Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-154/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim Ş.Ə.Məmmədova) ##.##.1987-ci ildə Rusiya Federasiyası Tambov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu İnəkboğan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin # ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, ##.##.1987-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan, ##.##.2010-cu il təvəllüdlü qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətləri zəminində evlənmək adı ilə 2025-ci ilin avqust ayının ortalarında, istintaqa məlum olmayan tarixdə günorta saatlarında yaşadığı evin yataq otağında, öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına və arxa keçəcəyinə (anal dəliyinə) daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması, anal dəlik nahiyəsində anus dəliyi sfinktorunun boşalması, şüavari büküşlərin qismən hamarlaşması qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlərin əmələ gəlməsi ilə nəticələnən onunla təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəza ilə razı olmadığını, barəsində açılmış olan cinayət işinin əsassız olduğunu, birtərəfli araşdırılma aparıldığını, heç bir maddi sübut və fakt olmadan məhkum edildiyini, əlində kifayət qədər maddi sübut olsa da, heç birinə məhəl qoyulmadığını bildirərək Şəmkir Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, həmçinin şikayətə dəqiqləşmə edərək Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, ona bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 152.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsində qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ... Şerxan və o, bir-birilərini sevirdilər. Onlar tez-tez görüşmüşlər və həmçinin də, telefon ilə əlaqə saxlamışlar. Onlar həmişə təklikdə görüşmüşlər. Şerxan həmin vaxtlar onu kənara çəkib onun yanaqlarndan və alnından öpmüşdür. O, onun yanaqlarından öpmüşdür. Təxminən 10-15 gün əvvəl günorta radələrində o və Şerxan yaşadıqları binanın blokunda görüşmüşlər. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Şerxan onun yanaqlarından öpmüşdür. Həm həmin vaxt o, ehtiraslanmışdır. Həmin vaxt Şerxan ona onu sevdiyini, onunla evlənmək istədiyini söyləmişdir. Daha sonra Şerxan ona onların evində heç kimin olmadığını və onların evə gedib orada söhbət etmələrini təklif etmişdir. O da, Şerxan ilə razılaşmış və onların evinə getmişlər. Şerxan onu yataq otağına aparmış və onunla söhbət etməyə başlamışdır. Aralaırndakı söhbət zamanı Şerxan yenə də, onun üzündən öpməyə başlamış və dodaqlarından da, öpmüşdür. O, ehtiraslanmışdır. Şerxan da, ehtiraslanmışdır. Şerxan daha sonra onun paltarının yaxasını açaraq onun döşlərini sıxmış və döşlərini də öpməyə başlamışdır. Daha sonra Şerxan onun əynini soyundurmuş və o da, əynini soyunduqdan sonra onlar yatağa girmiş və orada təbii yolla cinsi əlaqədə olmuşlar. ##.##.2025-ci il tarixdə saat təxminən 23:30 radələrində Şerxan ona mesaj yazıb çölə çıxmasını və ona sözü olmasını söyləmişdir. O da, daha sonra yaşadığı binanın 1-ci mərtəbəsinə getmiş və orada blokda Şerxan ilə görüşmüşdür. Aradan təxminən 10- 15 dəqiqə keçəndən sonra anası X2 və atalığı Xəqaninin gəlməsini görmüşlər. Bu zaman Şerxan Tez qaçıb qonşu Tahirənin evində gizlənmişdir. Atalığı da, onun qolundan tutub Tahirənin evinə getmiş və orada Şerxanı axtarmışdr. Lakin tapa bilməmişdir. Daha sonra o, ailəsinə Şerxan ilə birbirilərini sevmələrini bildirmişdir. Səhəri gün Şerxanın ailəsi onlara elçi gəlmiş və ailəsi onu Şerxana vermişdir. Sonra anası Ofelya ona onların evlənmələrinə artıq razı olmadıqlarını söyləmişdir. O da, anası Ofeliyaya Şerxan ilə cinsi əlaqədə olduğunu və bakirəliyinin pozulmasını bildirmişdir. Anası da, ona əsəbləşmiş və Şerxandan şikayət etməsini ondan tələb etmişdir. O da, Şerxanı sevməsini və ondan şikayət etməyəcəyini söyləmişdir. Sonra anası Ofeliya və atalığı Xəqani onu Şerxandan şikayət etməyə məcbur etmişlər və o da, məcbur olub 102 xidmətinə Şerxan tərəfindən zorlanması ilə bağlı şikayət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onu heç kim zorlamayıb. O, Təqsirləndirilən şəxs ilə bir-birilərini sevirlər və ailə həyatı qurmaq istəyirlər. Ona görə də, təxminən 10-15 gün əvvəl o və Şerxan onun yaşadığı ünvan 3 ünvanında yerləşən evdə onunla könüllü cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman onun azyaşlı olmasını bilmişdir. Belə ki, təxminən 2025-ci ilin avqust ayının ortalarında ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs öz yaşadığı evin yataq otağında onunla həm təbii və həmdə də, qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, onunla cinsi əlaqədə olarkən Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməmişdir. O, ilkin ifadəsini verən zaman Təqsirləndirilən şəxs onunla həm təbii və həm də, qeyri-təbii yolla cinsi əlaqədə olmasını söyləyəcəyi təqdirdə onun daha ciddi cəzalana biləcəyindən qorxduğu üçün Şerxanın onunla yalnız təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onunla həm təbii və həmdə qeyri-təbii yollla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməmişdir, onun öz razılığı əsasında onunla cinsi əlaqədə olmuşdur. O, yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs ciddi cəza ala biləcəyindən qorxduğu üçün onun onunla həm də, qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirməmişdir. Lakin məhkəmə tibbi eksprtizası zamanı onun qeyri təbii yolla da, cinsi əlaqədə olması üzə çıxan zaman o, Təqsirləndirilən şəxs ciddi cəza almaması üçün guya təxminən bir il əvvəl Kür Çayı sahilində tanımadığı şəxslə qeyri təbii yolla cinsi əlaqədə olması barədə yalan söyləmişdir. Hazırda şikayətçidirlər, ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində qanuni nümayəndə Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, ... Təxminən 3 gün əvvəl gecə saat təxminən 2 radələrində o, görmüşdür ki, qızı Nazpəri evdə yoxdur. O. Nazpərini axtarmaq üçün binanın qabağına düşmüş və onu axtarmağa başlamışdır. Həmin vaxt Şerxan gəlib evlərinə getmişdir. Aradan təxminən 2-3 dəqiqə keçəndən sonra isə qızı Nazpəri binanın həyətinə gəlmişdir. O, həmin vaxt qızı Nazpəridən harada olmasını soruşmuşdur. Qızı Nazpəri də, məcbur olub ona Şerxan ilə görüşməsini, Şerxanın zorla onunla görüşməyə məcbur etdiyini bildirmişdir. Hətta onların birlikdə olmalarını söyləmişdir. O da, tez Şerxanın evinə getmişdir. Qapını Şerxanın atası Çingiz və anası Tamella açmışdır. Həmin vaxt əri Xəqani də, orada olmuşdur. Çingiz və Tamella onlara narahat olmamalarını və qızları Narpərini oğulları Şerxana alacaqalarını bildirmişlər. Onlar razılaşmamışlar. Daha sonra yaşadıqları evə getmişlər. Daha sonrakı günlər də, Çingiz və Tamella hər gün qızı Nazpəriyə elçi gəlmişlər. Lakin onlar razı olmamışlar. Onlar Şerxanın gəlməsini, onunla söhbət etmək istəmələrini söyləmişlər. Lakin Şerxanın gəlmədiyini gördükdə, ##.##.2025-ci il tarixdə qızı Nazpəri 102 xidmətinə zəng edərək zorlanması barədə məlumat vermişdir. Həmçinin Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs ona söylədiklərindən bildiyinə görə təxminən 10-15 gün əvvəl Təqsirləndirilən şəxs öz yaşadığı evdə qızı Nazpəri ilə bir dəfə zorla cinsi əlaqədə olmuşdur. O, qızı Nazpərini 102 xidmətinə zəng etməyə məcbur etməmişdir. Qızı Nazpəri özü könüllü 102 xidmətinə zəng etmişdir. Hazırda şikayətçidirlər, ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmişlə 2025-ci ildə tanış olmuş, qonşu kimi münasibətləri olmuşdur. Bir gün zərərçəkmişin kefinin olmadığını görərək ondan nə baş verdiyini soruşmuş, zərərçəkmiş isə zorlanmaya məruz qaldığını bildirmişdir. O, zərərçəkmişdən bunu kimin etdiyini soruşduqda, zərərçəkmiş həmin şəxsi tanımadığını demişdir. Bundan sonra o, zərərçəkmişə bir neçə dəfə kömək etmiş, ona dərman almış və telefon vasitəsilə yazışmılar. Zərərçəkmişi bir neçə dəfə qardaşının qızı Zərifə ilə birlikdə məktəbdən qayıdarkən görmüşdür. Bir gün zərərçəkmiş ona yazaraq başının ağrıdığını bildirmiş və dərman alınmasını xahiş etmişdir. O da dərman almağa getmişdir. Geri qayıdarkən, təxminən saat 23:30 radələrində binanın qarşısında dostu ilə rastlaşmış və onunla söhbət etmişdir. Bu barədə zərərçəkmişə məlumat verməmişdir. Dostu ilə söhbət edərkən görmüşdür ki, zərərçəkmişin atalığı evdən çıxmış, 5-10 dəqiqə sonra isə zərərçəkmiş də evdən çıxmışdır. Həmin vaxt dostu ondan soruşmuşdur ki, “bu qız bu vaxt çöldə nə edir?” Bundan sonra o, zərərçəkmişə yaxınlaşıb nə baş verdiyini soruşmuş, zərərçəkmiş isə atalığı və daha sonra anası tərəfindən döyüldüyünü, buna görə də evdə qalmaq istəmədiyini bildirmişdir. Şerxan şəxs zərərçəkmişi onunla münasibəti olan qonşu qadının evinə aparmışdır. Sonra isə mağazaya gedərək siqaret almış, geri qayıdarkən Ofeliya və qonşunu görərək onlarla salamlaşmış və evə getmişdir. Ertəsi gün isə onun barəsində polisə məlumat verildiyini öyrənmişdir. O, zərərçəkmiş və ya onun ailə üzvləri ilə arasında heç bir dava və ya düşmənçilik olmamışdır. Zərərçəkmişin başına gəlmiş hadisədən məlumatlı olması zərərçəkmişin valideynlərinə məlum olmuş, onlar da həmin məsələnin üstünün açılmaması məqsədilə onun barəsində şikayət etmişlər. Lakin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, ... Təxminən bir-iki aydır ki, Nazpəri ilə aralarında sevgi münasibətləri yaranmışdır. Onun Nazpəri ilə danışmağı barədə Nazpərinin ailə üzvlərinin məlumatı olmamışdır. Onlar həmişə binanın blokunda görüşüb danışırdılar. Onlar evlənmək istəmişlər. Bir-birilərinə qarşı hisləri var idi. Təxminən 20 gün əvvəl o və Nazpəri yaşadıqları binanın blokunda görüşmüşlər. Həmin vaxt orada onlardan başqa heç kim yox idi. O, Nazpərinin yanaqlarından öpmüşdür. Həm həmin vaxt ehtiraslanmış və Nazpəriyə onu sevdiyini, onunla evlənmək istədiyini söyləmişdir. Daha onra o, Nazpəriyə evdə heç kim olmadığını və öz evlərinə gedib orada söhbət etmələrini təklif etmişdir. Nazpəri də, onunla razılaşmış və evə getmişlər. O, Nazpərini yataq otağına aparmış va onunla söhbət etməyə başlamışdır. Aralarındakı söhbət zamanı o, Nazpərini yenə də, üzündən öpməyə başlamış və onun dodaqlarından da öpmüşdür. O, Nazpərinin də ehtiraslandığını görmüş və onun paltarının yaxasını açaraq onun döşlərini sıxmış və döşlərini də öpməyə başlamışdır. Daha sonra Nazpərinin daha çox ehtiraslandığını gördükdə onun əynini soyundurmuş və o da əynini soyunduqdan sonra yatağa girmiş və orada təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxt Nazpəri özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. ##.##.2025-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı binanın həyətində olarkən həmin vaxt Nazpərinin atalığı Xəqaninin həyətə düşüb getməsini görmüşdür. Aradan təxminən 10 dəqiqə keçəndən sonra Nazpəri binanın blokuna düşmüşdür. O da Nazpərini görən kimi ona yaxınlaşmış və gecə vaxtı həyətə düşməsinə görə irad tutmuşdur. Nazpəri ona atalığı Xəqani və anası Ofelya ilə aralarında narazılıq olduğunu və evə qayıtmayacağını söyləmişdir. O da məcbur olub Nazpərini 1-ci mərtəbədə tək yaşayan qonşuları Reyhanın evinə aparmış və vəziyyəti Reyhana başa salmışdır. Daha sonra öz yaşadığı evə getmiş və digər qonşu Tahirəyə zəng edərək hadisəni ona da danışmış və Nazpərinin atalığı və anasının həyətdə olmasını və Reyhana problem yarada biləcəklərini bildirmişdir və ondan nəsə hadisə olsa kömək etməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixdə isə o, Nazpərinin anası Ofelyanın onun Nazpəri ilə görüşməyindən xəbər tutmasını və Nazpərini zorlamağı barədə ondan şikayət etməsini öyrənmişdir... Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs zorlamamışdır, Qanuni nümayəndə ondan şikayət etməsindən təxminən 10-15 gün əvvəl yaşadığı evdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Nazpəri özünün razılığı ilə onunla könüllü cinsi əlaqədə olmuşdur. Həmçinin cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin ##.##.2025-ci il tarixli, *** saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır, lakin müayinə olunanın göstərdiyi müddətdə pozulması inkar edilmir. Zərərçəkmiş şəxs anal dəlik nahiyyəsində müəyyən edilmiş anus dəliyi sfinktorunun boşalması, şüavarı büküşlərin qismən hamarlaşması əlamətləri anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin ## ######## 2024-cü il tarixli, *** saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsin ## ######## 2024cü il tarixli, *** saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). II. Yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ünsiyyətçilik, fəallıq, sərbəstliyə can atmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən cinsi əlaqədə olmanın xarakter və mənasını anlaya və dərk edə bilər. - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-Psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik müəyyən edilmədi. - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində və davranışında aqressiyaya meyllilik aşkar olunmadı. - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı qərarın təsviri hisəsində göstərilən hərəkətlər edilərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb eədəcək hər hansı dəyişiklik (qorxu, stress, həyəcan, affekt və s.) yaranmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi və apellyasiya baxışı zamanı bildirdikləri cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, formal özünü müdafiə xarakteri daşıyır və yuxarıda əks olunan ifadələrlə, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla öz təstiqini tapmır. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 152.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halların olmasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində residiv olmasını cəzasını ağırlaşdıran hal kimi, əməlində cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Belə ki, DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 05.03.20210-cu tarixli hökmü ilə ilə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinirək 6 ay azadlıq məhrum etmə cəzasına, Rusiya Federasiyası Rostov vilayət Aksoy rayon məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CMnin 161 M 2 his, A.Q.. bəndi 69 M 3 his. ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrum etmə cəzasına və Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci tarixli hökmü ilə CM-nin 126.1cı maddəsi ilə təqsirli bilinirək 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə 2 ay 3 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2024-cü ildə cəzası başa çatmışdır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu qanuna müvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Bu isə onun əməlində cinayətlərin residivini yaratmışdır. CM-nin 65.1-ci maddəsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 152.1-ci maddəsinin sanksiyasında - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələblərinə əməl etməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq, ona cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq CM-nin 56.1.3-cü maddəsinə əsasən onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran hal, cəzanı yüngülləşdirən halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-154/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-154/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver