Məhkəmə qərarları › İş №1(3-7)-139/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-139/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-139/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum təqsirləndirilən şəxs2 oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(076)- 132/2025 saylı hökmündən məhkum təqsirləndirilən şəxs2 oğlu və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (hakim: X1) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ##.##.1989-cu ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda həbs olunanadək yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onun 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni ## ####### 2024-cü il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs2 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında razılığa gəlmiş, bu məqsədlə ## ###### 2024-cü il tarixdə, saat 13 radələrində təqsirləndirilən şəxs1 əvvəlcədən ona məlum olduğu üçün qayınanası Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fərdi yaşayış evinin giriş hissəsində daşın altında gizlədilmiş evin açarını əldə etməklə giriş qapısını açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla “vatçap” sosial şəbəkəsilə onunla telefon əlaqəsi saxlamış, bundan sonra təqsirləndirilən şəxs2 telefonla görüntülü surətdə istiqamətverici diqtəsi ilə təqsirləndirilən şəxs1 yataq otağına daxil olaraq oradakı sandığın qapısının kilidini sındırıb içərisindən Zərərçəkmiş şəxs məxsus 02 ədəd Rusiya Federasıyasında istehsal olunmuş, 583-585 əyyarlı, 25 qram çəkisi olan, 2250 (iki min iki yüz əlli) manat dəyərində qızıl sep və klonu, 03 cüt Rusiya Federasiyasında istehsaolunmuş 583-585 əyyarlı, 30 qram çəkisi olan, 2700 (iki min yeddi yüz) manat dəyərində qızıl sırğanı, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, 7,5 qram çəkisi olan, 675 (altı yüz yetmiş beş) manat dəyərində qızıl üzükyü, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, 10 qram çəkisi olan, 900 (doqquz yüz) manat dəyərində qızıl üzüyü, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583-585 əyyarlı, 10 qram çəkisi olan, 900 (doqquz yüz) manat dəyərində qızıl sırğanı, 02 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, 13 qram çəkisi olan, 1170 (bir min yüz yetmiş) manat dəyərində qızıl üzüyü, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583- 585 əyyarlı, 20 qram çəkisi olan, 1800 (bir min səkkiz yüz) manat dəyərində qızıl üzüyü, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, 15 qram çəkisi olan, 1350 (bir min üç yüz əlli) manat dəyərində qızıl sırğanı, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, 6,5 qram çəkisi olan, 585 (beş yüz səksən beş) manat sırğa, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, 3,5 qram çəkisi olan, 315 (üç yüz on beş) manat dəyərində qızıl üzüyü və 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 583-585 əyyarlı, birlikdə dəyəri 6000 (altı min) manat olan “Yoluçnu“ adlı qızıl sepi və bilərziyi, həmçinin 100 manat məbləğində nəğd pulu gizli talayıb təqsirləndirilən şəxs1 özünün yaşadığı evdə gizlədərək saxlamış, bundan sonra ## ####### 2024-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Bayramlı kəndində yerləşən evin yaxınlığında təqsirləndirilən şəxs2la görüşərək birgə taladıqları əmlakı ona vermiş, sonuncuisə həmin qızıl-zinyət əşyalarının bir hissəsini Bakı şəhərində istintaqa məlum olmayan şəxslərə müxtəlif ünvanlarda sataraq əldə etdiyi pulları təqsirləndirilən şəxs1 ilə bölmüş və talanmış əşyalardan 3 cüt qızıl sırğanı yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan sanitar qovşağın içərisində, 1 ədəd qızıl sepi, 3 cüt qızıl sırğanı, 5 ədəd qızıl üzüyü və 1 ədəd qızıl klonu “it damı”nın yuxarıhissəsində gizlədərək saxlamış, bununla da zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 18745 (on səkkiz min yeddi yüz qırx beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bununla da təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək onun işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ədalətsiz hesab edir. Odur ki, onun işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin qeyd olunan hökmünü aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edir və ləğv edilməsini istəyir. Belə ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 özünə məxsus qızıl-zinət əşyalarını evdən hansı tarixdə götürməsi və özündə saxlaması barədə məlumatı olmamışdır. təqsirləndirilən şəxs1 özünə məxsus qızılları götürən vaxt, yəni ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 Rusiya Federasiyasında olmuş, bu barədə təqsirləndirilən şəxs1 ilə aralarında hər hansı bir danışığı təsdiq edən sübut de fakti və de jure mövcud olmamışdır və cinayət işi materiallarında, xüsusən də sübutlar siyahısına daxil edilmiş hər hansı bir fakt mövcud deyil.Bu hal üzrə xüsusən qeyd etmək istəyir ki, təqsirləndirilən şəxs1 aid mobil telefon uzun müddət istintaqda olmuşdur, yəni təqsirləndirilən şəxs1 ilə təqsirləndirilən şəxs2 arasında telefon danışıqlarının olub olmamasını araşdırmaq imkanı olduğu halda ibtidai istintaq tərəfindən hər hansı bir sübut təqdim edilməməsi həmin danışığın həqiqətən də mövcud olmamasını və təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 ilə cinayət əməlinin törədilməsi üçün öncədən razılığa gəlinməsi ittihamı təmamilə qanuna ziddir. CPM-nin 125.1 ci maddəsi tələb edir ki, həqiqiliyinə və mötəbərliliyinə şübhə olunan məlumatlar sübut kimi istifadə edilə bilməz. Eyni zamanda CPM 145.3-cü maddəsi tələb edir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şüşbhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Və ittihamı sübut etmək birbaşa müstəntiqin vəzifə borcu olmasına, lakin yuxarıda qeyd etdiyi təkzibolunmaz faktları məhkəmə nəzərə almadan ibtidai istintaqın yol vermiş olduğu CPMnin tələblərinin pozuntusunu öz hökmündə bir daha təkrar edərək qanunsuz ve əsassız hökm çıxarmışdır. təqsirləndirilən şəxs2 Rusiya Federasiyasından qayıtdıqdan sonra təqsirləndirilən şəxs1 ondan ona məxsus qızıl-zinət əşyalarını saxlamasını xahiş etmişdir. təqsirləndirilən şəxs2 da razılaşaraq, təqsirləndirilən şəxs1 məxsus qızıl əşyalarını götürüb saxlamışdır. təqsirləndirilən şəxs2 heç vaxt zərərçəkmiş şəxsin evinə getməmiş, onun evinə ümumiyyətlə daxil olmamışdır. təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi yalnız təqsirləndirilən şəxs1 qorumaq məqsədi daşımış, lakin o polis əməkdaşları tərəfindən aldadılmış, etmədiyi bir cinayət əməlini öz üzərinə götürdükdən sonra təqsirləndirilən şəxs1 da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bilmişdir. Bundan sonra isə məhkəmə istintaqı zamanı həqiqətlər onun tərəfindən və digər təqsirləndirilən şəxs Aytac Cəferova tərəfindən bildirilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs2 ilkin ifadəsində onun ibtidai istintaqa yuxarıda qeyd etdiyi səbəbdən yalan ifadə verərək oğurluğun guya onun tərəfindən edildiyini etiraf etməsi, cinayət hadisəsi baş verən tarixdə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu aidiyyatı orqanlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlarla qüvvədən düşmüş və əsassız olmasına baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrə istinad edilərək, təqsirləndirilən şəxslərin ifadələri sübut kimi qəbul edilərək, təqsirləndirilən şəxs2 barəsində ittihamedici hökm çıxarılmışdır. Halbuki, həmin hadisə baş verən zaman təqsirləndirilən şəxs2 Rusiya Federasiyasında olmuş və hal aidiyyəti orqanlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlarla təsdiq edilmişdir. təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi həmin rəsmi sübutlarla təkzib edildiyindən onun oğurluq cinayət əməlini törətməkdə təqsirli bilinməsi tamamilə əsassız və qanunsuzdur. Cinayət işinin materiallarında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ilkin ifadəsində göstərdiyi guya təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olma və hadisə zamanı onu yönəltdiyini təsdiq edəcək bir fakt, mötəbər dəlil mövcud deyildir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması protokolu da CPM-nin tələblərinin pozulması ilə tərtib edilmişdir. Həmin protokol CPM-nin tələblərini pozduğu, həmçinin təqsirləndirilən şəxslərin ifadələri arasında əhəmiyyətli ziddiyyətlərin aradan qaldırılmasına əsas ola biləcək faktları özündə əhatə etmədiyi üçün nə sübut statusuna malik deyil, nə də təqsirləndirilən şəxs2 əleyhinə ittihamın sübut edilməsi üçün mötəbər dəlil hesab edilməz. Lakin, məhkəmə hökmündə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə ve yuxarıda qeyd edilən protokollara istinad edilərək, həmin ifadələr və protokollar mötəbər sübutlar kimi qəbu edilərək, təqsirləndirilən şəxs2 barəsində əsassız və qanunsuz olaraq ittihamedici hökm çıxarılmışdır. Hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ləğv edilərək, təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalıdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv edərək təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv edərək ona bəraət verilmsəini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya şikayətlərinin dəlillərində təqsirləndirilən şəxs və onun müdafiəçisi birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilərək təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla ibtidai istintaq və birinci instansiya məhkəməsində və apellyasiya icratı zamanı araşdırılmış sübutlarla, habelə sair iş materialları ilə tamamilə təkzib edilir. Belə ki, Birinci insansiya məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdimişdir ki, Şəmkir rayonu Bayramlı kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. təqsirləndirilən şəxs1 onun gəlinidir. Aytac onun böyük oğlu Raul Cəfərovla 2015-ci ildə ailə həyatı qurmuşdur, birgə nikahlarından 2 nəfər az yaşlı övladları var. O, fərdi yaşayış evində oğlu Zaurla birlikdə yaşayır. ## ######## 2024-cü il tarixdə saat 12 radələrində gəlini Aytacın yaşadığı ünvana getmişdir,evdən çıxıb gedən zamanı o, evin giriş və darvazasını açarla bağladıqdan sonra evin açarını darvazananın yanında olan daşın altına qoymuşdur. Evin açarının həmin yerə qoyduğu barədə oğlu Zaurun məlumatı olmuşdur. Təxminən onların evi arasında məsafə piyada 20-25 dəqiqəlik yol olmuşdur. O, gəlininin evinə çatdıqdan sonra həyətə keçmiş və Aytaca bildirmişdir ki, suyu açsın ki, o qonşuluqda oğluna məxsus bağı suvarsın. Aytac suyu açdıqdan sonra o, bağa keçib suyu ağaclara tərəf gətirdikdən sonra Aytacın yaşadığı evə geri qayıtmışdır. Aytac ona mağazaya gedib çörək alıb gələcəyini bildirmişdir. Aytac mağazaya getdikdən sonra o, evdə uşaqlara baxmağa başlamışdır. Təxminən 1 saatdan sonra Aytac yaşadıqları ünvana gəlmişdir. O, bağı suvarıb qutardıqdan sonra saat təxminən 20 radələrində yaşadığı ünvana gəlmişdir. O, darvazanı açarla açıb içəri daxil olmuş, içəri daxil olduqdan sonra o, əl damına tərəf getmiş və axşam yeməyini yedikdən sonra saat 23 radələrinə yatmaq üçün yuxarıdakı evə qalxmışdır. Açarı qoyduğu yerdən götürüb klidi açmaq istəyən zamanı qapının bağlı olmadığını görmüşdür. O, fikirləşmiş ki, oğlu Zaur evə gələrək pul götürüb daş almaq üçün Bakı şəhərinə getmişdir. O, evə daxil olduqdan sonra yataq otağına keçmiş, otağa daxil olduqdan sonra otaqda olan yorğan və döşəklərin dağınıq formada olduğunu görmüşdür. Bundan sonra o bu barədə oğlu Zaura zəng edib məlumat vermişdir. Yataq otağında olan sandığın kilidini açıldığını və içərisində olan əşyaların dağıdıldığını görmüş, sandığın içərisinə baxan zamanı sandığın içərisində olan 2 ədəd hər birinin çəkisi 10-15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 20 il bundan əvvəl alınmış qızıl sep və klonu, 3 cüt hər birinin çəkisi 10 qram olan Rusiya istehsalı olan 20 il bundan əvvəl alınmış 583-585 əyarında sırğa , 1 ədəd çəkisi 5-10 qram olan Rusiya istehsalı olan təxminən 20 il bundan əvvəl alınmış 583-585 əyarında üzük, 1 ədəd Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış “ Yoluçnu “ qızıl sepi və bilərziyi təxmini qiyməti 6000 manat dəyərində, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin üzük, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin sırğası, 2 ədəd hər birinin çəkisi 5- 8 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış qızıl üzük, 1 ədəd çəkisi 20 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzük, 1 ədəd çəkisi 15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 5-8 qram olan qırmızı qaşlı Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 3-4 qram Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzüyün və 100 manat pulunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, Zaura yenidən zəng edərək məlumat vermiş və qızılların oğurlandığını bildirmişdir. Zaur isə ona polisə zəng etməyini və əşyalara əlini vurmamağını bildirmişdir. Təxminən 20-25 dəqiqədən sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər və hadisə yerinə baxış keçirdib çıxıb getmişlər. Sonradan onlara məlum olmuşdur ki, oğurluq edən şəxs onun gəlini Aytacdır. Onun yaşadığı fərdi yaşayış evindən oğurluq hadisəsi ##.##.2024-cü il tarixdə günün ikinci yarısında baş vermişdir. Ona məxsus fərdi yaşayış evinin yataq otağında olan sandıqın içərisindən 2 ədəd hər birinin çəkisi 10-15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 20 il bundan əvvəl alınmış qızıl sep və klonu, 3 cüt hər birinin çəkisi 10 qram olan Rusiya istehsalı olan 20 il bundan əvvəl alınmış 583-585 əyarında sırğa, 1 ədəd çəkisi 5-10 qram olan Rusiya istehsalı olan təxminən 20 il bundan əvvəl alınmış 583-585 əyarında üzük, 1 ədəd Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış “ Yoluçnu “ qızıl sepi və bilərziyi təxmini qiyməti 6000 manat dəyərində, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin üzük, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin sırğa, 2 ədəd hər birinin çəkisi 5-8 qram olan Rusiya istehsalı olan 583- 585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış qızıl üzük, 1 ədəd çəkisi 20 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzük, 1 ədəd çəkisi 15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 5-8 qram olan qırmızı qaşlı Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 3-4 qram Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzüyün və 100 manat pulu oğurlanmışdır. Birinci insansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu Bayramlı kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun anası, təqsirləndirilən şəxs1 isə onun qardaşı Turanın həyat yoldaşıdır. təqsirləndirilən şəxs1 ilə onun qardaşı 2015-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 2 nəfər azyaşlı övları var. Ailə qurduqdan sonra qardaşı ilə gəlinləri Aytac onlardan ayrı yaşamağa başlamışlardır. Qardaşı Turan isə mütəmadı olaraq Rusiya Federasiyasına gedib gəlmişdir. ## ######## 2024-cü il tarixdə səhər saatlarında o, VAZ 21099 markalı avtomobili satmaq üçün Tovuz rayonunda yerləşən maşın bazarına getmişdir. Avtomobili 3000 manata satqıdan sonra avtomobilin pulunu götürüb yaşadığı Şəmkir rayonu Bayramlı kəndində gəlmiş və pulu anasının qızıları saxladığı fərdi yaşayış evində yerləşən şkafin içərisində olan gödəkçənin döş cibinə qoymuş, bundan sonra isə bərbərxanaya getmiş və saat 15:30 radələrində toya getmişdir. O, toya gedən zamanı gəlinləri Aytac onu yolda görmüşdür. O, Aytacdan hara getməsini soruşduqda ona bildirmişdir ki, çörək almağa gedir. Axşam saatlarında anası ona zəng edib, evlərində oğurluq hadisəsini olduğunu demişdir. Qayıtdıqdan sonra məlum olmuşdur ki, fərdi yaşayış evindən anasına məxsus qızıl zinət əşyaları oğurlanmışdır. Təxminən 5-10 gündən sonra onlara məlum olmuşdur ki, fərdi yaşayış evindən oğurluq edən şəxs gəlinləri təqsirləndirilən şəxs1dır. Birinci insansiya məhkəmə istintaqı zamanı elan edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. Zərərçəkmiş şəxs ilə aralarında düşmənçilik və ədavət yoxdur. Belə ki, o Zərərçəkmiş şəxs oğlu Raul Cəfərovla 2015-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından Nərgiz və Davıd adlı 2 az yaşlı övladları var. Həyat yoldaşı mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasına gedib gəlir. təxminən 7 il olarki onlar həyat yoldaşının valdeynlərindən ayrı olaraq yaşayırlar. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq olması barədə etdiyi müraciətlə bağlı onu qeyd etmək istəmiş ki, onun qardaşı Ismət Cəfərov Azərbaycan Respublikasın Cinayət Məcələsinin 120-ci maddəsi ilə təqsirli bilinərək 2020-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qardaşı Ismət Cəfərovla birlikdə Şəmkir rayonu Təzəkənd kənd sakini təqsirləndirilən şəxs2 ilə birlikdə cəzaçəkmə müəssəsində cəza çəkmişdir. Əzəmət həbsdən azad olduqdan sonra anası Minəvəri ziyarət etməyə gəlmişdir. 2024-cü ilin fevral ayının axırlarında Əzəmət qardaşı övladı Elnurun ad gününə gəlmişdir. O, da məclisdə 2 azyaşlı övladları ilə birlikdə iştirak etmişdir. Məclis qutardıqdan sonra o, yaşadığı Şəmkir rayonu Bayramlı kəndinə gəlmişdir. 2024-cü ilin iyun ayında o, Instaqram sosial şəbəkəsində Əzəməti axtarmağa başlamışdır. O, Instaqram sosial şəbəkəsində Əzəmət yazılmış profilə mesaj yazmış və həmin şəxsin Əzəmət olduğunu dəqiqləşdirmişdir. O, Əzəmətlə Instaqram sosial şəbəkəsində yazışdıqdan sonra mobil nömrəmi Əzəmətə vermiş və ona Vatcap sosial şəbəkəsində yazmağa başlamışdır. Bundan sonra aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. 2024-cü ilin iyul ayında X9 Moskva şəhərindən Şəmkir rayonu geri qayıtmışdır. Əzəmət Şəmkir rayonuna gəldikdən sonra 2024-cü ilin avqust ayında onun yaşadığı Şəmkir rayonu Bayramlı kəndində saat təxminən 23 radələrində gəlmiş, sonradan Əzəmət təxminən gecə saat 02 radələrində yaşadığı evi tərk edib getmişdir. O, sonuncu ilə vhatsap sosial şəbəkəsində danışan zamanı Əzəmət ona bildirmiş ki, o işləmir pula ehtiyacı vardır. O, da Əzəmətə qayınanası Zərərçəkmiş şəxs fərdi yaşayış evidnə qızılzinət əşyalarının olduğunu bildirmişdir. Əzəmət isə ona sual verərək “ həmin qızılzinət əşyalarını götürə bilərsənmi” deyə demiş, o, da Əzəmətə həmin qızılları götürə biləcəyini bildirmişdir. Onlar bu barədə söhbət edən zamanı Əzəmət Rusiya Federasiyasında olmuşdur. Əzəmət həmçinin ona bildirmiş ki, qızılları evdən götürən zamanı əlinə əlçək geyin və qızılları olduğu yeri götürdükdən sonra dağıdarsan. O, da Əzəmətlə razılaşmışdır. ##.##.2024-cü il tarixdə saat 13 radələrində qayınanası Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gəlmiş, gəlməyinin səbəbi isə oğlu Zaura məxsus meyvə bağını suvarmaq olmuşdur. O, suya açdıqdan sonra Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. O, evdən çıxıb gedən zamanı Zərərçəkmiş şəxs bildirmiş ki, evdə çörək yoxdu o, çörək almağa gedir. Bundan sonra o, piyada hərəkət edərək Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Evlər arasında məsafə təxminən piyada 30-45 dəqiqə arasındadır. O, qayınanasının yaşadığı evin qarşısına çatdıqda qaynı Zaurun evi tərk edib toya getdiyini görmüşdür. Marketdən çörək alıb geri qayıdan zamanı qayınanasına məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Evə daxil olmaq üçün o, ilkin olaraq darvazanın yanında olan daşın altından açarı götürüb kilidi açdıqdan sonra həyətə daxil olub evin kilidini yenidən daşın altından götürdüyü açarla açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra Əzəmətə zəng edib qayınanasının evində olduğunu bildirmişdir. O onunla görüntülü danışaraq ona istiqamət verməyə başlamışdır. Əzəmət ona bildirmişdir ki, yorğan-döşəyi dağıtamağa başla və pəncərini aç. Əzəmətin ona icra etmək üçün bildirdiyi hərəkətləri etməyə başlamışdır. Həmin hərəkətləri etdikdən sonra o, sandığa tərəf getmişdir. Sandığa tərəf getdikdən sonra Əzəmət ona bildirmiş ki, “əlinə əlçək tax əl izin düşməsin.” O, da özü ilə gətirdiyi əlçəyi əlinə taxdıqdan sonra sandığın kilidini açıb sandığın içərisində olan əşyaları çölə çıxartmağa başlamışdır. Sandığının içərisində olan qayınanası Qəribəyə məxsus qızıl zinət əşyalarını götürüb əynində olan idman şalvarının cibinə qoymuşdur. Bundan sonra isə sonra evin qapılarını bağlayıb heç bir hadisə olmamış kimi yaşadığı evə getmişdir. Evə getdikdən sonra qızılları yataq otağında olan əl çantasının içərisinə qoymuşdur. Qayınanası yaşadıqları evi tərk edib getdikdən sonra bu barədə Əzəmətə Vatcap sosial şəbəkəsi vasitəsi ilə zəng edib məlumat verdikdən sonra qızıl əşyalarını ona göstərmişdir. Əzəmət qızıllara baxdıqdan sonra ona bildirmiş ki, qızılları evdə gizlət o, Rusiyadan gəldikdən sonra götürəcək. O, da Əzəmətlə razılaşmış və qızıları yaşadığı evdə çantanın içərisində gizlətmişdir. Həmin günün səhərisi yəni ##.##.2024-cü il tarixdə ona qayınanası Qətibə zəng edərək ona bildirmiş ki, evdən oğurluq olub. O, da bundan sonra qayınansının Qətibənin yaşadığı evə getmişdir. Sonra isə Şəmkir RPŞ-nin əməkdaşları qayınanasının yaşadığı evə gələrək hadisə yerinə baxış keçirdib çıxıb getmişlər. O, da həmin gün PB-nə gedib izahat vermişdir. ##.##.2024-cü il tarixdə Əzəmət Şəmkir rayonuna gəlmişdir. Gəldikdən sonra Əzəmət gecə saatlarında onun yaşadığı Şəmkir rayonu Bayramlı kəndinə gəlmişdir. Gecə oğurladığı qızıl zinət əşyalarını Əzəmətə verdikdən sonra sonuncu yaşadığı evi tərk edib getmişdir. Əzəmət qızıları götürüb getdikdən sonra ona bildirmiş ki, o həyat yoldaşından boşanıb onunla ailə həyatı qursun. O, da bu barədə fikirləşməyə başlamışdır. O, Əzəmətdən qızılları aqibətini soruşduqda ona bildirmiş ki, narahat olmasın qızıllar ondadır.Təxminən 10 gün bundan əvvəl o, Əzəmətlə mobil telefon vasitəsi ilə danışan zamanı ona bildirmiş ki, verdiyi qızıl zinət əşyalarından bir qismini pula ehtiyacı olduğu üçün 500 manata satmışdır. Bundan sonra Əzəmət 200 manat pul göndərəcəyini bildirmişdir. O, da özünə məxsus Kapital banka aid plastik kartı Əzəmətə göndərmişdir, bundan sonra Əzəmət həmin plastik karta 200 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra o, həmin pulla online alış veriş edib özünə paltar almışdır. ##.##.2024-cü il tarixə kimi o, Əzəmətlə mobil telefon vasitəsi ilə əlaqədə saxlamışdır. Şəmkir RPŞ-nə dəvət edildikdən sonra o, oğurluq etməyini etiraf etmişdir.Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində qızıl-zinət əşyalarının olması barədə Əzəmətə məlumatı o vermişdir. Belə ki, Qayınanası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında olan sandıqın içərisindən 2 ədəd hər birinin çəkisi 10-15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 20 il bundan əvvəl alınmış qızıl sep və klonu, 3 cüt hər birinin çəkisi 10 qram olan Rusiya istehsalı olan 20 il bundan əvvəl alınmış 583-585 əyarında sırğa , 1 ədəd çəkisi 5-10 qram olan Rusiya istehsalı olan təxminən 20 il bundan əvvəl alınmış 583-585 əyarında üzük, 1 ədəd Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış “ Yoluçnu “ qızıl sepi və bilərziyi təxmini qiyməti 6000 manat dəyərində, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin üzük, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10- 15 il bundan əvvəl alınmış platin sırğa, 2 ədəd hər birinin çəkisi 5-8 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış qızıl üzük, 1 ədəd çəkisi 20 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzük, 1 ədəd çəkisi 15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 5-8 qram olan qırmızı qaşlı Rusiya istehsalı olan 583- 585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 3-4 qram Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzüyü və 100 manat pulu o oğurlamışdır. Oğurladığım qızıl zinət əşyalarını o, Əzəmət Rusiya Federasiyasından ##.##.2024-cü il tarixdə Şəmkir rayonuna gəldikdən sonra gecə yarısı ona vermişdir. təqsirləndirilən şəxs2 dedikləri yalandır, təqsirləndirilən şəxs2 onu təxminən 5-6 ay olarki tanıyır. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq hadisəsini o, etmişdir. təqsirləndirilən şəxs2 isə ona oğurluq etməkdə köməklik etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı qızıl zinət əşyalarını o, Əzəmət Həsənova vermişdir. Birinci insansiya istintaqı zamanı elan edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X2 tanıyır. Belə ki, Qətibə Cəfərovanın qudasının oğlu Ismət onunla birlikdə * saylı cəzaçəkmə müəsəsində onunla cəza çəkmişdir. O, həbsdən çıxdıqdan sonra Ismətin yaşadığı Şəmkir rayonu Bayramlı kəndində qonaq gəlmişdir. Qonaq gəldikdən sonra o, qərara gəlmiş ki, Ismətin bacısının qayınanası Qətibənin yaşadığı fərdi yaşayış evindən oğurluq edib. Bu məqsədlə o, ##.##.2024-cü il tarixdə Şəmkir rayonu Bayramlı kəndində gəlmişdir. Qətibə Cəfərovanın yaşadığı fərdi yaşayış evinin qarşısına gəldikdən sonra evin qarşısında olan daşın altındakl açarı götürüb evə daxil olaraq evi axtarçmağa başlamışdır. Yataq otağına keçdikdən sonra yataq otağında olan sandıqın içərisində olan qızıl-zinət əşyalarını götürüb qapını bağlayaraq fərdi yaşayış evini tərk edib getmişdir. Qızılları götürüb Bakı şəhərinə getmiş və tanımadığı ərazilərdə təxminən 3000 manata satmışdır. ##.##.2024-cü il tarixdə ölkəni tərk edib gedən zamanı onu Gəncə beynəlxalq areportunda saxlayaraq onu Şəmkir RPŞ-nə gətirmişlər. O, da Şəmkir RPŞ-də etdiyi cinayət hadisəsini etiraf etmişdir. təqsirləndirilən şəxs1 tanımır. Aytacın dediklərinin hamısı yalandır. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluğu Zərərçəkmiş şəxs evi tərk edib getməsini gördükdən sonra evin açarını daşın altından götürüb evə daxil olub oğurluq etmişdir. Fərdi yaşayış evinin forması 1 mərtəbə kürsulu evdir.O, həmin vaxt Azərbaycanda olmuşdur.Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yataq otağında olan sandıqdan fərdi yaşayış evinin yataq otağında olan sandıqın içərisindən 2 ədəd hər birinin çəkisi 10-15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 20 il bundan əvvəl alınmış qızıl sep və klonu, 3 cüt hər birinin çəkisi 10 qram olan Rusiya istehsalı olan 20 il bundan əvvəl alınmış 583-585 əyarında sırğa, 1 ədəd çəkisi 5-10 qram olan Rusiya istehsalı olan təxminən 20 il bundan əvvəl alınmış 583-585 əyarında üzük, 1 ədəd Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış “ Yoluçnu “ qızıl sepi və bilərziyi təxmini qiyməti 6000 manat dəyərində, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin üzük, 01 ədəd çəkisi 10 qram olan Rusiya istehsalı olan 583-585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış platin sırğa, 2 ədəd hər birinin çəkisi 5-8 qram olan Rusiya istehsalı olan 583- 585 əyarında təxminən 10-15 il bundan əvvəl alınmış qızıl üzük, 1 ədəd çəkisi 20 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzük, 1 ədəd çəkisi 15 qram olan Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 5-8 qram olan qırmızı qaşlı Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış sırğa, 1 ədəd çəkisi 3-4 qram Rusiya istehsalı olan 583-585 əyarında 30 il bundan əvvəl alınmış üzüyü və 100 manat pulu o, oğurlamışdır.O, oğurladığı qızıl zinət əşyalarından bir qismini satmış lakin təqsirləndirilən şəxs1 o, pul göndərməmişdir. təqsirləndirilən şəxs1 onun haqqında dedikləri yalandır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı oğurluq hadisəsinin baş verdiyi Şəmkir rayonu, Bayramlı kəndində yerləşən evə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən oğurlanmış 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl üzüyü Zəyəm Polis Bölməsində təqdim etmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli raportdan görünür ki, ## ######## 2024cü ildə Şəmkir rayonu, Bayramlı kəndinə yaşayan Zərərçəkmiş şəxs Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinə ərizə ilə müraciət edərək ## ######## 2024-cü il tarixdə naməlum şəxs və ya şəxslər evinə gizlin yolla daxil olub səliqə-səhmanı pozaraq evində olan, “Yoluçnu" qızıl sepi və bilərziyi, qızıl sırqa-üzüyü, tək üzüyü platin üzüyü, əlavə bir üzüyü, sırqa dəstini, qızıl qaşlı sırqanı, iki ədəd qızıl sepi, tərəzi forma klonu, üç ədəd sırqaları və bir ədəd qızıl üzüyü oğurladığını bildirmişdir. Müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları ##.##.2024-cü ildə Şəmkir rayonu Bayramlı kəndində yaşayan gəlini təqsirləndirilən şəxs1 qızı oğurlayaraq Həsənov Əzəmət Vəli oğluna vermişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixdə üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, təqsirləndirilən şəxs1 ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında ##.##.2024-cü il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmədə dindirmə zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 tanımadığını bildirmişdir. Şəmkir rayonu, Bayramlı kəndində yerləşən Zərərçəkmiş şəxs evindən qızılzinət əşyaları onun oğurladığını və Bakı şəhərində tanımadığı şəxslərə satdığını bildirmişdir. təqsirləndirilən şəxs1 isə təqsirləndirilən şəxs2 tanıdığını, onunla münasibətləri olduğunu və qaynanasının evindən qızıl-zinət əşyalarının oğurlanması planının təqsirləndirilən şəxs2 tərəfindən qurulduğunu, onun tərəfindən isə icra olunduğunu bildirmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, şahid2(təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 anası) Şəmkir rayonu, Təzəkəndində yerləşən evinə baxış keçirilmişdir. Sanitar qovşağa daxil olduqda zibil qutusunun içərisindən kağıza bükülmüş əşya aşkarlanmışdır. Həmin bükülünü açdıqda içərisindən 2 cüt sırğa, 1 ədəd sırğa aşkar olunmuşdur. Həmçinin evin arxa hissəsində yerləşən it damının yaxınlığında sarı rəngdə sellofan torba aşkar olunmuşdur. Həmin torbanın içərisində 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa, 5 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd klon, 1 cüt sırğa aşkar olunmuşdur. Hadisə yerinin fotoşəkilləri və videogörüntüsü çəkilərək protokola əlavə edilmişdir Iş materiallarında olan Şəmkir RIHB Təzəkənd kənd IƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə hesab etmişdir ki, Məhkəmə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi müəyyən edir və cəza təyini zamanı nəzərə alınmalı olmasını qeyd edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir, cəzanı yüngülləşdirən hallar isə Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilmədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni ## ####### 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təyin edilmiş cəza məsələsini müzakirə edərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) ** saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, Insan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ## ###### 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X4 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi ona Cinayət Məcəlləsinin 2, 8.1, 41 və 58-ci maddələrinin tələblərinə uyğun olmayan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarındakı tövsiyələrə əməl etmədən ədalətsiz cəza təyin etmişdir və təqsirləndirilən şəxs2 təyin edilmiş cəza azaldılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cinayət işinin materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmiş və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, hökmədə qeyd olunan halların təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qeyd olunsa da, məhkəmə cəza həddini müəyyən edərkən həmin halları kifayət qədər nəzərə almamış, nisbətən yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və təqsirləndirilən şəxsə nisbətən yüksək həddə cəza təyin etməklə, cəzanın məqsədinə nail olunacağını məhkəmə hökmündə əsaslandırmamış, yalnız formal surətdə Cinayət Məcəlləsinin müvafiq maddələrini sadalamaqla kifayətlənmiş və məhkum edilmiş şəxsin islah olunması üçün bir qədər sərt cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə yüxarıda qeyd olunanları, təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməklə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş cəzanın həddi azaldılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası CPM-nin 399.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası aşağı endirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilsin. təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üc) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 2 (iki) il 6 (altı) ay müddətə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar