Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-150/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakı ilə MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə (hakimlər X16 (sədrlik edən), X1 və X2) ##.##.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.3, 214-3.1, 12.1, 218.2 və 283-1.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 12.3,214-3.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 12.1,218.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 283-1.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ## ###### 2016-cı il tarixdə «Astara» dövlət sərhəd buraxılış məntəqəsindən Iran Islam Respublikası ərazisinə keçərək orada olan Azərbaycan Respublikasının vətəndaşı X9 digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən onun rəhbərliyi və nəzarəti altında müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyəti ilə yaratdığı «Hüseyniyun» adlandırdıqları cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmuş, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşları X3, X8, X4, X5, X7, X6 və digərləri ilə birlikdə həmin cinayətkar birliyin tərkibində özünə götürdüyü «Həmzə» və «Mehdi» dini ləqəbləri ilə 2016-cı ilin noyabr ayının sonundan 2020-ci ilin fevral ayınadək olan müddət ərzində qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikasının Dəməşq, Hələb və digər şəhər və rayonlarda aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib, həmin müddət ərzində cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərinə görə xarici dövlətdə məhkum olunmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə barəsində təyin olunmuş cəzanın ağır olmasını əsas gətirərək hökmün dəyişdirilməsini və barəsində yüngül cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən 12.3, 214-3.1-ci və12.1, 218.2-ci maddələrinin xaric edilməsini və təqsirləndirilənin əməlini CM-nin 283-1.3-cü maddəsi ilə tövsif edilərək ona həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli ittiham olunduğu cinayət tərkibləri ilə düzgün tövsif olunmamışdır. Belə ki, bir hərəkətə görə Təqsirləndirilən şəxs əməli CM-nin 3 (üç) müxtəlif cinayət tərkibləri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 12.3, 214-3.1-ci və 12.1, 218.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməyi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs özünü yalnız CM-nin 283-1.3-cü maddəsi ilə təqsirli bilir və cinayətin açılmasında və onun iştirakçılarının ifşa edilməsində fəal köməklik göstərərək səmimi peşman olduğunu göstərmiş, lakin məhkəmə onun səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Bunun əksini Təqsirləndirilən şəxs əməlinin tamah məqsədilə törədildiyi hesab edilərək onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasına baxmayaraq, məhkəmə düzgün olmayaraq törədilmiş əməli tamah məqsədilə ilə cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmiş və hökmlə təyin olunmuş cəza kifayət qədər ədalətlidir. Odur ki, apellyasiya şikayətlərinin təmin olunmadan və hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs əməlində CM-nin 12.3, 214-3.1-ci və 12.1, 218.2-ci maddələrin xaric edilməsini və onun əməlini CM-nin 283-1.3-cü maddəsi ilə tövsif edilməsini və barəsində yüngülləşdirici halların nəzərə alınaraq yüngül cəzanın təyin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni istintaq hərəkətləri protokolları, şahidlərin ifadələrinə, DTX-nin məktublarını, ekspertiza rəyinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 12.3, 214-3.1-ci və 12.1, 218.2-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 12.3, 214-3.1-ci və 12.1, 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllərini törətməsi cinayət işi üzrə toplanmış aşağıda qeyd olunan mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -##.##.2025-ci il tarixli “fotoşəkil üzrə tanınma” haqqında protokol; -##.##.2025-ci il tarixli “fotoşəkil üzrə tanınma” haqqında protokol; -##.##.2025-ci il tarixli “fotoşəkil üzrə tanınma” haqqında protokol; -##.##.2025-ci il tarixli “fotoşəkil üzrə tanınma” haqqında protokollar; -##.##.2025-ci il tarixli “fotoşəkil üzrə tanınma” haqqında protokollar; -DTX-nin Əks-Kəşfiyyat Baş Idarəsinin ##.##.2018-ci il tarixli məktubu; -DTX-nin ##.##.2022-ci il tarixli məktubu; -DTX-nin ##.##.2022-ci il tarixli məktubu; -DTX-nin Gəncə şəhər Idarəsinin ##.##.2023-cü il tarixli məktubu; -##.##.2025-ci il tarixli “Giriş-çıxış və qeydiyyat” IAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Iran Islam Respublikasına çoxsaylı səfərləri olmuş, Təqsirləndirilən şəxs ## ###### 2016-cı il tarixdə saat 11:42 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə Iran Islam Respublikasına getmiş, ## ###### 2017-ci il tarixdə saat 11:56 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıtmış, ## #### 2018-ci il tarixdə saat 14:41 dəqiqədə «Şirvanlı» sərhəd-buraxılış məntəqəsindən keçməklə Rusiya Federasiyasına, oradan isə Iran Islam Respublikasına getmişdir; -##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; -##.##.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri birlikdə ünvan 1 qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə sakinlər tərəfindən iranyönümlü radikal dindar kimi tanınmışdır; -11.2025-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır; Bundan başqa, birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 12.3, 214-3.1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün CPM-nin 327.1.1-ci maddəsinin tələbinə əsasən onun məhkəməyədək icraat zamanı ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş (hazırki vəziyyətdə hökmdə həmin ifadələr təsvir olunduğundan kollegiya həmin ifadələrin təkrar qeyd olunmasına zərurət görmür), sonra birinci instansiya məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi bütün ifadələrini təsdiq etmiş, həmin ifadələr onun sözləri ilə doğru yazılmış, ibtidai istintaq zamanı ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməmişdir. Tohid Ibrahimbəylini şəxsən görmüşdür. Təlimlər zamanı silahdan sərbəst atəşlər açmışdır. Təlimlərdə iştirak edərkən ləqəbi Mehdi olmuşdur. Hələb şəhərinə gedərkən hər hansı məbləğ üçün deyil, dini inancı ilə bağlı getmişdir. Lakin orada onlara xərclərini qarşılamaq üçün pul verilmişdir. Xatırladığı qədəri ilə ayrı-ayrı vaxtlarda oradan qayıdarkən ona 400 və 800 ABŞ dolları məbləğində pul verilmişdir. Əməlindən səmimi peşman olmuşdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə birlikdə 2018ci ildə Suriyada silahlı hərbi təlimlərdə iştirak etmişdir. Onlar təlimlərdə Hələbin müdafiə olunması məqsədilə iştirak etmişlər. Orada ondan başqa dayısı oğlanları Əli və Ehtiram, həmçinin xalası oğlu Isgəndər də olmuşdur. Təlimlər Hələb şəhərində keçirilmişdir. O, Suriyaya xalası oğlu Isgəndərlə birlikdə getmişdir. O, Suriyaya hər hansı məbləğ qarşılığında deyil, sadəcə dini inancı ilə bağlı xanım “Zeynəb”-in ziyarətgahını müdafiəsi üçün könüllü olaraq getmişdir. Təlimlər ilk dəfə 20 gün, digərində isə təxminən 30 gün olmuşdur. Təlimlər zamanı odlu silahdan atəş açmışlar. Üzərindən uzun müddət keçdiyindən Suriyaya gedərkən orada onları kimin qarşıladığını xatırlamamışdır. Dayısı oğlu Əli Suriyada yaşamışdır. Təlimlərin təşkilatçısının adının yaxud ləqəbinin nə olduğunu xatırlamamışdır. Təlimlərdə iştirak üçün könüllü olaraq getsə də, hər dəfə pul verilmişdir. Ümumilikdə iki dəfə təlimlərdə iştirak etmiş və hər dəfə də ona 800 ABŞ dolları verilmişdir. Təlimlərdə olarkən onlar ləqəblərdən istifadə etmişlər, onun ləqəbi Heydər, Əlinin ləqəbi isə Mehdi olmuşdur. Yuxarıda qeyd olunan mötəbər sübutlarla yanaşı, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 283-1.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 12.3,214-3.1, 12.1,218.2-ci maddələrinin tərkib əlamətləri mövcuddur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, ona bəraət verilməsinə dair göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkətinin protokolları, şahidlərin ifadələri, sənədlər, DTX-nin məktublarını, ekspertiza rəyi və digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında daxili inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə bağlı şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Cəza məsələsinə gəldikdə cinayət hüquq nəzəriyyəsinə görə cəza təyin edilərkən CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş digər hallara yanaşı, təqsirkarın şəxsiyyəti, yəni onun sosial və psixoloji xüsusiyyətləri nəzərə alınır. Sosial xüsusiyyətlərə şəxsin cinsi, yaşı, ictimai vəziyyəti, təhsili, ailə vəziyyəti, peşəsi, vəzifəsi, həyat tərzi, əməyə, təhsilə, birgə yaşayış qaydalarına, qanunlara, insanlara münasibəti və s. daxildir. Şəxsin psixoloji xüsusiyyətlərinə onun xarakteri, iradəsi və s. bu kimi hallar daxildir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən onu yüngülləşdirici hal kimi, cinayətin tamah məqsədi ilə törədilməsini CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq təqsirli bilindiyi cinayət əməlləri üzrə ayrıayrılıqda cəza təyin edilərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində təyin olunmuş cəzanın ağır olmasını göstərsə də bu xüsusatı hazırki vəziyyətdə ona və ailə vəziyyətinə necə təsir göstərməsini əsaslandıra bilməmişdir. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs daha aşağı həddə cəza təyin olunması üçün hər hansı bir qanuni əsaslar müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-150/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-150/2026
25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver