elçin ona 400 manat pul verәcәyini bildirmişdir. Hәmçinin onu da bildirmişdir ki, maddi vәziyәti ağır olduğu, kirayә pulunu vermәkdә çәtinlik çәkdiyinә görә Elçinin ona söz verdiyi yol haqqını, yәni 400 (dörd yüz) manata ehtiyacı olduğundan, o, Elçinlә razılaşıb Tovuz rayonuna gәlib hәmin narkotik vasitә qablaşdırılmış torbanının götürülmәsinә razılıq vermişdir.Hәmçinin qeyd etmişdir ki, tәqsirlәndirilәn şәxs2 düzgün ifadә vermәmişdir. Belә ki, o, Kamil adlı Iran Islam Respublikası vәtәndaşını tanımamış vә hәmin şәxslә onun heç bir söhbәti olmamışdır. tәqsirlәndirilәn şәxs2 qardaşı Elnur, hәmin vaxt qardaşı Elçinin Tovuz rayonuna sırf narkotik vasitә gәtirmәyә getdiyini hәmin şәxsin Kamil adlı şәxslә maşında telefonla danışığından bilmişdir. Etmiş olduğu әmәldәn çox peşman olduğunu, tәqsirini sәmimi etiraf etdiyini bildirmişdir. Birinci insansiya mәhkәmәsi zamanı әlavә dindirilmiş tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 istintaqa verdiyi ilkin ifadәsini tәsdiq edәrәk göstәrmişdir ki, ona mәxsus “Mercedes Benz” markalı **-KN-*** dövlәt qeydiyyat nişanlı avtomobilinә baxış zamanı avtomobilindәn aşkar edilmiş edilmiş bıçağın Mikayıl Elçin Ilham oğluna mәxsusdur. Elnur vә Elçin qardaşlarının hәr ikisinin onun idarә etdiyi avtomobildә olduğu üçün, Elnurun da Tovuz rayonuna narkotik vasitә götürmәyә gәldiyini bildiyini güman etmişdir. Lakin avtomobili yol boyu özü idarә edәn zaman, iki qardaşın arasında narkotik vasitә vә ya Iran vәtәndaşı barәsindә heç bir söhbәt olmamışdır. O sadәcә olaraq özü Elnurun narkotik vasitәdәn mәlumatlı olmasını güman etmişdir. Birinci insansiya mәhkәmә iclasında şahid qismindә dindirilmiş, şahid2 ifadәsindә bildirmişdir ki, tәqsirlәndirilәn şәxslәrin avtomobilini “ASAN Xidmәt”-in qarşısında saxlamışlar vә onları Tovuz RPŞ-yә dәvәt etmişlәr. Tәqsirlәndirilәn şәxslәrin avtomobilindәn marixuana vә heroin aşkar olunmuşdur. Hadisәnin üzәrindәn xeyli müddәt keçdiyi üçün tam xatırlamasa da, ehtimal edir ki, әmәliyyat mәlumatı avtomobil barәdә olmuşdur. Saxladıqları avtomobildә üç şәxs Elçin vә onun qardaşı, Orxan olmuşlar. Elçinin münasibәti olduğu qıza görә rayon әrazisinә gәlmәsi barәdә mәlumatı olmamışdır. Şәxsi axtarış videoçәkiliş vasitәsilә olmuşdur. Əmәliyyat tәdbirindә 4-5 nәfәr olmuşlar, lakin әmәliyyat mәlumatının mәzmununu hadisәnin üzәrindәn tәxminәn 2 il keçdiyi üçün xatırlamamışdır. Aşkar olunmuş narkotik vasitә xatırladığına görә avtomobilin yük yerindәn aşkar olunmuş vә hadisә sәhәr saat 07:00 radәlәrindә olmuşdur. Şәxslәrin avtomobilini şöbәyә gәtirәn şәxsi xatırlamamışdır. Birinci insansiya mәhkәmә iclasında şahid qismindә şahid1 ifadәsindә bildirmişdir ki, әmәliyyat mәlumatı şahid3 daxil olmuş vә әmәliyyat tәdbirindә şahid2, şahid4, şahid3 vә o iştirak etmişlәr. Tәqsirlәndirilәn şәxslәri “ASAN Xidmәt”-in qarşısında saxlayıb şöbәyә gәtirmişlәr. Şәxslәrin avtomobilinә baxış keçirilmiş, baxış zamanı tiryәk, heroin vә marixuana aşkar edilmişdir. Elçin, Elçinin qardaşı vә Orxan saxlanılmışdır. Əmәliyyat tәdbirindә 4 nәfәr iştirak etmişlәr vә 2 avtomobillә getmişlәr. Xatırladığı qәdәr ilә, saxlanılan şәxslәr polis әmәkdaşlarına mәxsus xidmәti avtomobillә polis şöbәsinә aparılmışlar. Tәqsirlәndirilәn şәxslәr polis әmәkdaşlarına qarşı müqavimәt göstәrmәmiş vә eyni zamanda, polis әmәkdaşları tәrәfindәn onlara qarşı hәr hansı fiziki tәzyiq göstәrilmәmişdir. Saxlanılan şәxslәr 1000 manat müqabilindә narkotik vasitәni namәlum şәxsә verәcәklәrmiş vә aşkar olunan narkotik vasitә avtomobilin yük yerindә olmuşdur. Şәxslәr narkotik vasitәni Quşçu kәndi әrazisindәn götürmüşlәr. O, videoçәkilişlә baxış vә axtarış keçirilmәsindә iştirak etmiş vә tәqsirlәndirilәn şәxs2 qardaşı ilә hәdәlәnmәmişdir. Birinci insansiya mәhkәmә iclasında şahid qismindә dindirilmiş şahid4 ifadәsindә bildirmişdir ki, ##.##.2023-cü il tarixindә keçirilәn tәdbirdә әmәliyyat qrupunun üzvü olmuşdur. Əmәliyyat mәlumatı şahid3 daxil olmuşdur. Daxil olmuş әmәliyyat mәlumatına әsasәn raportla rәhbәrliyә mәruzә edәrәk 3 nәfәr şәxsin narkotik vasitәlәrin daşınmasında, saxlanmasında vә istifadә edilmәsindә şübhәli olduqlarını bildirmişlәr. Şәxslәri saxladıqdan sonra Tovuz RPŞ-yә gәtirmişlәr. Tәhqiqatçı vә müdafiәçinin iştirakı ilә üzәrlәrinә baxış keçirilmiş, lakin heç bir qanunsuz әşya vә predmet aşkar olunmamışdır. Narkotik vasitә şәxslәrin avtomobilinin sağ tәrәfindәn aşkar olunmuş, narkotik vasitә ayrı-ayrı bükümlәrdә heroin vә marixuana olmuşdur. Hadisәnin üzәrindәn 2 il müddәt keçdiyi üçün narkotik vasitәlәrin çәkilәrini vә bükümlәrin sayını xatırlamamış, lakin çәkilәr irihәcmli olmuşdur. Saxlanılan şәxslәr 1000 manat pul müqabilindә Iran vәtәndandaşının Bakı şәhәrindә söylәdiyi ünvanlara narkotik vasitә yerlәşdirmәli imişlәr. Aşkar olunan bükümlәr bir әdәd torbanın içindә, avtomobilin arxa oturacağının ayaq altı hissәsindә olmuşdur. Sürücünün narkotik vasitә barәsindә mәlumatının olub-olmamasını xatırlamamışdır. Avtomobili “ASAN Xidmәt”-in yaxınlığında saxlamışlar vә avtomobildә 3 nәfәr şәxs olmuşdur. Avtomobilә baxış şöbәnin hәyәtindә, kameranın altında keçirilmişdir. Şәxslәrin üzәrinә baxış zamanı şәxslәrin hәr biri üçün ayrı-ayrılıqda müdafiәçi dәvәt olunmuşdur. Əmәliyyat tәdbirindә 5 nәfәr iştirak etmiş vә tәqsirlәndirilәn şәxslәrә qarşı fiziki vә yaxud psixi tәzyiq göstәrilmәmişdir Birinci insansiya mәhkәmәә iclasında şahid qismindә dindirilmiş şahid5 ifadәsindә bildirmişdir ki, ##.##.2023-cü il tarixdә hәyata keçirilәn tәdbirdә әmәliyyat qrupunun üzvü kimi iştirak etmiş vә tәdbir “ASAN Xidmәt”-ә yaxın әrazidә hәyata keçirilmişdir. Əlavә olaraq şahid şahid5 mәhkәmә istintaqı zamanı verilәn suallara cavab olaraq göstәrmişdir ki, tәqsirlәndirilәn şәxs2, qardaşı Mikayılov Elnuru vә avtomobilin sürücüsünü saxlamışlar. Tәqsirlәndirilәn şәxslәri saxlayan zaman özlәrini tәqdim edәrәk, onları Tovuz RPŞ-yә dәvәt etmişlәr. Polis şöbәsindә tәhqiqatçının xidmәti otağında müdafiәçilәrin iştirakı ilә saxlanılan şәxslәrin üzәrilәrinә şәxsi axtarış vә baxış keçirilmiş, lakin şәxslәrdә heç bir qanunsuz әşya vә ya predmet aşkar olunmamışdır. Tәqsirlәndirilәn şәxslәrin avtomobilindәn narkotik vasitә aşkarlanmış, aşkar olunmuş narkotik vasitәnin çәkisi tәxminәn 1 kiloqram 900 qram olmuşdur. Saxlanılan şәxslәrin maşını polis әmәkdaşları tәrәfindәn şöbәyә gәtirilmiş vә saxlanılan şәxslәr dә avtomobildә olmuşlar. Əmәliyyat tәdbiri tәxminәn sәhәr saat 6-7 radәlәrindә hәyata keçirilmiş, şәxslәri şöbәyә gәtirmәk isә 15-20 dәqiqә çәkmişdir. Çәkilişin saatını xatırlamamış, lakin günün 1-ci yarısında hәyata keçirildiyini qeyd etmişdir. Şәxsi axtarışdan tәxminәn 1 saat sonra avtomobilә baxış keçirilmişdir. Mәhkәmә iclasında tәdqiq edilmiş vә iş materiallarında olan ##.##.2023-cü tarixli “şәxsi axtarış vә götürmә haqqında” protokoldan vә mәhkәmәdә baxış keçirilmiş DVD diskdәn görünür ki, hәmin tarixdә Gәncә şәhәr BPI-nin 4-cü PB-nin tәhqiqatçısı R, X7, Gәncә şәhәr BPI-nin 4-cü PB-nin baş әmәliyyat müvәkkili, R X1, hәmin bölmәnin PB-nin YYÇ işlәri üzrә inspektoru R X8, müdafiәçinin iştirakı ilә X10 әynindә olan qara rәngli şalvarın sol yan cibindәn 1 әdәd şәffaf sellofana bükülmüş narkotik vasitәni könüllü olaraq tәqdim etmişdir. Götürülmüş ilk baxışdan narkotik vasitә olan “heroin” sellofan ilә birlikdә 0.52 qram olmaqla aşkar olunduğu falqa ilә birgә qablaşdırılmış vә ağzı Azәrbaycan Respublikası DIN-nin *** saylı möhürü ilә möhürlәnәrәk üzәri iştirakçılar tәrәfindәn imzalanmışdır. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, “axtarış vә götürmә aparılması haqqında” ## ##### 2023-cü il tarixli protokoldan görünür ki, şübhәli şәxs qismindә tutulmuş tәqsirlәndirilәn şәxs1 idarә etdiyi «Mercedes Benz C220 CD” markalı **-KN- *** dövlәt qeydiyyat nişanlı avtomobildә müdafiәçisi X6 iştirakı ilә vә videoçәkiliş aparılmaqla hәmin tarixdә saat 08:35-dәn saat 09:50-dәk olan müddәt әrzindә axtarış aparılmışdır. Axtarış zamanı tәqsirlәndirilәn şәxs1 idarә etdiyi Mercedes Benz C220 CDI markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ ayaqaltı hissәsindәn 01 (bir) әdәd ağ rәngli torbanın içәrisindәn üzәri şәffaf yapışqan lentlә bağlanmış 04 (dörd) әdәd qara rәngli sellofan bağlamada olan kütlәlәr aşkar edilmişdir. Hәmin qara rәngli sellofan bağlamalarda olan kütlәlәrә baxış keçirilәrkәn, hәmin bağlamalardan birinin içәrisindә yaşıl rәngli, kәskin iyli bitki mәnşәli kütlәnin olması, qara rәngli bağlamalardan ikisinin içәrisindә qәhvәyi rәngli bәrk halda kütlәnin olması, qara rәngli digәr bir bağlamanın içәrisindә isә qonur rәngli toz halında kütlәnin olması müәyyәn edildi. Hәmin dörd әdәd bağlamada olan kütlәlәr bükülü olduqları sellofanlarla birlikdә elektron tәrәzidә çәkildikdә, onların ayrı-ayrılıqda çәkilәri 422 qram, 69 qram, 415 qram vә 1022 qram, ümumi çәkisi 1928 qram tәşkil etmişdir. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, mәhkәmәbioloji vә mәhkәmә-kimyәvi ekspertizanın ## ##### 2023-cü il tarixli, **/*** nömrәli rәyi ilә müәyyәn edilmişdir ki, tәdqiqata tәqdim edilmiş, üzәrindә “** KN *** nömrә nişanlı avtomobildәn aşkar olunaraq götürülmüş kütlәlәr” yazı vә imzalar olan kisәdәki 1 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamadakı 1 (bir) әdәd şәffaf sellofan bağlamada tәmiz çәkisi 960 qram olan bitki mәnşәli kütlә tәrkibindә narkotik maddәlәr olan çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan qurudulmuş marixuanadır. 1 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamadakı 1 (bir) әdәd mavi rәngli sellofan bağlamada tәmiz çәkisi 400 qram olan maddә (bitki mәnşәli kütlә), narkotik tәrkibli çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan hәşiş qәtranıdır. 1 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamadakı 1 (bir) әdәd mavi rәngli sellofan bağlamada tәmiz çәkisi 399,552 qram olan maddә kustar üsulla hazırlanmış narkotik vasitәheroindir. 1 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamadakı 1 (bir) әdәd mavi rәngli sellofan bağlamada tәmiz çәkisi 62,181 qram olan maddә, xaşxaş bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә-tiryәkdir. Marixuana (kannabis) ## #### 2005-ci il tarixli ***-IIQ saylı Azәrbaycan Respublikası Qanununun 1-ci siyahısına daxildir. Hәşiş qәtranı “Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilәn narkotik vasitәlәr”in 1-ci siyahısının İ bәndinә daxildir. Heroin “Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilәn narkotik vasitәlәr”in 1-ci siyahısının İ bәndinә daxildir. Tiryәk “Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi qadağan edilәn narkotik vasitәlәr”in 1-ci siyahısının İ bәndinә daxildir. Qurudulmuş marixuanadan tәdqiqata 0,2 qram sәrf edildikdәn sonra 959,8 qram qalıq qalmışdır. Heroindәn tәdqiqata 0,2 qram sәrf edildikdәn sonra 399,352 qram qalıq qalmışdır. Tiryәkdәntәdqiqata 0,35 qram sәrf edildikdәn sonra 61,831 qram qalıq qalmışdır. Hәşiş qәtranından tәdqiqata 0,2 qram sәrf edildikdәn sonra 399,8 qram qalıq qalmışdır.. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Gәncә şәhәri Sәhiyyә Idarәsinin rayonlararası Narkoloji Dispanserin ## #### 2023-cü il tarixli, **** nömrәli rәyi ilә müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 narkotik vasitәlәrdәn istifadә edir. Narkotik vasitә olan heroindәn suiistifadә nәticәsindә narkomaniya xәstәliyindәn әzab çәkir. Narkomaniya xәstәliyindәn mәcburi müalicәyә ehtiyacı var. Narkoloji kabinetdә qeydiyyata alınması mәslәhәt görülür. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Gәncә şәhәri Sәhiyyә Idarәsinin rayonlararası Narkoloji Dispanserin ## ##### 2023-cü il tarixli, *** nömrәli rәyi ilә müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 narkotik vasitә olan kannabinoidlәrdәn epizodik istifadә halları olub. Narkomaniya xәstәliyindәn mәcburi müalicәyә ehtiyacı yoxdur. Narkoloji kabinetdә profilaktiki qeydiyyata alınması mәslәhәt görülür. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, Azәrbaycan Respublikası TƏBIB Yevlax rayon Mәrkәzi Xәstәxanası, X11 daxil olmuş mәktubdan görünür ki, cinayәt işi üzrә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 vә tәqsirlәndirilәn şәxs2 Yevlax Rayon Mәrkәzi Xәstәxanasının psixo-nevroloji kabinetindә dispanser müşahidәsindә dayanmırlar. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Mәhkәmә Psixiatrik Ekspertiza Mәrkәzi Publik X5 X26 ## ##### 2023-cü il tarixli, *** nömrәli rәyi ilә müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 ona şamil edilәn hazırki cinayәt әmәlini törәtmәzdәn әvvәl vә hәmin әmәli törәdrkәn hәr hansı bir xroniki psixi xәstәlik, psixi fәaliyyәtin müvәqqәti pozulması, kәmağıllıq vә sair psixi xәstәlik keçirmәmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xәstәlik, psixi fәaliyyәtin müvәqqәti pozulması, kәmağıllıq vә sair psixi xәstәlik keçirmir. Belә ki, tәqsirlәndirilәn şәxs1 ona şamil edilәn hazırki cinayәt әmәlini törәdәrkәn öz hәrәkәtlәrini ölçübbiçmәk vә idarә etmәk iqtidarında olmuşdur vә hal-hazırda o, öz hәrәkәtlәrini ölçübbiçmәk vә idarә etmәk iqtidarındadır. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 qeyd olunan cinayәt әmәlini törәdәn zaman anlaqlı olmuşdur. tәqsirlәndirilәn şәxs1 anlaqlılığı istisna etmәyәn psixi pozuntu aşkar edilmir. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası CM-nin 21-ci vә ya vә 22ci maddәlәrinin tәsiri altına düşmür vә onun hal-hazırda mәcburi müalicәyә ehtiyacı yoxdur. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 öz hәrәkәtlәrini tam dәrk etmәk qabiliyyәtinә malik olmuşdur. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Mәhkәmә Psixiatrik Ekspertiza Mәrkәzi Publik X5 X26 ## ### 2023-cü il tarixli, *** nömrәli rәyi ilә müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 hazırda hәr hansı xroniki psixi xәstәlik, psixi fәaliyyәtin müvәqqәti pozulması vә kәmağıllıq keçirmir. Belә ki, tәqsirlәndirilәn şәxs2 müşahidә edilәn xarakterioloji xüsussiyyәtlәrә (şәxsiyyәtin tәk-tәk psixopatik çizgilәri) baxmayaraq o, ona şamil edilәn hazırki cinayәt әmәlini törәdәn zaman öz hәrәkәtlәrini ölçüb-biçmәk vә idarә etmәk iqtidarında olmuşdur vә hal-hazırda o, öz hәrәkәtlәrini ölçüb-biçmәk vә idarә etmәk iqtidarındadır. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 qeyd olunan cinayәt әmәlini törәdәrkәn anlaqlı olmuşdur. tәqsirlәndirilәn şәxs2 anlaqlılığı istisna etmәyәn psixi pozuntu aşkar edilmir. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 әmәli Azәrbaycan Respublikası CM-nin 21-ci vә ya vә 22-ci maddәlәrinin tәsiri altına düşmür vә onun mәcburi müalicәyә ehtiyacı yoxdur. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 öz hәrәkәtlәrini tam dәrk etmәk qabiliyyәtinә malik olmuşdur. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, Yevlax şәhәr Icra Hakimiyyәti Başçısının Yevlax şәhәr * nömrәli sahә IƏD üzrә nümayәndәliyindәn verilmiş ## #### 2023-cü il tarixli, *** saylı arayışdan görünür ki, tәqsirlәndirilәn şәxs1 Yevlax şәhәri, Kür küçәsi, döngә 3, mәnzil * saylı ünvanda qeydiyyatdadır vә atası-Mәmmәdov Fәrman Mürşüd oğlu, anası-X15, oğlu 2011-ci il tәvәllüdlü Mәmmәdzadә Fәrman Orxan oğlu, qızı2010cu il tәvәllüdlü X13, arvadı-X14 ibarәt ailә tәrkibi vardır. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş ##.##.2022-ci il tarixli “sübutların qiymәtlәndirilmәsi haqqında” qәrardan görünür ki, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 960 qram tәrkibindә narkotik maddәlәr olan çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda qurudulmuş marixuana, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 400 qram narkotik tәrkibli çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda hәşiş qәtranı, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 399,552 qram kustar üsulla hazırlanmış narkotik vasitә olan külli miqdarda heroin, 01 (bir) әdәd üzәri yapışqan lentlә bağlanmış qara rәngli sellofan bağlamada tәmiz çәkisi 62,181 qram xaşxaş bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan olan külli miqdarda tiryәk maddi sübut kimi tanınmışdır. Cinayәt işinin materiallarına olan “axtarış vә götürmә aparılması haqqında” ## ##### 2023-cü il tarixli protokoldan görünür ki, şübhәli şәxs qismindә tutulmuş tәqsirlәndirilәn şәxs1 idarә etdiyi «Mercedes Benz C220 CD” markalı **-KN-*** dövlәt qeydiyyat nişanlı avtomobildә müdafiәçisi X6 iştirakı ilә vә videoçәkiliş aparılmaqla hәmin tarixdә saat 08:35-dәn saat 09:50dәk olan müddәt әrzindә axtarış aparılmışdır. Axtarış zamanı tәqsirlәndirilәn şәxs1 idarә etdiyi «Mercedes Benz C220 CDI markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ ayaqaltı hissәsindәn 01 (bir) әdәd ağ rәngli torbanın içәrisindәn üzәri şәffaf yapışqan lentlә bağlanmış 04 (dörd) әdәd qara rәngli sellofan bağlamada olan kütlәlәr aşkar edilmişdir. Hәmin qara rәngli sellofan bağlamalarda olan kütlәlәrә baxış keçirilәrkәn, hәmin bağlamalardan birinin içәrisindә yaşıl rәngli, kәskin iyli bitki mәnşәli kütlәnin olması, qara rәngli bağlamalardan ikisinin içәrisindә qәhvәyi rәngli bәrk halda kütlәnin olması, qara rәngli digәr bir bağlamanın içәrisindә isә qonur rәngli toz halında kütlәnin olması müәyyәn edildi. Hәmin dörd әdәd bağlamada olan kütlәlәr bükülü olduqları sellofanlarla birlikdә elektron tәrәzidә çәkildikdә, onların ayrı-ayrılıqda çәkilәri 422 qram, 69 qram, 415 qram vә 1022 qram, ümumi çәkisi 1928 qram tәşkil etmişdir. Cinayәt işinin materiallarında olan vә mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş, MSY-dәn daxil olmuş, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 mәxsus tibbi kitabçanın kserosurәtindәn görünür ki, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 ##.##.2023-cü il tarixdә, saat 17:45-dә vә 18:20-dә tutulub müvәqqәti saxlama yerinә tәhvil verilmiş, hәmin tarixdә saat 20:33 vә 20:40-da ilkin tibbi müayinәdәn keçirilmiş vә bәdәn sәthlәri üzәrindә hәr-hansı xәsarәt izlәri aşkar edilmәmişdir. “Narkotik vasitәlәrin, psixotrop maddәlәrin vә ya onların prekursorlarının, habelә narkotik vasitәlәrә vә psixotrop maddәlәrә aid olmayan güclü tәsir edәn vә zәhәrli maddәlәrin qanunsuz dövriyyәsinә dair cinayәt işlәri üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun ## #### 2024-cü il tarixli Qәrarının 9-cu bәndindә göstәrilmişdir ki, 234.4.1 vә 234.4.3-cü maddәlәrinin dispozisiyasına görә narkotik vasitәlәri vә ya psixotrop maddәlәri tәkcә satma deyil, hәm dә bu maddәlәri satış mәqsәdilә qanunsuz olaraq әldә etmә vә ya saxlama, hazırlama, istehsal etmә, emal etmә, daşıma, göndәrmә hәmin maddә ilә cinayәt mәsuliyyәtini yaratdığı üçün bu hәrәkәtlәrin narkotik vasitәlәri (psixotrop maddәlәri) mәhz satmaq mәqsәdilә törәdilmәsinin müәyyәn olunması bu qәbildәn olan işlәrin düzgün hәlli üçün mühüm әhәmiyyәt kәsb edir. Tәqsirkarın narkotik vasitәlәri (psixotrop maddәlәri) satmaq niyyәtindә olması müәyyәn edilәrkәn başqa sübutlarla vә narkotik vasitәlәrin miqdarı ilә yanaşı, istehlakçı ilә әvvәlcәdәn razılıq әldә edilmәsi, narkotik vasitәnin (psixotrop maddәnin) çәkilib xırda bağlamalara bükülmәsi, onların hazırlanması üçün avadanlığın olması vә işin digәr halları nәzәrә alınmalıdır. Birinci insansiya mәhkәmәsi hesab etmişdir ki, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası CM-nin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә nәzәrdә tutulan cinayәt әmәlini törәtmişlәr, hәmin cinayәt hadisәsi hәqiqәtәn baş vermiş vә mәhz onlar tәrәfindәn törәdilmişdir, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 әmәlindә Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә nәzәrdә tutulan cinayәtin әlamәtlәri vardır vә hәmin cinayәtin törәdilmәsindә onlar tәqsirlidirlәr vә onlar hәmin maddәlәrin sanksiyası daxilindә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmәlidirlәr, qeyd edilәn әmәlin cinayәt olmasını aradan qaldıran hallar, hәmçinin onun cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün әsaslar yoxdur. Mәhkәmә hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları birinci instansiya mәhkәmәsi tam, hәrtәrәfli vә obyektiv araşdırmış әmәlin tövsifi hissәsindә iş üçün әhәmiyyәt kәsb edәn bütün halları tam aydınlaşdıraraq hәmin sübutlara әsasәn tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 әmәlini düzgün qiymәtlәndirmişdir. Mәhkәmә mәhkuma tәyin edilmiş cәzaların yüngüllәşdirilmәsi ilә bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayәtlәrinin dәlillәri ilә bağlı mәhkәmә qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 cәza tәyin edәrkәn törәtmiş olduğu cinayәtin ictimai tәhlükәlilik dәrәcәsini, xarakterini, mәhkumların şәxsiyyәtini, cәzasını yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın fәrdilәşdirilmәsi prinsipini, tәyin olunacaq cәzanın şәxsin islah olunmasına tәsirini nәzәrә almış, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 azadlıqdan mәhrum etmә cәzası çәkmәdәn islah olunmalarının qeyri-mümkün olması inamına gәlmiş, onlara ittiham olunduqları maddәlәrin sanksiyasında nәzәrdә tutulan azadlıqdan mәhrum etmә növündә cәza tәyin etmәklә qanuni, әsaslı vә düzgün nәticәyә gәlmişdir. Birinci insansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxslәrә cәza tәyin edәrkәn hesab etmişdir ki, mәhkәmә qanunun hәmin tәlәblәrini rәhbәr tutaraq tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 şәxsiyyәtini, törәtmiş olduqları cinayәtin xarakterini, ictimai tәhlükәlilik dәrәcәsini nәzәrә alaraq hesab edir ki, onların törәtdiyi cinayәtә görә yalnız müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmaqla islah olunması vә bu yolla cәzanın mәqsәdlәrinә nail olunması mümkündür. Mәhkәmә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 әmәlindә CM-in 59-cu maddәsindә nәzәrdә tutulan cәzasını yüngüllәşdirәn halın olmamasını nәzәrә alır. Mәhkәmә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 әmәlindә CM-in 61-ci maddәsindә nәzәrdә tutulan mәsuliyyәtini ağırlaşdıran halın olmamasını nәzәrә alır. Mәhkәmә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 himayәsindә iki azyaşlı uşağının olmasını, CM-in 59.1.4-cü maddәsinә müvafiq olaraq cәzasını yüngüllәşdirәn hal hesab edir. Mәhkәmә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 әmәlindә CM-in 61-ci maddәsindә nәzәrdә tutulan mәsuliyyәtini ağırlaşdıran halın olmamasını nәzәrә alır. tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 ittiham olunduqları Azәrbaycan Respublikası CM-in 234.4.1 vә 234.4.3 maddәlәrin sanksiyasında 5 ildәn 12 ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuşdur. Mәhkәmә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 cәza tәyin edәrkәn hesab edir ki, onlara yalnız azadlıqdan mәhrum etmә cәzası tәyin etmәklә cәzanın mәqsәdlәrindәn biri olan sosial әdalәtin bәrpasına vә Cinayәt Mәcәllәsinin qanunçuluq, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin hәyata keçirilmәsinә nail olmaq olar. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 cәza tәyin edәrkәn qanunun tәlәbinә uyğun olaraq işin hallarını kifayәt qәdәr araşdırmış vә nәzәrә almış, ona tәqsirli bilindiyi maddәlәrin sanksiyasında nәzәrdә tutulan azadlıqdan mәhrum etmә cәzasını tәyin etmişdir vә hazırki halda mәhkumlara tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının müddәtinin aşağı endirilmәsi üçün heç bir hüquqi vә faktiki әsas mövcud deyildir. Cәza tәyin edilәrkәn CM-in mühüm prinsiplәrinә kifayәt qәdәr әmәl edilmәli, cәzanın tәyin edilmәsinә fәrdi yanaşılmalı, cinayәt qanunun vәzifәlәri vә cәzanın mәqsәdi, yәni sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınmasına xidmәt etmәlidir. Cәza mәhkәmә hökmü ilә tәyin edilәn cinayәt-hüquqi xarakterli tәdbirdir. Cәza cinayәt törәtmәkdә tәqsirli hesab edilәn şәxsә tәtbiq olunur vә hәmin şәxs barәsindә bu Mәcәllә ilә müәyyәn edilәn mәhrumiyyәtlәr yaradılmasından vә ya onun hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasından ibarәtdir. Cәza, sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir (CM-in 41.1 vә 41.2-ci maddәlәri). Bundan әlavә, mәhkәmә onu da qeyd edir ki, cinayәt mühakimә icraatını hәyata keçirәn mәhkәmә tәrәfindәn qәbul edilәn qәrar cinayәt qanunu ilә mühafizә olunan ictimai münasibәtlәrin qorunması sahәsindә dövlәtin ictimai tәsir gücüdür vә qanunçuluğun tәcәssümüdür. Cinayәtin törәdilmәsi sübut edildikdә, onun ardınca mәqsәdәuyğun cәzanın tәyin edilmәsi gәlmәlidir. Bu, güclü çәkindirici tәsirә malik olar. Əksinә, yüngül cәzaların tәyin edilmәsi yalnız cәzasızlıq mühiti yarada bilәr. “Vinter vә başqaları Birlәşmiş Krallığa qarşı” işi üzrә Avropa Insan Hüquqları Mәhkәmәsinin ## #### 2013-cü il tarixli qәrarında qeyd edilmişdir ki, cәzanın qanuni mәqsәdlәri cәzalandırma, çәkindirmә, islah etmә vә cәmiyyәtin müdafiәsidir. Bu baxımdan mәhkәmә hesab edir ki, mәhkuma birinci instansiya mәhkәmәsi tәrәfindәn tәyin olunmuş cәza hәm hәddi, hәm dә növü baxımından mәhkum tәrәfindәn törәdilmiş cinayәt әmәlinin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, elәcә dә, mәhkumun şәxsiyyәtinә uyğundur. Belәliklә, mәhkәmә iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tәdqiq edilmiş sübutları bir daha tәhlil edib, hәm onlara, hәm dә yuxarıda qeyd edilәn hallara, hәmçinin apellyasiya şikayәtlәri üzrә apellyasiya instansiyasında aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, onlara obyektiv hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәtlәri tәmin edilmәmәli, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 CM-in 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmәlәrinә dair Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanmalıdır. Şәrh olunanlara әsasәn, CPM-in 397, 398.1.1, 407-410 vә 412-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Q Ə R A R A A L D İ: Apellyasiya şikayәtlәri tәmin edilmәsin. tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum edilmәlәrinә dair Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 1(100)-82/2025 saylı hökmü apellyasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 410-cu maddәsindә nәzәrdә tutulmuş müddәtdә Gәncә Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-7)-125/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-125/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver