Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-151/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə (hakim Məhəmmədi Həvayət ) ##.##.1992-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 azyaşlı uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs keçmiş arvadı şahid6 ilə həmkəndlisi şahid5 aralarında bir il əvvəl olan intim münasibətə görə ailələri arasında münasibətlərin pozulması və sonuncunun qardaşı Zərərçəkmiş şəxs ## ######## 2025-ci il tarixdə Şəmkir rayonu, Sarıtəpə kəndində olan çayxanada onun ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən məsələyə aydınlıq gətirmək məqsədilə ## ######## 2025-ci il tarixdə saat 22 radələrində yaşadığı Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən uşaq bağçasının yanında Zərərçəkmiş şəxsla görüşüb sözlə mübahisə zamanı qarşılıqlı olaraq birbirlərinin ünvanına nalayiq sözlər işlətmələri və qarşılıqlı olaraq bir-birlərinə zərbələr endirmələri səbəbində sonuncudan qisas almaq niyyətilə əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağ almacıq nahiyəsinin, hər iki yanağın, sol qulaq seyvanının arxa səthinin sıyrıqları, döş qəfəsinin arxa və sol yan səthinin, sağ bud nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən, həmçinin sol təpə - gicgah, sağ gicgah – alın nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması və sağ baldır nahiyəsinin yuxarı üçdə birinin ön səthinin əzilmiş səthi yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin məhkəmə istintaqı zamanı o, məhkəməyə vəsatətlə müraciət edərək hadisə zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs başqa digər iki nəfər şəxs tərəfindən döyülməyini qeyd edib cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını xahiş etsə də, lakin vəsatətinə hüquqi qiymət verilməmiş, həmçinin baş vermiş hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almış və həmin xəsarətlərə görə uzun müddətdir ki, müalicə alır, buna görə də o, maddi ziyan çəkmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra onun müalicə xərclərini qarşılamamışdır. Onu döyən digər şəxslərin də cinaət məsuliyyətinə cəlb olunmasını və şikayətinin təmin edilməsini xahiş edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərini dəqiqləşdirərək göstərdi ki, məhkəmənin qərarı ləğv edilsin və cinayət işi araşdırılması üçün ibtidai istinaqa qaytarılsın. Əlavə olaraq o, göstərdi ki, onu təkcə Təqsirləndirilən şəxs deyil, eyni zamanda Təqsirləndirilən şəxsla birlikdə şahid8 və şahid7 adlı şəxslərin də onu döymələrinə baxmayaraq, heç bir səbəb olmadan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmamışlar. Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Odur ki, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, o, təkcə zərərçəkmiş şəxsi döymüşdür, zərərçəkmiş şəxsi döyən zaman əlində armatur olmamış və yanında həmin şəxslər olmamışdır. Himayəsində 2 azyaşlı övladı var. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı hökmdən apellyasiya protesti vermədiyi üçün, eyni zamanda hökmdə göstərilən xüsusatların şikayətin dəlillərində göstərilən xüsusatlarla təkzib olunduğu üçün hökmü ədalətli və qanuni hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». İlk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və etirafedici ifadəsini, istintaq hərəkətləri protokolları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəyinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar qərarda ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin dəlillərində göstərilən xüsusatlar da mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, zərərçəkmiş şəxsin təkcə təqsirləndirilən Təqsirləndirilən şəxs deyil, onunla yanaşı digər iki nəfər şəxs tərəfindən döyülməsi faktının müəyyən olunması üçün işin ibtidai istintaqa qaytarılmasına dair apellyasiya şikayətində qeyd etdiyi xüsusatlara hüquqi qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya və apellyasiya məhkəmələrində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə birlikdə əlavə hər hansı şəxs(lər)in onu döymələri nəricəsində xəsarət alması birinci instansiya məhkəməsində tədqiq edilmiş ## ######## 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Həmçinin, şahidlər şahid8 və şahid7 ibtidai istintaq zamanı, həmçinin birinci instansiya məhkəməsi iclaslarında ifadələrində göstərmişlər ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onlara böhtan atır, eyni zamanda təqsirliləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya və apellyasiya məhkəməsində izahatında qeyd edilən xüsusatları yenidən təsdiq edərək zərərçəkmiş şəxsi özü təkcə döydüyünü, adı qeyd olunan həmin şəxslərin isə hadisə zamanı onunla birlikdə olmadıqları bildirmişdir. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qeyd olunan xüsusatın araşdırılması üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasına hər hansı bir hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatları əsassız hesab edir və həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Amnistiya aktının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) 2 yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq onun CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair xüsusatını əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-151/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-151/2026
01.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver