Məhkəmə qərarları › İş №1(3-7)-131/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-131/2026

13.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-131/2026 13.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi (vəkil) müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri (vəkillər) müdafiəçi2 və X8 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli biliməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (hakim Leyla Hüseynzadə) ##.##.2006-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl şəhəri, Heydər Əliyev prospekti, ev 120-də qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, barəsində «başqa yerə getməmək» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınması hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ## ####### 2024-cü il tarixdə saat 07:45 radələrində ##.##.2024-cü tarixdə DIN BDYPI Gəncə RQITBŞ tərəfindən verilmiş və ##.##.2034-cü il tarixədək qüvvədə olan BD 122740 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “xxxx” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri Heydər Əliyev prospekti ilə Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitələrinin istismarı qaydalarını, yol hərəkəti qaydalarını, yəni həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsini, həmçinin 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkətdə olduğu yolda surət həddi 60 km/saat olmasına baxmayaraq idarə etdiyi avtomobili 120 km/saat surətlə idarə etməklə yol ayrıcında onunla əks istiqamətdə hərəkətdə olan sola dönmə əməliyyatını yerinə yetirmək istəyən X6 ##.##.2021-ci il tarixdə DIN BDYPI Gəncə RQITBŞ tərəfindən verilmiş və ##.##.2031-ci il tarixədək qüvvədə olan BD 102832 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi AE ****** nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus “Opel Astra minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Opel Astra minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs1 sağ əlin İ daraq sümüyünün qapalı sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, “xxxx” markalı, **-VU-*** nömrə nişanlı avtomobildə olan sərnişinlər zərərçəkmiş şəxs2 Mübariz oğlunun sağ baldır və sağ mil sümkülərinin qapalı sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, digər sərnişin zərərçəkmiş şəxs3 sirkə kasasınn yerinidəyişən, qapalı qəlpəli sınığı, alt çənə, sağ gicgah, sağ baldır və sol dirsək oynağı nahiyyələrinin yaraları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, digər sərnişin X4 başın ənsə nahiyyəsinin yarası, başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə böyük ölçüdə qansızma, ənsə sümyünün xətti formalı sınığı, hər iki beyin yarımkürələrinə qansızma, döş qəfəsinin hər iki tərəfindən İ-XII-dək qabırğaların həm məmə, həmdə onurağayanı xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sağ bud sümüyünün qapalı sınığı, üst dodağın selikli qişasının yarası ilə müşayiət edilən və birgə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alması və ehtiyyatsızlıqdan Ramal Qurbanzadənin yol nəqliyyat hadisəsi zamanı almış olduğu açıq kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüyünün sınığı və baş beyinə qansızma xəsarətləri səbəbindən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dəfələrlə bildirmişdir ki, nəqliyyat vasitələrinin toqquşma anına cəmi 10-15 metr qalmış qarşı tərəfin idarə etdiyi nəqliyyat vasitəsi onun qarşısına çıxmış və bu zaman avtomaşınlar toqquşmuşdur. Lakin ekspert rəyində təhlükənin yaranma anında toqquşma yerindən aralarında olan məsafənin 56.7 metr olduğu göstərilsə də bu qeyri-mümkündür. Çünki 56.7 metr məsafədə həqiqətən Sədənur Məmmədov dönmə hərəkəti etmiş olsa idi, onda toqquşma baş verə bilməzdi, xeyli məsafə qalırdı və Təqsirləndirilən şəxs da həmin məsafədən rahatlıqla ötüb keçməsi mümkün olurdu. X5 dönmə hərəkətini etdiyi zaman Təqsirləndirilən şəxs qarşısına 110, 115 və 120 km/saat sürətlərdə ayrı-ayrılıqda 30.77 metr, 32.16 metr və yuxarı həddə isə 33.56 metr hədlərdə qarşısına çıxmışdır ki, bu da Elməddin hadisənin qarşısını almaq imkanından məhrum edir. Bundan başqa, müdafiə tərəfi olaraq baş vermiş hadisə ilə əlaqədar riyazi hesablamalar aparılmış və hesablamalarına görə X9 Ələkbərovun qarşısına çıxaraq təhlükə mənbəyini yaratmışdır. Bütün bu qeyd olunanlara istinadən, iş üzrə əlavə ekspertizanın keçirilməsi barədə verilmiş vəsatət təmin edilmiş və müvafiq qərar qəbul olunmuşdur. Beləliklə, iş üzrə əlavə ekspertiza təyin olunmuş, ancaq sonradan məhkəməyə təqdim olunan ## ###### 2025ci il tarixli rəydən görünür ki, burada əlavə ekspertiza aparılmayıb, yəni məhkəmənin qərarında göstərilən deyil, başqa bir ekspertiza aparılmış və iş üzrə cavab verməli olan ekspert yox, digər ekspert rəy vermişdir. Məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. Beləliklə, tərtib edilmiş ekspert rəyləri ilə istər hadisənin baş verməsi anına qədər avtomaşınlar arasında olan məsafənin 56.7 metr kimi yazılması, istərsə də bu məsafə bu qədər olsa da, yenə müəyyən olunur ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə üzrə təqsiri yoxdur. Cəza məsələsinə gəldikdə Təqsirləndirilən şəxs heç bir yüngülləşdirici halların olmaması qeyd edilsə də belə, lakin iş materiallarında onun yaxşı xarakterizə olunmasına dair arayış, eləcə də zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs2la barışması və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmaması, həmçinin səhhətinin ağır olması barədə arayışın mövcudluğu nəzərə alınmamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək və ya dəyişdirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldən heç bir peşmançılıq hissi çəkmir, özünü törədilmiş əmələ görə təqsirli bilmir və barəsində bəraət verilməsini tələb edir. Belə olan halda ona aqresiya yaradır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və ya dəyişdirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha ağır cəzanın təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmiş, törətdiyi əmələ görə özünü təqsirli bilmir, əməlində peşmançılıq hissi keçirmədiyinə görə barəsində hökmlə verilmiş yüngül cəza ilə razı deyil. Iş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olduğu dövrdə # ### 2026-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərəri tam olaraq ödəmiş, ona qarşı verdiyi apellyasiya şikayətini geri götürür. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri (vəkillər) Ramin Qocayev şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış edib şikayətin təmin edilməsini, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş şikayətin təmin edilməməsini, müdafiə etdiyi şəxsə ittiham olunduğu cinayət əməlinə görə bəraət verilməsini, eyni zamanda cəza təyini ilə razı olmadığını və sərt cəzanın təyin edildiyini göstərmişlər. Bundan başqa, müdafiəçi (vəkil) Ramin Qocayev izahatında əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs avtomobili surətlə idarə etməsi iş materialları ilə təsdiq olunsa da, lakin işdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində avtomobillər arasında olan məsafənin, yəni hərəkət üçün təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafənin 56,7 metr kimi qeyd olunması hansı hesablamalara əsasən aparılması məlum deyil, həmin rəqəmin hansı üsullarla yazılması araşıddırılmalıdır. Buna görə də, qeyd etdiyi xüsusatı araşdırmaq üçün iş üzrə həmin rəyi vermiş ekspertlərin şahid qismində dindirilməsi zərurət yaranmış, bundan sonra isə əlavə olaraq məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəyərək etdiyi hərəkətdən peşman olduğunu göstərmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Ramin Qurbanov və onun nümayəndəsi (vəkil) müdafiəçi1 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış edib özü tərəfindən verilmiş şikayətin təmin olunmasını, eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Zərərçəkmiş şəxsin hüquqi varisi Ramin Qurbanov əlavə olaraq göstərdi ki, o, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və cəzasının ağırlaşdırılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı Bəhruz Cabbarlı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu göstərərək həmin şikayətin təmin edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizəsinə etirazının olmadığını göstərdi. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiəiçisinin çıxışına münasibət bildirərək qeyd etdi ki, ekspertlərin dindirilməsinə, əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunmasına hər hansı bir əsas yoxdur. Ümumilikdə iş üzrə üç məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmiş, rəylərdə Təqsirləndirilən şəxs hərəkətlərində uyğunsuzluq və onun hadisənin qarşısını almaq imkanının olması göstərilmişdir. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni istintaq hərəkətləri protokolları, zərərçəkmiş şəxslərin ifadəsinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 263.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıda qeyd olunan mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -## ####### 2024-cü il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində asfalt yolda baş vermiş qəza ilə bağlı hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Protokolda örtüyün növü asfalt beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni toqquşma nöqtəsində 10 metr 50 sm, hərəkət zolağının sayı 2, hərəkət hissəsinin eni 10,50 metr, qarşı-qarşıya nəqliyyat axımının ayırmaq üçün uzununa nişanlanma xətti vardır, hərəkət hissəyə birləşir sağdan dəmir maneə, toqquşma yeri və ya yerləri, hərəkət hissənin kənarına və bir-birinə nəzərən koordinatlar “xxxx” markalı avtomobil hərəkət hissəsində yolun sağ kənarına 1,6 m, zolağın sol hissəsinə 2,6 m-dir. Toqquşan nəqliyyatvasitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri: “xxxx” markalı avtomobil X1 küçəsi ilə üzü Qızılqaya qəsəbəsi istiqamətində, “Opel Astra” markalı avtomobil eyni küçə ilə əks istiqamətdə üzü Göygöl şəhər istiqamətində. Hadisə yerində nəqliyyat vasitəsinin vəziyyəti “xxxx” markalı 1—VV-787 n.n avtomobil öz hərəkət hissəsində üzü Qızılqaya istiqamətində dəmir maneə sıxılmış vəziyyətdə, “Opel Astra” avtomobil öz hərəkət hissəsində geriyə fırlanmaqla üzü Qızılqaya istiqamətində yolun sol kənarəndan 2 metr, zolağa qədər sağ kənara 3 metr məsafədə, avtomobillər arası məsafə 11 metrdir. Tormuzlama izləri aşkar edilmədi. Habelə, həmin vaxt hadisə yerinin sxemi çəkilmiş, protokola əlavə edilmişdir. -“Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” ## ####### 2025-ci il tarixli qərarı, -##.##.2024-cü il tarixli ****/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, -“xxxx“ PHŞ-nin ## ####### 2024-cü il tarixli rəyindən görünür ki, X7 bədənində müəyyən edilmiş xəsarətlər həyatidir- bərk KÜT əşyanın/əşyaların təsiri nəticəsində əmələ gəlmişdir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vurmaya aid edilir. X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. -“## ###### 2025-ci il tarixli */**** saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertiza rəyindən görünür ki,.......Sürücü Təqsirləndirilən şəxs xxxx markalı avtomobili hərkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saat qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 keçirilməsi haqqında ## ####### 2024-cü il tarixli protokol) tələblərinə uyğun olaraq uyğunsuzluq olmuşdur. -“xxxx“ PHŞ-nin ## ###### 2025-ci il tarixli rəylərindən görünür ki, zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir, zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir, zərərçəkmiş şəxs2 Mübariz oğlunun bədəni üzərində aşkar edilmiş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. -“xxxx“ PHŞ-nin ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir. -“xxxx“ PHŞ-nin ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, şahid3 bədəni üzərində aşkar edilmiş xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. -“Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” ##.##.2025-ci il tarixli protokola əsasən “xxxx” markalı **-VU-*** nömrə nişanlı avtomobilin hərəkəti üçün təhlükə “Opel Astra” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı andan yaranmış və toqquşma yerinə kimi “Opel Astra ” markalı avtomobil 15 km/saat surətlə qövsvari 3 metr 60 sm məsafə qət etmişdir. Hadisə yerindən fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. -## ### 2025-ci il tarixli əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının və ## ###### 2025-ci il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəylərindən görünür ki,............“xxxx“ markalı **VU*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur..........“ Apellyasiya instansiya məhkəməsi ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətinin protokollarını, ekspertiza rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs tərəfindən CM-in ona istinad olunan mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməlinin törədilməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası müdafiə tərəfinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər təqsirləndirilən şəxs, istərsə də, müdafiəçi Təqsirləndirilən şəxs ona ittiham olunan maddə üzrə təqsirsizliyini sübut etmək üçün bir neçə dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslər və şahidlər dindirilmiş, sənədlər tədqiq edilmiş, müvafiq ekspertizalar təyin edilmiş və rəylər alınmış, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs təqsirsizliyini sübuta yetirilməsi üçün baş vermiş hadisə ilə əlaqədar ekspertizasının rəyində avtomobillərin hərəkət üçün təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafənin 56,7 metr kimi qeyd olunmasına münasibət bildirərək çıxışında müxtəlif şifahi riyazi hesablamalar vasitəsilə həmin xüsusatı təkzib etməyə çalışsa da, məhkəmə kollegiyası həmin xüsusatları mənbəyi bəlli olmayan, heç bir hüquqi ədəbiyyata əsaslanmayan sübut hesab edir, bununla yanaşı işdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərini ittihamın qanuni və əsaslı həlli üçün daha mötəbər və əsaslı hesab edir. Məhkəmə kollegiyası yuxarıdakı mötəbər sübutları ümumiləşdirirək qeyd edir ki, Təqsirləndirilən şəxs digər nəqliyyat vasitəsinin sürücüsünün təqsirliliyi ucbatından qəzanın baş verməsi, onun isə həmin qəzanın qarşsını almağa cəh etməsi dəlillərini göstərməsinə baxmayaraq o, ibtidai istintaq və birinci instansiya məhkəməsində ona özünü təqsirli bilməməsinə dair xüsusatlara tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə ## ###### 2025-ci tarixli, ## ### 2025-ci il tarixli və ## ###### 2025-ci il tarixli rəylərində göstərilir ki, “xxxx” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərində uyğunsuzluq olmuşdur, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəyləri və iş üçün əhəmiyyətli digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs əməlində CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu mötəbər sübutlarla öz təsdiqini tapır, əksini təzib edə biləcək mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 263.2-ci maddələrinin tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzanın ağır olması mübahisələndirilir və ona yüngül cəzanın təyin olunması xahiş edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ramin Qurbanov və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzanın yüngül olmasını mübasiləndirilir və ona ağır cəza təyin olunması xahiş edilir. Lakin iş materialının apellyasiya məhkəməsində olduğu müddətdə # ### 2026-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərəri tam olaraq ödəmiş, ona qarşı verdiyi apellyasiya şikayətini geri götürür və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. CPM-nin 396-cı maddəsinə əsasən «Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır». Belə olan halda məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməklə şikayətə baxılmasına xitam verilməlidir. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs törətdiyi cinayət hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan ehtiyatsızlıqdan törədilən cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi onun cinayət prosessual hüququ olsa da, lakin o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd belə göstərməmiş, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını və cəzasının ağırlaşdırılmasını xahiş edir. Kollegiya, həmçinin digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş Təqsirləndirilən şəxsla barışıq ərizəsini və onun verdiyi apellyasiya şikayətinin geri götürülməsini də cəza təyini zamanı nəzərə alır. CM-nin 263.2-ci maddəsinə görə- üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini və ondan şikayətçi olmasını, baş vermiş qəza nəticəsində insan ölümünün baş verməsini, digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ondan sonrakı davranışlarını nəzərə alaraq barəsində 05 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsini müəyyən etmişdir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ona təyin edilmiş cəzadan daha aşağı həddə və ya daha yüngül cəza növünün təyin edilməsi, eyni zamanda cəzasını ağırlaşdıran qanuni əsaslar müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətləri təmin olunmamalı, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunmalı, apellyasiya şikayətinin baxılmasına xitam verilməli və məhkəmənin hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunsun və apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar