Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-142/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İntiqam oğlu və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə təqsirləndirilən şəxs2 İntiqam oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Natiq Abbasov) ##.##.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 01 il 05 ay 07 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış,Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, M.Mustafayev küçəsi ev 18 a ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 İntiqam oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə onun üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası (Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 06 ay azadılmış) ilə qismən toplanılmaqla o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək cəza çəkməsi nəzərə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Xəyyam İntiqam oğlu Qasımov tamah niyyəti ilə ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları təqsirləndirilən şəxs4, Orucov İbrahim Raqif oğlu və İsgəndərov Əliş Rayşan oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ## ### 2024-cü il tarixdə saat 23 radələrində təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonunun Pirli kəndi ərazisində yerləşən X3 İdarəsinin balansında olan ictimai əhəmiyyətli elektrik xətlərinə qoşulmuş 01/316 reper nömrəli subartezian quyusunun yanına gəlib həmin quyunun transformatorundan çıxıb quyunun içərisindəki su matoruna bağlanmış, bir metrinin dəyəri 5 manat olan cəmi 300 metr uzunluqda olan ictimai əhəmiyyətli elektrik naqillərini əvvəlcədən aldıqları və hazırladıqları qayçı və dəmir borunun köməyi ilə qanunsuz olaraq kəsib götürərək zərərçəkmiş X3 İdarəsinə ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları təqsirləndirilən şəxs4, Orucov İbrahim Raqif oğlu və İsgəndərov Əliş Rayşan oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ## ### 2024-cü il tarixdə saat 23 radələrində təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonunun Pirli kəndi ərazisində yerləşən X3 İdarəsinin balansında olan ictimai əhəmiyyətli elektrik xətlərinə qoşulmuş 01/342 reper nömrəli subartezian quyusunun yanına gəlib həmin quyunun transformatorundan çıxıb quyunun içərisindəki su matoruna bağlanmış, bir metrinin dəyəri 5 manat olan cəmi 249 metr uzunluqda olan ictimai əhəmiyyətli elektrik naqillərini əvvəlcədən aldıqları və hazırladıqları qayçı və dəmir borunun köməyi ilə qanunsuz olaraq kəsib götürərək X3 İdarəsinə ümumilikdə 1245 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində məhkəmənin hökmü ilə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Himayəsində yaşlı xəstə ata və anası var, ona həm maddi, həm də mənəvi ehtiyacları var. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmənin hökmü qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq islah olunmamış, birinci instansiya məhkəməsi tərəfindən barəsində ədalətli cəza təyin olunmuşdur. Odur ki, şikayətin təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxs2 istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və etirafedici ifadəsini, zərərçəkmiş şəxs hüquqi şəxsin və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Elxan Verdiyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxs2 əməlində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. İş materialında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Daha sonra Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü apellyasiya protestinə əsasən cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə ona CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, yəni 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən təqsirləndirilən şəxs2 barəsində "Konstitusiya ve Suverenlik ili munasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci iI tarixli Qərarının 3.1-ci bəndi tetbiq edilmiş və ona Gencə Apellyasiya Məhkəmesinin ##.##.2025-ci iI tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. İşin hallarından göründüyü kimi təqsirləndirilən təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə (CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş) və Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə (CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinmiş) barəsində azadlığın məhdudlaşdırılması cəzaları təyin edilmiş və 2 dəfə məhkum olunmuş, sonradan Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, sonradan Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Konstitusiya ve Suverenlik ili munasibəti ilə amnistiya elan edilməsi haqqında" ## ###### 2025-ci iI tarixli Qərarının 3.1-ci bəndi əsasən ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Belə olan halda hazırki vəziyyətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 törətdiyi müxtəlif cinayət əməllərinə görə islah olunması, həmçinin onun cinayət törətməyə sövq edən kriminal meyilliyinin aradan qaldırması öz təsdiqini tapmır. Eyni zamada kollegiya onu da qeyd edir ki, təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, onun yenidən cinayət törətməsi onu göstərir ki, təqsirləndirilən şəxs2 cinayət törətməyə meyilli şəxsdir, o islah olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxs2 daha aşağı həddə və ya daha yüngül cəza növü təyin olunması üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-142/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-142/2026
25.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver