Məhkəmə qərarları › İş №1(3-7)-153/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-153/2026

22.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-153/2026 22.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair Xüsusi ittihamçı oğlunun xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən xüsusi ittiham qaydasında materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, ilkin məhkəmə baxışı keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə, eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə, qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun həmkəndlisidir və kənd və rayon ictimaiyyətində mənfi xarakterizə olunan şəxsdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində kütləvi-informasiya vasitələrində, internet informasiya ehtiyatında şər-böhtan xarakterli, yəni qəsdən nəlayiq formada, yalan olduğunu bilə-bilə onun toxunulmazlıq hüququnu pozan, təhqir etməklə və böhtan atmaqla şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən və məqsədli olaraq alçaltmışdır. Həmin kütləvi informasiya vasitələrində, internet informasiya ehtiyatlarında onu cinayətdə ittiham etmiş və onun barəsində özünə məxsus “Besti.Serkernamazova” adlı tik tok hesabında ##.##.2026-cı il tarixli tiktok hesabında çıxışında “Alikin başı çatmır, onun başı yerində döy, bizim ağa-bəy nəslindən olmadığımızı və Tovuzdan donuzotaran nəslindən olduğumuzu, Paşinyanın sünnətinin bizim evdə olduğunu və kirvəsinin də Atam olduğunu deməklə səhv etdiyimi, bizi bu kəndə azıdanın goruna nəhlət, məhkəməyə müraciət etməsən kişi döysən, sənin azreyılın mən olajam və s”. formada təhqir etmiş və böhtan atmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun haqqında həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini alçaldan böhtan və təhqir xarakterli ifadələr işlətməsi son dərəcə onun toxunulmazlıq hüququnu pozmaqla, şəxsiyyətinə toxunmuş və onun şərəf və ləyaqətin alçaltmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində yaydığı böhtan və təhqirlər təkcə onun deyil, ailə üzvlərinin, valideynlərinin də şərəf və ləyaqətini alçaltmış, onları kənd, dünya ictimaiyyəti arasında rüsvay etmişdir. Qeyd etdiyi cinayət hadisəsinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsi şikayətinə əlavə etdiyi videoyazı və Ağstafa rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Elvin Abdullayevin qəbul etdiyi ## #### 2026-cı il tarixli Qərarı ilə tam təsdiq olunur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs eyni ifadələri həmçinin Ağstafa RPŞ-yə verdiyi izahatında da təkrar etmiş və əlavə ifadələr də bildirmişdir. Videoyazıda bildirilmiş və Qərarda qeyd edilmiş ifadələr cinayət hadisəsinin baş verməsini tam təsdiq edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu cinayəti etməklə ona milyonlarla ölçülən mənəvi zərər və 1000 manat maddi ziyan vurmuşdur. Həmin çıxışdan sonra onun sağlamlığı pozulmuş və tibbi müalicə qəbul edir. Əvvəllər onun şikayəti əsasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilsə də, bundan nəticə çıxarmamışdır. Ona görə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hazırlıq iclasının qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittihamçı apellyasiya şikayəti verərək Ağstafa rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətində qeyd etdiyi və videoyazı ilə təsdiq edilmiş yayılmış məlumatlara görə aşkar cinayət hadisəsi mövcuddur. Mübahisələndirdiyi qərardakı mövqeyə görə isə guya cinayət hadisəsi olmadığı qeyd edilmişdir. Məhkəmənin mövqeyinə görə isə belə anlaşılır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yaydığı məlumatlar yalan deyildir. Bu haqqda ətraflı qeyd etdikcə cümlələr ikrah doğura bilər. O, birmənalı olaraq, məhkəmənin qərarında əsaslandıra bilmədiyi mövqeyi ilə qətiyyən razılaşmır və qərardan şikayətçiydir. Məhkəmənin qəbul edəcəyi qərar öncədən bəlli idi. ##.##.2026-c1 il tarixli məhkəmə iclasının hansı "əsasla" təxirə salınması araşdırılsa məhkəmənin mövqeyi məlum olur. Işə baxan hakimin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs münasibətdə hakimlik deyil, prosessual pozuntularla digər subyekt kimi yanaşması da məhkəmənin nüfuzuna xələl gətirən haldır. Məhkəmə bu qərarı ilə erməniçiliyi müdafiə edibdirsə, bu məsələ artıq Ali orqanların işidir. Belə ki, B.Sərkərenamazova ermənini, erməniçiliyi, erməni ideologiyasını, Ermənistan vətəndaşının mövqeyini müdafiə edib, onun barəsində qeyd etdiyi məlumatları yayırsa və bu da hakim tərəfindən qanunsuz yollarla müdafiə edilirsə, bunun adı və mahiyyəti bir Qazi, Zabit olaraq, onun və Azərbaycançılığın meyarlarına ziddir. Ona görə də hesab edir ki, mübahisələndirdiyi Ağstafa rayon Məhkəməsinin( sədrlik edən Natiq Abbasov) *(*-***)-*/**** nömrəli, ##.##.2026-c1 il tarixli Qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini və və barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının keçirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs şikayətə etiraz etdi, şikayətin təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətlərini təsdiq edən kifayət qədər sübutlar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcə də təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Odur ki, xüsusi ittihamçı göstərdiyi hadisələrin və faktların baş verməsini təsdiq edə biləcək digər mötəbər sübutlar da əldə etməlidir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair Xüsusi ittihamçı oğlunun xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hazırlıq iclasının qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay maddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar