Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-137/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Asan Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(***)-**/**** saylı hökmündən məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin (hakim X7) ##.##.2026-cı i tarixli, *(***)-**/**** saylı hökmü ilə, ##.##.1989-cu ildə Göygöl rayonu, Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası cinayət məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, ## #### 2025-ci il tarixdə saat 12 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən Göygöl rayonu Üçtəpə-Qızılca kənd bələdiyyəsinin inzibati binasına gedərək bələdiyyə sədri zərərçəkmiş şəxs2 kənd ərazisində tikdirdiyi obyekt yerinə usta göndərməyə, ona kömək etməyə borclu olduğunu, niyə usta göndərmədiyini bildirərək heç bir əsaslı səbəb olmadan inzibati binada olan insanların yəni, bələdiyyə binasına şəxsi işləri ilə əlaqədar gəlmiş X2, şahid4 gözü qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə özünü həmin şəxslərin şəxsiyyətinin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirərək xuliqanlıq niyyəti ilə əlləri və baş zərbəsi ilə zərərçəkmiş şəxs2 sifətinə və baş nahiyyəsinə zərbələr vurmaqla sonuncuya burun deformasiyasına səbəb olan burun sümüyünün açıq sınığı ilə müşayiət edilən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurduqdan sonra, qanunazidd əməlini davam etdirməklə münaqişəyə müdaxilə edərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən X2 etmiş olduğu hərəkətlərlə bağlı ona irad bildirdiyi üçün yumruqla və inzibati otaqda olan ayaq və gövdə hissəsi dəmir materialdan olan stulu silah qismində istifadə edərək ayaq hissəsi ilə qəsdən vuraraq sonuncuya döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, hemotoması (qançır, sıyrıq və şişkinliyi) burun və sağ gözaltı nahiyyələrinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurduqdan sonra inzibati otaqda olan masanın üzərində olan, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Asus R512M” markalı kompyuteri, 01 ədəd həmin kompyuterə aid elektirik qidalandırıcısını yerə ataraq sındırmaqla, 4 ədəd hər biri 2 manat olmaqla ümumilikdə 8 manat dəyərində kağız üçün qovluğu yarasız hala salmaqla zərərçəkmiş şəxs2 ümumilikdə 163 (yüz altmış üç) manat maddi ziyan vuraraq ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan, özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri təqsirsizliyinə dair bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasınaməhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin olunmuş cəzalar qismən toplanılmaqiyolu ilə, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi hökmü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçüntəhlükəli olmayan və Azərbaycan Respublikası cinayət məcəlləsinin 126-cı maddəsindənəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə, ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir.Belə ki, o, ## #### 2025-ci il tarixdə saat 12 radələrində Göygöl rayonu Üçtəpə kəndindəyerləşən Göygöl rayonu Üçtəpə Qızılca kənd bələdiyyəsinin inzibati binasına gedərək bələdiyyə sədri zərərçəkmiş şəxs2 kənd ərazisində tikdirdiyi obyekt yerinə ustagöndərməyə, ona kömək etməyə borclu olduğunu, niyə usta göndərmədiyini bildirərək heçbir əsaslı səbəb olmadan inzibati binada olan insanların yəni, bələdiyyə binasına şəxsi işləriilə əlaqədar gəlmiş X2, şahid4gözü qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə özünü həmin şəxslərin şəxsiyyətinin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirərək xuliqanlıq niyyəti ilə əlləri və baş zərbəsi ilə zərərçəkmiş şəxs2sifətinə və baş nahiyyəsinə zərbələr vurmaqla sonuncuya burun deformasiyasına səbəbolan burun sümüyünün açıq sınığı ilə müşayiət edilən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulannəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurduqdan sonra, qanunazidd əməlini davam etdirməklə münaqişəyə müdaxilə edərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən X2 etmiş olduğu hərəkətlərlə bağlı ona irad bildirdiyi üçünyumruqla və inzibati otaqda olan ayaq və gövdə hissəsi dəmir materialdan olan stulu silahqismində istifadə edərək ayaq hissəsi ilə qəsdən vuraraq sonuncuya döş qəfəsinin önsəthinin yumşaq toxumalarının əzilməsi, hemotoması (qançır, sıyrıq və şişkinliyi) burun vəsağ gözaltı nahiyyələrinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa yüngülzərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdənsağlamlığına yüngül zərər vurduqdan sonra inzibati otaqda olan masanın üzərində olan, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Asus R512M” markalı kompyuteri, 01ədəd həmin kompyuterə aid elektirik qidalandırıcısını yerə ataraq sındırmaqla, 4 ədəd hərbiri 2 manat olmaqla ümumilikdə 8 manat dəyərində kağız üçün qovluğu yarasız halasalmaqla zərərçəkmiş şəxs2 ümumilikdə 163 (yüz altmış üç) manat maddi ziyan vuraraqictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərərvuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranışqaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqcahörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydayaəhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbulolunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çoxinsanın və cəmiyyətin mənafeylərinə toxunan, özgənin əmlakının məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuşdigər halları ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi hökm və onun əsaslandırması ilə razı deyil. Belə ki, CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təqsirini müəyyən edən sübutlar cinayət işi materiallarında şübhə doğurmaqla Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Müdafiə tərəfi olaraq ilk öncə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı xüsusatın üzərində dayanmaq istəyir. Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə CM-nin 127.2.3-cü maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, Elşən Imsayılov məhkəmə istintaqı zamanı bildirir ki, zərərçəkmiş şəxs2 ilə 2020-ci ildən ədavəti vardır. Rzanın da, ona qarşı ədavəti olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs izahat verərək bildirir ki, zərərçəkmiş şəxs2 Azərbaycanda heç bir bələdiyyə sədrinin satmadığı qədər torpaq satıb. Onun kəndin başında göstərdiyi torpağın yanındakı torpağın satılma tarixi 2022-2023-cü ildir. 2020-ci ildə gəlib onlara o, evdə olmayıb. Daha sonra Elşən onunla görüşməyə gedib və onun cibinə döyüşdə yaralandığına görə 100 manat pul qoyub. O, pul istəmədiyini, bircə sot torpaq istədiyini bildirib. Ilk öncə Rza ilə normal şəkildə danışmışlar. Ayaq üstə durmaq istəyərkən Rza onu itələmişdir. Düşünmüşdür ki, Rza onu vurur. O, isə Rzaya qarşı başla zərbə vurmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirir ki, zərərçəkmiş şəxs2 burnunun qırılması adi haldır. Onunla davasından sonra kənd sakinləri, hətta atası Arzuman Ismayılov dedi ki, baş zərbəsi Rzanın burnuna dəyibsə, onun burnu zədələdir. Belə ki, cavanlıqdan Rza peşəkar boks idman növü ilə məşğul olmuşdur. Bir neçə dəfə onun burnu qırılmışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi hökm və onun əsaslandırması ilə razı deyil. Belə ki, CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təqsirini müəyyən edən sübutlar cinayət işi materiallarında şübhə doğurmaqla Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Müdafiə tərəfi olaraq ilk öncə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı xüsusatın üzərində dayanmaq istəyir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, əlavə olaraq bildirdilər ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, səhhətini və ailə vəziyyətini, himayəsində 3 azyaşlı uşağının olmasını, Vətən müharibəsində iştirak etməsini, bir gözünü müharibədə itirdiyini görə 2-ci qrup əlil olmasını nəzərə alıb, şikayətin təmin edilməsini və Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(***)-**/**** saylı hökmünün dəyişdirilməsini və Azərbaycan Respublikası CM-nin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilərək, ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPMnin 397.1 və 397.2-ci maddələri). Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü dəyişdirilməlidir. Təqsirləndirilən şəxs və müdafiəçinin apellyasiya çıxışında təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi xahiş olunmuşdur. Bu tələblə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Iş materiallarında olan Göygöl rayon IHB-nın Üçtəpə kənd IƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, o həqiqətən Göygöl rayon Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddət ərzində özünü nizam intizamlı apararaq kənd ağsaqqallarının və öz həmyaşıdlarının hörmətini qazanmış, kəndin ictimai işlərində özünü aktiv göstərmişdir. Onun özünün və ailə üzvlərinin barəsində nümayəndəliyə heç bir cinayət xarakterli məlumat daxil olmamışdır. Iş materiallarında görünür ki, Göygöl rayon IHB-nın Üçtəpə kənd IƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində yaşayır və ailə tərkibi aşağıdakılardan ibarətdir: arvadı-X1-1995; oğlu Ismayılov Arzuman Elşən oğlu-2016; qızı-X3-2017; qızıIsmayılova Aygün Elşən qızı-2020. Iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemində axtarış aparılmış Təqsirləndirilən şəxs 400 manat və 661.96 manat məbləğində 2-ci qrup əlillik və Prezident təqaüdü aldığı müəyyən olunmuşdur. Iş materiallarında olan İ-**** №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən «Fizulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Iş materiallarında olan İ-**** №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən «Şuşanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Iş materiallarında olan İ-**** №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən «Qubadlının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Iş materiallarında olan İ-**** №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən «Cəsur döyüşcü» medalı ilə təltif olunmuşdur. Iş materiallarında olan İ-***** №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Iş materiallarında olan Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 oglu tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur.Odur ki onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etdi. Iş materiallarında olan Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur.Odur ki onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etdi. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməl üzrə peşmanlıq hissinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3- cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilərək məhkum edilməsini, cəzaların həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə Təqsirləndirilən şəxs apellyasiya insansiyasında törətmiş olduğu cinəyət əməlini səmimi etiraf edərək özünü təqsirli bilib əməlindən peşman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, himayəsində 3 azyaşlı uşağının olmasını, 44 günlük Vətən müharibəsində iştirak etməsini, bir gözünü itirdiyinə görə 2-ci qrup əlil olmaqla Prezident təqaüdü alması, «Fizulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Cəsur döyüşcü» və Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il və ##.##.2011-ci il tarixli qərarları). Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) ** saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, Insan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ## ###### 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X4 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərkən əməlini səmimi etiraf edərək özünü təqsirli bilib əməlindən peşman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, himayəsində 3 azyaşlı uşağının olmasını, 44 günlük Vətən müharibəsində iştirak etməsini, bir gözünü itirdiyinə görə 2ci qrup əlil olmaqla Prezident təqaüdü alması, «Fizulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Cəsur döyüşcü» və Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş və təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Məhkəmə hesab edir ki, şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onların tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-nin 41.2-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət 2 (iki) ay 10 (on) gün təşkil edir. Azərbaycan Respublikası CPM-nin 399.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şərh olunanlara əsasən, məhkəmə CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 06 ( altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Sınaq müddətinin əvvəli ## #### 2026-cı ildən hesablansın. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində hökmün icrasına nəzarət yaşayış yeri üzrə Göygöl Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(3-7)-137/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-137/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver