Məhkəmə qərarları › İş №1(3-7)-138/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-138/2026

22.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-138/2026 22.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər Rayon Məhkəməsinin «18» mart 2026cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə (sədrlik edən hakim K.A.Rzayev) ## #### 1980-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işləməyən, evli, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024cü il tarixli hökmü ilə CM-nin 147.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 148-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə CM-nin 147.1-ci və 148-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 65-ci maddəsinə əsasən qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ######## 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## ######## 2025ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 284.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay il müddətə dövlət, yerli özünü idarə etmə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs kimi tutulduğu gündən yəni, ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayında Tərtər rayonu ərazisində olarkən “TikTok” sosial şəbəkə platformasında “epoxa.volka” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi hesabında ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanla təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”nın V hissəsinin 35-ci bəndinə zidd olaraq işinə görə məlum olan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu açıqlayan əməkdaşlarına dair dövlət sirri təşkil edən məlumatları dövlətə xəyanət əlaməti olmadan müvafiq videoçıxışlar hazırlamaqla aşkar surətdə mütəmadi paylaşaraq qəsdən yaymışdır. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ## #### 2026-cı il tarixdə Tərtər Rayon Məhkəməsinin xüsusi sifariş ilə CM-nin 284.1-ci maddəsi ilə barəsində çıxartdığı qanunsuz hökmün ləğv edilməsini, CM-nin 62.1-ci maddəsinin tətbiq edilərək azadlığa buraxılmasını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyən YAP üzvü, Kəlbəcər rayon məcburi köçkün olmasının və himayəsində qoca anasının olmasının nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “##.##.2026-cı il tarixdə Tərtər Rayon Məhkəməsi xüsusi sifariş ilə heç bir səbəbi olmadan onu təqsirli bilib CM-nin 284.1-ci maddəsi əsasında 4 il 6 ay müddətində azadlıqdan məhrum etmişdir. Tərtər Rayon Məhkəməsinin bu qərarı ilə heç cürə razılaşmaq olmaz. Razılaşmaq olmaz ona görə ki, bu xüsusi sifariş ilə barəsində çıxarılmış hökmdə göstərilir! “Təqsirləndirilən şəxs xidməti vəzifəsinə görə və işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları dövlətə xəyanət əlaməti olmadan qəsdən yayaraq CM-nin 284.1-ci maddəsi əsasında cinayət əməli törətmişdir”. Məlumat üçün bildirir ki, “Heç bir xidməti vəzifəsi və heç bir işi olmadığı üçün” ona heç bir sirr məlum olmadığına görə CM-nin 284.1-ci maddəsi əsasında heç bir cinayət əməli törətməmişdir! O sadəcə olaraq Tiktok səhifəsində haqqı deyərək, ##.##.2024-cü il tarixdə xidməti vəzifəsində buraxdığı nöqsanlara görə işindən qovulan Tərtər rayon sabiq DTX əməkdaşı X1 əvvəllər Tərtər rayon xəstəxana həkimi X4 ilə məxfi sevgili olmaları, Əliyev Anar sidq ürəkdən Baxşəliyeva Könülü sevərək onun Müşkü-ənbər gül ətrini almasından sonra məsti xumar olaraq Könülün qucağında mışıl-mışıl yatıb xəyallara daldıqdan sonra Könül həkimi ona dəhşət qısqanaraq onu Tərtər rayon DTX binasına çağırtdırıb Könüldən aldığı xüsusi enerjidən sonra Koroğlutək nərə çəkib üstünə atılaraq seksual qısqanma zəminində smartfon telefonunu qırıb, Könülün onun telefonunda olan şəkillərini örtbasdır etməsi, onu Tərtər rayon DTX-də döyüb işindən çıxartdırdıqdan sonra Könül həkimi və Tərtər rayon xəstəxana hüquqşunası Paşayev Habili onun üzünə qoydurub CM-nin 147, 148 maddələri ilə onu həbs etdirməsi haqqında Tiktok səhifəsində paylaşımlar etmişdir. ##.##.2024-cü il tarixdə xidməti vəzifəsində buraxdığı nöqsanlara görə işindən qovulan Tərtər rayon sabiq DTX əməkdaşı Əliyev Anar onu öz dostlarına tutdurub döydürtdürüb qanına qəltan etdirəndən sonra DTX əməkdaşları onu Bakıya aparıb barəsində CM-nin 284.1-ci maddəsi ilə cinayət işi açıb, işi Tərtər Rayon Məhkəməsinə göndərərək heç bir səbəb olmadan xüsusi sifariş ilə onu 4 il 6 ay müddətində azadlıqdan məhrum etdirmişlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavəsində CM-nin 284.1ci maddəsinin əlamətləri onun əməlində olmadığından ##.##.2026-cı il tarixdə xüsusi sifarişlə Tərtər Rayon Məhkəməsinin barəsində çıxardığı hökmün ləğv edilməsini və CPM-in 39.2-ci maddəsinin tələbləri əsasında ona bəraət verilməsini xahiş etmiş və şikayətə əlavəsini onunla əsaslandırmışdır ki, “##.##.2025-ci il tarixdə heç bir hüquqi təhsilə malik olmayan, Qara Bazardan saxta diplom alıb, xuliqanlıq yolu ilə DTX və prokurorluğa işə düzəlib millətin canını və qanını zəli kimi içən, quldurluqla məşğul olan, Azərbaycan Respublikası DTX İstintaq İdarəsinin rəisi, Ceyhun Məmmədov və baş prokurorun müavini Elmar Camalov qabaqcadan əlbir olub, özgə əmlakını qəsdən talama məqsədi ilə başçılıq etdikləri Mütəşəkkil Cinayətkar qrupunu Tərtər rayon Bəyimsarov kəndinə göndərərək qanunsuz olaraq onun evinə hücum etdirib, gözlərini bağlatdırıb, onu döydürüb qanına qəltan etdirdikdən sonra ondan 700 000 (yeddi yüz min) Azərbaycan manatı tələb etsələr də, ancaq həmin məbləğin onda olmamasını anlayıb, özləri öz əlləri ilə öz oyunlarına düşdüklərini başa düşərək, heç bir səbəbi olmadan evinin əşyalarını qəsdən qırıb dağıtdırıb, yataq dəstlərini cırıb içindən qızıl tapmaq niyyəti ilə yun və tükü evin içinə sovurub, şərəf və ləyaqətlərini onun ayaqları altına atdıqdan sonra, 1600 (min altı yüz) manat pulunu, Honor X9 smartfonunu götürüb ciblərinə qoyub, evinin müşahidə kameraların blokdan söküb özləri ilə götürüb ona küllü miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Dişləri insan qanına bulaşmış təhlükəli cinayətkarlar, DTX İstintaq İdarəsinin rəisi Ceyhun Məmmədov və Baş prokurorun müavini Elmar Camalov onun üzərində törətdikləri cinayət əməllərini ört-basdır etmək məqsədi ilə onu Bakı şəhər Parlament prospekti 14, DTX binasında özləri kimi cinayətkarların içində 4 ay girov saxlayıb onu bir sıra cinayət işlərində şərləmək istəsələr də, ancaq hər ikisinində ağızlarından vurandan sonar daş-qaya ilə rastlaşdığını anlayıb qorxularından onu şərləmə planlarını irəli sürüb barəsində CM-nin 284.1-ci maddəsi ilə cinayət işi açaraq özlərinin həqiqətəndə heç bir hüquqi təhsilə malik olmayan nəinki hüquqi təhsil, hətta naxırçı işləsələr belə, iki uzunqulağın arpasını düzgün qaydada bölüşdürmə bacarığına malik olmayan gicbəsər axmaq olmalarını onun vasitəsi ilə bütün Azərbaycan Respublikasına çatdırılma bacarığına malik olmuşdular! Azərbaycan Respublikasının DTX İstintaq İdarəsinin rəisi Ceyhun Məmmədov və Baş prokurorun müavini Elmar Camalovun həqiqətəndə heç bir hüquqi təhsilə malik olmayan sırf sacadsız formada barəsində açdıqları cinayət işində göstərilir. Heç bir yerdə işləməyən işsiz Təqsirləndirilən şəxs xidməti vəzifəsinə və işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları qəsdən yayaraq CM-nin 284.1ci maddəsi əsasında cinayət əməli törətmişdir. O, həqiqətdə xidməti vəzifəsi və işi olmadığı üçün CM-nin 284.1-ci maddəsi əsasında heç bir cinayət əməli törətməmişdir. O, sadəcə olaraq xidməti vəzifələrindən sui-istifadə edərək millətin canını və qanını zəli kimi içən və sonda isə gəlib ona ilişdikdən sonra onları yüksək səviyyədə ifşa edib vəzifələrindən qovduraraq fikir və planlarının bəhrəsini təsvir edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyən YAP-cıdır və indidən sonra da çoxlarını işdən qovduracaqdır! Heç bir hüquqi təhsilə malik olmayan DTX İstintaq İdarəsinin rəisi Ceyhun Məmmədov və Baş prokurorunun müavini Elmar Camalovun vəzifələrindən sui istifadə edərək onun barəsində irəli sürdükləri CM-nin 284.1-ci maddəsi tam şəkildə qanunsuz və əsassız olduğu üçün hesab edir ki, təhlükəli cinayətkarlar, Ceyhun Məmmədov və Elmar Camalovun əməllərində CM-nin 290-cı maddəsinin əlamətləri vardır və bu hər iki quldur barəsində cinayət işi açılmalıdır”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etdilər və Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, ona bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib apellyasiya şikayətinin təmin olunmadan, Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 284.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi cinayət işi üzrə ibtidai istintaq vaxtı dindirilmiş şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq vaxtı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasında olan ziddiyyətlər, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkətləri ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 284.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs CM-in 284.1-cü maddəsi ilə ona elan edilmiş ittihamın mahiyyətinin aydın olduğunu, özünü təqsirli bilməyərək göstərmişdir ki, 2000-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən tibb kollecində ilkin yardım üzrə təhsil almış və 2002-2004-cü illərdə Qusar rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi-feldşer vəzifəsində işləmişdir. Bir müddət sonra ticarətlə məşğul olmaq məqsədi ilə Rusiya Federasiyasının Vladi-Vostok şəhərinə getmiş və 2019-cu ilin iyul ayının 15- də Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra Bakı şəhərində müxtəlif tikinti şirkətlərində işləmişdir. 2023-cü ildə Tərtər rayonuna gəlmiş və yaşamağa davam etmişdir. Tibb sahəsində orta ixtisas təhsili olduğu üçün Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahaniyə şifahi müraciət edərək işlə təmin olunmaq istədiyini bildirmişdir. O da 2023-cü il iyun ayının 26-da onu təcili tibbi yardım şöbəsinə feldşer vəzifəsinə təyin etmişdir. Orada işlədiyi müddətdə təcili tibbi yardım şöbəsinin müdiri Könül Baxşəliyeva ilə münasibəti yaxşı olmamış, hətta bir dəfə növbədə olduğu zaman əsəbləşib, ona məxsus olan əşyaları otağından götürərək çölə atmışdır. Həmin hadisədən sonra X5 rayonunda fəaliyyət göstərən Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında həmin idarəyə dəvət olunmuşdur. Oraya getdikdə isə ilk öncə Kamal Rəsulov adlı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı onu öz xidməti otağında qəbul etmiş, o, Kamal Rəsulovu əvvəllər görməmiş onu qəbul etdikdən sonra DTX əməkdaşı olduğunu və Tərtər rayonunda işlədiyini öyrənmişdir. Kamal Rəsulov daha sonra onu Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyevin yanına aparmış və beləliklə şikayət ərizəsi ilə bağlı Tərtər rayon şöbəsinin rəisi və işçisini tanımışdır. Həmin vaxt döyülməməsi üçün Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının Ri vəzifəsində çalışdığını bildirmişdir. Bunu eşitdikdə ondan sənəd tələb olunmuş, sənədlərinin avtomobildə olduğunu bildirmiş və özünü inandırıcı aparmışdır. Bir müddət sonra o, DTX işçilərinə Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının Ri olmadığını bildirmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsində istifadəsində olarkən özünə məxsus “Honor 9X” markalı mobil telefon və ona quraşdırılmış ********** mobil telefon nömrəsi mövcud olmuşdur və “TikTok”, “İnstaqram”, “Facebook”, “Odnoklasnik” sosial şəbəkələrindən mütəmmadi olaraq stifadə etmişdir. O, “TikTok” sosial şəbəkələrində təxminən 10 gün əvvəl “Epoxa.volka” istifadəçi adı ilə qeydiyyatdan keçmiş və həmin profildə DTK Tərtər rayon şöbəsinin rəisi və işçisinin fotoşəkillərini hazırladığı videoçıxışlara yerləşdirərək onların vəzifəsini, iş yerlərini həmin videolarda qeyd etmişdir. Onun istifadəsində olan “TikTOk” sosial şəbəkəsində “epoxa.volka”! istifadəçi adı ilə qeydiyyatdan keçdiyi hesab bağlı profil olmamış, yəni istənilən istifadəçinin onun profilinə daxil olaraq həmin videoları görə bilcəyini qeyd etmişdir. O, Tərtər rayon Xəstəxanasında təcili tibbi yardım şöbəsində şöbə müdiri vəzifəsində işləyən Könül Baxşəliyevanın şikayət ərizəsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinə dəvət edildikdən sonra orada rəis Anar Əliyev, o cümlədən həmin idarənin əməkdaşı Kamal Rəsulovun qarşı tərəfə haqq qazandırdığını qeyd edərək onu dinləmədiklərini qeyd etmişdir. Daha sonra Könül Baxşəliyeva və Tərtər rayon xəstəxanasının hüquqşünası Paşayev Habil xüsusi ittiham qaydasında məhkəməyə şikayət ərizəsi ünvanlayaraq onları təhqir etdiyini, o cümlədən böhtan atdığını iddia etmiş və məhkəmənin yekun qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının sonlanması ilə əlaqədar azadlığa çıxdıqdan sonra heç bir yerdə iş tapa bilməmiş və psixoloji vəziyyəti daha da gərginləşmişdir. Yaşanan hadisələri analiz etdikdə bu qənaətə gəlmişdir ki, Tərtər Rayon Məhkəməsi, Tərtər rayon xəstəxanasının rəhbərliyi, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları onun çətin vəziyyətə düşməsində əsas rol oynamışlar. Eləcə də DTX-ın rəisi Anar Əliyevin onu söyməsi, Könül Baxşalıyevanı onun məhkəmə zalında söyməsi, Adil Paşayevə məhkəmə iclasında barışıq təklif etsə də qəbul etməməsi, onun həbs edilməsini tələb etməsi səbəbindən o, 2025-ci ilin sentyabr ayında “TikTok” sosial şəbəkəsində “epoxa.volka” istifadəçi adı ilə qeydiyyatdan keçərək onları, Tərtər rayonunda işləyən vəzifəli şəxslər, o cümlədən DTX-ini Tərtər rayon şöbəsinin əməkdaşlarının fotoşəkillərini hazırladığı videoçıxışların arxa fonuna yerləşdirərək onlar barəsində video materiallar paylaşmağa başlamışdır. Fotoşəkilləri Tərtər Rayon İcra Hskimiyyətinin saytından əldə etmişdir. Peşman deyildir, hazırki ittiham ilə özünü təqsirli bilmir, CPM-in 39.1.1-ci maddəsinə əsasən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, onu tanımamışdır. ## ### 1991-ci ildə Tərtər rayonun Hacıqərvənd kəndində olmuşdur. Təqsirləndirilən şəxs İstifadəsində “Redmi C13” markalı mobil telefon və ona quraşdırılmış ***- ***-**-** saylı mobil nömrə vardır. O, “Tiktok” sosial şəbəkəsi, “Teleqram” və “WhatsApp” ani yazışma tətbiqlərindən istifadə etdiyini, “Tiktol” sosial şəbəkəsində “eln.abbasov59” istifadəçi adı ilə qeydiyyatdan keçdiyini bildirmişdir. “Tiktok” sosial şəbəkəsində “epoxa.volka” istifadəçi adı ilə qeydiyyatdan keçmiş şəxsi tanımasa da bir neçə dəfə onun etdiyi paylaşımlar təsadefən qarşısına çıxmış, həmin istifadəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev və həmin şöbənin əməkdaşı Kamal Rəsulov və digər dövlət orqanlarında işləyən şəxslərin foto şəkillərini paylaşım etdiyi videoların üzərinə yerləşdirərək onların iş fəaliyyəti barədə həmin videolarda müxtəlif fikirlər səsləndirmişdir. O, Tərtər rayonunda anadan olub yaşamasına baxmayaraq həmin videoları izləyəndən sonra DTXin Tərtər rayonunda Anar və Kamal adlı əməkdaşlarını, o cümlədən digər dövlət oranlarında işləyən şəxsləri görüb tanıdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs X2 “epoxa.volka” istifadəçi adı ilə qeidiyyatdan keçdiyi hesabda edilən paylaşıma səhvən rəy yazmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid2 İdris oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, onu tanımamışdır. ##.##.2025-ci il tarixdə sat 11:00 radələrində Tərtər rayon Bəyimsarov kəndində olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Yaxınlıqda yerləşən ünvanda bir nəfərin mənzilinə keçiriləcək axtarış zamanı hal şahidi qismidə iştirak etməyi təklif etmiş və DTX əməkdaşı ilə birlikdə Tərtər rayon Bəyimsarov kəndində yerləşən evin qarşısına getmişdir. DTX əməkdaşları axtarış prosesində hal şahidi qismində iştirak etmək üçün digər bir nəfər şəxsi dəvət etmişlər. Bir neçə dəqiqə sonra DTX əməkdaşları həmin ünvana daxil olaraq özlərini təqdim etmişlər. Həmin vaxt orada kişi cinsindən olan adını sonradan bildiyi Bəhmən adlı şəxs olmuşdur. Həmin şəxsi tanımamışdır. Həmin şəxsə evinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin şəxs buna etiraz etməmişdir. Onlara hüquq və vəzifələri izah edilmişdir. Mənzildə axtarış aparılmışdır. Evin bir otağında 1 ədəd mobil telefon, aparat, müəyyən sənədləri müəyyən etmiş və götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid1 Qüdrət oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, onu tanımamışdır. ##.##.2025-ci il tarixdə sat 11:00 radələrində Tərtər rayon Bəyimsarov kəndində olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Ona həmin ünvanda yaşayan bir nəfərin mənzilinə axtarış keçiriləcəyi və hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O, DTX əməkdaşı ilə birlikdə Tərtər rayon Bəyimsarov kəndində yerləşən evin qarşısına getmişdir. DTX əməkdaşları axtarış prosesində digər bir nəfər şəxsi hal şahidi kimi dəvət etmişlər. Sonra DTX əməkdaşları həmin ünvana daxil olaraq özlərini təqdim etmişlər. Həmin vaxt orada kişi cinsindən olan bir nəfər şəxs olmuş, laki həmin şəxsi tanımamışdır. Həmin şəxsə evinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin şəxs buna etiraz etməmişdir. Orada onlara hüquq və vəzifələri izah edilmişdir. Mənzildə axtarış aparılmışdır. Evin bir otağında 1 ədəd mobil telefon müəyyən etmişlər. Həmin telefon götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid1 Qüdrət oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamış, onu tanımamışdır. ##.##.1996-cı ildə Tərtər rayon Buruc kəndində anadan olmuşdur. 2022-ci ildən “xxxx” MMC-də mühafizəçi işləyir. İstifadəsində “İpone X” markalı mobil telefon və ona quraşdırılmış 070-221-20-25 mobil nömrə vardır. “Tiktok”, “İnstagram” sosial şbəkələri, “Teleqram” və “WhatsApp” ani yazışma tədbiqlərindən istifadə edir. “Tiktok” sosial şəbəkəsində “terter05921” istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. “Tiktok” sosial şəbəkəsində “epoxa.volka” istifadi adı ilə qeydiyyatdan keçmiş şəxsi tanımamış, lakin bir neçə dəfə onun etdiyi paylaşmalar təsadüfən qarşısına çıxmışdır. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon Şöbəsinin rəisi Anar Əliyev və həmin şöbənin əməkdaşı Kamal Rəsulovun və digər dövlət orqanlarında işləyən şəxslərin fotoşəkillərini paylaşım etdiyi videoların üzərinə yerləşdirərək obların iş fəaliyyəti barədə həmin videolarda müxtəlif fikirlər səsləndirmişdir. Həmin şəxsi tanımamışdır, paylaşıma da səhvən rəy yazmışdır. Cinayət işinin materiallarında olan: ##.##.2025-ci il tarixli */*** saylı məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor 9X” markalı “STK-LX1” modelli “862636044929832, 862636044940847” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiqat nəticəsində “Honor 9X” markalı “STK-LX1” modelli mobil smartfonun yaddaşında “Tiktok”, “Teleqram”, “İnstoqram”, “Facebook Lite”, “Whatsapp”, “Odnaklassnik” və s.mobil tədbirlər aşkar olunmuşdur. Təqdim edilmiş “Honor 9X” markalı “STK-LX1” modelli mobil smartfonun yaddaşında “Tiktok” sosial şəbəkəsinə aid “epoxa.volka” adı ilə qeydiyyatdan keçmiş istifadəçi hesabı (User Account) müəyyən olunmuşdur. Onlayn rejimdə “TikTok” platformasında “epoxa.volka” adı istifadəçi hesabı üzrə aparılmış axtarış zamanı həmin hesabın hal-hazırda aktiv vəziyyətdə olduğu aşkar olunmuşdur. Tədqiqat nəticəsində aşkar edilmiş “Tiktok” sosial şəbəkəsinə aid olan “epoxa.volka” adlı istifadəçi hesabı üzərindən aparılmış yazışmalar, paylaşmalar, paylaşılmış foto, video fayllar, fəaliyyət tarixçəsi və bu kimi digər rəqəmsal qeydlər mobil cihaz yaddaşından əldə olunmuş hesabatın “Activity” “Histoty”, “Chace/Video”, Chats”, “Chats İnfo” bölmələrində öz əksini tapmışdır. (Bax xarici yaddaş qurğusuna). Əldə olunmuş məlumatlara dair hesabat xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsindən daxil olmuş ##.##.2025-ci il tarixli *-**-*/*-****/** nömrəli məktubun məzmunundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının səlahiyyətli məhkəməsi tərəfindən çıxarılmış hökmün Azərbaycan Respublikasının ərazisində tanınması ilə bağlı müraciət və müvafiq sənədlər Ədliyyə Nazirliyində aşkar edilməmişdir. İş materiallarından aydın olur ki, ##.##.2025-ci il tarixdə DTX daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına baxış keçirilən zaman fərmanın 5 səhifədən ibarət olması, o cümlədən 5-ci bəndin 35-ci hissəsində konkret şəxslərin kəşfiyyat, əks kəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərini, dövləti cinayətlərlə bağlı cinayət işləri özrə aparılan istintaqın qüvvələrini, vasitələrini və üsullarını aşıqlayan məlumatların dövlət sirrinə aid edilən məlumat siyahısında olduğu müəyyən edilmişdir. Bununla yanaşı, ##.##.2025-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayon Bəyimsarov kəndində yerləşən evində həyata keçeirilmiş baxış zamanı aşkar edilrək götürülmüş onun istifadəsində olmuş “Honor 9X” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonda mövcud olan “Tiktok” mobil tətbiqinə daxil olmuş həmin tətbiqə baxış keçirilən zaman “Epoxa.Volka”, “Stepan Sosed” və “Epoxa.volka” istifadəçi adları ilə qeydiyyatdan keçdiyi profillər aşkar edilmişdir. Onlayn rejimdə “Tiktok” platformasında “Epoxa.volka” adlı istifadəçi hesabı üzrə aparılmış axtarış zamanı həmin hesabın hal-hazırda aktiv vəziyyətdə olduğu, 2025-ci ilin sentyabr ayı ərzində ümumilikdə 12 video paylaşdığı aşkar edilmişdir. Video çıxışlara baxış keçirilən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon Şöbəsində işləyən əməkdaşları, o cümlədən həmin rayonda çalışan digər vəzifəli şəxslərin foto şəkillərinin hazırlanmış videolara əlavə edilərək onların iş yerləri, fəaliyyət və sair barədə məlumatların paylaşdığı müəyyən edilmişdir. Həmçinin təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs “Tiktok” sosial şəbəkəsində “epoxa.vilka” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi hesabda DTX Tərtər rayon şöbəsinin əməkdaşlarından başqa həmin rayonda fəaliyyət göstərən idarə və müəssisələrin ictimayyətə məlum olan rəhbər şəxsləri, o cümlədən işçiləri ilə bağlı məlumatların paylaşması # #### 2005ci il tarixli *** saylı Fərmanla təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”na əsasən cinayətin tərkib əlamətlərini yaratmadığı nəzərə alınmışdır. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 284.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 284.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 284.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iş materiallarında olan mötəbər hesab edilən sübutlarla təkzib edildiyindən, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınması üçün uydurulmuş, işin faktiki hallarına uyğun olmayan dəlillər hesab edilir. Odur ki, qeyd edilməlidir ki, belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayında Tərtər rayonu ərazisində olarkən “TikTok” sosial şəbəkə platformasında “epoxa.volka” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi hesabında ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanla təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”nın V hissəsinin 35-ci bəndinə zidd olaraq işinə görə məlum olan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və əməliyyat–axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu açıqlayan əməkdaşlarına dair dövlət sirri təşkil edən məlumatları dövlətə xəyanət əlaməti olmadan müvafiq videoçıxışlar hazırlamaqla aşkar surətdə mütəmadi paylaşaraq qəsdən yayması faktı təmamilə sübuta yetir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd edilənlər əsasında, həmçinin iş materiallarında olan ekspert rəyi, şahid ifadələri və digər sübutlarla Təqsirləndirilən şəxs əməlinin CM-nin 284.1-ci maddəsi ilə düzgün tövsif edilməsi müəyyən edilir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 284.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 284.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay il müddətə dövlət, yerli özünü idarə etmə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hal, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin «18» mart 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar