Məhkəmə qərarları › İş №1(3-7)-134/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-134/2026

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-134/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı2,zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis,onun nümayəndəsivəkil İskəndərov Fuad İnqlab oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026 cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsivəkil, təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), İ.İ.İbişov və E.Y.Vəliyev) hökmü ilə ##.##.1989-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeniabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ###### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs qardaşı şahid7 məxsus qızıl üzüyü satıb pulunu şəxsi ehtiyaclarına sərf etdiyindən, eynisini alıb qaytarmaq üçün üzüyün qiyməti ilə maraqlanmaq məqsədi ilə ## ###### 2010-cu il tarixdə yaşadığı Şəmkir rayonu, Yeniabad kəndindən Gəncə şəhərində yerləşən “Univermaq” adlanan qızıl-zinət əşyalarının satıldığı yerə getmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 15 radələrində yaşadığı Şəmkir rayonu, Yeniabad kəndindən Kür qəsəbəsinə getmiş və orada yol kənarı ilə piyada hərəkətdə olarkən qarşı tərəfdən gələn taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi həmkəndlisi X8 idarə etdiyi “Daewoo Nexia” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili əli ilə işarə verərək saxlamış və Gəncə şəhərinə gedib qayıtmaq barədə razılaşdıqdan sonra Məhərrəm Həsənovun idarə etmiş olduğu avtomobilin qabaq sərnişin oturacağına oturaraq onunla birlikdə həmin gün saat 17 radələrinə qədər ünvan 1 ünvanında yerləşən “X13” ASC-nin binasındakı qızıl-zinət əşyalarının satıldığı yerə gedib qızıl üzüklərin qiymətləri ilə maraqlanaraq geri gəlmiş, geri qayıtdıqlarında Şəmkir rayonu, Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində torpaq yol ilə hərəkətdə olduqları zaman artıq yaşadığı ünvana yaxınlaşdığı üçün taksi xidməti müqabilində Məhərrəm Həsənova verməyə pulu olmadığından xidmət haqqını 3-5 günə verəcəyini dedikdə, pulu olmadığı halda avtomobili Gəncə şəhərinə və geriyə qədər sürdürdüyünə görə sonuncunun onunla kobud danışıb barəsində nalayiq ifadələr işlətdiyini və sağ əli ilə üzünün sol tərəfinə bir dəfə sillə vurmasını özünə qarşı təhqir kimi qəbul edib əsəbiləşərək aralarında yaranmış mübahisənin gedişində Məhərrəm Həsənovu cəzalandıraraq ondan qisas almaqla qəsdən öldürmək qərarına gəlib bunu arzu etməklə özündə cinayət törətmək qətiyyətini yaradıb törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə cinayətkar niyyətini həyata keçirməkdən ötrü həmin vaxt üzərində gəzdirdiyi istintaqa məlum olmayan açılıb qatlanan, düyməli cib bıçağını sağ əli ilə tutaraq, yuxarıda qeyd olunan yolda X1 və Magistral Kanalların İstismarı İdarəsinin Yeniabad qəsəbəsində yerləşən * saylı Su-Nasos stansiyasından 450 metr məsafədə yaxınlıqda onları görə biləcək heç kimin olmadığına əmin olandan sonra avtomobilin qabaq sərnişin oturacağında əyləşdiyi yerdən Məhərrəm Həsənova aşkar sürətdə hər yetirəcəyi xəsarətə görə xüsusi ağrılar, iztirab verəcəyini düşünüb çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla öldürmək məqsədi ilə ağırlıq dərəcəsinə görə ayrılıqda kəskin qanitirməyə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sağ gicgah nahiyəsində- sağ qaşın bayır qurtaracağının 1 ədəd kəllə boşluğuna keçən beyin toxumasını zədələyən deşilmiş-kəsilmiş yarası, birlikdə kəskin qanitirməyə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən cəmi 8 ədəd, o cümlədən başının tüklü hissəsində sol təpə nahiyəsinin, sağ təpə gicgah nahiyəsinin, sol təpə ənsə nahiyəsinin 3 ədəd kəsilmiş yaraları, sağ çənə oynağı nahiyəsinin, sağ yanağın, sağ ağız bucağı nahiyəsinin, sol qulaq seyvanının, sol çənə nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yaraları və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sağ ön yan səthinin daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, ümumilikdə 11 ədəd bədən xəsarətləri yetirdikdən sonra, almış olduğu xəsarətlərdən kəskin qan itirməkdə olan Məhərrəm Həsənov xilas olmaq məqsədi ilə avtomobilini işə salaraq ərazidən uzaqlaşmaq üçün əlini açar yuvasına doğru uzatmaq istədikdə avtomobilin açarını əlindən alaraq yetirilən bədən xəsarətlərinin təsirindən çoxlu qan itirən zərərçəkmiş şəxsin artıq xırıldayaraq ölməkdə olduğunu görüb soyuq və şaxtalı havada iztirab çəkməsi üçün ölümə tərk edib ərazidən qaçmaqla sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 12,558 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, iki hissəyə bölməklə üzərində saxlayıb Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ## ###### 2023-cü il tarixdə saat 16:40-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Şəmkir şəhəri, Həzi Aslanov küçəsi 110 ünvanında yerləşən Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 18:16-dan etibarən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 02 ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrı-ayrılıqla çəkiləri 6,283 qram və 6,275 qram olmaqla, ümumilikdə təmiz çəkisi 12,558 qram çəkidə 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkil apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza verilməsini xahiş etmişdir. Hökmdən həmçinin məhkum apellyasiya şikayəti verərək işinə yenidən baxılaraq daha ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, hökmdən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkil tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmü təyin edilmiş cəza hissəsində qanunsuz və əsassız olduğundan dəyişdirilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada təqsirləndirildiyi maddənin ən yuxarı həddində cəza təyin edilməlidir. Belə ki, məhkəmənin təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, əməlindən peşman olmamış, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, heç buna nail olmaq üçün təşəbbüs belə irəli sürməmişdir. Əksinə məhkəmə prossesləri zamanı özünü aqressiv aparmış, hər dəfə zərərçəkmiş şəxsin hüquqi varisi və onun yaxınları ilə mübahisə etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, onun qanunsuz hərəkətləri nəticəsində bir ailə başçısı həyatını itirmiş, ailəni başsız qoymuşdur. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu halları nəzərə alaraq barəsində daha ağır cəza təyin edilməlidir. Müdafiəçi tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən,birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunmalı, iş materiallarında olan sübutlarla və təqsirləndirilən şəxs və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından, Təqsirləndirilən şəxs barəsində bəraətverici hökm çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Məhərrəm Həsənovun qətli ilə bağlı 2022-ci ildən etibarən bir il ərzində Baş Prokurorluğa çağırılmış və hər dəfə çağırılanda gedib-gəlmişdir. Sonuncu dəfə isə o, anası ilə getmişdir. Həmin vaxt onu BMCMl-nə aparacaqları ilə hədələmişlər. Sonra atası X14 qardaşı Etibar Həsənova Baş Prokurorluqda onu hədələyərək "bu işi boynuna götür sənə köməklik edəcəyik" dediklərini bildirmişdir. İki ay yarım sonra Şəmkir rayonu, Kür qəsəbəsində traktorla yer əkib qayıdanda BMCMI-nin əməkdaşları onu saxlayıb Şəmkir RPŞ-ə aparmışlar. Orada BMCMI-nin adını xatırlamadığı əməkdaşı onun üzərinə narkotik vasitə qoyub, həmin narkotik vasitənin özünə məxsus olduğunu demədiyi halda evindən narkotik vasitə çıxarıb qardaşını həbs edəcəklərini demişdir.O da məcbur olub polislərin dedikləri ilə razılaşmışdır Sonra video çəkilişlə onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən özlərinin verdikləri narkotik vasitə çıxmışdır. Bundan sonra onu Bakı şəhərinə aparmışlar, bir gün sonra sanksiya üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə çıxarılmış və barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra onu Kürdəxanı təcridxanasına göndərmişlər. Orada qeydiyyatdan keçəndən sonra onu BMCMI-nə aparmışlar və o,10 gün orada qalmışdır. 10 gün ərzində hər gün ona işgəncə verib döymüşlər, qarşısına şəxsiyyətinə yaraşdırmayacağı seçimlər qoymuşlar, videosunu çəkib "youtube” sosial şəbəkəsində paylaşacaqlarını demişlər. O, təzyiqlərə dözməyib məcbur olaraq Məhərrəm Həsənovun qətlini boynuna almışdır. O, təqsirsiz olmuş, hadisəni görən şahid hadisə yerində gördüyü şəxsin o, olmadığını, gördüyü şəxsin başında iki saç dairəsi olduğunu demiş, onun başında isə bir dairə olmuş, hətta müstəntiq gəlib başında əli ilə ikinci dairəni düzəltmişdir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin son iki ildir namaz qılmış və tövbə etdiyi üçün narkotik vasitə istifadə etməmişdir. Polislər verdikləri narkotik vasitəni boynuna götürməyi üçün onu döyüb fiziki təsir göstərmişlər. Ondan analiz götürmüşlər, lakin qanında narkotik vasitə ilə bağlı heç nə aşkar olunmamışdır. Onu ekspertizaya da göndərmişlər, lakin həmin vaxt bədənində xəsarətlərin izi qalmamışdır. Ondan barmaq izi nümunələri götürülmüşdür. X14 həmkəndlisi kimi tanımış və yaş fərqləri çox olduğuna görə sonuncu ilə yaxın münasibətləri olmamışdır. O, üzüyünü qaynı ilə birlikdə satmış, həmin vaxt avtomobilinin sənədində problem olmuş sənədləri qaydaya salmaq üçün pulu da olmamış, ona görə üzüyünü və telefonunu sataraq sənədlərini düzəltmişdir. Məhərrəm Həsənovun taksi kimi fəaliyyət göstərdiyi avtomobilə minib-minmədiyini xatırlamamışdır. X11 ölümü ilə heç bir əlaqəsi olmamış, sonuncunun bacısı onlarla qonşuluqda yaşamış, ölməmişdən əvvəl də o Məhərrəmi axırıncı dəfə bacısıgilə gələndə görmüş, lakin həmin tarixi xatırlamamışdır. Məhərrəm ölən ərəfədə kənddə taksi kimi fəaliyyət göstərən 4-5 nəfər olmuşdur. O, Baş prokurorluğa gedib-gəldiyi iki il ərzində cinayəti etiraf etməmiş, lakin sonradan şəxsiyyətinə yaraşdıra bilməyəcəyi şeylərlə hədələndiyi üçün cinayəti boynuna almışdır. Şəmkir rayonundan Kür qəsəbəsində polis bölməsinin olmasına baxmayaraq, onu saxlayan polislər onu həmin bölməyə yox, birbaşa Şəmkir RPŞ-nə aparmışlar. Şəmkir RPŞ-də olanda polis əməkdaşlarının gözü qarşısında BMCMI-nin əməkdaşı ona narkotik vasitə vermiş və sifariş olduğunu, bu səbəbdən də həbs olunacağını demişdir. Sanksiya zamanı o, hakimə narkotik vasitənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu demiş, sonradan şikayət ərizələri də yazmışdır. BMCMİ-də ona sualları rəis vermişdir. Növbəti gün BMCMI-nin rəisi ona "ya səninlə insan kimi danışaq, ya da başqa yolla" demiş, o da bu cinayəti törətmədiyini demişdir. BMCMİ-nin dörd nəfər əməkdaşı onu başqa otağa aparıb döymüş, Məhərrəm Həsənovu öldürdüyünü etiraf etməyini tələb etmişlər. O, fiziki və psixoloji təzyiqlərdən sonra məcbur olub boynuna almış, ifadə verərkən polis əməkdaşlarının dediyi kimi Məhərrəmi biçaqla öldürdüyünü, həmin bıçağı da Məhərrəmin avtomobildən götürdüyünü demişdir. Bundan sonra müstəntiq ona Məhərrəmin qardaşı Etibar Həsənova zəng edib danışdığını, Məhərrəmin avtomobilində bıçaq olmadığını, bıçağın onun özündə olduğunu demişlər, o isə heç vaxt üzərində bıçaq gəzdirmədiyini bildirmişdir. Onu əvvəlcə BMCMI-nin müstəntiqi dindirmiş, cinayəti boynuna götürəndən sonra Prokurorluğun müstəntiqi gəlmişdir. O, BMCMİ-də olanda 3-4 gün sonra təzyiqlərə dözməyib Məhərrəm Həsənovu öldürdüyünü boynuna almış, həmin müddət ərzində onunla narkotiklə bağlı heç bir istintaq hərəkəti aparılmamışdır. Prokurorluğun müstəntiqinə BMCMİ-nin əməkdaşlarının onu döydüklərini deməyə ehtiyac olmamış, çünki onu elə müstəntiqin yanında döymüşlər. Müstəntiq onu dindirəndə o, sərbəst ifadə verməmiş, təzyiq altında ifadə vermişdir. Məhərrəm Həsənovun öldürülməsindən 14 il keçdiyi üçün o, həmin gün harada olduğunu xatırlamamışdır. Məhərrəm Həsənovun öldürüldüyü gün o,Gəncə şəhərinə gəlib-gəlmədiyini, eləcə də Məhərrəmin avtomobilinə minib-minmədiyini xatırlamamışdır. O,heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Onun və ailə üzvlərinin nə mərhum Məhərrəm Həsənovla, nə də hansısa polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyi olmamış, Məhərrəmin ölümünün onun boynuna qoyulmasının səbəbini də bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki Məhərrəm Həsənovun öldürüldüyü gün o, sonuncunun avtomobili ilə harasa getməyini, ümumiyyətlə də Məhərrəm Həsənovun idarə etdiyi avtomobilə minib-minmədiyini xatırlamamışdır. Elan edilmiş ifadələrini fiziki və psixi təzyiq altında verdiyinə görə həmin vaxt Məhərrəm Həsənovu özünün öldürdüyünü demişdir. Ölüm hadisəsini üzərinə götürməyi üçün təzyiq göstərildikdən sonra polis əməkdaşları ona sadəcə Məhərrəm Həsənovun qətlini üzərinə götürməyini demişlər, sonuncular elan edilmiş ifadəsində dediyi kimi danışmağını bildirmişlər O, kənd camaatından eşitdikləri əsasında etiraf ifadəsi verib hadisənin baş vermə formasını danışmışdır. Hadisəni bu formada danışmağını da ona polis əməkdaşları deməmişdir. O, elan edilmiş ifadələrində sadəcə kənd camaatının bildiyi ümumi şeyləri danışmışdır. O, ola bilsin ki, Məhərrəm Həsənovun öldürüldüyü gün sonuncunun avtomobilinə minmiş, lakin bu barədə dəqiqliklə xatırlamamışdır. 2022-ci il tarixdə Baş Prokurorluğa çağırılan vaxt onun əl-barmaq izlərini götürmüşlər. O, Elmara qardaşı Elvinə ölkəyə gəlməməsini deməsini bildirmişdir. Çünki düşünmüşdür ki, Elvin bura gəlsə, sonuncu da onun kimi bu işlə bağlı get-gələ salacaq və sonda onu da yükləyəcəklər. Prokurorluqda ondan Elvini soruşduqları üçün o, Elmara qardaşına bura gəlməməsini deməyini, gələcəyi təqdirdə sonuncunu da yükləyəcəklərini demişdir.Onu saxlayanların arasında məhkəmədə dindirilən şahid şahid5 da olmuşdur. şahid5 və digərləri ona təzyiq göstərmişlər.Narkotik vasitəni üzərinə şahid5 deyil, digər əməkdaş qoymuşdur. Onu Şəmkir rayonu, Kür qəsəbəsində xəstəxanaya gedən yolda saxlamışlar. Qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan yəni, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin istintaq orqani tərəfindən çıxarılmış qərarla təkzib edilməsi və həmin qərardan şikayət verilməməsini əsas götürməklə çıxış etməsi işin faktiki hallarının, yəni təqsirləndirilən şəxsin 13 ildən də çox müddət ərzində heç bir etirafedici ifadə vermədiyi halda, məhz polis tərəfindən digər ittiham üzrə həbs edildikdən və birmənalı olaraq polisin nəzarəti altında olduğu müddətdə vermiş olmasının mövcudluğu şəraitində cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yetərli hesab etmək nə dərəcədə doğrudur? Bundan başqa, birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki Məhərrəm Vəliyevin ölüm epizodu ilə bağlı cinayəti törətməsi telefon danışıqlarına dair olma, anten məlumatları və digər mötəbər sübutlarla qarşılıqlı müqayisə etdikdə tam təsdiqini tapır. Lakin işdəki sənədlər və ümumiyyətlə anten məlumatlarından cinayətin törədilməsinə, həmin halın təsdiq edilməsinə hər hansı dəlil yoxdur. Çünki qarşılıqlı şəkildə tədqiq etdikdə məlum olur ki, M.Həsənovun və Təqsirləndirilən şəxs anten dairələri eyni saatlarda eyni ərazini göstərməsi kimi hal yoxdur. Anten məlumatlarına dair əlavə olaraq qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs atasına məxsus ********** nömrə ilə yanaşı özünün istifadəsində olmuş ********** nömrə ilə də Nuranə Vəliyeva ilə danışmışdır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ## ###### 2010-cu il tarixdə istifadəsində olduğu ********** mobil telefon nömrəsi ilə saat 22:14-dək 353626000867960 IMEI kodlu telefonla danışıqlar aparmış, saat 22:14-dən sonra isə həmin nömrəni 359728001651760 IMEI kodlu mobil telefona daxil edərək danışmışdır. Həmçinin 2010cu ilin yanvar-fevral aylarında Turabın qardaşı şahid7 öz adına olmaqla istifadə etdiyi ********** mobil nömrəni 353626000867960 və 135790246811220 IMEI kodlu telefonlarda istifadə etməklə danışıqlar aparmışdır. Nuranə Vəliyevanın istifadəsində olmuş ********** mobil nömrə ilə əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi ********** nömrə və ailə üzvlərinə məxsus nömrələrlə danışıq qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ## ###### 2010-cu il tarixdə Təqsirləndirilən şəxs istifadəsində ********** X5 istifadəsində isə ********** mobil nömrə olmuşdur. Danışıq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ## ###### 2010-cu il tarixdə saat 12:30-a qədər Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş antenin əhatə dairəsində olmuşdur. Həmin vaxta qədər o, yalnız arvadı Nuranənin istifadə etdiyi ********** nömrə ilə mesajlaşmışdır. Saat 16:55-dən saat 23:36-dək olan müddət ərzində 05 ayrıayrı nömrə ilə 17 danışıq həyata keçirmiş, bu danışıqların 8-i saat 17:44-23:36 aralığında arvadı Nuranənin istifadə etdiyi ********** nömrə ilə,3-ü saat 17:43, 22:08, 22:13-də ********** (X18 o. 1984. Kür qəs.) nömrə ilə, 2-si saat 20:23, 21:22-də ********** (X2 o. 1985. Yeniabad) nömrə ilə, 2-si saat 21:01, 21:04-də ********** (X9 o.1988. Yeniabad) nömrə ilə, 1-i saat 17:25-də qardaşı şahid7 istifadəsində olan ********** nömrə ilə, 1-i saat 16:55-də 7777 Nar operatorla aparılmışdır.33 naməlum SMS qəbul etmiş və 04 SMS Nuranəyə göndərmişdir. Mobil operatorda saxlanılmadığından SMS mətnlərinin məlumatlarını əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ## ###### 2010-cu il tarixdə gün ərzində əksər qalan vaxtlarda olduğu kimi Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş "KUR0068_E/ Kur/ shamkir Tacruba Sanaya ASC shamkir ray Kur qasaba /Shemkir" anten dairəsində olmuş, saat 12:29-16:53 aralığında mobil telefondan istifadə etmədiyi üçün hansı ərazidə olmasını müəyyən etmək mümkün olmamış, saat 16:53 və 16:55-də mobil telefondan istifadə etdiyi zaman Şəmkir rayonu, Alabaşlı kəndi ərazisində yerləşmiş "ALABAS4_F/ Alabashly/ Shamkir r-nu Qasim İsmayilov municipality /Shemkir" antenanın əhatə dairəsində olması müəyyən edilmişdir. Mobil telefondan yenidən saat 17:26-da istifadə edildiyi zaman onun Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş "KUR0068 E/ Kur/ shamkir Tacruba Sanaya ASC shamkir ray Kur qasaba /Shemkir" anten dairəsində olması müəyyən edilir. Mərhum X8 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin məlumatlarından görünür ki, ## ###### 2010-cu il tarixdə saat 16:22-dà Məhərrəm Həsənovun mobil nömrəsinin əhatə dairəsi Samux rayonu, Alabaşlı kəndi ərazisində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrənin əhatə dairəsi isə saat 12:29-dan sonra saat 17:26-ya qədər vaxt aralığında yalnız iki dəfə -16:53 və 16:55-də istifadə edilmiş və həmin vaxtlarda Samux rayonu, Alabaşlı kəndi ərazisində olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs mobil nömrəsi saat 17:25-dən, Məhərrəm Həsənovun mobi nömrəsi saat 17:58-dən etibarən Şəmkir rayonu, Kür qəsəbəsində yerləşə antenlərin əhatə dairəsini göstərmişdir. Bunu da məhkəmə öz mülahizəsin əsasən ittihamı təsdiqləyəcək xüsusat kimi qəbul etmiş və təqsirləndirilər şəxsin ziyanına şərh etmişdir. Lakin saat fərqlərindən də görünür ki, ümumiyyətlə, Təqsirləndirilən şəxs işlətmiş olduğu mobil nömrədən çıxan və gələn SMS məlumatlarında hər hansı məlumat aşkar edilməmiş, əlavə olaraq ümumiyyətlə onun mobil nömrəsinin anten dairəsi yalnız 2 dəfə qeydə alınmış, həmçinin sonuncu dəfə mərhum və təqsirləndirilən şəxsin Şəmkir rayonu, Kül qəsəbəsində göstərilən anten dairələri arasında saat fərqi 33 dəqiqədən artıq olmuşdur ki, bu da şəxsin ziyanına şərh edilməyə qətiyyən əsas vermir. Anten dairələri barədə hamıya məlumdur ki, həmin dairədəki ərazinin tam dəqiqliklə aşkara çıxarılması mümkün deyil. Buradakı məlumatlardan da görünür ki, ancaq ümumi olaraq Şəmkir rayonu, Kür ərazisi kimi qeyd edilmiş və həmin yer də heç də az bir ərazini əhatə etmir ki, ətraf ərazilər də texniki olaraq həmin ərazidə quraşdırılmış anten əlaqə vasitələrinin əhatəsində ola bilər. Bundan əlavə, Təqsirləndirilən şəxs ümumiyyətlə məhkəmə istintaqı dövründə dəfələrlə və israrla istintaq orqanına çox (təxminən 20-21 dəfə) çağırılmasını və hər dəfə getdikdə saatlarla orada gözləməsini, heç bir istintaq hərəkəti keçirilməsə də orada ona təzyiqlər olmasını, ölüm epizodu ilə əlaqədar işi öz üzərinə götürməsini ona diktə, məcbur etmək istəməklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs göstərilən say qədər istintaq orqanına çağırılmasına hansı lüzum olmuşdur? Çünki iş materiallarından məlum olur ki, həmin çağırılan say qədər ümumiyyətlə şəxslə əlaqədar hər hansı istintaq hərəkəti keçirilməmişdir. Çağırılma faktını təqsirləndirilən şəxsin anası da təsdiq etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, narkotik epizodu ilə bağlı əməliyyat tədbiri ## ###### 2023-də yekunlaşıb. Lakin işdəki sənədlərdən görünür ki, 12 dekabrda BMCMİ tərəfindən Şəmkir RPŞ rəisinin adına məktub yollanmışdır ki əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilib, həmin tədbirdə iştirak etmələri üçün Şəmkir polisindən əməkdaşlar ayrılsın. Maraqlıdır ki, əməliyyat tədbiri yekunlaşdıqdan sonra məktubun yollanması nə ilə bağlıdır? İş materiallarında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə saat 16:40-da tutulmuş 18:16-da şəxsi axtarış-götürmə aparılmışdır. Kifayət qədər vaxt keçmişdir. Ümumiyyətlə, şəxsin niyə tutulduqdan sonra hadisə yerinə yaxın Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsində üzərinə baxış və götürmə aparılmaması həm müəmmalı, həm də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin" ## ##### 2014-cü il tarixli "Layicov Azərbaycana qarşı" qərarı üzrə 69-cu bənd də göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması" mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin qərarın 70-ci bəndində göstərilir ki, hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Qeyd edilən qərara uyğun olaraq Təqsirləndirilən şəxs işi üzrə xüsusilə vurğulamaq vacibdir ki, o,ibtidai istintaq orqanının sərəncamında olduqdan (saat 16:40) uzun müddət yəni, 1 saat 36 dəqiqə müddət keçdikdən sonra üzərinə "şəxsi axtarış və götürmə" həyata keçirilmişdir. Maraqlı məqam orasındadır ki, nece ola bilərki şəxsin saxlanıldığı yerə yaxın olan polis bölməsində,"baxış və goturmənin" aparılması üçün ən minimal tələbləri ödəyə bilən şərait yoxdurmu?! «Savalanlı və digərləri Azərbaycana qarşı» şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə də müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layicov Azərbaycana qarşı, Ne 22062/07, § 69, ## ##### 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, No 51164/07,§53,## ###### 2015-ci il). Bundan başqa, iş materiallarında olan ##.##.2024-cü il tarixdə əməliyyat tapşırığına cavab məktubu gəlir ki, şəxsin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Bugünədək də ümumiyyətlə bu barədə hər hansı müsbət nəticə yoxdur. Lakin bunlara baxmayaraq ittiham tərəfi təkidlə 234.2-ci maddə ilə şəxsə ittiham elan etmiş və məhkəmə məsuliyyətinə vermişdir. Maraqlıdır ki, hələ ölümə aid epizod üzrə şahid qismində ifadəsi alınarkən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etməməsi, narkotik vasitəni haradan əldə etməsi barədə suallar da verilmişdir. (## ###### 2022) İş materiallarından görünür ki, hələ ## ###### 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Beynəlxalq hava limanında ölkədən çıxışına icazə verilməmişdir. Halbuki Təqsirləndirilən şəxs barəsində ilkin başlanmış cinayət işi ## ###### 2023-cü il tarix olacaqdı, lakin şəxsin ölkədən çıxışı qanunsuz olaraq 10 ay əvvəldən məhdudlaşdırılmışdır ki, bu da ümumiyyətlə narahatlıq doğuran və tamamilə qanunsuz haldır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs cinayəti törətməsinə onun özünün ifadəsinə və 1 ədəd əl-barmaq izinə istinad edilir. Lakin o təkzibedici ifadələr vermiş, eyni zamanda video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, onun ifadəsi hazır formada müstəntiqin qarşısında olmuş, çünki nadir hallarda müstəntiq hansısa qeydlər aparmışdır. Halbuki ifadəyə baxdıqda, ifadənin həcminin heç də az olmaması məlum olur. Buradan da tam aydın olur ki, ifadəni alarkən davamlı olaraq kompüterdə ifadə yazılmalıdır. Həmçinin avtomobildən götürülmüş əl-barmaq izlərinin əkslərinin hamısı tədqiq olunmamış, kimlərə məxsus olması tam araşdırılmamışdır. Çünki 1 ədəd əl-barmaq izi, şəxsin öldürülməsi zamanı hadisəni törədən şəxsdə elə emosional vəziyyət yaratmalıdır ki, onun çox ehtiyatlılıqla hərəkət etməsi və yalnız 1 ədəd əl-barmaq izi vəs iz qoyması reallığı əks etdirmir. Həmçinin YDM-dən götürülmüş görüntülərə baxış protokolundan məlum olur ki, qabaq sərnişin oturacağında əyləşmiş şəxs qapını açaraq pulu vermişdir. Necə olur ki, qapının açılması üçün istifadə olunmuş dəstəyində və s yerində əl-barmaq izi qalmır, amma şüşədə iz qalır?! Həmçinin Şəmkir rayon prokurorluğunun müstəntiqi Ramiz Alverdiyevin tərtib etmiş olduğu" baxış keçirilməsi və əşyanın götürülməsi haqqında" protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-nin Şəmkir rayon ərazisində yerləşən Şəmkir Q-** saylı yanacaq doldurma məntəqəsinin təhlükəsizlik kameralarına baxış keçirilmiş, Məhərrəm Həsənovun və yanında olan şəxsin avtomobillə YDM-ə daxil olması və həmin görüntülərin 1 ədəd diskə köçürülərək iş materiallarına əlavə edilməsi məlum olur. Lakin hazırkı işin materiallarında disk aşkar edilmir. Müəmmalı hal ondan ibarətdir ki, hüquqi varis Hüquqi varis özü ifadəsində qeyd etmişdir ki, həmin diski qaynı Etibar Həsənov özü ilə götürmüş, ərinin yanında olan şəxsi müəyyən etməyə çalışmışlar, daha sonra həmin diskin necə olması barədə məlumatı yoxdur. Niyə görə iş materiallarından belə bir əhəmiyyətli sübutun yoxa çıxması da müəmmalı olaraq qalan hallardan sadəcə biridir. Bundan əlavə, işdə olan və Ənvər Nəbiyev tərəfindən tərtib olunmuş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, nə yuxarıda qeyd etdiyim disk, nə Bakcell MMC-dən, nə də Azercell MMCdən göndərilmiş məktublarda 1 ədəd diskin, kişi şalvarı və qadın yubkası olan sellofanın, avtomobildə olan plastik limonad qabı, sağ oturacağın ayaqalt hissəsində aşkar edilmiş papaq və şəffaf qırmızı rəngli plastik materialdan alışqan maddi sübutların arasında aşkar edilməmişdir. Maraqlıdır ki, bu arayış iş materiallarına əlavə edilsə də nömrələnməmiş halda iş materiallarında mövcuddur. Eyni zamanda ##.##.2010-cu il tarixli protokoldan görünür ki, avtomaşının sağ ön oturacağının üzərindən 3 ədəd insan tükü və qanabənzər ləkələr yaxma şəklində götürülmüşdür. Lakin həmin nümunələrin kimə məxsus olması hələ də sual olmaqla qalmaqdadır. Bundan başqa, mərhumun meyiti üzərində aşkar edilmiş xəsarətlərin yetirilmə formasından, lokalizasiyasından,hansı vəziyyətdə yetirilməsi müəyyən edilməmişdir Çünki rəydə yazılan xəsarətlərin çox hissəsinin mərhumun sağ tərəfinə yetirildiyi göstərilmiş, lakin Təqsirləndirilən şəxs hadisənin yerində yoxlanılması zamanı göstərmiş olduğu hərəkətlərdən belə görünür ki, o sağ əli ilə xəsarətlər yetirməsini qeyd edir. Bu isə əslində həmin faktı özözlüyündə inkar edir. Hadisəni törətmiş şəxsin sağ əli il mərhumun sağ tərəfinə daha çox xəsarət yetirməsi reallığa heç də uyğun gəlmir. Qarşı qarşıya duran şəxslərin sağ sol tərəfləri eyni istiqamətə düşür. Həmçinin iş üzrə şahid ifadələrindən görünür ki, hadisə günü M.Həsənovu avtomobilində əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olmasını heç kim görməmiş, əksinə şahi qismində dindirilmiş şahid17 adlı qadın təkidlə bildirmişdir ki, Turabı tanıyır qabaq sərnişin yerində oturan şəxs Turab deyil, göstərmiş olduğu əlamətləri ilə də ona oxşamır,tamamilə ayrı bir şəxsdir. Yuxarıda sadalanan faktlardan açıq-aydın görünür ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham və əsaslandığı işin faktiki halları tamamilə şübhədər ibarətdir və bu şübhələri aradan qaldırmaq üçün ittiham tərəfinin heç bir sübuti mövcud deyil, əksinə ittihamı təkzib edəcək kifayət qədər sübutlar və hallar vardır. Ümumiyyətlə, Avropa Məhkəməsinin yuxarıda sadalanan qərarlarında əks etdirilmiş hüquqi mövqeyində şəxsin təqsirinin sübuta yetirilməsi üçün əhəmiyyət kəsb edən sübutların əldə olunmasına münasibətdə sonuncunun kifayət qədər müddət ərzində polisin nəzarəti altında olması halında istintaq orqanı tərəfindən həmin sübutların bir növ saxtalaşdırılması imkanlarının mümkünlüyü hazırki halda şəxsin təsir və təzyiq altında etirafedici ifadə verməsinin mümkün olmasını nəzərə alınmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halların diqqətlə yoxlanılmalı olmasın yerli məhkəmələrin diqqətinə çatdırılmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi-vəkil apellyasiya şikayətini müdafiə edərək cəza həddinin artırılmasını, təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu, iş üzrə toplanmış mötəbər sübutlarla təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini bildirdi. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkil tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə isə birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən təklif edilən həddə cəzanın artırılmasına etiraz etmədiyini bildirdi və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilən apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi-vəkil, həmçinin dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərində təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamlar sübuta yetirilmədiyindən, ümumiyyətlə cinayət hadisəsinin Təqsirləndirilən şəxs aidiyyatı olmadığından, ona bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:46-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə ##.##.2023-cü il tarixdə saat 16:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır; ##.##.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu üzərində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd kibrit qutusunu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, şalvarının sol arxa cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr iş üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd siqaret qutusuna baxış zamanı içərisində 03 ədəd siqaretin olması müşahidə edilmişdir. 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 10 manat pul özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri ##.##.2023-cü il tarixdə Şəmkir rayonu ərazisindən tapdığını, əvvəllər nəşə adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kəsin məlumatının olmadığını, əldə etdiyi kütlələri marağı olduğu üçün üstündə saxladığını bildirmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023cü il tarixli, 3 **-**/*-*/**** nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan kütlələr...” yazı və imza olan zərfdə 2 ədəd şəffaf polietilen torbacıqda 2 ədəd kibrit qutusunda hər birinin ayrı ayrılıqda təmiz çəkisi 6, 283 qram və 6, 275 qram olmaqla ümumi çəkisi 12,558 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Qeyd: marixuananın ümumi təmiz çəkisi– 12,458 qr., tədqiqata sərf edildi– 0,1 qr., qalıq– 12,458 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2023-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür; DİN-in BMCMİ-nin əməliyyat müvəkkili şahid5 tərtib etdiyi ##.##.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır; Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili şahid5 tərtib etdiyi ##.##.2023-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir; Bakı İstintaq Təcridxanasının ##.##.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin aludəçisi olması, həmin narkotik vasitələri Şəmkir rayonunda tanımadığı şəxslərdən alaraq istifadə etməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin ##.##.2010-cu il tarixli, ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X8 meyitinin başının tüklü hissəsində, sol təpə nahiyəsində, sağ təpə nahiyəsində, sol təpə ənsə nahiyəsinin 3 ədəd kəsilmiş yaraları. Sağ gicgah nahiyəsində- sağ qaşın bayır qurtaracağının 1 ədəd, kəllə boşluğuna keçən beyin toxumasını zədələyən deşilmiş-kəsilmiş yarası, yara kanalının istiqaməti sağdan sola və qismən aşağıdan yuxarıya doğrudur. Sağ çənə oynağı nahiyəsinin, sağ yanağın, sağ ağız bucağı nahiyəsinin, sol qulaq seyvanının, sol çənə nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çənə oynağı nahiyəsindəki yara kanalının istiqaməti sağdan sola, yuxarıdan aşağı və qismən arxadan önə doğrudur. Döş qəfəsinin sağön yan səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası. Sol əlin ovuc səthinin 1 ədəd deşilmişkəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə Məhərrəm Həsənovun ölümündən az əvvəl yetirilmişlər, həyatidirlər. Ağırlıq dərəcəsinə görə sağ gicgah nahiyəsinin kəllə boşluğuna keçən, beyin toxumasını zədələyən deşilmiş-kəsilmiş yarası ayrılıqda, baş və üz nahiyəsindəki yaralar isə birlikdə kəskin qanitirməyə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Döş qəfəsinin sağ ön-yan səthinin və sol əlin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərində aiddirlər. X14 ölümünə səbəb baş və üz nahiyəsindəki yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olur ki, Məhərrəm Həsənovun ölümü meyitin müayinəyə başlanmasından 12-16 saat əvvəl baş vermişdir. Mərhumun qanında məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in ##.##.2010-cu il tarixli, 122/2010 MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X8 ABO sistemi üzrə qan qrupu B-alfa/H/III/-dür. Məhərrəm Həsənovun sağ və sol əl-barmaq dırnaq kəsikləri yatağında, ona məxsus gödəkçə, jaket, köynək, idman şalvarı, mayka, corabın bir tayı, papaq, yarımboğaz çəkmənin sol tayı, “Motorola” markalı mobil telefon, avtomobilin sükanından 4 ədəd, avtomaşının torpedosunun üzərindən 1 ədəd qırılaraq götürülmüş rezin material qalıqları üzərində olan ləkələrdə və avtomobilin sağ ön oturacağından bint kəsiyi vasitəsilə götürülmüş maddə ləkəsində insan qanı aşkar edilmişdir. Bu qan ləkələri B-alfa /H/III/ qruplu bir şəxsə, o cümlədən də ABO sistemi üzrə zərərçəkmiş Məhərrəm Həsənova məxsus ola bilər; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ##.##.2022-ci il tarixli, **/***R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, ##.##.2010-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X8 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşında qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 16 ədəd kağız parçasının üzərinə yapışdırılmış 16 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 11 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Həmin izlərdən 01 ədədi ## #### 1989-cu ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ##.##.2022-ci il tarixli, **/***R nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 01 ədəd “Motorola” markalı mobil telefon üzərində, X8 əl dırnaq kəsintiləri altında, 01 ədəd qəhvəyi rəngli paltonun sağ qolunun biləklik hissəsində, sinə hissəsində zəncirbəndin yanında daxili səthində və sol qolunun biləklik hissəsində, 01 ədəd zəncirbəndli poluverin sağ və sol qolunun biləklik hissəsində, 01 ədəd tünd göy rəngli şalvarın sol diz hissəsində, 01 ədəd qara rəngli uzunqol köynəyin sinə hissəsində, 01 ədəd qara rəngli idman şalvarının sol diz hissəsində, 01 ədəd maykanın sinə hissəsində, 01 cüt boz rəngli corab üzərində, 01 cüt qara rəngli uzunboğaz ayaqqabının sol tayının altlıq hissəsində aşkar edilmiş qanabənzər ləkələdə olan bioloji mənşəli materiallar X8 məxsusdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023cü il tarixli, */**** nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, ##.##.2010-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X8 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşından götürülərək tədqiqata təqdim edilmiş ** saylı daktilolentin səthindəki əl barmaq izi (Qabaq sağ qapının şüşəsindən №**) Təqsirləndirilən şəxs sol əlinin orta barmağına uyğun gəlir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ##.##.2023-cü il tarixli, **/***R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, ##.##.2010-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X8 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşından götürülərək tədqiqata təqdim edilmiş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi ## #### 1989cu ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksləri ilə eynilik müəyyən etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli, 3 **-**/*-*/*** nömrəli kompeks məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, ##.##.2010-cu il tarixdə Şəmkir rayonu, Yeniabad kənd sakini X8 Mahmudlu kəndinə gedən yolda “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nişanlı avtomaşından götürülərək tədqiqata təqdim edilmiş ** saylı daktilolentin səthindəki əl-barmaq izi (Qabaq sağ qapının şüşəsindən №**) Təqsirləndirilən şəxs sol əlinin orta barmağından sürtünmə nəticəsində qalmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in ##.##.2024-cü il tarixli, ***/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya qərarın təsviri hissəsində göstərilən ## ###### 2010-cu il tarixə uyğun xəsarət izi aşkar edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ ##.##.2024 cü il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. O, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ ##.##.2024 cü il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. O, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; ##.##.2010-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri- Şəmkir rayonu, Mahmudlu kəndi ilə Yeniabad kəndini birləşdirən 5 metr enində torpaq yoldur. Yolda “Daewoo Nexia” markalı, **- BM-*** nömrə nişanlı avtomobil dayanmışdır. Avtomobil torpaq yolun hərəkət hissəsində ön tərəfi Yeniabad kəndinə gedən istiqamətdə, arxa tərəfi Mahmudlu kəndi istiqamətində, yolda soldan sağa istiqamətdə, nisbətən meyilli dayanmaqla sol ön qapısı açıq vəziyyətdədir. Yeniabad kəndi istiqamətində yolun hərəkət istiqamətinin sağında 12,29 metr məsafədə beton elektrik dirəyi, həmin istiqamətdə hərəkəti davam etdirdikdə isə 750 metr məsafədə su-nasos stansiyası vardır. Həmin yol 500 metr məsafədə sola dönərək Yeniabad kəndinə beton körpünün üstündən keçməklə davam edir. Həmin körpünün altından isə Maşın Kanal İstismar idarəsinə məxsus iri diametrli dəmir su borusu həmin yola paralel keçərək su nasos stansiyasından Mahmudlu kəndi istiqamətində davam edir. “Daewoo Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomobilin qarşısında dayandıqda sol tərəfdə yoldan 30 metr məsafədə Maşın-Kanal İstismar idarəsinə məxsus iri diametrli dəmir su borusu yerləşir. Yolun əks tərəfində həmin borudan 80 metr məsafədə isə Şəmkir rayonu Yeniabad kənd bələdiyyəsinin binası yerləşir. Su borusu kəndin görünüşünün qarşısını aldığından bələdiyyə binasının yalnız dam hissəsi görünür. Avtomobilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, avtomobilin sol ön qapısı açıq vəziyyətdədir, şüşə isə azacıq aşağı salınmış, qapının kilidinin dili isə önə çıxmış, digər qapılar isə bağlı olmaqla kilidlənməmişdir. X8 meyiti avtomaşının sürücü oturacağında oturaq vəziyyətdə, başı sağ öz oturacaqda sağ ayağı dizdən bükülərək avtomobilin içərisində, sol ayağı isə çöldə yerə dəymiş vəziyyətdə olmuşdur. Məhərrəm Həsənovun sağ əli sürücü oturacağının ayaqaltısının üzərində, sol əli isə dirsək hissədən bükülməklə əli çənəsinin üzərindədir. Avtomobilin sol ön qapısının önündə torpaq üzərində Məhərrəm Həsənovun sol ayağının altında qanabənzər laxta, habelə avtomobilin sol ön qapısının yuxarı hissəsində, qapı şüşəsinin yuxarı hissəsində və həmin istiqamətdə maşının damında qanabənzər ləkələr vardır. Həmin qanabənzər laxtadan və torpaqdan, habelə avtomobilin qapısı üzərində və damda olan qanabənzər ləkələrdən nümunələr qablaşdırılaraq götürülmüşdür. Məhərrəm Həsənovun meyiti avtomobildən götürüldükdən sonra baxış davam etdirilmiş, avtomobilin sol ön sürücü oturacağının üzərində, sürət ötürücüsünün, əl əyləcinin üzərində, habelə sağ ön oturacağın üzərində qanabənzər ləkələr olması aşkar edilmişdir. Avtomobilin sağ və sol ön oturacağının arasında əl əyləcinin yanında yaşıl rəngli “Sprite” limonad içkisinin plastik şüşəsi, şüşənin içərisində isə şəffaf maye vardır. Həmin şüşə qablaşdırılaraq götürülmüşdür. Həmin şüşənin altında isə alt çənəyə məxsus diş protezi vardır. Avtomobilin sağ oturacağının ayaqaltısı üzərində boz rəngli kişi papağı vardır. Həmin papaq üzərində arxa hissədə qanabənzər ləkələr olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Avtomobilin sükanı və torpedanın orta hissəsi qanabənzər maddə ilə bulaşmışdır. Sükanın yanında mühərriki işə salmaq üçün açar yerində açar yoxdur. Torpedanın orta hissəsində üzü üstə çevrilmiş vəziyyətdə bir ədəd “Motorolla” markalı üzəri bütünlükdə qanabənzər maddə ilə bulaşmış telefon vardır. Həmin mobil telefon sönük vəziyyətdədir. Mobil telefon, sükan və torpeda üzərində olan qanabənzər nümunələr qablaşdırılaraq götürülmüşdür. Avtomobildə sürücü oturacağının arxasında arxa oturacağın üzərində qara rəngli sellofan torba vardır. Torbanın içərisində bir ədəd boz rəngli kişi şalvarı və bir ədəd qara rəngli qadın donu olmuşdur. Həmin torba içərisindəki paltarlarla birlikdə qablaşdırılaraq götürülmüşdür. Avtomobilin sağ ön, sağ və sol arxa oturacağının ayaqaltısında palçıq izləri vardır. Sol arxa oturacağın önündə rezin ayaqaltının üzərində bir cüt palçıqlı ayaq izləri olmuşdur. Avtomobilin arxa yük yeri bağlı olmuşdur. Arxa yük yeri açıldıqda orada bir ədəd plastik materialdan su vedrəsi, bir ədəd plastmas şotka tipli süpürgə və avtomobilə aid müxtəlif ehtiyat hissələri vardır. Avtomobilin arxa hissəsindən 40 metr məsafədə Muxtariyyə kəndi istiqamətindən Yeniabad kəndi istiqamətinə hərəkət etdikdə yolun sağ hissəsində təkər protektorunun izləri vardır. Həmin izlər yolda köndələn istiqamətdə yolun kənarına torpaq hissəyə tərəf gedir. İzin iç hissəsində izlər arası məsafə 1,30 metr, izlərin eni 17 sm ölçüdədir. Həmin iz sürtünmə şəklindədir. İzlər davam edərək yolun kənarına qədər davam edir, həmin izlərə eyni çarpaz olaraq Məhərrəm Həsənovun avtomobilinin istiqamətində bir cüt maşın təkərinin protektorunun izi davam edir. Hadisə yerinə baxış zamanı iştirak etmiş ekspert kriminalistin vasitəsi ilə əl-barmaq izlərinin aşkar edilməsi üçün avtomobilin kapotu, bütün qapıları, yük yeri və salonu xüsusi tozlar vasitəsi ilə işlənmişdir. Avtomobilin ön kapotunun qabaq hissəsindən 3 ədəd, qabaq sağ qanadın üzərindən 2 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 1-5 nömrə ilə nömrələnib götürülmüşdür. Bundan başqa, avtomobilin sağ ön qapısının üzərindən 3 ədəd, sağ ön qapının içəri dirəyindən 2 ədəd, sağ ön qapısının şüşəsinin iç tərəfindən 1 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 6-11 nömrə ilə nömrələnib götürülmüşdür. Avtomobilin arxa yük yerinin üzərindən yuxarı hissədən 3 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 12-14 nömrə ilə nömrələnib götürülmüşdür. Avtomobilin sol ön qapısının üzərindən 2 ədəd əl-barmaq izləri daktiloplyonkaya köçürülməklə 15-16 nömrə ilə nömrələnib götürülmüşdür. Qeyd edilənlərdən başqa avtomobil üzərindən əl-barmaq izləri aşkar edilməmişdir. Məhərrəm Həsənovun avtomobilinə baxış zamanı həmçinin avtomobilin sağ qabaq oturacağının üzərindən və söykənəcəyindən, habelə arxa oturacağının üzərindən və arxa oturacağının sağ hissəsindən mikrohissəciklər götürülərək qablaşdırılmışdır. Avtomobilin sağ ön oturacağının üzərindən 3 ədəd insan tükü və qanabənzər ləkələr qablaşdırılaraq götürülmüşdür. Avtomobilin önündən yolun hərəkət istiqamətinin sağ hissəsində 11 metr məsafədə, yaxınlıqda olan elektrik dirəyindən 10,10 metr məsafədə su axarının içərisində şəffaf və qırmızı rəngli plastik materialdan olan alışqan aşkar edilərək götürülmüşdür; ##.##.2010-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Bakı-Qazax yolunun 370-ci km-də DİN-nin BDYPİ-nin tabeliyində olan *** saylı postdan 150 metr Şəmkir şəhəri istiqamətində, yolun hərəkət istiqamətinin sol hissəsində yerləşən “xxxx” MMC-nin Şəmkir Q-** saylı YDM-inə baxış keçirilərək müəyyən edilmişdir ki, ## ###### 2010-cu il tarixdə saat 15:30-da ağ rəngli “DAEWOO Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomaşın yanacaq doldurma məntəqəsinə gəlmiş, avtomaşının ön sağ oturacağında oturmuş sərnişin qapını açaraq, avtomaşından düşmədən yanacaq doldurma məntəqəsinin əməkdaşına yanacaq üçün pul vermiş, yanacaq doldurulandan 1 dəqiqə sonra isə avtomaşın məntəqədən çıxmışdır. Video yazının keyfiyyəti aşağı olduğuna görə avtomaşının dövlət nömrə nişanını, habelə avtomaşının salonunda olan sürücü ilə sərnişinin üzünü tam aydın görmək mümkün olmamış, bununla belə avtomaşının sürücüsünün siluetinin Məhərrəm Həsənova oxşaması müəyyən edilmişdir. Baxış zamanı Məhərrəm Həsənova məxsus “Daewoo Nexia” markalı, **-BM-*** nömrə nişanlı avtomaşının yanacaq doldurma məntəqəsinə giriş və çıxışını əks etdirən video və foto görüntülərin protokola əlavə edilməsi göstərilsə də, videogörüntülərin olduğu bir ədəd video kaset aşkar edilməmişdir; ##.##.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan, protokola əlavə olunmuş fotocədvəldən və videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, ##.##.2010-cu il tarixdə X8 idarə etdiyi “Daewoo Nexia” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobil ilə harada qarşılaşdığını, yolüstü Həsənov İlqar Zirəddin oğlu ilə harada qarşılaşmaqlarını, Məhərrəm Həsənovun İlqar Həsənovu harada düşürməsini, Şəmkir rayonu, Yeniabad kəndindən Gəncə şəhərində yerləşən “Univermaq” adlanan qızıl-zinət əşyalarının satıldığı yerə gedib geri qayıtdıqları zaman hansı marşrut üzrə hərəkət etmələrini, yolüstü Məhərrəm Həsənovun yanacaq doldurma məntəqəsindən yanacaq almasını, həmin vaxt avtomobili harada saxlamasını, Şəmkir rayonu, Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində torpaq yol ilə hərəkətdə olduqları zaman Məhərrəm Həsənova harada üzərində gəzdirdiyi açılıb-qatlanan cib bıçağı ilə çoxsaylı xəsarətlər yetirməsini, hadisədən əvvəl onları şahid17 İsmayıl qızının görməsini, Məhərrəm Həsənovu öldürdükdən sonra hansı hərəkətləri etməsini, həmçinin hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir; ##.##.2024-cü il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Hüquqi varis ifadəsinə əsasən X8 istifadəsində ********** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. ## ###### 2010-cu il tarixdə hadisə yerinə baxış zamanı avtomobildən içərisində ********** mobil telefon nömrəsi olan “Motorolla” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa nəzarət idarəsinin ## ##### 2010-cu il tarixli, 04/xid *** nömrəli məktubu ilə daxil olmuş məlumatlara baxış zamanı müəyyən edildi ki, ## ###### 2010-cu il tarixdə X8 istifadəsində olmuş ********** mobil telefon nömrəsi saat 13:55-də Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən anten dairəsinə, saat 15:31-də “Ali- Bayramli4(1610) XANID3 (323)” (Göygöl rayonu), saat 16:22-də “Gence 1(410) RSALA3 (503)” (Samux rayonu, Alabaşlı kəndi) və saat 17:58-də “Gence 1(410) KURQE3(563)” (Şəmkir rayonu, Kür qəsəbəsi) adlı antenlərdə qeydiyyata düşmüşdür. Azercell Telecom MMC tərəfindən təqdim olunmuş ## ###### 2022-ci il tarixli ***** nömrəli məktuba əsasən “Ali-Bayramli4(1610) XANID3 (323)” adlı antenin 40.71978, 46.29456, “Gence 1(410) RSALA3 (503)” adlı antenin 40.78444, 46.25472 və “Gence 1(410) KURQE3(563)” adlı antenin isə 40.90194, 46.18194 kordinatlarda yerləşdikləri qeyd olunmuşdur. Qeyd olunan koordinatların yerləşdikləri əraziyə Google Earth proqramında yaxından baxdıqda hər üç yerdə antenlərin özləri və anten dirəklərinin kölgəsi aydın şəkildə görünür. Həmin koordinatların yerini Google Earth proqramında müəyyən etməklə qeyd olunan antenlərin hadisə yeri və Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu marşrut üzrə əlaqəsi yoxlanıldıqda müəyyən edildi ki, X8 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin anteni ## ###### 2010-cu il tarixdə, saat 15:31-də Göygöl rayonu, Quşqara kəndi ərazisində, 40.71978, 46.***** saylı koordinatda quraşdırılmış “Ali-Bayramli4(1610) XANID3 (323)” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin anten Gəncə şəhərində yerləşən qızıl mağazalarının yerləşdiyi “Univermaq” adlı ticarət mərkəzindən 7 km məsafədə yerləşir. Həmin antenin yerləşdiyi ərazidən Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu yerə 22 km, Azpetrol yanacaqdoldurma məntəqəsinə isə 6 km məsafə vardır. X8 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin anteni ## ###### 2010-cu il tarixdə saat 16:22-də Samux rayonu, Alabaşlı kəndi ərazisində, 40.78444, 46.***** saylı koordinatda quraşdırılmış “Gence 1(410) RSALA3 (503)” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin anten Gəncə şəhərində yerləşən qızıl mağazalarının yerləşdiyi “Univermaq” adlı ticarət mərkəzindən 14 km məsafədə, Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu ərazidən isə 13.86 km məsafədə yerləşir. Yəni qeyd olunan anten ## ###### 2010-cu il tarixdə Məhərrəm Həsənovun yaşadığı Şəmkir rayonu, Yeniabad qəsəbəsindən maksimum məsafədə uzaqlaşdığı müəyyən edilmiş yer olan Gəncə şəhərində yerləşən qızıl mağazalarının yerləşdiyi “Univermaq” adlı ticarət mərkəzinin demək olar ki, tam ortasında yerləşir. X8 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin anteni ## ###### 2010 cu il tarixdə saat 17:58-də isə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində, 40.90194, 46.***** saylı koordinatda quraşdırılmış “Gence 1(410) KURQE3(563)” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin anten Məhərrəm Həsənovun meyitinin aşkar olunduğu ərazidən 1.90 km məsafədə yerləşir. İstintaqın ilkin mərhələlərində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi məlum olmadığından əvvəlcə onun atası Vəliyev Malik Məhəmməd oğlunun 2010-cu ilin fevral ayında istifadəsində olmuş ********** nömrəyə dair məlumatlar əldə edilmişdir. Azercell Telekom MMC tərəfindən göndərilmiş ## ###### 2022-ci il tarixli, ***** nömrəli məktuba əlavə olunmuş diskə baxış zamanı həmin nömrəyə aid telefon məlumatlarından görünür ki, 2010-cu ilin yanvar-fevral aylarında ********** nömrə ilə ********** mobil nömrə arasında mütəmadi danışıq və sevgi məzmunlu SMS yazışması olmuşdur. ********** mobil nömrə isə qeyd olunan dövrdə Təqsirləndirilən şəxs anası X7 adına olsa da faktiki nişanlısı dövrdə Təqsirləndirilən şəxs anası X7 adına olsa da faktiki nişanlısı olmuş (hazırda arvadıdır) X5 istifadəsində olmuşdur. Azerfon MMC tərəfindən göndərilmiş ## ###### 2023-cü il tarixli, AZF/LGL-****/** nömrəli məktuba əlavə olunmuş 01 ədəd diskdə olan telefon məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs atasına məxsus ********** nömrə ilə yanaşı özünün istifadəsində olmuş ********** nömrə ilə də Nuranə Vəliyeva ilə danışmışdır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ## ###### 2010-cu il tarixdə istifadəsində olduğu ********** mobil telefon nömrəsi ilə saat 22:14-dək 353626000867960 IMEI kodlu telefonla danışıqlar aparmış, saat 22:14-dən sonra isə həmin nömrəni 359728001651760 IMEI kodlu mobil telefona daxil edərək danışmışdır. Həmçinin 2010-cu ilin yanvar-fevral aylarında Turabın qardaşı şahid7 öz adına olmaqla istifadə etdiyi ********** mobil nömrəni 353626000867960 və 135790246811220 IMEI kodlu telefonlarda istifadə etməklə danışıqlar aparmışdır. Nuranə Vəliyevanın istifadəsində olmuş ********** mobil nömrə ilə əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi ********** nömrə və ailə üzvlərinə məxsus nömrələrlə danışıq qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ## ###### 2010-cu il tarixdə Təqsirləndirilən şəxs istifadəsində **********, X5 istifadəsində isə ********** mobil nömrə olmuşdur. Danışıq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ## ###### 2010-cu il tarixdə saat 12:30-a qədər Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş antenin əhatə dairəsində olmuşdur. Həmin vaxta qədər o, yalnız arvadı Nuranənin istifadə etdiyi ********** nömrə ilə mesajlaşmışdır. Saat 16:55-dən saat 23:36-dək olan müddət ərzində 05 ayrıayrı nömrə ilə 17 danışıq həyata keçirmiş, bu danışıqların 8-i saat 17:44 23:36 aralığında arvadı Nuranənin istifadə etdiyi ********** nömrə ilə, 3-ü saat 17:43, 22:08, 22:13-də ********** (X18 o. 1984. Kür qəs.) nömrə ilə, 2 si saat 20:23, 21:22-də ********** (X2 o. 1985. Yeniabad) nömrə ilə, 2-si saat 21:01, 21:04-də ********** (X9 o. 1988. Yeniabad) nömrə ilə, 1-i saat 17:25-də qardaşı şahid7 istifadəsində olan ********** nömrə ilə, 1-i saat 16:55-də 7777 Nar operatorla aparılmışdır. 33 naməlum SMS qəbul etmiş və 04 SMS Nuranəyə göndərmişdir. Mobil operatorda saxlanılmadığından SMS mətnlərinin məlumatlarını əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ## ###### 2010-cu il tarixdə gün ərzində əksər qalan vaxtlarda olduğu kimi Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş “KUR0068_E / Kur / shamkir Tacruba Sanaya ASC shamkir ray Kur qasaba /Shemkir” anten dairəsində olmuş, saat 12:29- 16:53 aralığında mobil telefondan istifadə etmədiyi üçün hansı ərazidə olmasını müəyyən etmək mümkün olmamış, saat 16:53 və 16:55-də mobil telefondan istifadə etdiyi zaman Şəmkir rayonu, Alabaşlı kəndi ərazisində yerləşmiş “ALABAS4_F / Alabashly / Shamkir rnu Qasim Ismayilov municipality /Shemkir” antenanın əhatə dairəsində olması müəyyən edilmişdir. Mobil telefondan yenidən saat 17:26-da istifadə edildiyi zaman onun Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşmiş “KUR0068_E / Kur / shamkir Tacruba Sanaya ASC shamkir ray Kur qasaba /Shemkir” anten dairəsində olması müəyyən edilir. Yuxarıda təhlil olunmuş, X8 istifadəsində olmuş ********** mobil telefon nömrəsinin məlumatlarından görünür ki, ## ###### 2010-cu il tarixdə saat 16:22-də Məhərrəm Həsənovun mobil nömrəsinin əhatə dairəsi Samux rayonu, Alabaşlı kəndi ərazisində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrənin əhatə dairəsi isə saat 12:29-dan sonra saat 17:26-ya qədər vaxt aralığında yalnız iki dəfə- 16:53 və 16:55-də istifadə edilmiş və həmin vaxtlarda Samux rayonu, Alabaşlı kəndi ərazisində olmuşdur. Daha sonra isə hər ikisinin, yəni Təqsirləndirilən şəxs mobil nömrəsi saat 17:25-dən, Məhərrəm Həsənovun mobil nömrəsi saat 17:58-dən etibarən eyni yeri Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən antenlərin əhatə dairəsini göstərir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş ***** nömrəli cinayət işi üzrə (X10 qəsdən öldürülməsi faktı) əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Şəmkir RPŞ-dən daxil olmuş) ## #### 1989-cu ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli, * nömrəli qərarındakı mövqeyi də hazırki işüzrə məhkəmənin mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır .Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən onun əməllərinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkil tərəfindən təyin edilmiş apellyasiya şikayətinə və təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza həddinin artırılmasına əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsi hüquqi varisinin nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olmaqla təmin edilməməlidir. Bununla da,məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026 cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar