Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-145/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X3, Zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1, Məhkum təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X4 iştirakları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs (mülki cavabdeh) və zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim Məmmədov Elçin) ##.##.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması, mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 4273 (dörd min iki yüz yetmiş üç) manat məbləğində pul müştərək qaydada tutularaq zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsi, mülki iddianın tələbi qalan hissədə təmin edilməməsi hökm edilmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında ## ### 2025-ci il tarixdə saat 04:29-da Gəncə şəhəri, Cavadxan qəsəbəsi Məmmədtağı Cəfərov küçəsində ünvansız ərazidə yerləşən zərərçəkmiş şəxs2 baş satıcısı olduğu «Al Market» mağazasının arxa anbar qapısına dəmir parçası vasitəsi ilə fiziki təsir etməklə qapını açıb, qanunsuz olaraq başqa saxlanc yeri olan mağazaya daxil olaraq, vahid niyyətlə əhatə olunan qəsdlə mağazada vitrində olan 25 manat 99 qəpik dəyərində qatlanan “40L Koopman” kürək çantasını və mağazanın daxilində quraşdırılmış zərərçəkmiş şəxs1 MMC-nin şəxsi mülkiyyətində olan ***** nömrəli ödəmə aparatının inkassasiya qapısını dəmir kəsən aparatla kəsib, içərisində 8273 manat pul olan SCXL-2200 pul kasetini gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 MMC-yə 8273 manat, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 isə 25 manat 99 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, himayəsində xəstə atasının və az yaşlı övladının, eyni zamanda özünü xəstə olmasını nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək mülki iddianın tam təmin edilərək 1398 manat məbləğində pulun təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 onların xeyrinə tutulmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, kassada olan 8273 manat puldan əlavə də ## ### 2025-ci il tarixdə xxxx” MMC təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən ödəniş terminalının zədələnmiş hissələrinin qiymətləndirilməsi üçün Qiymətləndirmə Komissiyasına təqdim edilmiş və həmin komissiya müəyyən etmişdir ki, 50 manat dəyərində təhlükəsizlik kəməri, 150 manat dəyərində inkassasiya qapısı, 50 manat dəyərində inkassasiya qapısının «Gerion» daxili kilidi zədələnərək sındırılmış və həmin terminalın bərpası üçün 400 manat vəsait istifadə ediləcəkdir. Cəmi 650 manat Şirkət tərəfindən dəymiş ziyan barədə akt hazırlanmış və # #### 2025-ci il tarixdə zərərçəkmiş şəxs1 MMC Gəncə şəhər BPI-nə pul kasetinin oğurlanması barədə məktubla müraciət etmişdir. Məhkəmə yalnız ödəniş terminalının daxilində olan 8273 manat nəğd vəsaitinin oğurlanmasını nəzərə almış, 748 manat dəyərində SCXL-2200 pul kasetin oğurlanması, terminalların zədələnmiş müəyyən hissələrinin qiymətlərini və onların bərpası üçün çəkilmiş xərcləri 650 manatı, yəni ümumilikdə 1398 manatı nəzərə almamışdır. Odur ki, mülki iddianın tam təmin olunaraq zərərçəkmiş şəxs1 MMC-yə vurulmuş maddi ziyan 1398 manat məbləğində olan pulun təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əlavə olaraq göstərdi ki, törətdiyi əməldən peşmandır. Eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC tərəfindən verilmiş mülki iddia ilə bağlı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdilər. 8237 manat maddi ziyandan heçən ödəməmiş, yalnız Vicat 4000 manat ödəniş etmişdir. Əvvəllər cinayətməsuliyyətinə cəlb olunmuş, məhkumluğu ödənilmədən bu cinayəti törətmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Azər Quliyev şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, ümumilikdə nümayəndəsi olduğu MMC-yə təqsirləndirilən şəxslər tərəfindən 9671 manat maddi ziyan dəymiş, həmin ziyandan yalnız 4000 manat pulu məhkum təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 dəymiş ziyandan MMC-yə heç bir ödəniş ödəməmişdir. Eyni zamanda nümayəndəsi olduğu MMC tərəfindən ziyanla bağlı təsdiq edilmiş # #### 2026-cı il tarixli arayışı, fotoşəkilləri və MMC-nin baş mühasibi tərəfindən ziyanla bağlı verdiyi məhkubu təqdim edərək 50 manat dəyərində təhlükəsizlik kəməri, 150 manat dəyərində inkassasiya qapısı, 50 manat dəyərində inkassasiya qapısının «Gerion» daxili kilidi zədələnərək sındırılmış və həmin terminalın bərpası üçün 400 manat vəsait istifadə ediləcək, 748 manat dəyərində SCXL-2200 pul kasetin oğurlanması, ümumilikdə 1398 manat zərərin olduğunu göstərmişdir. Həmçinin, 748 manat dəyərində SCXL-2200 pul kasetinin hazırki vəziyyətdə tapılmamışdır. Məhkum təqsirləndirilən şəxs1 və onun müdafiəçisi zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia ilə bağlı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, mülki iddia təmin olunsa da belə ittihamda göstərilən həcmdə, yəni ödənilməmiş məbləğdən yalnız 273 manat pulun təqsirləndirilən şəxs1 tutulmasını xahiş etdi. Məhkum təqsirləndirilən şəxs1 əlavə olaraq göstərdi ki, dəymiş ziyanla bağlı 4000 manat pul ödəmiş, ödənilməmiş 273 manat qalmışdır. Apellyasiya şikayəti verməsə də belə o, törətdiyi əməldən peşmandır. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı Cabbarlı Bəhruz təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini, eyni zamanda zərərçəkmiş (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia ilə bağlı şikayətin dəlillərinə münaisbət bildirərək göstərdi ki, əgər mülki iddia təmin olunarsa 4835 manat 50 qəpik təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, 835 manat 50 qəpik məhkum təqsirləndirilən şəxs1 tutulmasını xahiş etdi. Hüquqi məsələlər CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxs2 istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və etirafedici ifadəsini, zərərçəkmiş şəxs hüquqi şəxsin və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxs2 əməlində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin əməlində cinayətlərin residivi olmasını düzgün nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Iş materialında olan məhkumluq haqqında tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 185.2.1,185.2.2, 234.1-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 26 gün vaxtından əvvəl cəza çəkməkdən şərti azad edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bununla da müəyyən olunur ki, təqsirləndirilən şəxs2 az ağır cinayət törətdiyindən və cəzasını çəkib qurtardığı gündən iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən, yəni ##.##.2025-ci il tarixdə yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 59-cu maddəsinə əsaslanaraq təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini və zərərçəkmiş şəxslərdən biri zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi yarandığı üçün cəzasını ağırlaşdıran hal kimi qiymətləndirərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə olan halda hazırki vəziyyətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 törətdiyi oğurluq cinayət əməllərinə görə islah yoluna qədəm qoyması, həmçinin onun cinayət törətməyə sövq edən kriminal meyilliyinin aradan qaldırması öz təsdiqini tapmır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, təqsirləndirilən şəxs2 törətdiyi oğurluq cinayət əməllərinə görə məhkumluğu ödənilmədən yenidən analoji xarakterli cinayət törətməsi onu göstərir ki, təqsirləndirilən şəxs2 cinayət törətməyə meyilli şəxsdir, o islah olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxs2 daha aşağı həddə və ya daha yüngül cəza növü təyin olunması üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Eyni zamanda, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş ittiham üzrə 8273 manat maddi ziyan təmin edilsə də belə, onlara dəymiş digər 1398 manat maddi ziyan nəzərə alınmamış, ona görə də mülki iddia qismən təmin edilmişdir. ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, "AL" market mağazasında quraşdırılmış "Milliön" ödəmə terminalının pul kassasının kəsilib oğurlanması fotoşəkili, "AL" market mağazasının arxa anbar mağazaının qıfıl hissəsinin zədələndiyi yerin fotoşəkili çəkilmişdir (İ cild, i.v.14, foto 2, i.v.18, foto 6). # #### 2025-ci il tarixli zərərçəkmiş şəxs1 MMC tərəfindən Gəncə şəhər BPI-nə ünvanlanmış məktubdan görünür ki, 50 manat dəyərində təhlükəsizlik kəməri, 150 manat dəyərində inkassasiya qapısı, 50 manat dəyərində inkassasiya qapısının «Gerion» daxili kilidi zədələnərək sındırılmış, 748 manat dəyərində SCXL-2200 pul kasetinin içərisində olan 8273 manat nəğs pulla birlikdə oğurlamışdılar. Aparatın təmiri və bərpası üçün 400 manat vəsait istifadə olunacaq. Nəticədə zərərçəkmiş şəxs1 MMC-yə cəmi 9671 manat məbləğində maddi ziyan vurmuşdular (İ cild, i.v.107). ## ### 2025-ci il tarixli zərərçəkmiş şəxs1 MMC tərəfindən tərtib edilmiş aktın məzmunundan görünür ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən "AL" marketin binasına quraşdırılmış zərərçəkmiş şəxs1 MMC şirkətinin şəxsi mülkiyyəti olan ***** saylı ödəmə aparatının 50 manat dəyərində təhlükəsizlik kəmərini, 150 manat dəyərində inkasassiya qapısını, 50 manat dəyərində inkasassiya qapısının "Gerion" daxili qıfılını zədələnmiş və sındırmışdılar. Ödəmə aparatının təmiri, bərpası üçün 400 manat istifadə ediləcək. Cinayət əməli nəticəsində, "xxxx” şirkətinə 650 manat məbləğində maddi ziyan vurulmuşdur (İ cild, i.v.108). Eyni zamanda zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim etdiyi ## ### 2026-cı il tarixli MMC-nin baş mühasibi tərəfindən ziyanla bağlı verilmiş məktub, # #### 2026-cı il tarixli arayışın məzmunundan, eləcə də fotoşəkillərdən göründüyü kimi ümumilikdə 1398 manat maddi zərərin olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və məhkum təqsirləndirilən şəxs1 etirafedici izahatlarında özlərini ittiham olunduqları cinayət əməlləri üzrə təqsirli bildiklərini göstərmişlər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Belə olan halda hazırki iş üzrə cinayət işində maddi ziyanla bağlı olan aktı, fotoşəkilləri, MMC tərəfindən təqdim edilmiş arayışı, təqsirləndirilən şəxslərin etirafedici ifadələrini, eləcə digər sənədləri şübhə altına alan mötəbər sübutlar təqdim olunmadığına görə mülki iddianın təmin olunmamasına hər hansı qanuni əsas yoxdur. Işin halları ilə müəyyən olunur ki, verilmiş ittiham üzrə oğurluq cinayət əməli nəticəsində 8273 manat ziyandan məhkum təqsirləndirilən şəxs1 tərəfindən dəymiş maddi ziyandan 4000 manat ödənilmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən isə ümumiyyətlə maddi ziyanla bağlı heç bir ödəniş olunmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş zərərçəkmiş şəxs1 MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs1 MMC şirkətinin şəxsi mülkiyyəti olan ***** saylı ödəmə aparatının 50 manat dəyərində təhlükəsizlik kəmərini, 150 manat dəyərində inkasassiya qapısını, 50 manat dəyərində inkasassiya qapısının "Gerion" daxili qıfılını zədələnmiş və sındırmışdılar. Ödəmə aparatının təmiri, bərpası üçün 400 manat istifadə edildiyini, 748 manat dəyərində SCXL-2200 pul kasetinin içərisində olan 8273 manat nəğs pulla birlikdə oğurlamışdılar. ## ###### 2025-ci il tarixdə cavabdeh təqsirləndirilən şəxs1 vurduğu maddi ziyanın əvəzinə 4000 manat pulu MMC-yə ödəmişdir. Cavabdehlər tərəfindən MMC-yə vurulmuş maddi zuyanın ödənilməmiş qalan hissəsi 5671 manatdır (II cild, i.v.38). Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, mülki iddia təmin olunmalı, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 4835 manat 50 qəpik, məhkum təqsirləndirilən şəxs1 835 manat 50 qəpik pul tutulmalı və zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə mülki iddia təmin olunmalı, məhkəmənin hökmü mülki iddia dair hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 4835 manat 50 qəpik, məhkum təqsirləndirilən şəxs1 835 manat 50 qəpik pul tutulmalı və zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs (mülki cavabdeh) təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mülki iddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü mülki iddiaya dair hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) təqsirləndirilən şəxs2 4835 manat 50 qəpik, məhkum təqsirləndirilən şəxs1 835 manat 50 qəpik pul tutularaq zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-145/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-145/2026
03.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver