Azәrbaycan Respublikası adından Qərar Gәncә şәhәri İş № 1(3-7)-129/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X4 (sәdrlik edәn), Hüseynov Salman Bilal oğlu vә Əzizov Sevindik Əziz oğlundan ibarәt tәrkibdә, Mәmmәdov Elvin Israyıl oğlunun katibliyi, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru, R dövlәt ittihamçısı1, Mәhkum Tәqsirlәndirilәn şәxs oğlunun vә onun müdafiәçisi Gәncә Regional Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM) 178.2.4-cü maddәsi ilә tәqsirli bilinәrәk mәhkum edilmәsinә dair Gәncә şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 1(125)-104/2025 saylı hökmündәn mәhkum Tәqsirlәndirilәn şәxs oğlu vә zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri üzrә cinayәt işinә Gәncә Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında mәhkәmә baxışı keçirmәklә, mәhkәmә M Ü Ə Y Y Ə N E T D İ: Gәncә şәhәr Mәhkәmәsinin (hakim: Hәsәnli Mәhәmmәd Vahid oğlu) ##.##.2026-cı il tarixli, 1(125)-104/2025 nömrәli hökmü ilә, ##.##.1978-ci il tarixdә Şәmkir rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, evli, işlәmәyәn, mәhkum olunmuş, Şәmkir rayonu, Kür qәsәbәsi, M.Ə.Rәsulzadә küçәsi, bina 7 mәnzil 29-da qeydiyyatda olmaqla, Gәncә şәhәri, Totanlı küçәsi ev 90da yaşamış,barәsindә “hәbs” qәtimkan tәdbiri seçilmәklә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı istintaq tәcridxanasında saxlanılan Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 178.2.4-cü maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk, ona 2 (il) 3 (üç) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş vә CM-nin 66.5-ci maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)- 355/2024 nömrәli hökmü ilә tәyin edilmiş 3 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası CM-nin 68.1.1-1-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzasının iki günü azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr tutulmaqla 1 (bir) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrumetmә cәzası hazırkı hökmlә tәyin olunmuş 2 (iki) il 3 (üç) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası ilә qismәn toplanılmaqla, ona cinayәtlәrin mәcmusu üzrә 2 (iki) il 9 (doqquz) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, CM-nin 69.3-cü maddәsinә әsasәn onun hazırkı cinayәt işi üzrә ## #### 2022-ci il tarixdәn ## ### 2022-ci il tarixәdәk hәbsdә saxlandığı 2 (iki) ay 14 (on dörd) gün, ## ### 2022-ci il tarixdәn ## #### 2022-ci il tarixәdәk ev dustaqlığında olduğu 17 (on yeddi) gün vә digәr cinayәt işi üzrә sonuncunun ##.##.2023-cü il tarixdәn ##.##.2024-cü il tarixәdәk hәbsdә saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddәt vә Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә çәkmiş olduğu 10 (on) ay 26 (iyirmi altı) gün azadlığın mәhdudlaşdırılması cәzası CM-nin 68.1.1-1-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzasının iki günü azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr hesablanmaqla, 5 (beş) ay 13 (on üç) gün müddәt, cәmi 1 (bir) il 9 (doqquz) ay 1 (bir) gün müddәt azadlıqdan mәhrum etmә cәzası, tәyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasından çıxılaraq onun üzәrindә qәti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddәtinә azadlıqdan mәhrumetmә cәzası saxlanılması, onun azadlıqdan mәhrum etmә cәzasının әvvәli hökmün elan olunduğu ## #### 2026-cı il tarixdәn hesablanması, ona tәyin olunmuş azadlıqdan mәhrum etmә cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, onun barәsindә seçilmiş “polisin nәzarәti altına vermә” qәtimkan tәdbiri dәyişdirilәrәk “hәbs” qәtimkan tәdbiri ilә әvәz edilmәsi vә onun dәrhal mәhkәmә iclas zalından hәbsә alınması hökm edilmiş, hәmçinin hökmlә maddi sübutlara aid mәsәlәlәr dә hәll edilmişdir. Işin halları: Hökmә әsasәn, Tәqsirlәndirilәn şәxs etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin әmlakını әlә keçirib zәrәrçәkmiş şәxsә xeyli miqdarda maddi ziyan vurmaqla dәlәduzluq etmişdir. Belә ki, o, 2021-ci ilin dekabr ayında günü istintaqa mәlum olmayan tarixdә Zәrәrçәkmiş şәxs özünә teplovoz almaq istәdiyini bilib, sonuncu ilә telefon әlaqәsi saxlayaraq özünü teplovoz makleri kimi ona tәqdim etmәklә, özündә 70000 manat mәblәğindә satılıq teplovoz olduğunu bildirmәklә, Zәrәrçәkmiş şәxsә mәxsus pul vәsaitini qanunsuz vә әvәzsiz olaraq tamah niyyәti ilә әlә keçirmәk qәrarına gәlmiş vә bu mәqsәdlә ona aid olmayan, 1985-ci ildәn «Azәrneft» IB-nin Maddi-Texniki Tәhcizat Idarәsinә mәxsus, Şәmkirxidmәt sahәsi әrazisindә olan TQK2-1449 markalı teplovozun ona mәxsus olmasına inandırıb, hәmin vәdinә әmәl etmәk vә hәmin teplovozu satmaq niyyәti olmadan, vahid niyyәtlә әhatә olunan qәsdlә Zәrәrçәkmiş şәxs ## ###### 2022-ci il tarixdә Bakı şәhәri Bilәcәri qәsәbәsindә onun pulu götürmәk üçün göndәrdiyi taksi sürücüsü şahid4 verdiyi 17000 manat dәyәrindә 10000 ABŞ dollar pulu, ## ###### 2022-ci il tarixdә Bakı şәhәri әrazisindә yerlәşәn «Şәrq» bazarının yanında onun özünә verdiyi 10000 manat pulu, ## ###### 2022-ci il tarixdә saat 16 radәlәrindә Bakı şәhәri, Nәrimanov rayonu әrazisindә onun pulu götürmәk üçün göndәrdiyi taksi sürücüsü Mәmmәdov Taleh Qabil oğluna Zәrәrçәkmiş şәxs verdiyi 8500 manat pulu Taleh Mәmmәdovdan hәmin gün yaşadığı Gәncә şәhәri, Totanlı küçәsindә yerlәşәn 8 nömrәli orta mәktәbin yaxınlığında almaqla, ümumilikdә Zәrәrçәkmiş şәxsә mәxsus 35500 manat pulu etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirәrәk, zәrәrçәkmiş şәxsә xeyli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd edilәn hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәti verәrәk onun işinә yenidәn baxılmasını vә barәsindә azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Mәhkum apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, Gәncә şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü әdalәtsiz hesab edir. Hәbsә düşdükdәn sonra ailә vә uşaqlarına maddi vә mәnәvi dәstәk ola bilmir vә zәrәrçәkmiş şәxsin pulunu tam ödәyә bilmir. Onun ailәli vә himayәsindә iki azyaşlı övladlarının olmasını, әmәlindәn sәmimi peşman olmasını, zәrәrçәkәn şәxslә barışmasını vә ona 15500 manat maddi ziyan ödәmәsini, zәrәrçәkmiş şәxsin ondan heç bir şikayәt vә tәlәbinin olmamasını, işdә mülki iddianın olmamasını nәzәrә alınmasını vә ona hәbslә bağlı olmayan azadlığın mәhdudlaşdırılması cәzasının verilmәsini xahiş edir. Birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd edilәn hökmündәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk Gәncә Şәhәr Mәhkәmәsinin «18» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü cәzanın ağırlığına görә dәyişdirәrәk, Tәqsirlәndirilәn şәxs barәsindә Azәrbaycan Respublikası CM-nin 178.2.4-cü maddәsinin sanksiyasında nәzәrdә tutulan azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin edilmәsi, yaxud CM-nin 70-ci maddәsi tәtbiq olunmaqla tәyin olunmuş cәzanın şәrti hesab edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, Gәncә Şәhәr Mәhkәmәsinin 1 (***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 178.2.4-cü maddәsi ilә cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk, qәti olaraq 11 ay 29 gün müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmişdir. Hesab edir ki, Gәncә Şәhәr Mәhkәmәsinin 1 (***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü cәzanın ağırdığına görә dәyişdirilmәli, işdәki yüngüllәşdirici hallar nәzәrә alınıb Tәqsirlәndirilәn şәxs CM-nin 178.2.4-cu maddәsinin sanksiyada nәzәrdә tutulmuş alternativ cәza olar, azadlığın mәhdudlaşdırılması cәzası ilә әvәz edilmәli, yaxud barәsindә CM-nin 70ci maddәsı tәtbiq olunmaqla tәyin olunmuş cәza şәrti hesab edilmәdlidir. Belә ki, tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәza onun şәxsiyyәtinә, işin hallarına, ailә şәraitinә uyğun olmamış, yüngüllәşdirici hallar lazımi qaydada nәzәrә alınmamışdır. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 8.1 -ci maddәsinә әsasәn cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi'hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs hәm ibtidai istintaq dövründә, hәm dә mәhkәmә iclasında törәtdiyi әmәli sәmimi olaraq etiraf etmiş, әmәlinә tәnqidi yanaşmış vә peşiman olduğunu bildirmiş, hәmçinin bir daha belә әmәllәrә yol vermәyәcәyini, mәhkәmә baxışı zamanı vurulmuş ziyandan hәr ay ödәnişlәr etmiş, qalan pulun da ödәmәsinә söz vermişdir. Bundan başqa Tәqsirlәndirilәn şәxs hәbsdә saxlanılması ziyanın qalan hissәsinin ödәnilmәsinә çәtinlik yaradacaqdır ki, bu da zәrәçәkmiş şәxs kimi onun maddi durumunu pislәşdirәcәkdir. Odur ki, qeyd olunanlara әsasәn Gәncә Şәhәr Mәhkәmәsinin «18» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü cәzanın ağırlığına görә dәyişdirәrәk, Tәqsirlәndirilәn şәxs barәsindә Azәrbaycan Respublikası CM-nin 178.2.4-cü maddәsinin sanksiyasında nәzәrdә tutulan azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin edilmәsi, yaxud CM-nin 70-ci maddәsi tәtbiq olunmaqla tәyin olunmuş cәzanın şәrti hesab edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş edir. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn mәhkumun müdafiәçisi apellyasiya şikayәtini müdafiә etdi, şikayәtdә göstәrilәn mәzmunda çıxış edәrәk, cinayәt işi üzrә dәymiş maddi ziyanın tam ödәnilmәsini nәzәrә alıb, Gәncә şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü dәyişidirilәrәk tәqsirlәndirilәn şәxs barәsindә azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin edilmәsini mәhkәmәdәn xahiş etdi. Mәhkәmә iclasında iştirak edәn mәhkum apellyasiya şikayәtini müdafiә etdi, şikayәtdә göstәrilәn mәzmunda çıxış etdi, cinayәt işi üzrә dәymiş maddi ziyanın tam ödәnilmәsini nәzәrә alıb, şikayәtin tәmin edilmәsini vә Gәncә şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünü dәyişdirilәrәk onun barәsindә azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin edilmәsini mәhkәmәdәn xahiş etdi. Apellyasiya mәhkәmә iclasında zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs mәhkәmәyә teleqram ünvanlayaraq işә onun iştirakı olmadan baxılmasını, ona dәymiş ziyanın tam olaraq ödәnildiyini, apellyasiya şikayәtlәrinin tәmin edilmәsini vә Tәqsirlәndirilәn şәxs hәbslә bağlı olmayan cәza verilmәsini xahiş etmişdir. Mәhkәmә iclasında iştirak edәn dövlәt ittihamçısı apellyasiya şikayәtlәrinә qarşı etiraz etdi, şikayәtlәrin dәlillәrinin әsassız olduğunu, mәhkumun әmәlinin cinayәt işi üzrә toplanmış mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunduğunu, hәmçinin ona tәyin edilmiş cәzanın qanuni vә әdalәtli olduğunu bildirdi vә şikayәtlәrin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin hökmünün qüvvәsindә saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası CPM-in 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinә görә, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә mәhkәmә istintaqı aparmadan cinayәt işinin materiallarını vә apellyasiya şikayәtlәinin dәlillәrini araşdırıb, ittiham vә müdafiә tәrәfinin çıxışlarını dinlәyәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәtlәri tәmin edilmәlidir. Belә ki, apellyasiya şikayәtlәrinin dәlillәrindәn, habelә tәrәflәrin mövqeyindәn aydın olur ki, mәhkum edilmiş şәxsә istinad edilәn cinayәtin törәdilmәsi tәkzib edilmir. Müdafiә tәrәfi şikayәtin tәmin olunmasına әsas kimi onu göstәrmişdir ki, birinci instansiya mәhkәmәsi mәhkumun edilmiş şәxsin barәsindә olan yüngüllәşdirici halları kifayәt qәdәr nәzәrә almamış vә ona ağır cәza tәyin etmişdir. Zәrәrçәkmiş şәxs isә şikayәtin tәmin olunmasına әsas kimi onu göstәrmişdir ki, Tәqsirlәndirilәn şәxs hәbsdә saxlanılması ziyanın qalan hissәsinin ödәnilmәsinә çәtinlik yaradacaqdır ki, bu da zәrәçәkmiş şәxs kimi onun maddi durumunu pislәşdirәcәkdir. Mәhkәmә apellyasiya şikayәtlәrinin dәlillәrindә göstәrilmәsә dә, CPM-in 397-ci maddәsinin tәlәblәrindәn çıxış edәrәk, şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin hökmünü iş materialları ilә әlaqәli şәkildә tövsifin düzgünlüyü hissәsindә yoxlamış, müәyyәn etmişdir ki, mәhkәmә tövsif mәsәlәsindә әsaslı nәticәyә gәlmiş, bu hissәdә maddi vә prosessual hüququ düzgün tәtbiq etmişdir. Birinci instansiya mәhkәmәsinin mübahisә olunan hökmündәn görünür ki, mәhkәmә ittiham hökmü çıxararkәn mәhkum edilmiş şәxsin özünün etirafedici ifadәsi, zәrәrçәkmiş şәxsin ifadәsi, şahid ifadәlәri, istintaq hәrәkәti protokolları vә işdә olan digәr sübutları, yәni toplanmış sübutların mәcmusu ilә onun Azәrbaycan Respublikası CM-in 178.2.4-cü maddәsi ilә müәyyәn edilmiş cinayәt әmәlini törәtmәsi vә tәqsirliliyinin tam sübuta yetirilmәsi, әmәlinin cinayәt olmasını aradan qaldıran halların, hәmçinin tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün әsasların olmamasına görә, onun hәmin maddә ilә tәqsirili bilinib cәzalandırılmalı olmasına dair yekun nәticәyә gәlmişdir, mәhkәmә hәmin sübutları hazırkı qәrarda tәkrarlamağa zәrurәt görmür. Cinayәt işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların әldә olunması vә onların birinci instansiya mәhkәmәsi tәrәfindәn tam, hәrtәrәfli vә obyektiv araşdırılması zamanı hәr hansı bir qanun pozuntusuna yol verilmәmiş, işә birinci instansiya mәhkәmәsi tәrәfindәn ağlabatan müddәtdә baxılmış, mәhkәmә baxışı zamanı yolverilmәz sübutlardan istifadә olunmamış, cinayәt prosesinin iştirakçıları tәrәfindәn tәqdim edilmiş sübutların tәdqiqindәn әsassız olaraq imtina edilmәmiş vә mәhkum edilmiş şәxsә qanunvericilikdә nәzәrdә tutulmuş bütün hüquqlarından tam hәcmdә istifadә etmәsi üçün kifayәt qәdәr imkanlar vә şәrait yaradılmışdır. Cinayәt işinin materiallarından, mәhkәmә iclas protokolundan vә işdә olan digәr prosessual sәnәdlәrdәn görünür ki, ibtidai araşdırma zamanı vә mәhkәmә istintaqında tәqsirlәndirilәn şәxsin müdafiә hüququ tәmin edilmiş vә mәhkәmә baxışı zamanı hәr hansı bir kobud prosessual qanun pozuntusuna yol verilmәsi aşkar edilmәmişdir. Apellyasiya instansiya mәhkәmәsi mәhkәmә baxışı zamanı cinayәt işinin materiallarını tәhlil edәrәk belә nәticәyә gәlir ki, Tәqsirlәndirilәn şәxs CM-nin 178.2.4-cü maddәsi ilә elan edilmiş ittihamla bağlı istәr ibtidai araşdırma orqanı, istәrsә dә, işә baxmış birinci instansiya mәhkәmәsi CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә әmәl edәrәk, mәhkumun ittiham olunduğu cinayәtin törәdilmәsindә tәqsirli bilinmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk, işin faktiki hallarına uyğun olan yekun mәhkәmә qәrarı qәbul edilmişdir. - Nikah haqqında şәhadәtnamәdәn vә doğum haqqında şәhadәtnamәlәrdәn görünür ki, Tәqsirlәndirilәn şәxs ilә Hәsәnova Esmira Akif qızı nikahlarını ##.##.2019-cu il tarixdә Gәncә şәhәri Nizami rayon Qeydiyyat şöbәsindә 26 nömrәli akt qeydi ilә rәsmilәşdirmişlәr, nikah bağlandıqdan sonra әrin soyadı Abbasov, arvadın soyadı Abbasova qeyd edilmiş, hәmin nikahdan tәrәflәrin iki övladı - ##.##.2019-cu il tarixli X1 vә ##.##.2019- cu il tarixli X5 doğulmuşdur. - Zәrәrçәkmiş şәxs tәrәfindәn notarial qaydada verilmiş ##.##.2026-cı il tarixli әrizәdәn görünür ki, zәrәrçәkmiş şәxsin Tәqsirlәndirilәn şәxs qarşı heç bir şikayәt vә tәlәbi yoxdur. - Azәrbaycan Respublikası Tәmir-Istismar Mәnzil Tәsәrrüfatı birliyi Şәmkir rayon Kür qәsәbә Tәmir Istismar Mәnzil Sahәsinin ##.##.2024-cü il tarixli xasiyyәtnamәsindәn görünür ki, Tәqsirlәndirilәn şәxs 1978-ci ildәn hazıra kimi Kür qәsәbәsi, M.Ə.Rәsulzadә küçәsi ev 7, mәnzil 29 ünvanında qeydiyyatdadır. Yaşadığı müddәt әrzindә onun qәsәbәdә özünü pis aparması, qonşularla münaqişәli münasibәtdә olması barәdә Mәnzil Tәmir Istismar Sahәsinә heç bir yazılı vә şifahi şikayәt daxil olmamışdır. - Şәmkir Rayon Mәhkәmәsinin 1(076)-7/2024 nömrәli, ## ### 2024-cü il tarixli hökmü ilә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.4-cü maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinib, 2 (iki) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, cәzasının әvvәlinin ## ###### 2023-cü il tarixdәn hesablanması, cәzasını ümumi rejimli cәzaçәkmә müәsissәsindә çәkmәsi, barәsindә seçilmiş hәbs qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. - Gәncә Apellyasiya Mәhkәmәsi Cinayәt Kollegiyasının 1(104)-355/2024 nömrәli, ##.##.2024-cü il tarixli qәrardan görünür ki, Şәmkir Rayon Mәhkәmәsinin ## ### 2024-cü il tarixli, *(***)-*/**** saylı hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmiş, Şәmkir Rayon Mәhkәmәsinin ## ### 2024-cü il tarixli, *(***)-*/**** saylı hökmü tәqsirlәndirilәn şәxsin apellyasiya şikayәtinә münasibәtdә ona tәyin olunmuş cәzaya aid hissәdә dәyişdirilmiş, Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.4-cü maddәsi ilә 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilmiş, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs ##.##.2023-cü il tarixdәn ##.##.2024-cü il tarixәdәk hәbsdә saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddәt hәbsdә saxlamanın bir günü azadlığın mәhdudlaşdırılması cәzasının iki gününә bәrabәr hesablanmaqla, cәmi 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddәt ona bu qәrarla tәyin olunmuş 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasından çıxılmış vә üzәrindә qәti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası saxlanılmışdır. - DIN-nin BƏSII-dәn daxil olmuş tәlәbnamәdәn görünür ki, Tәqsirlәndirilәn şәxs ##.##.2024-cü il tarixdә Şәmkir Rayon Mәhkәmәsinin hökmü ilә Azәrbaycan Respublikası CMnin 177.2.4-cü maddәsi ilә tәqsirli bilinәrәk 02 il müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuş vә Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrarı ilә ona tәyin edilmiş 02 il müddәtә azadlıqdan mәhrum etmә cәzası 10 ay 26 gün müddәtdә azadlığın mәhdudlaşdırılması cәzası ilә әvәz edilmәklә ##.##.2025-ci il tarixdә cәza müddәti başa çatmışdır. Apellyasiya icraatı zamanı zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs mәhkәmәyә teleqram ünvanlayaraq Tәqsirlәndirilәn şәxs tәrәfindәn cinayәt nәticәsindә vurulmuş maddi ziyanın tam olaraq ödәnildiyini göstәrmişdir. Azәrbaycan Respublikası CM-in 178.2.4-cü maddәsinin sanksiyasında dörd min manatdan yeddi min manatadәk miqdarda cәrimә vә ya bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzası nәzәrdә tutulmuşdur. CM-in 8.1-ci maddәsinin tәlәblәrinә görә, cinayәti törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәti törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Belә ki, cinayәt qanunvericiliyinin cәzanın anlayışı vә mәqsәdini müәyyәn edәn 41-ci maddәsi vә cinayәt qanununun vәzifәlәri vә prinsiplәrinin müddәaları cinayәtkarlıqla mübarizәdә cinayәt cәzasını әsas mübarizә vasitәsi kimi deyil, yardımçı rola malik olan bir tәdbir kimi nәzәrdә tutur. Ona görә dә, cinayәtkarlıqla mübarizәdә әsas diqqәt sosial-iqtisadi, siyasi vә ideoloji tәsir tәdbirlәrinә verilmәli, hәmin tәdbirlәr gözlәnilәn nәticәni vermәdikdә yalnız bundan sonra son tәdbir kimi cinayәt-hüquqi tәsir tәdbirlәri tәtbiq edilmәlidir. CM-nin 58.1-ci maddәsinә görә, cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla, Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Mәcәllәnin 58.3-cü maddәsinә görә isә cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. «Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında» Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2003-cü il tarixli, * nömrәli qәrarının 4-cü bәndinә görә CM-nin 59-cu maddәsi ilә cәzanı yüngüllәşdirәn halların sayı mәhdudlaşdırılmadığından cәza tәyini zamanı hәmin maddәdә nәzәrdә tutulmamış hallar da cәzanı yüngüllәşdirici hallar qismindә nәzәrә alına bilәr. Belә halların cәzanın yüngüllәşdirici hal kimi qәbul edilmәsi hökmdә әsaslandırılmalıdır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun «Azәrbaycan Respublikası CM-nin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair» ## ##### 2012-ci il tarixli Qәrarında qeyd edilmişdir ki, «cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır (CM-in 58.3-cü maddәsi). Bu baxımdan cәzanı yüngüllәşdirәn halların düzgün müәyyәn olunması xüsusi әhәmiyyәt kәsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddәlәrindә cәzanı yüngüllәşdirәn halların tam olmayan siyahısını müәyyәn etmişdir. Cinayәt Mәcәllәsindә bu hallardan başqa, cәzanı yüngüllәşdirәn digәr halların nәzәrә alınmasının mümkünlüyü dә göstәrilmişdir. Belәliklә, CM-in 59-cu maddәsinin mәzmunundan görünür ki, cәzanı yüngüllәşdirәn hal tәqsirkarın şәxsiyyәtinә, törәdilmiş cinayәtә aid olan vә müvafiq olaraq cinayәt törәdәnin özünün vә cinayәt әmәlinin tәhlükәliliyini azaldan vә cinayәt tәrkibindәn kәnarda qalan müxtәlif hallardır». Cәzanı yüngüllәşdirәn halların cinayәt-hüquqi әhәmiyyәti ondan ibarәtdir ki, onlar: әmәlin tövsif edildiyi maddәnin sanksiyasına uyğun seçilәn cәza növünün aşağı hәddinә yaxın hәddә cәza tәyin etmәyә; alternativ sanksiyaya malik maddәlәrlә mәsuliyyәt hәll edilәrkәn daha yüngül sayılan cәza növünü seçmәyә; qanunda nәzәrdә tutulan daha yüngül cәza tәyin etmәyә (CM-in 62-ci maddәsi); şәrti mәhkumetmә institutunu tәtbiq etmәyә (CM-in 70-ci maddәsi) hüquq verir. Avropa Şurası Nazirlәr Komitәsinin üzv dövlәtlәrә tövsiyyәlәrindә dә vurğulanır ki, cәzaçәkmә yerlәrinin maliyyә mәsrәflәrinin cәmiyyәtin üzәrindә ağır yük olduğu vә hәbsin çox zaman mәnfi nәticәlәr doğurduğu vә hüquq pozucularını islah etmәdiyi tәdqiqatlar nәticәsindә aşkar edilir. Yenә, Avropa Şurası Nazirlәr Komitәsinin R (99) ** saylı tövsiyyәsindә cәza siyasәtinin humanistlәşdirilmәsi ilә әlaqәdar mühüm әhәmiyyәt daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Hәbsxanalarda hәddәn artıq insan olmasının vә mәhbusların artmasının hәbsxana müdiriyyәtlәri vә bütövlükdә cinayәt mühakimә icraatı sistemi üçün hәm insan hüquqları, hәm dә cәzaçәkmә müәssisәlәrinin sәmәrәli idarә edilmәsi baxımından mühüm problem tәşkil edir. Mәhbusların sәmәrәli idarә edilmәsinin cinayәtkarlığın ümumi vәziyyәti, cinayәtkarlığın nәzarәtdә saxlanmasında prioritetlәr, qanunlar toplusunda nәzәrdә tutulan müxtәlif növ cәzalar, tәyin edilәn cәzaların ağırlığı, ictimai sanksiyalardan vә tәdbirlәrdәn nә dәrәcәdә teztez istifadә edilmәsi, cinayәt mühakimә icraatı orqanlarının işinin sәmәrәliliyi vә tәsirliliyi, xüsusәn dә ictimaiyyәtin cinayәtә vә cәzaya münasibәti kimi mәsәlәlәrdәn asılıdır. Hәbsxanalarda hәddәn artıq insanın olması ilә mübarizә aparmaq vә hәbsxana sakinlәrinin sayını azaltmaq mәqsәdi daşıyan tәdbirlәrin cinayәtkarlığın vә cinayәtkar davranışın qarşısının alınmasına, sәmәrәli hüquq mühafizә tәdbirlәrinә, cәmiyyәtin tәhlükәsizliyinә vә müdafiәsinә, sanksiya vә tәdbirlәrin fәrdilәşdirilmәsinә vә hüquq pozucularının sosial reinteqrasiyasına yönәlәn ardıcıl vә mәqsәdәuyğun cinayәt siyasәtinin tәrkibinә daxil edilmәsinin zәruridir. Belә tәdbirlәrin qanunun aliliyi ilә idarә olunan vә insan hüquqlarının tәmin edilmәsindәn ibarәt ali mәqsәdә tabe olan demokratik dövlәtlәrin әsas prinsiplәrinә, Insan hüquqları haqqında Avropa Konvensiyasına vә onun tәtbiqinin hәvalә olunduğu orqanların presedent hüququna uyğun gәlmәlidir. Əsas prinsiplәr kimi üzv dövlәtlәrә tövsiyyәdә aşağıdakılar bildirilir: - Azadlıqdan mәhrum etmә әn son vasitә qismindә istifadә edilәn sanksiya vә ya tәdbir hesab edilmәli vә buna görә dә yalnız hüquq pozuntusunun ciddiliyi hәr hansı başqa sanksiyanı vә ya tәdbiri açıq-aydın qeyri-adekvat etdiyi tәqdirdә nәzәrdә tutulmalıdır. - Cәzanın nisbi ağırlığı üzrә dәrәcәlәrә bölünәn müvafiq ictimai sanksiya vә tәdbirlәr toplusu hazırlanmalı, prokurorlar vә hakimlәr onlardan mümkün qәdәr geniş istifadәyә sövq edilmәlidir. - Hәbsxanalarda hәddәn artıq insan olmasına vә mәhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şәrait yaradan әsas amillәrin әtraflı tәhlili hәyata keçirilmәli, bu tәhlildә xüsusәn uzun müddәtә azadlıqdan mәhrum etmә cәzasına sәbәb olan hüquq pozuntusu növlәri, cinayәtkarlığın nәzarәtdә saxlanmasında prioritetlәr, ictimaiyyәtin mövqeyi vә narahatçılıqları, habelә mövcud cәza tәyin etmә praktikası kimi mәsәlәlәr nәzәrdәn keçirilmәlidir. Bundan başqa, hәmin tövsiyyәdә mәhkәmә araşdırması mәrhәlәsinә aid tәdbirlәr fәslindә qeyd edilir ki, uzun müddәtә azadlıqdan mәhrum etmәni nәzәrdә tutan vә bununla hәbsxana sisteminin üzәrinә ağır yük qoyan cәzaların tәtbiqini azaltmaq vә qısa müddәtә azadlıqdan mәhrum etmә cәzalarını ictimai sanksiya vә tәdbirlәrlә әvәz etmәk üçün sәy göstәrilmәlidir. Tövsiyyәdә diqqәtә çatdırılır ki, azadlıqdan mәhrum etmәnin әvәzinә istifadә edilә bilәn ictimai sanksiya vә tәdbirlәri nәzәrdә tutarkәn azadlıqdan mәhrumetmә cәzası tәyin etmәdәn müstәqil sanksiya qismindә probasiyanın (şәrti cәzanın) tәyin edilmәsi, zәrәrçәkәnlә hüquq pozucusu arasında mediasiya (vasitәçilik) vә zәrәrçәkәnә dәymiş ziyanın kompensasiyası; hәrәkәt sәrbәstliyinin mәhdudlaşdırılması nәzәrә alınmalıdır. Cәza tәyin edilmәsinin mәntiqi әsaslarındakı mәqsәd digәr mәsәlәlәrlә yanaşı azadlıqdan mәhrumetmә cәzalarından istifadәni azaltmaq, ictimai sanksiyaların vә tәdbirlәrin istifadәsini genişlәndirmәk vә mediasiya (vasitәçilik) vә ya zәrәrçәkәnә dәymiş ziyanın kompensasiyası kimi fәrqli tәdbirlәrdәn istifadә etmәkdir. Azәrbaycan Respublikası Prezidentinin Penitensiar sahәdә fәaliyyәtin tәkmillәşdirilmәsi, cәza siyasәtinin humanistlәşdirilmәsi vә cәmiyyәtdәn tәcridetmә ilә әlaqәdar olmayan alternativ cәza vә prosessual mәcburiyyәt tәdbirlәrinin tәtbiqinin genişlәndirilmәsi barәdә ## ###### 2017-ci il tarixli Sәrәncamından irәli gәlәn prinsiplәri dә xüsusilә nәzәrә almaq lazımdır. X2 Şurası Nazirlәr Komitәsinin tövsiyyәlәrini daha da genişlәndirilәrәk diqqәt yetirilәn mәsәlәlәrә qabarıq formada yeni yanaşma önә çәkilir. Mәhkәmә hakimiyyәti üçün yol xәritәsi olan Sәrәncamın 8, 10 vә 13-cü bәndlәrindәn irәli gәlәn tövsiyyәlәrә mәhkәmә xüsusi diqqәt yetirmәklә nәzәrә alınmasını zәruri hesab edir. Hәmin Sәrәncamda göstәrilmişdir ki, ibtidai istintaq vә mәhkәmә icraatı zamanı böyük ictimai tәhlükә törәtmәyәn vә az ağır, o cümlәdәn iqtisadi fәaliyyәt sahәsindә cinayәtlәrә görә hәbs qәtimkan tәdbirinin geniş tәtbiq edilmәsi, habelә hәmin cinayәtlәrә görә azadlıqdan mәhrum etmәnin dinamikasının artması mәhkumların sayının çoxalmasına vә penitensiar müәssisәlәrin yüklәnmәsinә sәbәb olur. Yuxarıda göstәrilәn prinsiplәrdәn yanaşdıqda, hәmçinin ümumilikdә götürdükdә aydın olur ki, heç dә ağır cәzaların, o cümlәdәn, azadlıqdan mәhrumetmә cәzasının tәyin edilmәsi hәmişә cәzanın mәqsәdlәrinә xidmәt etmir. Hәr bir cinayәt әmәli törәtmiş şәxsә, törәdilmiş cinayәtin ictimai tәhlükәliliyinә, cinayәt әmәlini törәtmiş şәxsin cinayәt әmәlini törәtdikdәn sonrakı davranışlarına, cinayәt әmәlini törәtmiş şәxsin fәrdi xüsusiyyәtlәrinә, onun cәmiyyәtdәki mövqeyinә, ailә vәziyyәtinә, cinayәt әmәli törәtdiyi vaxtla, cinayәt әmәli törәtdikdәn sonra cәmiyyәtdә tutduğu mövqeyә, statusuna, onun kriminal әmәllәrә meyilli olubolmamasına aid mәlumatlar nәzәrә alınmaqla fәrdi yanaşılmalı vә bütün bunlara kompleks şәkilindә bir-birilә әlaqәli halda qiymәt verilmәlidir. Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs cәza tәyin edilmәsi mәsәlәsinin müzakirәsi zamanı aydın oldu ki, birinci instansiya mәhkәmәsi ona cәza tәyin edәrkәn hesab etmişdir ki, CM-nin 59-cu maddәsinә әsasәn, mәhkәmә Tәqsirlәndirilәn şәxs şәxsiyyәtini tәdqiq edәrәk onu xarakterizә edәn işin mühüm vә diqqәtәlayiq hallarını, törәtdiyi cinayәti etiraf etmәklә әmәlindәn peşman olmasını, әmәlinin ictimai tәhlükәlilik dәrәcәsini vә nәticәlәrinә dair mәsuliyyәtini dәrk etmәsini, habelә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs dәymiş 35500 manat mәblәğindә ziyandan 15500 manatını ödәmәsini, zәrәrçәkmiş şәxslә barışıq әldә etmәsini, zәrәrçәkmiş şәxsin ondan heç bir şikayәt vә tәlәbinin olmamasını, hәmçinin yaşayış yeri üzrә müsbәt xarakterizә olunmasını vә azyaşlı әkiz uşaqlarının olmasını cәzanı yüngüllәşdirәn hallar kimi qiymәtlәndirir. Mәhkәmә CM-nin 61-ci maddәsinә әsasәn hesab edir ki, Tәqsirlәndirilәn şәxs әmәlindә cәzanı ağırlaşdıran hallar yoxdur. Apellyasiya icraatı zamanı müәyyәn olundu ki, Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs cinayәt nәticәsindә vurulmuş 35500 manat mәblәğindә maddi ziyanın tam olaraq ödәmişdir. Zәrәrçәkmiş şәxs mәhkәmәyә apellyasiya şikayәti verәrәk qalan ziyanın ödәnilmәsi üçün mәhkumun azadlıqda qalmasının daha mәqsәdәuyğun olduğunu bildirmiş vә ona daha yüngül cәza tәtbiq edilmәsini xahiş etmişdir. Bundan sonra mәhkum vurulmuş ziyanın tam olaraq ödәmişdir, himayәsindә iki azyaşlı övladı vardır, әmәlindәn sәmimi peşman olduğunu bildirir. Qeyd olunan halları cәzanı yüngüllәşdirәn hal kimi nәzәrә alan mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn tәyin edilәn cәza hal-hazırda cinayәt nәticәsindә vurulmuş maddi ziyanın tam olaraq ödәmiş, himayәsindә iki azyaşlı uşağı olan vә ailәdә yegәnә qacanc gәtirәn şәxs üçün ağırdır. Ədalәtli cәza tәyin edilmәsi hәr şeydәn әvvәl cәzanın mәqsәdinә, yәni sosial әdalәtin bәrpasına, mәhkumun islah edilmәsinә vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınmasına nail olmaq sahәsindә mühüm vasitәdir. Tәyin edilmiş cәzanın әdalәtli olması dedikdә, hәmin cәzanın törәdilmiş cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olması başa düşülür (CM-in 58-ci maddәsi, Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qәrarı). Törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsini qiymәtlәndirәrkәn mәhkәmә konkret cinayәt әmәlinin törәdilmә vәziyyәtini tam, hәrtәrәfli vә obyektiv araşdırmalı, bu zaman tәqsirin forması, motivi, üsulu, cinayәtin törәdilmә şәraiti vә sair kompeks halında qiymәtlәndirilmәlidir. Cәzanı yüngüllәşdirәn hallar dedikdә, tәqsirkarın şәxsiyyәtinә, törәdilmiş cinayәtә aid olan vә müvafiq olaraq cinayәt törәdәnin vә cinayәtin tәhlükәliliyini azaldan, cinayәt tәrkibindәn kәnarda qalan, lakin qanunda nәzәrdә tutulan müxtәlif hallar başa düşülmәlidir. Cәzanı yüngüllәşdirәn halların cinayәt-hüquqi әhәmiyyәti ondan ibarәtdir ki, onlar: 1) әmәlin tövsif edildiyi maddәnin sanksiyasına uyğun seçilәn cәza növünün aşağı hәddinә yaxın hәddә cәza tәyin etmәyә; 2) alternativ sanksiyaya malik maddәlәrlә mәsuliyyәt hәll edilәrkәn daha yüngül cәza tәyin etmәyә; 3) qanunda nәzәrdә tutulduğundan daha yüngül cәza tәyin etmәyә; 4) şәrti mәhkum etmә institutunu tәtbiq etmәyә; 5) tәyin edilәn cәzanın nisbәtәn yüngül rejimli cәzaçәkmә müәssisәsindә çәkilmәsini müәyyәn etmәyә hüquq verir. Göründüyü kimi, hәr bir halda yüngüllәşdirici halların mövcudluğu nisbәtәn yüngül cәza tәyin edilmәsini nәzәrdә tutur. “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qәrarının 1-ci bәndinә görә hәr bir konkret halda mәhkәmәlәr tәqsirlәndirilәn şәxslәrә cәzaların tәyin edilmәsinә fәrdi yanaşılmalı, cinayәt qanunun vәzifәlәri vә cәzanın mәqsәdindәn bәhs edәn CM-nin 2 vә 41-ci maddәlәrinin müddәalarının hәyata keçirilmәsini sözsüz tәmin etmәlidirlәr. Hәmin Qәrarın 2-ci bәndindә göstәrilmişdir ki, Şәxsin tәqsirli bilindiyi maddәnin sanksiyası azadlıqdan mәhrumetmә ilә yanaşı yüngül cәza növlәri dә nәzәrdә tutursa, hökm çıxarılarkәn azadlıqdan mәhrumetmә cәzası tәyin edildikdә bu qәrar hökmdә әsaslandırılmalıdır. Mәhkәmә belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi mәhkum edilmiş şәxsә azadlıqdan mәhrumetmә növündә cәza tәyin etmәklә cәzanın mәqsәdinә nail olunacağını mәhkәmә hökmündә әsaslandırmamış,yalnız formal surәtdә qanunun normalarını sadalamaqla kifayәtlәnmiş vә Ali Mәhkәmәnin Plenumunun qeyd olunan qәrarının tövsiyyәlәrini nәzәrә almamış, mәhkum edilmiş şәxsin islah olunması üçün sәrt cәza tәyin etmişdir. Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 73.1 vә 73.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” 2022-ci il ## #### tarixli Qәrarında qeyd edilmişdir ki, cinayәt törәtmiş şәxsin dövlәt mәcburetmә tәdbirlәrinә mәruz qalmalı olması cinayәt qanunvericiliyinin ümumi qәbul olunmuş yanaşmasıdır. Bu zaman cinayәtlәrin törәdilmәsinin qarşısını alan әn tәsirli vasitә cәzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bundan әlavә, mәhkәmә qeyd edir ki, cinayәt qanunvericiliyinin әn mühüm prinsiplәrindәn biri dә humanizm prinsipidir (CM-in 9-cu maddәsi). Humanizm prinsipi cinayәtkara mәrhәmәtli münasibәt bәslәnmәsini, onun barәsindә nisbәtәn yüngül cәza növünü seçmәk vә tәtbiq etmәklә cәzanın mәqsәdinә nail olmanı nәzәrdә tutur. Bu baxımdan mәhkәmә humanistlik göstәrәrәk, eyni zamanda CM-nin 2, 8.1, 41 vә 58-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq, hәmçinin Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qәrarındakı tövsiyәlәrә әmәl edәrәk, Tәqsirlәndirilәn şәxs tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasını tәqsirli bilindiyi Azәrbaycan Respublikası CM-nin 178.2.4cü maddәsinin sanksiyasında nәzәrdә tutulan azadlığın mәhdudlaşdırılması növündә cәzası ilә әvәz edilmәsini qanuni, әdalәtli vә әsaslı hesab etmәklә cәzanın mәqsәdinә nail olunacağı qәrarına gәlir. Azәrbaycan Respublikası CM-nin 66.2-ci maddәsinin tәlәbinә görә Cinayәtlәrin mәcmusuna böyük ictimai tәhlükә törәtmәyәn vә ya az ağır cinayәtlәr daxildirsә, az ciddi cәzanı daha ciddi cәza ilә әhatә etmәk yolu ilә vә ya tәyin olunmuş cәzaları tamamilә vә ya qismәn toplamaq yolu ilә qәti cәza tәyin edilir. Bu halda az ciddi cәzanı daha ciddi cәza ilә әhatә etmәk yolu ilә tәyin olunmuş qәti cәzanın müddәti vә ya hәcmi mәcmuya daxil olan cinayәtlәrә görә ayrı-ayrılıqda tәyin edilmiş cәzaların daha ağırından çox ola bilmәz. Azәrbaycan Respublikası CM-nin 66.5-ci maddәsinin tәlәbinә görә Cinayәt işi üzrә hökm çıxarıldıqdan sonra, mәhkumun birinci iş üzrә hökm çıxarılmazdan әvvәl törәdilmiş başqa cinayәtdә dә tәqsirli olduğu müәyyәn olunarsa, ona eyni qaydalar üzrә cәza tәyin edilir. Bu halda birinci hökmә әsasәn çәkilәn cәza qәti cәza müddәtinә hesablanır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 66.5 vә 67-ci madәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## #### 2022-ci il tarixli Qәrarına görә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinin tәlәbinә görә, şәxsin hökmlә tәyin edilmiş cәzanı çәkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan әvvәl törәdilmiş başqa cinayәtdә tәqsirli olması müәyyәn edildiyi halda, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 66.1-66.4-cü maddәlәrinә uyğun olaraq cinayәtlәrin mәcmusu üzrә cәza tәyin edilmәli vә birinci hökmә әsasәn çәkilmiş cәza qәti cәza müddәtinә hesablanmalıdır. Belә olan halda, mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikası CM-nin 66.2 vә 66.5ci maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә tәyin edilmiş vә cәkilmiş 3 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası ilә hazırki qәrarla tәyin edilәcәk azadlığın mәhdudlaşdırılması cәzası az ciddi cәzanı daha ciddi cәza ilә әhatә etmәk yolu ilә ona cinayәtlәrin mәcmusu üzrә qәti olaraq azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilmәlidir. Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә tәyin edilmiş vә cәkilmiş 3 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası, hazırki qәrarla tәyin edilmiş qәti cәza müddәtinә hesablandığından, hәmçinin hazırki iş üzrә hәbsdә vә ev dustaqlığında saxlanıldığı müddәt CM-nin 68.1.1-1-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzasının iki günü azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr hesablanmaqla cәzası çәkilmiş hesab olunmalı vә barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv edilәrәk, mәhkәmә iclas zalında dәrhal hәbsdәn azad edilmәlidir. Azәrbaycan Respublikası CPM-nin 398.1 vә 398.1.4-cü maddәlәrinә görә, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarının dәyişdirilmәsi barәdә qәrar qәbul etmәyә haqlıdır. Mәcәllәnin 399.1 vә 399.1.5-ci maddәlәrinә görә, tәyin edilmiş cәzanın cinayәtin ağırlığına vә ya mәhkumun şәxsiyyәtinә uyğun olmaması birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәsi üçün әsasdır. Hәmin Mәcәllәnin 404-cü maddәsinә görә cinayәt qanununun müvafiq maddәsi ilә müәyyәn edilmiş hüdudlardan kәnara çıxmasa da, hәm sәrtliyinә, hәm dә yüngüllüyünә görә açıq-aydın әdalәtsiz olan cәza cinayәtin ağırlığına vә mәhkumun şәxsiyyәtinә uyğun olmayan cәza hesab edilir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 405.1 vә 405.1.1-ci maddәlәrinә görә apellyasiya instansiyası mәhkәmәsi cәzanın öz sәrtliyinә görә cinayәtin ağırlığına vә mәhkumun şәxsiyyәtinә uyğun olmadığını hesab edәrәk, tәyin edilmiş cәzanı yüngüllәşdirdikdә, birinci instansiya mәhkәmәsinin hökmünü dәyişdirir. Belәliklә, mәhkәmә iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tәdqiq edilmiş sübutları bir daha tәhlil edib, hәm onlara, hәm dә yuxarıda qeyd edilәn hallara, hәmçinin apellyasiya şikayәtlәri üzrә apellyasiya instansiyasında aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, onlara obyektiv hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәtlәri tәmin edilmәli, Gәncә şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayәtlәrinә әsasәn cәza tәyini hissәsindә dәyişdirilmәli, Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi Azәrbaycan Respublikası CM-nin 178.2.4cü maddәsi ilә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilmәli, Azәrbaycan Respublikası CM-nin 66.2 vә 66.5-cı maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә tәyin edilmiş 3 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası az ciddi cәzanı daha ciddi cәza ilә әhatә etmәk yolu ilә ona cinayәtlәrin mәcmusu üzrә qәti olaraq 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilmәli, Tәqsirlәndirilәn şәxs hazırkı cinayәt işi üzrә ## #### 2022-ci il tarixdәn ## ### 2022-ci il tarixәdәk hәbsdә saxlandığı 2 (iki) ay 14 (on dörd) gün, ## ### 2022-ci il tarixdәn ## #### 2022-ci il tarixәdәk ev dustaqlığında olduğu 17 (on yeddi) gün vә ##.##.2026-cı il tarixdәn hәbsdә saxlanıldığı 3 (üç) ay 20 (iyirmi) gün cәmi, 6 (altı) ay 21 (iyrimi bir) gün CM-nin 68.1.1-1-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzasının iki günü azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr hesablanmaqla 1 (bir) il 1 (bir) ay 12 (on iki) gün müddәt vә Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә tәyin edilmiş vә çәkilmiş 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası hazırki iş üzrә tәyin olunmuş azadlığın mәhdudlaşdırılması cәzasına hesablanmaqla cәzasını çәkilmiş hesab edilmәli, barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv edilmәli vә o, mәhkәmә iclas zalında hәbsdәn dәrhal azad edilmәli, hökm qalan hissәlәrdә dәyişdirilmәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә CPM-in 397-399, 404-405, 407 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәtlәri tәmin edilsin. Gәncә şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cәzaya aid hissәsәdә dәyişdirilsin. Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi Azәrbaycan Respublikası CM-nin 178.2.4-cü maddәsi ilә 2 (iki) il, 6 (altı) ay müddәtә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilsin. Azәrbaycan Respublikası CM-nin 66.2 vә 66.5-cı maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs hazırki iş üzrә tәyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddәtә azadlığın mәhdudlaşdırılması cәzası ilә Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә tәyin edilmiş 3 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası az ciddi cәzanı daha ciddi cәza ilә әhatә etmәk yolu ilә ona cinayәtlәrin mәcmusu üzrә qәti olaraq 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilsin. Tәqsirlәndirilәn şәxs hazırkı cinayәt işi üzrә ## #### 2022-ci il tarixdәn ## ### 2022-ci il tarixәdәk hәbsdә saxlandığı 2 (iki) ay 14 (on dörd) gün, ## ### 2022-ci il tarixdәn ## #### 2022-ci il tarixәdәk ev dustaqlığında olduğu 17 (on yeddi) gün vә ##.##.2026-cı il tarixdәn hәbsdә saxlanıldığı 3 (üç) ay 20 (iyirmi) gün cәmi, 6 (altı) ay 21 (iyrimi bir) gün Azәrbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzasının iki günü azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr hesablanmaqla 1 (bir) il 1 (bir) ay 12 (on iki) gün müddәt vә Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 1(104)-355/2024 nömrәli qәrarı ilә tәyin edilmiş vә çәkilmiş 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası, hazırki iş üzrә tәyin olunmuş 3 (üç) il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasının müddәtinә hesablanmaqla cәzasını çәkilmiş hesab edilsin. Barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv edilsin vә dәrhal hәbsdәn azad edilsin. Hökm qalan hissәdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 410-cu maddәsindә nәzәrdә tutulmuş müddәtdә Gәncә Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr. Hökm qalan hissәlәrdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası CPM-in 410-cu maddәsindә nәzәrdә tutulmuş qaydada vә müddәtlәrdә Gәncә Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr. Hakim Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(3-7)-129/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-129/2026
08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver