Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-126/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisləri hüquqi varis2 və hüquqi varis1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : ##.##.1997-ci il tarixdə Tovuz rayonu, Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisi, Musa Musayev küçəsi, ev 76A-da qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlnin ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs əvvəllər məhkum olunmamış, törətdiyi əməli qismən etiraf etmiş, səmimi peşmançılığını bildirmişdir. Cəzasını ağırlaşdıran hallar olmamışdır. Istintaq orqanı qərəzli mövqe sərgiləyərək kamera görüntülərini götürməmiş, şahidlərin izahatını almamış, zərərçəkmiş şəxsin sürət həddini aşması ilə bağlı ona gələn cəriməni gizlətmişdir. Müdafiə tərəfinin işin istintaqa qaytarılması ilə bağlı vəsatəti olmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin vəsatəti təmin etməmişdir. Məhkəmə qeyd etdiyi yüngülləşdirici halları nəzərə almamış, şəxsə kifayət qədər ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək onun təqsiri olmadığını, cinayət hadisəsi törətmədiyini və hadisənin onun təqsiri üzündən baş vermədiyini göstərdi və barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz etdilər, şikayətin dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsə daha yuxarı həddə cəza təyin edilməli olduğunu bildirdilər, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, təqsirləndirilən şəxsin əməlinin cinayət işində olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunduğunu və ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu göstərdi, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Izma qızına məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Izma qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi Məsələlər: Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalı olduğunu iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin normada (CPM-nin 349.5-ci madd.) daha sonra qeyd edilir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası CPM-nin 39, 42-ci maddələrinin göstərilən tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə edilməmişdir. Əksinə onun qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və birinci instansiya məhkəməsində vermiş olduğu qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərdən görünür ki, o, həmin vaxt orada olan traktora görə ötmə əməliyyatı apardığına, qarşıdan gələn avtomobilin sürücüsünün avtomobili sağa çəkəcəyini ehtimal etdiyinə istinad edərək hazırkı cinayətin törədilməsində təqsirli olmadığını iddia etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin irəli sürdüyü dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmış, iş üzrə çoxsaylı istintaq hərəkətləri keçirilmiş, zəruri ekspertizalar təyin edilərək rəylər alınmışdır. Cinayət işi üzrə toplanmış hər bir sübutu tam, hərtərəfli və obyektiv araşdıran məhkəmə kollegiyası həmin sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam olaraq sübuta yetirilir. Işin həm ittiham tərəfindən, həm də müdafiə tərəfindən mübahisələndirilməyən faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin əməli qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirən zaman törətmişdir. Həmin vaxt digər avtomobili idarə edən zərərçəkmiş şəxs2 öz zolağında hərəkətdə olmuşdur. Eyni zamanda həmin yol da hərəkət surəti 50 km/saata qədər məhdudlaşdırılmış buna baxmayaraq Təqsirləndirilən şəxs 80 km/saat sürətlə hərəkət etmişdir. Doğrudur, bu halı Təqsirləndirilən şəxs təkzib etsə də, onun avtomobilinin 80 km/saat sürətlə hərəkət etməsi iş üzrə toplanmış sübutların məcmusu ilə, eləcə də yol nəqliyyat hadisəsindən sonra avtomobilin surət göstəricisinin çəkilmiş fotoşəkli ilə sübuta yetirilir. Məhkəmə kollegiyası məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyində də öz əksini tapan həmin halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda, bu tələblərə əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirməklə, qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirərək, eləcə də yaşayış məntəqəsində 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80 km/saat sürətlə hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 51 ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, qeyd edilən tələblərin pozulması isə hazırkı cinayət hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin və 51 ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə həmin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin, o, həmin tələbləri pozmaqla cinayət hadisəsi törətmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mərhum zərərçəkmiş şəxslər haqqında olan məhkəmə-tibbi ekspertizasının nəticələrindən də görünür ki, onların ölümünün səbəbi yolnəqliyyat hadisəsi nəticəsində almış olduqları xəsarətlər olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslər və şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmadan keçirilmiş, lakin apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə ziddiyyət təşkil edir. Beləliklə də, apellyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla tam təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən (yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) halı və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi, məhkum olunduğu maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törədilməkdə təqsirlibilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona orta həddə əlavə (nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə) və əsas (azadlıqdan məhrum etmə) cəza təyin edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzanın növü və həddinə münasibət bildirərkən o, halı nəzərə almağı zəruri hesab edir ki, hazırki cinayət hadisəsinin törədilməsi nəticəsində 2 nəfər vəfat etmiş, 2 nəfər isə az ağır xəsarətlər almışdır. Hadisənin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməmiş, bugünki gündə də həmin şəxslər təqsirləndirilən şəxsdən qatı şikayətçidirlər. Qeyd olunan hallar təqsirləndirilən şəxsi oxşar analoji cinayətləri törətmiş digər şəxslərdən fərqləndirməyi zəruri edir. Məhkəmə kollegiyası işin məhz yuxarıda qeyd olunan hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin ona təyin edilmiş növdə və həddə əsas və əlavə cəzalar çəkməsini zəruri hesab edir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, onun şəxsiyyətinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cəzanın ağır olması ilə bağlı müdafiə tərəfinin dəlilləri ilə də razılaşmır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-nin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-126/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-126/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver