Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-136/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin (hakim Ziya Abdullayev) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması, cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işinə yenidən baxılaraq barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, məhkəmənin hökmündən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Həmin şikayətdən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya şikayətindən imtina etməsi barədə hüquqları və bu imtinanın hüquqi nəticəsi ona aydındır. Dövlət ittihamçısı göstərdi ki, verilmiş apellyasiya şikayətindən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. Həmin ərizənin təmin edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən müdafiəçi qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.11-ci madəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin və apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.12 və 410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-136/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-136/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver