Məhkəmə qərarları › İş №1(3-7)-133/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-133/2026

22.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-133/2026 22.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi – Hüquqi varis, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (Hakimlər M.M.Məmmədzadə (sədrlik edən), İ.İ.İbişov və E.Y.Vəliyevdən ibarət tərkibdə) ##.##.2002-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ##### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu ##.##.1990-cı il tarixdə anadan olmuş Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd sakini X4 onu təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya qəsdən sağlamlığına ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə idarə etdiyi atası şahid2 məxsus “Hyundai Sonata” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ##### 2024-cü il tarixdə saat 09 radələrində Türkanə Məmmədovanı faktiki yaşadığı ünvan 1 ünvanından götürərək Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisinə, Tovuz-Böyükqışlaq avtomobil yolunun kənarında yerləşən əkin sahəsinə aparmış, orada Türkanə Məmmədovanı avtomobildən düşürərək avtomobilin yük yerində olan sonuncunun üzərinə töküb yandıraraq qəsdən sağlamlığına ağır zərər vurmaq niyyəti ilə hadisədən əvvəl alıb iki litrlik plastik qabda (butulkada) saxladığı benzin məhlulunu götürüb Türkanə Məmmədovanın üzərinə tökərək əlindəki alışqan vasitəsi ilə qəsdən yandırmaqla sonuncuya başın, üzün, boyunun, gövdənin ön və arxa səthlərinin, hər iki yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 80-85 %-ni təşkil edən II-III dərəcəli termiki yanıq xəsarətləri ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Türkanə Məmmədovanın sağlamlığına ağır zərər vurmuş, ## ##### 2024-cü il tarixdə saat 22:25 radələrində müalicə olunduğu Bakı şəhərində yerləşən “Nərimanov” Tibb Mərkəzinin yanıq şöbəsində aldığı həmin yanıq xəsarətlərdən inkişaf etmiş orqanizminin ümumi intoksikasiyası nəticəsində ehtiyatsızlıqdan Türkanə Məmmədovanın ölümünə səbəb olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Müdafiəçi apellyasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsindən CM-nin 124.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan ədalətli cəza təyin edilməsini xahiş edərək şikayətini onunla əsaslandırmışdır ki, “Hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X13, İnsan Hüquqları üzrə Avropa Məhkəmələrinin qərarlarının, CMnin və CPM-in tələbləri kobud şəkildə pozulmuşdur. Bu pozuntulara isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin mübahisəli məhkəmə hökmünü çıxarmış hakimləri tərəfindən göz yumulmuşdur. Hesab edir ki, məhkəmə hökmü çıxarılarkən CPM-in 349.3-cú maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs X4 ağır zərər vurmaq niyyəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varsinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə və mərhum Türkanənin video görüntüdə söylədiklərinə əsasən bir daha sübut olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.3-cü maddəsinin tərkibi yoxdur. Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsin sağlamlığına hər hansı bir formada xəsarət yetirmək niyyətində olmamışdır. Zərərçəkmiş şəxs Röyalın onunla sevgi münasibətinə son qoymaq qərarından sonra, o özünə qəsd etmək qərarına gəlmişdir. Buna görə də Röyalın avtomobilində olan benzin dolu plasmas qabı götürmüş və benzini üzərinə tökərək özünü öldürmək istəmişdir. Bu zaman Röyal onun əlindən benzin qabını almağa çalışmış, lakin ağzında olan siqaretin külündən ətrafa və Türkanənin üzərinə tökülmüş benzin alışıb yanmağa başlamışdır. Bundan sonra Röyal yanğını söndürməyə çalışmış, qışqırıq səslərinə avtomobildə olan Məhəmməd adlı şəxsdə yanğının söndürülməsində Röyala köməklik etməyə çalışmışdır. Onlar alovu söndürdükdən sonra, Türkanəni avtomobilə qoyaraq xəstəxanaya çatdırmışlar. Göründüyü kimi Röyalın törətmiş olduğu əməlin obyektiv cəhəti ondan ibarət olmuşdur ki, onun ağzındakı siqaretin külündən benzin alışıb yanmışdır. O, lazımi diqqət və ehtiyatlılıq göstərərək ağzındakı siqareti kənara atıb Türkanənin əlindəki benzin qabını almağa çalışsa idi, hadisə də baş verməzdi. X6 etdiyi hərəkətin təsirindən (şokundan) hadisəni olduğu kimi qəbul edərək nəticələrini aradan qaldırmaq imkanına malik olmamış, həmin an onun fikri yalnız Türkanənin əlindəki benzin qabını almaq və Türkanə tərəfindən yanıdırılmasına imkan verməmək olmuşdur. Amma, öz ağzında olan siqaretin yanılı vəziyyətidə olmasını unutmuş və nəticədə yanğın hadisəsi baş vermişdir. Onu da qeyd edir ki, Röyalın təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməli təqsirin qarışıq forması ilə törədilən cinayətlərə aiddir. Belə ki, bu kimi cinayəti törədən şəxsin əmələ olan münasibəti (şəxsin sağlamlığına vurulmuş xəsarətə) qəsd, nəticəyə (ölümdən ibarət nəticəyə) olan münsaibəti isə ehtiyatsızlıq formasında törədilir. Təqsirləndirilən şəxs X4 ölməsinə səbəb olmuş hərəkətinə diqqət yetirdikdə görünür ki, o, Türkanə Məmmədovaya nə birbaşa qəsdlə, nə də dolayı qəsdlə xəsarət yetirmək niyyətində olmamışdır. Əksinə Türkanənin özünə qəsd etməsinə imkan verməməyə çalışmışdır. Röyalın zərərçəkmiş şəxsə qarşı olan hərəkətinə diqqət yetirildikdə görünür ki, o, zərərçəkmiş şəxsi ehtiyatsızlıq nəticəsində öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman zərərçəkmiş şəxsin öz üzərinə benzin tökdüyünü görmüş və buna görə də, həmin benzin olan qabı onun əlindən almağa çalışmış, lakin həmin vaxtı yanılı vəziyyətdə ağzında olan siqaretdən Türkanənin üzərinə tökülmüş benzin yanmağa başlamışdır. Bundan sonra o, yanğını söndürmüş və zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Bu hal həm təqsirləndirilən şəxsin, şahidlərin və hüquqi varisin ifadəsi, həmdə zərərçəkmiş şəxsin özünün video görüntüdə olan müraciət xarakterli ifadəsi ilə bir daha təsdiq edilir. Təqsirləndirilən şəxs X4 ölümünə səbəb olan hərəkətinə fikir verildikdə belə nəticəyə gəlmək olar ki, o, X4 cinayətkarcasına etinasızlıq nəticəsində öldürmüşdür. Onu da qeyd edir ki, mərhum zərərçəkmiş şəxs yanğın xəsarətləri aldıqdan sonra 10 gün müddətində sağ olmuş, yemək yemiş, su içmiş, huşu üstündə olmuşdur. Ona verilən sualları qavramış və adeqvat cavablar vermişdir. Belə olan halda ibtidai araşdırmanı aparan şəxslərin həmin müddətdə zərərçəkmiş şəxsdən işin gələcəkdə qanuni həll edilməsi məqsədi ilə video görüntülü izahatı və yaxud da ifadəsi alına bilərdi. Ən azından heç olmasa video çəkiliş aparılmaqla hadisənin kim tərəfindən törədilməsi dəqiqləşdirilə bilərdi. Lakin, bu qədər uzun müddət vaxt ərzində zərərçəkmiş şəxsin video görüntüsü çəkilməklə hadisə barədə fikirlərinin öyrənilməməsi onu deməyə əsas verir ki, ya araşdırmanı aparan şəxslər zərərçəkmiş şəxsi video çəkiliş aparmaqla danışdırmamışlar, ya da ki, həmin şəxsi video çəkiliş aparmaqla danışdırmışlar, lakin onun dedikləri ibtidai araşdırmanı aparan şəxsləri qane etmədiyinə görə həmin görüntülü danışığı üzə çıxarmamışlar. Onlarda olan məlumata görə ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən zərərçəkmiş şəxsin video görüntülü ifadəsi alınmış, həmin vaxtı da zərərçəkmiş şəxs bildirmişdir ki, o özü üzərinə benzin tökmüş və Röyalda torpaqla onu söndürməyə çalışmışdır. Bu zaman sual olunur: ibtidai araşdırmanı aparan müstəntiq şahid şahid8 video çəkiliş aparmaqla ifadəsini ala bildiyi, təqsirləndirilən şəxsi hadisə yerində video çəkiliş aparmaqla dindirə bildiyi halda, zərərçəkmiş şəxsi nəyə görə azda olsa video çəkiliş aparmaqla dindirməyə cəhd etməmişdir? Belə olan halda ibtidai istintaqı aparan müstəntiqin hansı əsasla hüquqlarını müdafiə etdiyi şəxsi CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilməsi şübhə doğurur. Bu isə CPM-in tələbləri baxımından hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə həll olunmalıdır. Onu da edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinin qanunsuz olması müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin öz dilindən deyilənləri özündə əks etdirən video görüntü ilə bir daha təsdiq edilir. Həmin görüntü ilə müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlində CM-nin 126.3-cü maddəsinin tərkibinin olmamasına dair şübhələri bir daha aradan qaldırmış olur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri və təqdim edilmiş video görüntü, həmçinin cinayət işinin materiallarında olan ekspert rəyləri qarşılıqlı surətdə müqayisə eedilsə belə nəticəyə gəlmək olar ki, ibtidai araşdırma zamanı dindirilmiş şəxslərin ifadələrinin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına əsaslı şübhələr var. Hasdisənin birbaşa şahidi olmuş şahid8 və həmçinin bir neçə gün zərərçəkmiş şəxslə xəstəxanada qalan, ona qulluq edən anası Hüquqi varis, zərərçəkmiş şəxsin qardaşı Firuddin Məmmədovun, təqsirləndirilən şəxsin və onun atası şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrə fikir verdikdə görünür ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavramışlar və buna görə də onların məhkəmə istintaqı zamanı verdikləri ifadələr sübut hesab oluna bilər. Yuxarıda şərh olunanlara əsasən demək olar ki, ibtidai istintaq orqanı tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin əməli tam, obyektiv və hərtərəfli araşdırılmamış və nəticədə onun törətmiş olduğu əməl Azərəbaycan Respublikası cinayət qanunvericiliyinin tələbləri baxımından düzgün tövif olunmamışdır. Onu da qeyd edir ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsin müdafiə hüquqları pozulmuşdur. Belə ki, o polis idarəsində psixi və fiziki təsir altında ifadə verdiyini bildirdikdən sonra ##.##.2024-cü il tarixdə ondan yazılı ərizə alınaraq həmin halı təkzib elətdirmişlər. Həmin ərizə alınarkən müdafiəçinin iştirakı təmin edilməmişdir. Bu halın özü bizə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsə ibtidai araşdırma zamanı psixi və fiziki təsirlər edilmişdir. Bu zaman sual olunur: əgər həmin ərizə təsir altında yazılmamışdırsa bəs onda nəyə görə ərizənin yazılması və istintaqa təqdim edilməsi zamanı müdafiəçinin iştirakı təmin edilməmişdir? Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla bir daha təsdiq olundu ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini yox, həmin məcəllənin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-in 139-cu maddəsinin tələbləri baxımından hüquqlarını müdafiə etdiyi şəxsə istinad edilən cinayət təhlil edilsə görünər ki, sözügüdən cinayət hadisələrinin baş vermə faktı və halları ibtidai istintaq aparan şəxs tərəfindən heç bir mötəbər sübutlarla təsdiq olunmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxsin ölməsi əlaməti üzrə onun əməli səhvən CM-nin 126.3-cü maddəsi ilə tövsif edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxsin ölməsinə səbəb olmuş hərəkətində törədilmiş cinayətin subyektiv və obyektiv cəhətlərinin araşdırılmasında səhvə yol verilərək onun əməli səhvən təqsirin qarışıq forması kimi qiymətləndirilmiş və o, CM-nin 126.3cü maddəsi ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxsin əməlini və ibtidai istintaq orqanı tərəfindən onun əməllərinə verilmiş hüquqi qiymət CPM-in 144-cü maddəsinin tələbləri baxımından təhlil edilsə görünər ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Əgər ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəklərinə, eyni zamanda cinayət işi üzrə ifadə vermiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan ekspert rəylərinə və maddi sübutlara CPM-in 144-cü maddəsinin tələbləri baxımından yanaşsaydı hüquqlarını müdafiə etdiyi şəxsin yanılı vəziyyətdə ağzında olan siqaretlə ehtiyatsız davranması nəticəsində zərərçəkmiş şəxsin ölməsinə səbəb olmuş hərəkəti səhvən CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməzdi. CM-nin 59-cu maddəsinə əsasən cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması və şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən hallardır. Həmin hallarında hər biri hüquqlarını müdafiə etdiyi şəxsin əməlində və ondan sonra olan hərəkətlərində mövcuddur. Belə ki, o, zərərçəkmiş şəxsin öz üzərinə benzin tökməsini gördükdən sonra ona mərhəmətlik göstərərək onun əlindən benzin butulkasını almağa çalışmış, lakin ağzındakı siqaretin közündən ətrafa və zərərçəkmiş şəxsin üzərinə tökülmüş benzin alışıb yanmağa başlamış, bundan sonra o, zərərçəkmiş şəxsdə baş verən yanğını söndürmüş, o zərərçəkmiş şəxsə yardım göstərməklə onu xəstəxanaya çatdırmış, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş zərəri ödəmiş, könüllü olaraq təqsirini boyununa almış, cinayətin açılmasına fəal köməklik göstərmişdir”. Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində çıxarılmış olan hökmü ədalətsiz hesab etdiyini bildirərək işin yenidən araşdırılmaqla barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək onun dlillərinə uyğun çıxış etdilər və Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsindən CM-nin 124.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan ədalətli cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, onun əməlinin tövsif edilərək cəzasının yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsin törətdiyi əməlin CM-nin 126.3-cü maddəsindən CM-nin 124.1-ci maddəsinə tövsif edilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, protokollara əlavələr və işdə olan digər sənədlərlə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 126.3-cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.3-cü maddəsindən CMnin 124.1-ci maddəsinə tövsif edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi məhz CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Bu isə o deməkdir ki, əməlin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 126.1 və ya 126.2-ci maddələrinin tərkib əlamətləri olmalı, daha sonra isə qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmalıdır. Yəni sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmalıdır. CM-nin 126.3-cü maddəsinin tərkibinin yaranması üçün qəsdən sağlamlığa ağır zərər vurulmalı və nəticədə ehtiyatsızlıqla şəxs ölməlidir. CM-nin 124-cü maddəsinin tərkibinin yaranması üçün qəsdin bütün formaları istisna edilir. Ümumiyyətlə, ağır xəsarət yetirməklə zərərçəkmişin ehtiyatsızlıqla ölməsi ilə ehtiyatsızlıqla adam öldürmənin bir sıra fərqli cəhətləri mövcuddur. Obyektiv cəhətdən CM-nin 126.3-cü maddəsinin tərkibinin yaranması üçün edilən hərəkət zamanı seçilən üsul və vasitə xarakterinə görə şəxlərə real xəsarət yetirmək xassəsinə malik olmalıdır. Şəxs dərk etməlidir ki, seçdiyi üsul və vasitə digər şəxslərə ağır xəsarət yetirə bilər. Ehtiyatsızlıqla törədilən cinayətlərdə əməl xarakterinə görə aydın şəkildə xəsarət yetirmək xarakterinə malik olmur. Hərəkət nəticəsində xəsarətin alınması real olmur, açıq-aydın görünmür, təsadüf faktorlarının mövcudluğu olur. Subyektiv cəhətdən ağır xəsarət yetirməklə zərərçəkmişin ehtiyatsızlıqla ölməsi ilə nəticələnən əməllərdə qəsd məhz ağır xəsarət yetirməyə yönəlir (birbaşa qəsddə), yaxud birbaşa yönəlməsə belə, əməl nəticəsində ağır xəsarətin alınması kifayət qədər real olur (dolayı qəsddə). Ehtiyatsızlıqla törədilən cinayətlərdə şəxs hərəkətlərin nəticəsini aydın görmür, nəticənin baş verməsi real olmur, abstrakt xarakter daşıyır. Nəticənin baş verməsinə neqativ yanaşır. Heç bir halda baş verməsini arzulamır, baş verəcəyini belə gözləmir. Motiv xarakterinə görə zərərçəkmişin sağlamlığına hər hansı bir formada zərər yetirilməsi ilə əlaqəli olmur. Ağır xəsarət müəyyən, ümumi qəbul edilmiş qaydaların pozulması nəticəsində baş verir, qəsd bilavasitə xəsarət yetirməyə yönəlmir, nəticənin baş vermə riski yüksək olmur. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək verdiyi ifadəsi onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə ziddiyyət təşkil etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə işdən evə qayıdanda atası şahid2 mərhum Türkanə Məmmədova ilə nə münasibətinin olduğunu soruşmuş və gələcəyinin yaxşı olması üçün sonuncu ilə əlaqələrini kəsməyini bildirmişdir. Həmin vaxt bir neçə gün idi ki o, artıq mərhum Türkanə Məmmədova ilə danışmırdı. ##.##.2024-cü il tarixdə o, gecə işlətdiyi kafeyə getmişdir. Həmin axşam Türkanə Məmmədova zəng edəndə o, sonuncuya bir də ona zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyini bildirmişdir. Səhəri gün Türkanə yenidən ona zəng edərək son dəfə görüşmək istədiyini demişdir. Onun idarə etdiyi avtomobilinin benzin nasosunda problem olduğundan avtomobil “priboy” işləmişdir. Buna görə də o, daima avtomobilinin sağ oturacaq hissəsinin altında plastik qabda benzin saxlamışdır. O, Məhəmmədlə birlikdə Türkanəni yaşadığı evindən götürmüşdür. Hərəkətdə olarkən Türkanə ona yoldan kənarda saxlamağını və şəkil çəkdirməyi demişdir. O, avtomobili həmişə dayanıb söhbət etdikləri və şəkil çəkdirdikləri yerdə saxlamışdır. Türkanə bir dəqiqə avtomobildən çöldə işi olduğunu deyib düşmüşdür. Bundan sonra o, avtomobilinin saxlanc yerindən siqaretlə alışqanı götürüb siqareti yandırmış və yenidən qolaltına qoymuşdur. Həmin vaxtı o, Türkanənin başından aşağıya benzin tökdüyünü görüb mane olmaq üçün sonuncuya yaxınlaşaraq nə etdiyini soruşmuşdur. O, Türkanənin əlindən benzini götürmək istəmiş, lakin əlindəki siqaret benzinə dəymiş və bu zaman Türkanə qəfildən yanmağa başlamışdır. Su olmadığı üçün o, sonuncunu torpaq vasitəsilə söndürmüş və xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən Türkanə üçün aptekdən həkimlərin dediyi dərmanları almışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və onu şöbəyə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Türkanə ilə bir ilə yaxın sevgi münasibətində olmuş, əvvəllər sonuncu ilə aralarında mübahisə olmamışdır. Sonuncu dəfə Türkanə zəng edəndə o, bir daha onu axtarmamasını demişdir. ##.##.2024- ci il tarixdə atası Türkanə ilə əlaqəsini kəsməyini demişdir. Hadisədən 10 gün əvvəl Türkanə ondan xatırladığı qədəri ilə 1000-1500 manat məbləğində pul istəmiş, o da həmin məbləği sonuncuya vermişdir. Lakin Türkanənin əvvəllər onun atasından pul istəməsi barədə məlumatı olmamış, hadisədən əvvəl Türkanə özü atasından pul istədiyini ona demişdir. ##.##.2024-cü il tarixdə səhər tezdən Türkanə yenə ona zəng etmiş və harada olduğunu soruşmuş, o isə obyektdə olduğunu və bir azdan açacağını demişdir. Türkanə onu götürməyini və son dəfə onu görmək istədiyini demişdir. O da Türkanə ilə razılaşmış və evindən sonuncunu götürmüşdür. Onlar “Əsrik yolu” adlanan yerə getmişlər. Türkanə ilə görüşən zaman avtomobildə anasının xalası oğlu şahid8 da olmuşdur. Avtomobildə olarkən Türkanə onun arxa tərəfində əyləşmiş, Məhəmməd isə arxa sağ tərəfdə bükülüb yatmışdır. Xatırladığı qədəri ilə həmin gün Türkanənin əynində cins şalvar və qırmızı rəngdə köynək olmuş, lakin gödəkcə olmamışdır. Türkanə ona həmişə söhbət etdikləri yerə getməyini demiş, o da avtomobili oraya sürmüş, çatdıqda isə saxlayıb saxlanc yerindən siqaretlə alışqanını götürərək siqaretini yandırmışdır. Bundan sonra alışqanı və siqaret qutusunu qolaltında olan saxlanc yerinə qoymuşdur. Həmin vaxt Türkanə artıq avtomobildən düşmüşdür. Avtomobilinin benzin nasosu nasaz olduğundan həmişə plastik qabda benzin alıb tökmüşdür. Türkanə avtomobildə olarkən əynindəki hər hansı paltarı soyunmamışdır. O, avtomobildən düşəndən sonra Türkanənin üzərinə benzin tökdüyünü görmüş, lakin hansı səbəbdən tökdüyünü bilməmişdir. İdarə etdiyi avtomobilin yanacaq çəni dolu olan zamanı heç bir nasazlıq olmamış, lakin o, çəni həmişə dolu saxlaya bilməmişdir. Bu səbəbdən də avtomobildə plastik qabda hər ehtimala qarşı benzin gəzdirmişdir. Hadisə vaxtı avtomobildə olan benzin bir ədəd iki litrlik plastik qabda olmuşdur. Hadisə zamanı Türkanənin istifadə etdiyi benzini o, bir gün əvvəl doldurmuşdur. Onun Türkanənin benzini götürməsindən xəbəri olmamışdır. Çünki avtomobili saxladıqdan sonra ilk olaraq Türkanə, sonra isə o, düşmüşdür. Xalası oğlu Məhəmməd isə həmin vaxt yatmışdır. Türkanə üzərinə benzin tökən zaman ona heç nə deməmişdir. Xatırladığı qədəri ilə Türkanə əl nahiyəsindən yanmağa başlamışdır. Həmin vaxtı sonuncu avtomobildən 3-4 metr aralıda dayanmışdır. O, siqaretini yandırıb avtomobildən düşdükdən sonra Türkanənin üzərinə benzin tökdüyünü görmüşdür. O, sonuncuya mane olmaq istəyəndə siqaret ağzından düşmüş və Türkanə əlindən yanmağa başlamışdır. Türkanə yanmağa başladığı zaman xalası oğlu Məhəmməd səs-küyə oyanıb yanlarına gəlmiş və qızı söndürməyə kömək etmişdir. Türkanənin özünü yandırmasına səbəbin ondan ayrılmaq istəməməyi olmasını düşünmüşdür. Əvvəllər Türkanə ilə aralarında mübahisələri olanda sonuncu özünü yandıracağını və həyatına qəsd edəcəyini deməmişdir. Hadisədən əvvəl o, Türkanəyə zəng edib ayrılmağı dedikdə sonuncu özünü yandıracağını, həyatına qəsd edəcəyini bildirmişdir. O, hadisədən sonra Türkanəni xalası oğlu Məhəmmədlə birlikdə Tovuz RMX-yə aparmışdır. Hadisədən sonra polis əməkdaşları onu Tovuz RPŞ-yə aparıb ona təzyiq göstərmişlər. Polislər başına, böyrəyinə qalın kitab qoyub yumruqla vurmuşlar. O, polislərə Türkanəni yandırmadığını desə də, sonuncular buna məhəl qoymayıb onun yandırdığını demişlər. Onunla birlikdə Məhəmmədi də polis şöbəsinə gətirsələr də, onları ayrı-ayrı otaqlarda saxlamışlar. Polis şöbəsində olan zaman prokurorluq işçiləri oraya gəlmişdir. İbtidai istintaq zamanı hazırda danışdığı kimi ifadə versə də, heç kim dediklərini qeyd etməmişdir. Türkanəni xəstəxanaya aparan zaman sonuncunun huşu özündə olmuş, Türkanə onunla sərbəst formada danışmışdır. Əvvəllər Türkanə ilə gəzməyə gedəndə avtomobili dəfələrlə “priboy” işləmiş, o da qızın yanında benzini həmişə saxladığı yerdən götürüb istifadə etmişdir. Buna görə də, Türkanə onun benzini avtomobilin hansı hissəsində saxladığını bilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı ##.##.2024-cü il tarixdə şübhəli şəxs qismində, ##.##.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələri birinci instansiya məhkəməsində elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində “RR” çay evini işlətmişdir. X4 təxminən doqquz ay olar ki, tanımış, sonuncu subay olmaqla iki azyaşlı övladı olmuşdur. Türkanə Tovuz rayonu Qovlar şəhərində “Posyolka” adlanan yerdə yerləşən binalardan birində özünə məxsus evdə yaşamış, ondan 12 yaş da böyük olmuşdur. Türkanə ilə arasında həmişə yaxşı münasibət olmuş, heç bir zaman mübahisə və narazılıq olmamışdır. O, sonuncu ilə dəfələrlə razılıq əsasında bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Cinsi əlaqə müqabilində də Türkanəyə pul verməmiş, sonuncu da istəməmişdir. Türkanənin istəyinə görə maddi köməklik kimi sonuncuya 3-4 dəfə əlli, yüz manat pul vermişdir. ## ##### 2024-cü il tarixdə Türkanə ona telefonla zəng edib 100 manat pul istəmiş, lakin o, sonuncuya pul verməmiş, daha sonra atası Rasim ona zəng edərək Türkanə ilə danışdığını və onun sonuncu ilə münasibətinin olmasından məlumatının olduğunu deyərək nə səbəbə qıza pul verməməsinin üstündə onu danlamışdır. O da ## ##### 2024-cü il tarixdə bu söhbətə aydınlıq gətirməkdən ötrü Türkanə ilə görüşmək qərarına gəlmişdir. ## ##### 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində Türkanə ona zəng edib özünü Tovuz bazarına aparmasını bildirmiş, bu səbəbdən də o, atasına məxsus etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Türkanın yaşadığı evinə getmişdir. Həmin vaxtı maşında onunla birlikdə xalası oğlu, eyni zamanda həmkəndlisi şahid8 da olmuşdur. Türkanənin yaşadığı evə getdikdən sonra sonuncu onun gəlməyini görüb aşağı düşərək maşının arxa sol tərəfində əyləşmiş, həmin vaxtı Məhəmməd də arxa sağ tərəfdə oturmuşdur. Avtomobildə gedən zaman Türkanə ondan yenə də yüz manat pul istəmiş, amma nə üçün istədiyini deməmiş, o, Türkanəyə pulunun olmadığını və pulu nə üçün istədiyini soruşduqda, Türkanə yenə də təkidlə həmin məbləği istədiyi üçün o, hirslənərək sonuncuya pulunun olmadığını demişdir. Bundan sonra Türkanə ona “heç kimin gələcəyini bilmək olmaz, sənin də anan, bacın var” demişdir. Türkanənin onun anası və bacısı ilə bağlı belə ifadələr işlətməsi onu əsəbləşdirmiş və o, qıza ağzına gələni danışmamağı, danışığına fikir verməyi bildirmişdir. Türkanə isə cavabında ona “sən yaxşı kişi olsan, mənə pul verərdin” demişdir. Türkanənin bu sözü onu daha da hirsləndirmiş və onu təhqir etdiyi üçün sonuncuya harasa gedib həmin sözlərinə aydınlıq gətirməli olduğunu bildirmişdir. Bundan sonra o, Türkanəni bazara aparmayıb avtomobilini Azaflı kəndi istiqamətində, “Qərib Seyid” piri deyilən istiqamətdə sürərək pirə çatmağa 2 km qalmış Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində avtomobilini sağa verib boş yerdə saxlamışdır. Bundan sonra ikisi də maşından düşmüş, Məhəmməd isə maşında qalmışdır. Maşından aralandıqdan sonra Türkanəyə nə üçün Məhəmmədin yanında ona belə sözlər deməsini, atasına zəng etməsini irad tutub narazılığını bildirmiş, Türkanə də ondan üzr istəmək əvəzinə ona yaxşı elədiyini dediyi üçün o, bundan əsəbiləşərək maşınının yük yerindən əvvəlcədən yanacaqdoldurma məntəqəsindən aldığı 2 litrlik plastik qabda olan benzin məhlulunu götürüb Türkanənin üzərinə gələrək onu qorxutmaq məqsədilə heç bir söz demədən qabın ağzını açıb qabdakı benzinin bir hissəsini Türkanənin qarın nahiyəsinə tökmüşdür. Həmin vaxtı benzinin bir hissəsi yerə, bir hissəsi isə Türkanənin əllərinin üzərinə tökülmüşdür. Türkanənin üzərinə benzin tökəndə sonuncu ilə arasında bir metr məsafə olmuş, bu zaman Türkanə qışqıraraq niyə üstünə benzin tökdüyünü bildirmişdir. Həmin vaxtı ağzında yanlı vəziyyətdə olan “Kent 4” markalı siqaret dənəsi ağzından yerə düşmüş, nəticədə yerə tökülmüş benzindən yaranan alov Türkanənin ayağına keçib qarın nahiyəsinə doğru uzanmışdır. O, möhkəm qorxmuş və tez özünü Türkanənin üstünə atıb yerə yıxaraq torpağı üstünə tökməklə yanğını söndürmək istəmişdir. Bu zaman özü də yanıq xəsarətləri almışdır. Türkanənin yanmasını görən xalası oğlu Məhəmməd də tez maşından düşüb Türkanənin alovunu söndürmüşdür. Daha sonra o, Türkanəni Məhəmmədlə maşınına qoyub Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Türkanəni qorxutmaqdan ötrü maşınından benzin götürdükdə Məhəmməd arxada oturduğundan onun benzin qabını götürməyini görməmişdir. Hadisə vaxtı onun Türkanəni öldürmək niyyəti olmamış, etmiş olduğu əməldən də peşman olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılıq və təziqlərə məruz qaldığından etirafedici izahatlar verdiyini, həmin məzmunda ifadələr vermədiyini, ##.##.2024-cü il tarixli ifadəsinin sonunda qeyd edilmiş əlyazma və imza onun tərəfindən icra edilsə də, o, ifadəsini oxumadan imzaladığını bildirsə də, həmin ifadələri verərkən müdafiəçisi yanında olmuş və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmişlər, əksinə hər ikisi protokollara heç bir qeyd daxil etmədən ifadələrin doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bununla yanaşı şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkilişdə də Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıq və təziqlərə məruz qaldığı öz təstiqini tapmır. Bununla yanaşı zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və şahid şahid8 da birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə məhkəməyədək icraat zamanı verdikləri ifadələr ziddiyyət təşkil etdiyindən, həmin ifadələrə də tənqidi yanaşılmışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Hüquqi varis ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə parnikdə işləyən zaman ona tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs qızının ağrıdığını, həkimdə olduğunu və gəlməyini demişdir. Bundan sonra o, gəlini ilə birlikdə yol avtomobili ilə Tovuz rayonuna, oradan da Tovuz RMX-yə getmişdir. Xəstəxanaya gələndə Türkanənin orada olmadığını demişlər. Soruşduqda Türkanənin yanıq xəsarəti ilə xəstəxanaya gətirildiyini, lakin vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərinə aparıldığını demişlər. O, əvvəlcə Türkanənin iş yerində yandığını düşünmüşdür. Bundan sonra nəvələri evdə tək olduqları üçün o, Türkanənin Qovlar şəhərindəki evinə gəlmişdir. Nəvəsi Sənan evdə olmuşdur. Sonuncudan anası Türkanə və bacısı Leylanın harada olduğunu soruşanda Sənan anasının işdə, bacısının isə dərsdə olduğunu demişdir. Bir qədər sonra qonşular toplaşaraq ona qızı Türkanənin özünü yandırdığını demişlər. O, qonşulardan qızının nə üçün belə etdiyini soruşduqda sonuncular bilmədiklərini demişlər. Bundan sonra o, oğlu və qardaşı ilə Bakı şəhərinə Türkanənin yanına getmişdir. Türkanəni Bakı şəhərinə təcili-tibbi yardım ilə Röyalın atası və əmisi aparmışdır. Yolda olarkən Şabranda yaşayan bacısı və bacısı oğluna zəng edib Türkanənin yandığını, Bakı şəhərində xəstəxanaya aparıldığını, lakin məsələnin nə olduğunu bilmədiyini deyib oraya getmələrini xahiş etmişdir. Onlar xəstəxanaya çatanda bacısı və sonuncunun oğlu da orada olmuşlar. O, həmin gün qızının yanında olanda qızı Türkanə “ay mama bir şey idi oldu” demişdir. Ertəsi gün Rasim müəllim və o, Türkanənin yanına girmişlər. Rasim müəllim Türkandan nə üçün özünü yandırdığını soruşanda qızı bilmədən özünü yandırdığını və Röyalla bir-birlərini istədiklərini demişdir. İfadəsinin davamı olaraq Hüquqi varis bildirmişdir ki, Təqsirləndirilən şəxslə qızı Türkanənin münasibəti barədə məlumatı olmamış, qızı gözəllik salonunda işləmişdir. Qızı ona özü üzərinə benzin töküb özünü yandırdığını demişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və sonuncunun yaxın qohumları tərəfindən onlara heç bir hədə-qorxu gəlinməmişdir. O, Türkanənin özü-özünü yandırması barədə ona yalan deməsindən şübhələnib məsələnin daha yaxşı araşdırılması üçün əsəbiləşərək şikayət etmişdir. Qızı 10 gün Bakı şəhərində xəstəxanada qalmış və rahat danışıb yemək yemişdir. O, hər gün Türkanənin yanına gedib-gəlmişdir. Türkanə sarğılı olduğu üçün xəsarətlərinin ən çox hansı nahiyəsində olduğunu deyə bilməmiş, lakin baş nahiyəsi salamat olmuşdur. Bununla belə, qızı xəstəxanada olarkən onunla sərbəst formada danışmışdır. Türkanə ona hadisənin qəfildən baş verdiyini, öz üzərinə benzin tökdüyünü, bu zaman Röyalın ona mane olmağa çalışdığını, həmin vaxt Röyalın ağzındakı siqaretin yerə düşdüyünü və təsadüfən yandığını demişdir. Xəstəxanada olarkən Röyalın atası və qohumları Türkanənin yanına gəlmişlər. O, Röyalın əmisindən Türkanənin öz-özünü yandırmasına baxmayaraq, nə üçün müalicə xərcləri qarşıladıqlarını soruşduqda, əmisi Röyalla Türkanənin yaxın olduqlarını və bir-birlərini istədiklərini demişdir. Röyalın qohumları nəvəsinin müalicəsi ilə bağlı xərclərini qarşılamışlar. O, Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Hüquqi varis məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi birinci instansiya məhkəməsində elan edilməklə tədqiq edilmiş və Hüquqi varis həmin ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə almış olduğu yanıq xəsarətlərindən Bakı şəhərində müalicə aldığı Yanıq mərkəzində vəfat etmiş X4 doğma qızı olmuşdur. Türkanə Məmmədova sonuncu dəfə bildiyinə görə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Dondar Piryezi” deyilən yerdə gözəllik salonlarının birində işləmişdir. ##.##.2024-cü il tarixdə saat 11 radələrində ona tanımadığı nömrədən zəng gəlmiş, Türkanənin vəziyyətinin yaxşı olmadığını, xəstəxanada olduğunu bildirmişlər. O da tez Tovuz rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya gedəndə ona Türkanənin yanıq xəsarətləri ilə xəstəxanaya daxil olduğunu, vəziyyətinin yaxşı olmadığı üçün onu Bakı şəhərinə Yanıq mərkəzinə apardıqlarını demişlər. Türkanənin hansı şəraitdə yanıq xəsarətləri alması ilə maraqlandıqda xəstəxanada tibb bacıları ona Türkanəni qeyri-rəsmi münasibətdə olduğu oğlanın yandırdığını, daha sonra isə özünün qızı xəstəxanaya gətirdiyini demişlər. Sonradan bilmiş ki, həmin oğlan Tovuz rayonu Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra qızının uşaqlarını öz evinə aparmaq üçün Qovlar şəhərində yerləşən evlərinə getmişdir. Qızıgilə getdikdən sonra nəvəsi Leyla ona anasını yandıran Təqsirləndirilən şəxslə anasının 1 ildən çoxdur ki, münasibətlərinin olduğunu demişdir. Lakin özünün onların münasibətindən məlumatı olmamışdır. Bu barədə əgər vaxtında bilsə idi onların münasibətlərinə razı olmazdı. Nəvəsi Leyla ilə Sənanı öz evlərinə aparmaq istəmiş, lakin sonuncular həmin günü onunla gəlməyib qonşuda qalmışlar. Bundan sonra o, Bakı şəhərinə qızının yanına xəstəxanaya getmişdir. Qızının xəstəxanada müalicəsi normal getmişdir. Özü sərbəst danışmış, sərbəst yemək yemişdir. Qızından hadisənin necə baş verdiyini maraqlananda qızı Röyalın onun üzərinə benzin tökərək yandırdığını, lakin bu barədə heç kimə bir söz deməməyini tapşırmışdır. Türkanə Röyalın yaxın qohumlarının əgər Röyaldan şikayət edəcəyi halda onun övladlarının başına oyun açacaqları ilə hədələdiklərini, birdən Röyalın və onun yaxın qohumlarının övladlarına nəsə edəcəyindən qorxduğunu demişdir. Həmin söhbəti edəndə qızının həyəcandan əlləri əsmişdir. Röyalın yaxın qohumları xəstəxanaya qızının yanına gəlmişlər. Bir də Röyalın əmisi xəstəxanada ona demiş ki, guya qızı öz-özünü yandırmışdır. Qızının müalicə xərclərini Röyalın yaxın qohumları etdiyi üçün o, sonunculara demiş ki, “qızım sizin heç nəyinizdir, əgər qızım özüözünü yandırmışdısa da, nəyə görə onun sağalması üçün pul xərcləyirsiniz, deməli siz hansısa marağa görə, oğlunuzun tutulmaması üçün qızımın sağalması üçün pul xərcləyirsiniz”. Bu söhbətdən sonra həmin şəxslərin təhlükəli adam olduğunu görüb bir daha onlarla söhbət etməmişdir. Qızı da ona dəfələrlə tapşırmış ki, birdən ona nəsə edərlər deyə həmin şəxslərlə əlaqə saxlamasın. ## ##### 2024-cü il tarixdə qızı müalicə aldığı xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs qızı Türkanə Məmmədovanı nə məqsədlə yandırması barədə hər hansı məlumatı olmamışdır. Çünki qızı da ona bu barədə heç nə deməmişdir. Qızının qonşularından eşitmiş ki, qızı ilə Röyal arasında hadisədən 1 gün əvvəl mübahisə olmuş, ## ##### 2024-cü il tarixdə isə Röyal səhər tezdən hansısa yanacaq doldurma məntəqəsindən benzin almış, həmin günü də qızını evdən gəlib götürərək Tovuz rayonu Aşağı Quşçu kəndində kimsəsiz yerə aparıb üstünə benzin tökərək yandırmışdır. Nəvəsi Leyla da demiş ki, səhər Röyal onlara gələndə o da evdə olmuş, Röyal da Türkanəni zorla özü ilə maşınına otuzdurub apararaq yandırmışdır. Qızı Türkanə hadisədən sonra dəfələrlə onun yuxusuna gələrək Röyaldan şikayət etməməyi, sonuncunu tutdurmamağı ona bildirmişdir. Bu səbəbdən o, ərizə ilə Tovuz rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Düzdür Röyal ## ##### 2024-cü il tarixdə qızı Türkanə Məmmədovanın üzərinə benzin tökərək qəsdən sonuncunu yandırmış, nəticədə qızı Türkanə Məmmədova ## ##### 2024-cü il tarixdə Bakı şəhərində yerləşən yanıq şöbəsində vəfat etmişdir. Röyal həmin cinayət əməlini törətsə də, qızının ölümü ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Hüquqi varis məhkəməyədək icraat zamanı əsəbiləşib elan edilmiş məzmunda ifadələr verdiyini, Röyalın atası Rasim müəllim tərəfindən qeydə alınmış, Türkanənin xəstəxanada olarkən öz-özünü yandırdığını dediyi video görüntünün olduğunu, video çəkilişlə qeydə alan zaman özünün də orda olmasını, qızı Türkanəyə həmin zaman hər hansısa təziqin olunmadığını bildirsə də, birinci instansiya məhkəməsi qeyd olunanları uydurma, işin faktiki hallarına uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına yönəlmiş ifadə kimi qiymətləndirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, o, qohumu Təqsirləndirilən şəxs işlətdiyi kafedə işləmişdir. Hadisə günü Röyalın tanışı olan Qorxmaz avtomobilə əyləşəndə o, arxa oturacağa keçmiş və gecə spirtli içki qəbul etdiyi üçün yatmışdır. Bundan sonra o, Röyalın qışqırıq səsinə yuxudan oyanmışdır. Röyal həmin vaxt “dəlisənmi, nə edirsən” demişdir. Bu zaman o, Türkanənin yandığını görmüş və tez Röyalla birlikdə sonuncunu söndürüb xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq şahid8 bildirmişdir ki, mərhum Türkanə xanımı əvvəllər bir-iki dəfə görmüşdür. O, Türkanə ilə Röyalın münasibətlərinin nə vaxtdan başlamasını bilməmişdir. O, Röyalla sonuncunun idarə etdiyi “Hyundai” markalı avtomobillə səhər saat 7-7:30-da Tovuz şəhərinə yola düşmüşdür. O, əvvəlcə avtomobilin qabaq sağ oturacağında əyləşmiş, lakin yolda Röyalın tanışı Qorxmaz avtomobilə əyləşəndə o, arxa oturacağa keçmiş və uzanıb yatmışdır. O, yatdığı üçün Türkanəni götürməklərindən xəbəri olmamışdır. Röyalla Tovuz rayonuna eləbelə hərlənmək üçün getmişlər. Röyal ona Türkanə xanımı götürəcəyini deməmişdir. O, oyananda avtomobil yoldan bir qədər kənarda boş sahədə dayanmışdır. O, axşam spirtli içki qəbul etdiyi üçün yatdığı vaxt Röyalın avtomobili saxlamasından və kiminsə əyləşməsindən xəbəri olmamışdır. O, hadisə yerində Röyal ucadan qışqırdığı üçün sonuncunun səsinə yuxudan oyanmışdır. O, yuxudan oyanıb baxanda Türkanənin qışqıraraq yandığını görmüşdür. Həmin vaxt Röyalla Türkanə avtomobildən təxminən 10 metr aralıda olmuşlar. O, Röyalın Türkanənin üzərinə getdiyini, Türkanənin isə saçının və bədən nahiyəsinin yandığını görmüşdür. Röyal və o, tez Türkanəni torpaqla söndürmüşlər. Bu zaman Röyal da yanıq xəsarətləri almışdır. Türkanəni söndürmək üçün sonuncunu yerə yıxmışlar və üzərinə torpaq tökmüşlər. Sonuncunu söndürdükdən sonra xəstəxanaya aparmışlar. O, hadisəyə qədər Röyalın avtomobilinə tez-tez əyləşmişdir. Röyalın avtomobilində nasazlıq olmuşdur. O, əvvəllər də Röyalın avtomobilində plastik qabda benzin görmüşdür. Röyal içərisində benzin olan plastik qabı avtomobilin ayaqaltısına qoymuşdur. şahid8 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi birinci instansiya məhkəməsində elan edilməklə tədqiq edilmiş, həmçinin həmin dindirmə istintaq hərəkətlərinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və şahid8 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası qızı Familə Tağıyevanın oğlu olmuşdur. Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən “RR” çay evini işlətmişdir. O, özü də məlum hadisə baş verənə kimi həmin çay evində barmen kimi işləmişdir. Əsgərlikdən gəldikdən sonra təxminən 4-5 ay olardı ki, Təqsirləndirilən şəxs Türkanə adlı qadınla sevgi münasibətinin olmasını bilmişdir. Onlar 1-2 dəfə də birlikdə kafedə oturub çay içmişlər. ##.##.2024-cü il tarixdə saat 23 radələrində çay evindən çıxaraq yaşadığı evə getmişdir. ##.##.2024-cü il tarixdə saat 02 radələrində Röyal ona zəng edərək gəlib onu götürərək çay evinə gedəcəklərini bildirmiş, o da razılaşaraq gəlib onu götürməyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Röyal yaşadığı evin qarşısına gəlib özünün idarə etdiyi “Hyundai Sonata” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu da götürərək “RR” çay evinə gəlmişdir. 2 saata yaxın çay evində birlikdə oturduqdan sonra saat 04 radələrində çay evində olan işçiləri aparıb evlərinə düşürərək təkrar çay evinə qayıtmışlar. Çay evinə qayıdarkən X1 kəndi ərazisində yerləşən “Dondar Piryezi” deyilən yerə gedib “Nur Oil” YDM-dən 2 litrlik plastmas qabda benzin almışdır. Benzini də məntəqənin işçisi maşının yük yerinə qoymuşdur. Bundan sonra onlar yenidən çay evinə qayıtmışlar. Çay evinə qayıtdıqdan sonra o, yatmışdır. Saat 07 radələrində Röyal onu yuxudan oyadıb maşınla rayonda gəzməyə getmələrini demiş, o da Röyalla razılaşmışdır. O ilk öncə qabaqda oturmuş, Röyal maşını Qovlar şəhəri istiqamətində sürmüşdür. Qovlar şəhərində olanda Röyal tanışı olan əvvəldən tanımadığı Qorxmaz adlı oğlanla görüşmüş, yuxusu gəldiyi üçün Qorxmaza onun qabaqda əyləşməyini, özünün isə arxada yatacağını demişdir. Daha sonra o, arxaya keçmiş, Qorxmaz isə qabaqda əyləşmişdir. O, yuxulu olduğu üçün arxada yatmışdır. Arxada yatan zaman sifətinə gələn havaya oyanıb gözünü açanda Türkanənin arxada onun yanına oturduğunu görmüşdür. Türkanə ilə salamlaşmış, sonuncu arxada sol tərəfdə, sürücünün arxasında, o isə Türkanənin yanında sağ tərəfdə əyləşmişdir. Qorxmaz isə maşında olmamışdır. Sonra Röyal maşını sürməyə davam eləmişdir. Yolda olanda Röyalla Türkanə mübahisə eləməyə başlamışlar. Onların mübahisəsindən o, belə başa düşmüş ki, sonuncular arasında nə isə pul mübahisəsi olmuş, eləcə də onlar bir-birinə etdikləri səhvləri demişlər. Onların bir-birinə qarşı səhv etməsini deyəndə o, sonuncular arasında qısqanclıq da ola biləcəyini fikirləşmişdir. O, Röyalgilə bir-birləri ilə mübahisə etməmələrini desə də, sonuncular mübahisəsinə davam etmişlər. Mübahisə vaxtı Türkanə Röyalın ünvanına “sən ananı, bacını “qəhbə” eləyən oğlansan” demiş, Röyal isə Türkanəyə heç nə deməmişdir. Arxada oturanda görmüş ki, Röyal maşını Azaflı kəndi istiqamətində sürmüşdür. “Qərib Seyid” piri deyilən yerə çatmamış Röyal maşını sağa tərəf torpaqlıq yola sürərək yoldan təxminən 200-300 metr irəliləyib kimsəsiz bir yerdə saxlamışdır. Röyal avtomobildən aşağı düşmüş və avtomobilin arxa qapısını açaraq Türkanəni də avtomobildən düşürmüş, o, sonunculara nə etdiklərini dedikdə, ikisi də ona “sən bizim işimizə qarışma” demişdir. Röyal daha sonra avtomobilin arxa yük yerində saxladığı içərisində benzin olan iki litrlik plastmas qabı da özü ilə götürmüşdür. Həmin vaxtı sonuncular Türkanə ilə birlikdə avtomobildən təxminən 10 metr kənarda dayanmışlar. Onlar orada avtomobildə olan mübahisəni davam etdirmişlər. O isə avtomobildən düşməmiş, arxada yuxulu vəziyyətdə olmuşdur. Röyalgil təxminən 5-10 dəqiqə söhbət etmişlər. Qəfildən Türkanənin qışqırıq səsini eşidib maşından düşəndə Türkanənin alışaraq yandığını görmüşdür. Röyalın Türkanəni nə ilə yandırdığını isə görə bilməmişdir. Dərhal Türkanəyə yaxınlaşıb sonuncunun üzərinə yanğını söndürmək üçün torpaq tökmüşdür. Həmin vaxt Türkanə ilə bərabər benzin Röyalın əllərinə və ayağına töküldüyündən sonuncunun da əl və ayaqları yanmışdır. Təxminən 3-4 dəqiqə ərzində Röyalla birlikdə Türkanənin alovunu söndürmüşlər. Buna baxmayaraq, Türkanənin bədəni demək olar ki, yanmışdır. Daha sonra Türkanəni öz əynində olan papaqlı gödəkçəyə bükərək avtomobilə əyləşdirmişlər, Röyal isə avtomobili idarə edərək qızı Tovuz rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Röyalın Türkanəni necə yandırmasını görməmişdir. Lakin xəstəxanada olanda Röyal yandıranla yerə vurduğunu demişdir. Ağzından belə bir kəlmə işlətmişdir. Həmin vaxtı başı qarışıq olduğu üçün Röyalla bu barədə ətraflı danışmamışdır. Ancaq Röyal özü yandıranı yerə vurduğunu demiş, ancaq nə səbəbə yerə vurduğunu isə bilməmişdir. Türkanə Məmmədova ilə Təqsirləndirilən şəxs əvvəllər mübahisə etməsinin şahidi olmamışdır. Bir-iki dəfə birlikdə çay içmişlər və onun yanında sonuncuların elə mübahisəsi olmamışdır. Birinci dəfə hadisə baş verən günü Röyalgilin mübahisəsinin olduğunu görmüşdür. Hadisədən sonra kənd camaatından eşitmiş ki, Röyalın Türkanəyə borcu olmuşdur. Hadisə olan günü də maşında olanda Türkanə Röyaldan pul istəmişdir. Hadisə vaxtı Türkanənin əynində cins şalvar, qolsuz çəhrayı rəngli göbək nahiyəsinə kim açıq köynək olmuşdur. Hadisə vaxtı onun əynindəki köynək yanmışdır. Büstqalteri də hadisə yerində düşmüşdür. Xəstəxanaya gələndə əynində olan gödəkçəni Türkanənin üzərinə atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş şahid8 ifadəsində ibtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları onu qorxudub dedikləri kimi ifadə verməyəcəyi halda barəsində cinayət işi başlayacaqlarını bildirdikləri üçün məcbur olub Təqsirləndirilən şəxs əleyhinə ifadə verdiyini göstərsə də, o, məhkəməyədək icraat zamanı ##.##.2024-cü il, təkrar isə ##.##.2024cü il tarixdə videoçəkiliş vasitəsi ilə şahid qismində ifadə verərkən hadisə günü hadisədən əvvəl çay evinə qayıdarkən Təqsirləndirilən şəxs Aşağı Quşçu kəndi ərazisində yerləşən “Dondar Piryezi” deyilən yerə gedib “Nur Oil” YDM-dən 2 litrlik plastmas qabda benzin aldığını, həmin benzini məntəqənin işçisi maşının yük yerinə qoyduğunu, hadisə vaxtı Təqsirləndirilən şəxs Türkanə Məmmədovanı nə ilə yandırdığını görmədiyini, xəstəxanada olarkən də Təqsirləndirilən şəxs yandıranla yerə vurduğunu və Türkanə Məmmədovanı yandırdığını dediyini göstərmişdir. Qeyd edilən ifadələrində şahid8 polislər tərəfindən psixi zorakılığa məruz qalmasını göstərməmişdir. Əksinə hər iki ifadəsinin doğruluğunu əlyazma ilə yazıb imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid8 Təqsirləndirilən şəxslə qohum olmaları səbəbindən, eləcə də təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək və sonuncuya köməklik etmək məqsəd ilə şahid8 məhkəmədə tamamilə fərqli ifadə verməsinə tənqidi yanaşılmış və qeyd edilmişdir ki, şahid8 məhkəməyədək icraat zamanı ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə verdiyi ifadələri iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edildikdə öz təsdiqini tapdığı və daha inandırıcı olduqları üçün ittihamın həllində məhz elə həmin ifadələr əsas götürülməlidir. Həmçinin kollegiya qeyd edir ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Tovuz rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sol dirsək, sol said, sol əl nahiyələrinin, sağ əlin IV və V barmaqlarının və sol baldır nahiyəsinin II dərəcəli termik yanıq xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər alovun təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən ##.##.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X4 meyitinin bədən səthində başın, üzün, boyunun, gövdənin ön və arxa səthlərinin, hər iki yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 80-85%-ni təşkil edən II-III dərəcəli termiki yanıq yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər qərarda qeyd olunan ##.##.2024-cü il tarixdə və şəraitdə yüksək hərarətin ola bilsin tez alışan mayenin (benzin, kerosin, kimyəvi həlledicinin və.s) alışmasından baş vermiş alovun yerli təsirindən əmələ gələ bilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Ölümlə bir başa səbəbli əlaqəlidir. Mərhum X4 ölümünə səbəb-almış olduğu yanıq xəsarətlərin nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyası olmuşdur. Ölüm ##.##.2024-cü il saat 22:25-da * saylı NTM-nin yanıq şöbəsində baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. Mərhum X4 bədən səthində yanıq yaralarından başqa digər xəsarət aşkar edilməmişdir. Mərhum X4 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər stasionarda ona vena daxili çoxlu miqdarda mayelərin köçürüldüyündən onun qanından məhkəmə kimyəvi müayinəsinə, qan nümunəsi götürülməsi məqsədə müvafiq hesab edilmədi və adına * saylı NTM-nin yanıq şöbəsindən təqdim olunmuş ***/** saylı xəstəlik tarixində sərxoşluq barədə heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Gəncə Regional Ambulator Şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən ruhi xəstəlik keçirmədiyindən o, öz hərəkətlərini ölçübbiçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyəcanlı psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs uydurmağa, yalan danışmağa meyilli deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin ##.##.2024-cü il tarixli, 294/2024- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, şahid8 ABO sistemi qan qrupu-Balfa/III/. X4 ABO sistemi qan qrupu-Balfa/III/ (Təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi qan qrupu-Oalfa,beta/İ/ (Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus cins şalvar, şahid8 məxsus kofta, şalvar, X4 məxsus büstqalter, gödəkcə və şalvar üzərindəki ləkələrdə qan, 250ml- lik «badamlı» plastik su qabı, «HELL» markalı erengetik içki qabı, parça kəsikləri, bitki qalıqları qarışmış torpaq nümunəsi, hadisə yerindən götürülmüş 01 cüt qadın ayaqqabısı və Təqsirləndirilən şəxs məxsus kofta üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Hadisə yerindən götürülmüş bir topa obyekt insan baş tükü olub yüksək termiki təsir nəticəsində ayrılmışdılar. Tüklərin kök ucları yüksək termiki təsirə məruz qaldığından onlarda yataq elementi hüceyrələri olmadığı üçün tüklərin məxsus olduğu şəxsin cinsini təyin etmək mümkün olmadı. Tüklərdə eyni zamanda termiki təsir nəticəsində tərkibindəki zülallar parçalandığı üçün bu tüklərdə qrup antigenlərinin təyini imkansızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli, 3- 16-16/2-6/2516, */**** nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yuxarı hissəsi yüksək temperatur nəticəsinə ərimiş vəziyyətdə olan plastik qabdaki qırmızımtıl rəngli spesifik iyə malik maye tez alışan neft məhsulu Aİ92 markalı benzindir. Tədqiqata təqdim edilmiş qəhvəyi rəngli saçda, yarıyanmış qırmızı rəngli parça qalıqlarının və bir ədəd qara rəngli büstqalterin üzərində tez alışan neft məhsuluna (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Yüngül fraksiyalar uçduqdan və yüksək temperatura məruz qaldığından əsaslı dəyişiklər baş verdiyi üçün, neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. Həmin izlər təqdim edilmiş yuxarı hissəsi yüksək temperatur nəticəsinə ərimiş vəziyyətdə olan plastik qabdaki neft məhsulu ilə eyni qrup mənsubiyyətinə malikdirlər. Digər obyektlərdə neft məhsullarına və yanacaq-sürtkü materiallarına məxsus izlər yoxdur. Tədqiqata təqdim edilmiş X4 hadisədən sonra Tovuz RMX-na daxil olarkən üzərinə atılmış vəziyyətdə (geyinilməmiş) qara və ağ rənglərdən ibarət uzunqol gödəkçənin və tünd göy rəngli “cins” parçadan tikilmiş şalvarın üzərində Təqsirləndirilən şəxs və şahid8 geyim paltarlarının tərkibli liflərindən yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli, 3- **-**/*-*/*** nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “hadisə yerindən götürülmüş bir ədəd qara rəngli büstqalter ....” yazıları olan bağlamadan aşkar edilmiş büstqalterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş “hadisə yerindən götürülmüş bir ədəd qara rəngli büstqalter...” yazıları olan bağlamadan aşkar edilmiş büstqalterin səthindəki zədələr termiki təsirdən yaranmağa xarakterik yanma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Üzərində “Məmmədova Türkanəyə məxsus ....” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın üzərində bərk səthlə təmasda olma nəticəsində yaranmağa xarakterik sürtünmə izləri vardır. Tədqiqata təqdim edilən üzərində “Məmmədova Türkanəyə məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, üzərində “Təqsirləndirilən şəxs......” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin və şalvarın, üzərində “şahid8....” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin və şalvarın, üzərində “hadisə yerindən götürülmüş bir cüt sağ və sol taylı....” yazıları olan bağlamadan aşkar edilmiş bir cüt ayaqqabının səthində trasoloji iz və zədə yoxdur. ##.##.2024-cü il tarixli “törədilmiş cinayətlər haqqında fiziki şəxslərin məlumatları barədə şifahi ərizənin qəbul edilməsi haqqında” protokoldan görünür ki, Tovuz RMX-nın acil şöbəsinin həkimi şahid7 və Tovuz RMX-nın reanimasiya şöbəsinin müdiri şahid5 iştirakları ilə şifahi sorğu zamanı Türkanə Məmmədova ona yanıq xəsarətlərini ## ##### 2024-cü il tarixdə saat 09:10 radələrində Tovuz rayonu Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində əkin sahəsində üzərinə benzin töküb qəsdən yandırmaqla yetirdiyini bildirmişdir. ##.##.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan, protokola əlavə olunmuş fotocədvəldən və videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, X5 ilə idarə etdiyi avtomobildə mübahisə edərkən sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qorxutmaq məqsədi ilə Türkan Məmmədovanı hadisə yerinə gətirdiyini, həmin yerdə də aralarında davam edən sözlü mübahisə zamanı idarə etdiyi avtomobildən götürdüyü plastmas butulkada olan benzini sonuncunun üzərinə tökdüyünü, daha sonra isə ağzında yanlı vəziyyətdə olan siqaret yerə düşdüyünü və Türkanə Məmmədovanın alışdığını bildirib hadisənin baş verdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Müdafiə tərəfinin təqdim etdiyi bir ədəd informasiya daşıyıcısı olan diksə baxış zamanı müəyyən edilmişdir ki, X4 müalicə aldığı xəstəxanada videoçəkiliş zamanı benzini üzərinə tökdüyünü, saçından alışdığını, Təqsirləndirilən şəxs onun üzərinə torpaq tökərək söndürməyə çalışdığını, Təqsirləndirilən şəxs də şikayətinin olmadığını bildirmişdir. Tovuz RPŞ-nin ##.##.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş X4 aralarında baş vermiş mübahisənin şəxsi münasibətlər zəminində baş verməsi, adları qeyd olunmuş həmin şəxslərin arasında uzun müddət şəxsi münasibətlərin olması, son zamanlar aralarında olan münasibətin soyuq olması səbəbindən aralarında tez-tez mübahisələrin yaranması, ##.##.2024-cü il tarixdə baş vermiş cinayət hadisəsini təqsirləndirilən Təqsirləndirilən şəxs xalası oğlu şahid8 görməsi, ##.##.2024-cü il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs **-EY-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobili idarə etməsi, cinayət əməlini törədən zaman istifadə etdiyi benzini isə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsindən gecə gec saatlarında alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Tovuz rayon prokurorluğuna təqdim etdiyi ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, o, müdafiəçisinin iştirakı ilə dindirilən zaman qorxusundan Tovuz RPŞ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığını göstərsə də, faktiki olaraq ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, özünü müdafiə etmək üçün həmin formada ifadə verdiyini göstərmişdir. Tovuz RPŞ-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə RPŞ-nin MSY-nə qəbul olunarkən tibbi müayinədən keçirilmiş və onun sol qolun said nahiyəsində, sağ əlin 3 barmağında, sol əlin baldır nahiyəsində II dərəcəli yanıq izləri aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasının ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə istintaq təcridxanasına qəbul olunarkən tibbi müayinədən keçirilmiş və onun sol saidin bayır səthində, bilək, əlin üst nahiyəsində və barmaqları, sağ əlin IV və V barmaqları və sol baldırın ön nahiyəsində II dərəcəli termiki yanıq izləri aşkar edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd edilənlər əsasında və həmçinin iş materiallarında olan digər şahid ifadələri və sübutlarla Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif edilməsi müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.1.11-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, CM-nin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, CM-nin 60.1-ci maddəsinin tələblərinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmamaqla qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə, təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 60 və 61ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «10» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar