Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-130/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Nazlı Heydərova) ##.##.1984–cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 234.1ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 228.1ci maddəsi ilə 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin # ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkomaniyadan məcburi müalicə edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin ona istinad edilən əməllərin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona ittiham olunduğu maddələr üzrə bəraət verilməsini xahiş etmişdir. IŞIN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə, həmçinin xeyli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, ## ###### 2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbə körpüsünün yaxınlığından 1 (bir) ədəd kibrit qutusunun içərisində tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı qəsəbə ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah saxlanmasında şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 0# ###### 2025-ci il tarixdə, saat 17:05 dəqiqədə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Təzə məhlələr adlanan ərazidə idarə etdiyi Vaz 21061 markalı, **-BD- *** dövlət qeydiyyatlı nişanlı avtomobildə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili, R şahid5 tərəfindən üstü yoxlanılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 6,13 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində etibarnamə əsasında idarə etdiyi Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyatlı nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin sürücü oturacağının altından 2024-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu Dəllər qəsəbə qəbirstanlığının yaxınlığında, yerdən tapıb qanunsuz olaraq əldə etdiyi 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRI dövründə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissəmexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu silah hesab edilən döyüş sursatı olan avtomatı, həmin avtomatın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd texniki cəhətdən və istifadəyə yararlı darağ və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov kostruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 12 (on iki) ədəd atəş üçün yararlı patron aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə hökmündə təqsirləndirilən şəxsə verilmiş ittihamı sübut edəcək heç bir sübut növü yoxdur. Hökmdə ibtidai istintaqın gəldiyi nəticə götürülmüşdür. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında təhqiq olunmuş sübutalarla əsaslandırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilmiş ərazi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinin yaxınlığında təxmini 50-100 metr məsafədə üzərinə sakit yerdə baxış keçirdiklərini qeyd etdikləri ərazi arasında 1 kilometrdən çox məsafə vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində nəinki saxlanıldığı yerdə, heç ona ən yaxın məsafədə belə axtarış aparılmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən idarə etdiyi avtomobil ona məxsus olmamış, o yalnız avtomobili həmin gün qonşuda olan yas yerində istifadə etmək üçün götürmüşdür. Necə olar ki, Təqsirləndirilən şəxs tərəfindən ona aid olmayan avtomobilin sürücü oturacağının alt hissəsinə silah yerləşdirsin. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş odlu silahı bükülü vəziyyətdə aşkar etdiklərini göstərmiş olsalar da, məhkəmə iclasında videogörüntüyə baxış keçirilərkən odlu silahın oturacağın alt hissəsində açıq şəkildə yerləşdirildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 avtomobilə yerləşdirilmiş odlu silahın onlar tərəfindən avtomobilə baxış keçirilən zaman aşkar edildiyini, digər şahidlər isə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edildiyini qeyd etməklə ziddiyyətli ifadələr vermişlər. Məhkəmə tərəfindən isə polis əməkdaşlarının verdikləri ifadələr və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin olaraq dindirmə zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilərək Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs # ###### 2025-ci il tarixdə günorta saat 13 radələrində saxlanılsa da, məhkəmə iclasında dindirilmiş şahidlər Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı tarix və saatla bağlı ziddiyyətli ifadələr vermişlər. Qeyd olunan halların araşdırılması üçün şahid qismində dindirilmiş polis əməkdaşlarının istifadəsində olan mobil telefon nömrələrinin anten dairələrinin götürülməsi barədə vəsatət verilmiş olsa da, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham xəyali sübutlarla əsaslandırılmağa çalışılmışdır. Bundan başqa təqsirləndirilən şəxsin himayəsində 4 azyaşlı uşağı, xəstə anası vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. O, heç vaxt narkotik vasitənin heç bir növündən istifadə etməmiş və heç vaxt odlu silah gəzdirməmişdir. CINAYƏT PROSESI TƏRƏFLƏRININ MÖVQELƏRI: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, üzərindən aşkar edillmiş narkotik vasitə və avtomobilindən aşkar edilmiş silah ona məxsus deyil. Həmin əşyaları onun üzərinə və avtomobilinə polis əməkdaşları qoymuşlar. Polis əməkdaşları ona psixoloji hədələr, təsirlər etmişlər, evindən külli miqdarda narkotik çıxaracaqlarını ona bildirmişlər. Sonradan polis əməkdaşları onu polis şobəsinə gətirərək, orada da ona hədə qorxu gəlmişlər, lakin heç bir fiziki zor tətbiq etməmişlər. Hədələrə məruz qaldığından məcburən polis əməkdaşlarının bildirdikləri ilə razılaşmış və videogörüntü çəkilən zamanı həmin narkotik vasitənin və avtomobildən aşkar olunan silahın ona məxsus olmasını etiraf etmişdir. Onun heç vaxt silahı olmamışdır, narkotik vasitələrdən isə ümumiyyətlə istifadə etməmişdir. Ona görə də təqsirləndirildiyi CM-nin 228.1 və 234.1-ci maddələri ilə ilə ona bəraət verilməsini, bunun mümkün olmayacağı təqdirdə barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 228.1 və 234.1-ci maddələri ilə üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə ittham olunduğu CM-nin 228.1 və 234.1-ci maddələri ilə üzrə bəraət verilməsini, bunun mümkün olmayacağı təqdirdə təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəza hissəsində dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirərək onun əməlini CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, üzərindən aşkar edilmiş narkotik vasitə və avtomobilindən aşkar edilmiş silah ona məxsus deyil, polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə qoyulmuşdur, polis əməkdaşları ona psixoloji hədələr, təsirlər etmişlər, evindən külli miqdarda narkotik çıxaracaqlarını ona bildirmişlər, hədələrə məruz qaldığından məcburən polis əməkdaşlarının bildirdikləri ilə razılaşmış və videogörüntü çəkilən zamanı həmin narkotik vasitənin və avtomobildən aşkar olunan silahın ona məxsus olmasını etiraf etmişdir, onun heç vaxt silahı olmamışdır, narkotik vasitələrdən isə ümumiyyətlə istifadə etməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli raportdan görünür ki, 0# ###### 2025-ci il tarixdə, saat 17:05 də Şəmkir rayonu, Dəllər qəsəbəsi, Təzə məhlələr adlanan ərazidə, Təqsirləndirilən şəxs idarə etdiyi, qəhvəyi-metallik rəngli, "VAZ-2106" markalı, **-BD-*** avtomobili ilə birlikdə saxlanılaraq, saxlandığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanıldı üzərindən 9,08 qram 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsi aşkar olunmuş, sözügedən avtomobilə baxış keçirilmiş və avtomobildən 1 (bir) ədəd AK-74 markalı nömrələri silinmiş avtomat silah, 1 (bir) ədəd sandıqça və 12 (on iki) ədəd patronu aşkar olunaraq götürülmüş və ##.##.2025-ci ildə saat 17:45 də Şəmkir RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanması, avtomaşına baxış keçirilməsi və götürmə zamanı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərardan görünür ki, əməliyyat qrupu yaradılması, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitənin əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə vətəndaşların sorğusu, soraqlaşma, saxlandığı zamanı üstü yoxlanılması və idarə etdiyi "VAZ-2106" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Şəmkir rayon Polis Şöbəsinin cinayət-axtarışı bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması, odlu silah və döyüş sursatlarının gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, Təqsirləndirilən şəxs 0# ###### 2025-ci il tarixdə, saat 17:05 də Şəmkir rayonu, Dəllər qəsəbəsi, Təzə məhəllələr adlanan ərazidə safari rəngli, "VAZ-2106" markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili ilə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 60 metr aralıda boşluq ərazidə yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd "Samsunq" markalı mobil telefon və 1 (bur) ədəd 50 manatlıq pul əskinazı, arxa yan cibindən 1 (bir) ədəd qaimə faktura aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsi elektron əl tərəzisində çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9,08 qram (doqquz tam sıfır səkkiz qram) olmuşdur. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyindən aşkar edilmiş narkotik vasitə və mobil telefon götürülmüş üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmış, Azərbaycan Respublikası DIN-in "zərflər üçün *** nömrəli" möhürü ilə möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün digər əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair protokoldan görünür ki, Şəmkir rayon Polis Şöbəsinin cinayət-axtarışı bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması, odlu silah və döyüş sursatlarının gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, Təqsirləndirilən şəxs 0# ###### 2025-ci il tarixdə, saat 17:05 də Şəmkir rayonu, Dəllər qəsəbəsi, Təzə məhəllələr adlanan ərazidə safari rəngli, "VAZ-2106" markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili ilə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstü yoxlanılmış, ondan narkotik vasitə sayılan kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsi aşkar edilərək götürülmüşdür. Saxlanılan şəxs Təqsirləndirilən şəxs idarə etdiyi safari rəngli, "VAZ-2106” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilində narkotik vasitənin, psixotrop maddənin, odlu silah və döyüş sursatlarının, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud is üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə avtomobillərin intensiv hərəkət etməsi səbəbindən avtomobilə həmin yerdə baxış keçirmək mümkün olmadığı üçün təxminən təxminən 60 metr aralıda boşluq ərazidə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin avtomobilin sol ön oturacağın altından 1 (bir) ədəd AK-74 markalı nömrələri silinmiş avtomat silah, 1 (bir) ədəd sandıqça və 12 (on iki) ədəd patronu təqdim etmişdir. Daha sonra aşkar olunmuş 1 (bir) ədəd AK-74 markalı avtomat silah, 1 (bir) ədəd sandıqça və 12 (on iki) ədəd patron, üzərində müvafiq qeydlər aparılmaqla Azərbaycan Respublikası DIN-in "zərflər üçün *** nömrəli" möhürü ilə möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılmış və avtomobilinə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli protokol və CD diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +************ saylı nömrəsində ## ### 2024-cü il tarixdə “brat bayaq danışanda deye bilmedim. Elin çatan yaxşı meslehetli bir şey varsa ot diyirem, day üzürlü bil mene yaz posta boş qayıtma” məzmunlu mesaj mətni olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Gəncə Regional Bölməsinin ##.##.2025-ci il tarixli **/*** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən edilmiş..." yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Kriminalistik Tədqiqatlar Idarəsinin ##.##.2025-ci il tarixli **/*** saylı rəyindən görünür ki:1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRI dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.3. Tədqiqata təqdim edilmiş 12 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62х39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahın tədqiqi hissəsinə)4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DIN-nin KTI-də yerləşən «gülləgiliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.Qeyd: Tədqiqata təqdim edilmiş 12 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə ##.##.2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, # ###### 2025-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı ## ###### 2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbə körpüsünün yaxınlığından tapmasını, eyni zamanda ondan aşkar edilmiş odlu silah və döyüş sursatını isə 2024-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu Dəllər qəsəbə qəbirstanlığının yaxınlığında yerdən tapmasını bildirib hadisə yerini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 0# ###### 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti tərəfindən rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində R rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 0# ###### 2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması, istifadəsi, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət etdikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi şahid4 rəhbərliyi ilə ondan, Şəmkir rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, R şahid2, CAB-in əməliyyat müvəkkili, R şahid3, və CAB-in əməliyyat müvəkkili, R şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:05 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsində Təzə Məhlələr adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21061” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlamaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt əməliyyat müvəkkili şahid1 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən iki ədəd mobil telefon, sol yan cibindən isə bir ədəd kibrit qutusunda kütlə təqdim edərək həmin kütlənin “nəşə” olmasını demiş, şahid5 tərəfindən həmin kibrit qutusuna baxan zaman içərisində olan kütlənin ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəməsini və spesifik iyli olmasını görmüşlər. Təqsirləndirilən şəxs həmin kütləni Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində “Qaz Idarəsi”nin yanından tapmasını və öz istifadəsi üçün üzərində gəzdirməsini demiş, həmin kütlə onun tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisinin 9,08 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə şahid5 tərəfindən kibrit qutusu ilə birlikdə qablaşdırılmış, qablaşdırma DIN-in *** nömrəli möhürü ilə möhürlənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung Galaxy S8” markalı və sadə “Samsung” markalı mobil telefonlar şahid5 tərəfindən qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman onun üzərindən bir ədəd 50 manatlıq pul əskinası və bir ədəd faktura kağızı aşkar edilmişdir ki, həmin pul və kağız iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onda odlu silah olması barədə məlumat olmasını, bunun üçün də avtomobildə axtarış aparılacağını deyib əgər bir şey varsa təqdim etməsini təklif etmişdir, həmin vaxt Təqsirləndirilən şəxs saxlanıldığı “Vaz 21061” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının altında bir ədəd avtomat silahı olmasını bildirmiş, avtomobilə baxış zamanı həqiqətən də sürücü oturacağının altında gizlədilmiş bir ədəd AKM markalı avtomat silahı, bir ədəd həmin avtomata aid daraq və darağın içərisində 12 ədəd patron aşkar edilmişdir. Həmin silah və sursatla bağlı Təqsirləndirilən şəxs sorğu-sual edilən zaman o, həmin avtomatı və sursatı təxminən 6 ay əvvəl Şəmkir rayonu, Dəllər qəbirstanlığının yaxınlığında yerdən tapmasını, bəzən avtomobildə, bəzən də evdə saxladığını, düşmənləri olduğu üçün avtomat saxladığını demişdir. Bundan sonra həmin avtomata, darağa və patronlara baxış vizual baxış keçirmişdir, avtomatın nömrəsi silinmiş vəziyyətdə olmuş, patronları saymış, avtomat, daraq və patronları sintetik kisədə qablaşdırmış, qablaşdırma isə DIN-in *** №-li möhürü ilə möhürlənmişdir. Daha sonra isə avtomobildə axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs və saxlanılan zaman idarə etdiyi avtomobil Şəmkir rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində keçirilmiş tədbirə dair protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf, onun iki ədəd mobil telefonunun qablaşdırıldığı zərf və idarə etdiyi avtomobildən götürülmüş bir ədəd silah darağı və 12 ədəd patronu ilə birlikdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, R Elşad Vəliyev tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Vəliyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, R Elşəd Vəliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində R rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 0# ###### 2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması, istifadəsi, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin CAB-in rəisi, R şahid5 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət etdikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında şahid5 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə şahid5, Şəmkir rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, R şahid2, Şəmkir rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, R şahid3 və CAB-in əməliyyat müvəkkili, R şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:05 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsində Təzə Məhlələr adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21061” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlamaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt əməliyya müvəkkili şahid1 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən iki ədəd mobil telefon, sol yan cibindən isə bir ədəd kibrit qutusunda kütlə təqdim edərək həmin kütlənin “nəşə” olmasını demiş, həmin kibrit qutusuna baxan zaman içərisində olan kütlənin ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəməsini və spesifik iyli olmasını görmüşlər. Təqsirləndirilən şəxs həmin kütləni Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində “Qaz Idarəsi”nin yanından tapmasını və öz istifadəsi üçün üzərində gəzdirməsini demiş, həmin kütlə şahid4 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisinin 9,08 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə kibrit qutusu ilə birlikdə qablaşdırılmış, qablaşdırma DINin *** nömrəli möhürü ilə möhürlənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung Galaxy S8” markalı və sadə “Samsung” markalı mobil telefonlar qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman onun üzərindən bir ədəd 50 manatlıq pul əskinası və bir ədəd faktura kağızı aşkar edilmişdir ki, həmin pul və kağız iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onda odlu silah olması barədə məlumat olmasını, bunun üçün də avtomobildə axtarış aparılacağını deyib əgər bir şey varsa təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs saxlanıldığı “Vaz 21061” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının altında bir ədəd avtomat silahı olmasını bildirmiş, avtomobilə baxış zamanı həqiqətən də sürücü oturacağının altında gizlədilmiş bir ədəd AKM markalı avtomat silahı, bir ədəd həmin avtomata aid daraq və darağın içərisində 12 ədəd patron aşkar edilmişdir. Həmin silah və sursatla bağlı Təqsirləndirilən şəxs sorğu-sual edilən zaman o, həmin avtomatı və sursatı təxminən 6 ay əvvəl Şəmkir rayonu, Dəllər qəbirstanlığının yaxınlığında yerdən tapmasını, bəzən avtomobildə, bəzən də evdə saxladığını, düşmənləri olduğu üçün avtomat saxladığını demişdir. Bundan sonra həmin avtomat, daraq və patronlara vizual baxış keçirmiş, avtomatın nömrəsi silinmiş olmuşdur, patronları sayılmış, avtomat, daraq və patronları sintetik kisədə qablaşdırılmış, qablaşdırma isə DIN-in *** №-li möhürü ilə möhürlənmişdir. Daha sonra isə avtomobildə axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs və saxlanılan zaman idarə etdiyi avtomobili Şəmkir rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində keçirilmiş tədbirə dair protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf, onun iki ədəd mobil telefonunun qablaşdırıldığı zərf və idarə etdiyi avtomobildən götürülmüş bir ədəd silah darağı və 12 ədəd patronu ilə birlikdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, R Elşad Vəliyev tərəfindən videogörüntü ilə şahid5 götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Vəliyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, R Elşəd Vəliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3, şahid2 və şahid1 da şahidlər X2 və şahid4 ilə oxşar məzmunlu ifadə verərək, onların göstərdiyi halları təsdiq etmişlər. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji təsirlərə məruz qalmasını bildirməsi barədə qeyd etdiyi xüsusatlarla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası bu dəlillərə də münasibət bildirərək qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Insan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Insan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi müdafiə tərəfi apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitə olan marixuananın və avtomobilindən aşkar edilmiş silahın Təqsirləndirilən şəxs məxsus olmadığını, qeyd olunan narkotik vasitənin və silahın onun üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirsələr də, həmin dəlillər iş materiallarında olan çoxsaylı şahid ifadələri və çoxsaylı istintaq hərəkətlərinin protokolları, eyni zamanda işin faktiki halları ilə tam olaraq təkzib edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “Işin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına alınması üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.1 və 234.1-ci maddələri ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, Insan Hüquqlarının və X12 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirici halların məcmusu baxımından təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi onun şəxsiyyətinə uyğun olmamaqla sərtdir. Təyin edilmiş cəzanın həddi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki; Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Həmçinin məhkəmələr az ciddi cəza həddinin cəzanın məqsədlərini təmin edə bilməməsinin əsaslarını əsaslandırmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi barədə etdiyi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Dəllər qəsəbə IƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və onun himayəsində arvadı X6, ##.##.2011-ci il təvəllüdlü Musayev Rafiq Ruslan oğlu, ##.##.2013-cü il təvəllüdlü X3, ##.##.2015-ci il təvəllüdlü X4, ##.##.2019-cu il təvəllüdlü X5 adlı uşaqları var. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Dəllər qəsəbə IƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs evli olmaqla himayəsində dörd azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi, eyni zamanda əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Istinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhruetmə cəzasının həddinin endirilməsi daha məqsədə müvafiq və ədalətlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPM-nin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməli, ona təqsirli bilindiyi maddələr ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi endirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi 6 (altı) aya, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi 1 (bir) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən bu qərarla ona təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-130/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-130/2026
14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver