Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-149/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum təqsirləndirilən şəxs4 oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 127.2.3 və 221.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1- ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1ci maddələri ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4. 127.2.3, 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum təqsirləndirilən şəxs4 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər; Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, X1 və X3 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə ##.##.2002-ciiltarixdəDaşkəsənrayonu,Pirverdilərkəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Qabaqtəpə ərazi dairəsi, Pirverdilər kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 23-cü küçədə yaşayanda yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 170.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 127.2.3-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə və CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi,Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs4 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, təqsirləndirilən şəxs4 ## ######## 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət, ## ###### 2022-ci il tarixdən ## ###### 2022- ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət, ## ####### 2021-ci il tarixdən ## ####### 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət cəmi 5 ay 4 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə məhkəmə məsrəfləri və maddi sübutlara aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, təqsirləndirilən şəxs4 2021-ci ilin sentyabr ayında həmin vaxt yetkinlik yaşına çatmayan ## #### 2004-cü il təvəllüdlü təqsirləndirilən şəxs3 pul qazanacaqları barədə vədlər verərək mənzildən oğurluq etməklə bağlı onu cinayətkar fəaliyyətə cəlb etmiş, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ######## 2021-ci il tarixdən ## ######## 2021-ci il tarixədək olan müddətdə dəqiq günü istintaqa məlum olmayan tarixdə saat 22 radələrində təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında xalası zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 9-cu küçədə yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, təqsirləndirilən şəxs3 vəzifə bölgüsü əsasında kənar şəxs gələrsə xəbər etmək üçün küçədə dayanmış, təqsirləndirilən şəxs4 isə evin həyətinə hasarın ayna üçün olan yerindən daxil olub mənzilin qapısını itələyib açmaqla mənzildən qanunsuz olaraq, dəyəri 678 manat olan 1 ədəd 32 sm diaqonal ölçülü “LG” markalı plazma televizoru, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 100 manat olan 2 ədəd Çin istehsalı olan modern aparatını, 1 ədəd 28 manat dəyərində yataq üzünü, 1 ədəd 100 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, 1 ədəd 37 manat dəyərində Çin istehsalı olan “Star” markalı krosnu aparatını gizli yolla talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 943 manat maddi ziyan vurmuqla oğurluq etmişlər. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ## #### 2022-ci il tarixdə saat 20 radələrində tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 7-ci küçədə yerləşən yarımtikili fərdi yaşayış evinə hasardan tullanıb darvazanı içəri tərəfdən açma yolu ilə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş ümumi uzunluğu 1600 metr, ölçüsü 6 mm olan mis materialdan hazırlanmış elektrik naqillərini gizli yolla talayıb zərərçəkmiş şəxs Elmar Əhmədova 2800 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, tanışları təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ## ######## 2024-cü il tarixdə, saat 22:30 radələrində ictimai yer hesab olunan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 22-ci küçədə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, xuliqanlıq niyyətilə vətəndaş zərərçəkmiş şəxs4 Oqtay oğlunun “VAZ 21015” minik markalı, ** DB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini sürətlə idarə etməsini cüzi səbəb kimi gətirib ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub müdafiəçi6 qarşı kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub zərərçəkmiş şəxs4 nalayiq ifadələrlə təhqir etmiş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib qeyd olunan şəxslərlə birlikdə yumruq, təpik zərbələri və üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi təyinatı istintaqa məlum olmayan bıçağın dəstəyi ilə zərərçəkmiş şəxs4 baş və bədən nahiyyələrindən bir neçə dəfə vuraraq onda qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, sağ əng və burun sümüklərinin qapalı sınıqları, hər iki göz ətrafı yumşaq toxumaların hematoması və şişkinliyi, alın və ənsə nahiyyələrinin yaraları, burun üstü nahiyyəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasınasəbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri; Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 apellyasiya şikayəti verərək həbsdən azad edilməsini və ona yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təqsirli bilinərək 2 (iki) il, 6 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum edilmişdir.Halbuki, cinayət işi üzrə bütün zərərçəkmiş şəxslərlə barışmış, maddi ziyanı tam ödəmiş və birinci instansiya məhkəməsində əməlindən səmimi peşman olduğunu bildirmişdir. Qeyd olunan yüngülləşdirici hallar nəzərə alınmamış, və onun barəsində azadlıqdan məhrumetmə cəzası verilmişdir. Odur ki, ona təyin olunmuş cəzanın dəyişdirilməsini, həbsdən azad edilməklə ona yüngül cəza təyin edilməsini xahiş edir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü dəyişdirərək təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü dəyişdirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxs4 əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkum apellyasiya şikayətində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədəyini, zərərçəkmiş şəxslə barışdığını bildirmiş, bu səbəbdən ona yüngül cəza təyin edilməli olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. təqsirləndirilən şəxs4 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs4 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş digər cəza növlərinin təyin edilməsi, məhkum olunduğu maddəyə CM-nin 62ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxs4 CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 127.2.3 və 221.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1- ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 126.2.4. 127.2.3, 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(3-7)-149/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-149/2026
04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver