Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-155/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(076)-227/2025 saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (hakim X9) ##.##.2026-cı il tarixli, 1(076)-227/2025 hökmü ilə ##.##.1992-ci il tarixdə Şəmkir rayonu Tatarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Tatarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq onun üzərində 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəflərinə aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Tatarlı kəndi ərazisində, çöl sahədən yerdən tapdığı 01 ədəd sellofan bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005- ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, ## #### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X1 PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:53-də Şəmkir rayonu, Tatarlı kəndi ərazisində saxlanılaraq Şəmkir rayon X1 PB-nin əməliyyat müvəkkili, R şahid5 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümün içərisinə qoyulmuş, təmiz çəkisi 7,31 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərərk təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonunun Tatarlı kəndi ərazisində, çöl sahədən yerdən tapdığı 01 ədəd sellofan bükümün içərisində "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq haqqında" ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısının İ bəndi, həmçinin "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, ## #### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X1 PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:35-də Şəmkir rayonu, Tatarlı kəndi ərazisində sąxlanılaraq Şəmkir rayon X1 PB-nin əməliyyat müvəkkili, R şahid5 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümün içərisinə qoyulmuş, təmiz çəkisi 7.31 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilməmişdir. Ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Tatarlı kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. O, əvvəllər Avropada yaşayarkən bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Səhər saatlarında onu yaşadığı evdən polis əməkdaşları aparmışdır. Onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Iş materiallarında göstərilir ki, guya o, Zəyəm-Cırdaxan kəndinin ərazisində qoyun otararkən saxlanılıb. Əslində isə bu məlumatlar doğru deyildir. O, heç vaxt heyvan otarmır. Zəyəm-Cırdaxan kəndi ərazisində saxlanılmayıb. Yaşadığı evdən yatdığı yerdə Polis Şöbəsinə aparılmışdır. Hazırda iş materiallarına əlavə olunmuş narkotik vasitənin onunla heç bir əlaqəsi yoxdur. Dediklərinin həqiqət olduğunun müəyyən olunması üçün istifadəsində olan mobil telefonun anten dairəsinin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı verilmiş ittiham öz təsdiqi tapmamışdır. Lakin buna baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmışdır. Halbu ki, məhkəmənin araşdırdığı sübutlar əsas verirdi ki, məhkəmə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarsın. 'Belə ki, məhkəmə Azərsel mobil operatoruna sorğu göndərmiş və həmin sorğunun cavabını məhkəmə iclasında müzakirə etmişdir. Lakin hə Işə baxan məhkəmə bu halların heç birinə əhəmiyyət verməmiş, təqsirləndirilən şəxsi bəraətləndirən kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq, təqsirləndirilən şəxsin barəsində ittiahamedici hökm çıxarmışdır. Bununla da həm maddi, həm də prosessual hüquq normalarını kobudluqla pozmuşdur. Qeyd olunanları nəzərə almanızı, Şəmkir rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli *(***)-***/**** saylı hökmünü ləğv etmənizi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmasını məhkəmədən xahiş edir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edərək onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edərək onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkumun müdafiəçisi apellyasiya məhkəməsinin iclasında cinayət hadisəsinin onun tərəfindən törədilməməsini qeyd etmiş, bu səbəbdən də əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Bunanla əlaqədar məhkəmə CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələrin ona məxsus olmadığını göstərsə də, onun bu ifadəsi cinayət işi üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, özünün müdafiəçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs kimi ifadələri, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad olunandan sonra ## ##### 2026-cı il tarixli müdafiəçinin iştirakı ilə keçirilmiş ifadənin yerində yoxlanılması protokolu və ona əlavə olunmuş fotoşəkillərlə, məhkəmədə tədqiq edilmiş ekspert rəyləri və digər istintaq hərəkəti protokolları, habelə sair iş materialları ilə tam təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərdimişdir ki, Şəmkir RPŞ Zəyəm PB-nin əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazıki işlə bağlı tanımışdır. Belə ki, ## #### 2025-ci il tarixdə Şəmkir rayonu, Tatarlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün, saat 15-16 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Tatarlı kəndi ərazisində saxlamışlar. Özlərini ona təqdim edib narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olmasını deyərək üzərində yoxlama aparılmış, yoxlamadan əvvəl Ruslana üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarmış, içərisində qurudulmuş marixuana olmasını demiş, büküm açıb baxanda orada qurudulmuş marixuanaya bənzəyən kütlə olmasını görmüşlər. Qeyd olunan büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində daha sonra yoxlama aparılmış, lakin hər hansı başqa qanunla qadağan edilmiş əşya tapılmamışdır. Bütün proses həmin vaxtı videoçəkilişlə aparılmışdır. Ruslan onda aşkar edilmiş qurudulmuş marixuananı Tatarlı kəndi ərazisində, çöl sahəsindən tapdığını bildirmişdir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdimişdir ki, Şəmkir RPŞ Zəyəm polis bölməsində sahə rəisi vəzifəsində xidmət edir. ## #### 2025-ci il tarixdə, gündüz saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, o da əməliyyat qrupunun tərkibində iştirak etmişdir. ## #### 2025-ci il tarixdə, saat 15-16 radələrində Şəmkir rayonu, Tatarlı kəndi ərazisində videoçəkiliş aparılmaqla Ruslanı saxlamış, ona narkotik vasitəni qanusuz saxladığı ilə əlaqədar üzərində yoxlama aparılacağını demişlər, Ruslan etiraz etməmişdir. Əvvəlcə Ruslana üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, Ruslan gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim etmiş, içərisində qurudulmuş marixuana olmasını demişdir, bükümə açıb baxmışlar. Həmin bükümün içində qurudulmuş marixuanayabənzər kütlə olmuşdur. Qeyd olunan büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkimiş, daha sonra isə qablaşdırılıb götürülmüşdür. Sonra Ruslanın üstü yoxlanılmış, ondan qanunla qadağan edilən hər hansı əşya aşkar edilməmişdir. Bütün bunlar hamısı videoçəkilişlə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 da şahidlər Salman Salmanlı və Amin Əhmədovla eyni məzmunlu ifadə vermişdir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərdimişdir ki, Şəmkir rayonu, Tatarlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğul olur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs atasıdır. ##.##.2025-ci il tarixdə ona oğlu Təqsirləndirilən şəxs tərəfindən zəng gələrək Şəmkir Rayon X1 Polis Bölməsindən polis əməkdaşı tərəfindən gəlib Ruslanı evdən çağırmış və o polis əməkdaşı ilə birlikdə Şəmkir Rayon X1 Polis Bölməsinə getməsi barədə məlumat vermişdir. Daha sonradan Təqsirləndirilən şəxs ona Şəmkir Rayon X1 Polis Bölməsində ona orada fiziki və psixoloji işgəncələr edərək ona hədəqorxu gəldiyini və Polis əməkdaşları ona narkotik vasitəni təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı öz üzərinə götürdüyünü bildirmişdir. Iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Tatarlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğul olur. O, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. ##.##.2025-ci il tarixdə saat təxminən 13 radələrində Şəmkir rayonu, Tatarlı kəndində, çöl sahədə heyvan otaran zaman sahənin içərisində yerdə sellofan büküm (siqaret sellofanı) görmüşdür. Həmin büküm onda maraq oyatmışdır. O, həmin sellofan bükümü yerdən götürüb içərəsinə baxdıqda bükümün içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün onu tanımış və sonradan həmin marixuanadan özü istifadə etmək üçün həmin bükümü cibinə qoymüşdur. Daha sonra, yəni ##.##.2025-ci il tarixdə saat təxminən 15:53 radələrində o, yaşadığı evdən çıxıb mağazaya gedən zaman yolda polis əməkdaşları onun özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış və özlərini təqdim edərək üzərinə baxış keçirməli olduqlarını bildirmişlər. Baxış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsini söyləmişlər. O da, polis əməkdaşlarına üzərində marixuana olduğunu söyləniş və həmin bükümdə olan marixuananı onlara təqdim etmişdir. Daha sonra təqdim etdiyi marixuana elektron tərəzidə çəkilmiş və siqaret sellofanı ilə birlikdə çəkisi 7,43 qram olmuşdur. Bundan sonra təqdim etdiyi marixuana zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra onu Şəmkir RPŞ-nin Zəyəm PB-nə gətirmişlər. Sonra ona vəkil təyin olunmuş və o, şübhəli kimi tutulduqdan sonra onun üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona bir daha, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O da, üzərində olan marixuananı bir az əvvəl polis əməkdaşlarına təqdim etmədiyini söyləmişdir. Bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı bir az əvvəl üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlədən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o da, protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifaədsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı ##.##.2025-ci il tarixdə saat təxminən 13 radələrində Şəmkir rayonu, Tatarlı kəndi ərazisində, çöl sahədən yerdən tapmışdır. O, həmin narkotik vasitəni onradan özü istifadə etmək üçün üzərində gəzdirmişdir. O, hər hansı bir şəxsə narkotik vasitə satmamış və satmaq niyyəti də, olmamışdır. Onun üzərində narkotik vasitə olmansı heç kimə deməmişdir, heç kim bu barədə bilməmişdir.Ona polis əməkdaşarı tərəfindən heç bir təsir, təzyiq və ya zorakılıq edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 15:53də Şəmkir rayonu, Tatarlı kəndində saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxsin üzərindən çıxan 1 sellofan bükümdə aşkar edilmiş narkotik vasitəyə bənzər yad kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,31 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (7,31 qram qurudulmuş marixuanadan 0,04 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 7,27 qram qurudulmuş marixuana qalmışdır). Iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının ## #### 2025-ci il tarixli, *** nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 verilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2022-ci il tarixli, ****/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirzalon, benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad olunandan sonra ## ##### 2026-cı il tarixli müdafiəçinin iştirakı ilə keçirilmiş ifadənin yerində yoxlanılması protokolu və ona əlavə olunmuş fotoşəkillərdən məlum olur ki, o üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı tapdığı yeri göstərmişdir. Göründüyü kimi, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Tatarlı kəndi ərazisində, çöl sahədən yerdən tapdığı 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, ## #### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X1 PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:53-də Şəmkir rayonu, Tatarlı kəndi ərazisində saxlanılaraq Şəmkir rayon X1 PB-nin əməliyyat müvəkkili, R şahid5 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümün içərisinə qoyulmuş, təmiz çəkisi 7,31 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. . Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə məhkumun müdafiəçisinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər məhkum, istərsə də, müdafiəçi məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində çoxsaylı şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması keçirilmiş, lakin apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmədə qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-cimaddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə tənqidi yanaşır və vurğulayır ki, məhkumun göstərdiyi sözügedən xüsusat əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, Insan Hüquqlarının və X7 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə təyin edilmiş cəza məsələsini müzakirə edərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Cinayət işinin materiallarından da göründüyü kimi, DIN BƏSII-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RIHB-nın Tatarlı kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran hal müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, hökmdə qeyd olunan halların Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qeyd olunsa da, məhkəmə cəza həddini müəyyən edərkən üzərindən aşkar olunmuş narkotik vasitənin növünü və çəkisini nəzərə almamış, nisbətən yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı 5 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi cinayət məsuliyyəti müəyyən edən 5 qramdan az miqdarda çox olmuşdur. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Göründüyü kimi, hər bir halda yüngülləşdirici hallarla bərabər təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin növü və çəkisi nəzərə alınmalı və nisbətən yüngül cəza təyin edilməsi üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin növünü və çəkisini kifayət qədər nəzərə almamış və təqsirləndirilən şəxsə nisbətən yüksək həddə cəza təyin etməklə, cəzanın məqsədinə nail olunacağını məhkəmə hökmündə əsaslandırmamış, yalnız formal surətdə Cinayət Məcəlləsinin müvafiq maddələrini sadalamaqla kifayətlənmiş və məhkum edilmiş şəxsin islah olunması üçün bir qədər sərt cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə yüxarıda qeyd olunanları, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını üzərindən aşkar olunmuş narkotik vasitənin növünü və çəkisini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə təyin olunmuş cəzanın həddi azaldılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası CPM-nin 399.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddi aşağı endirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının həddi azaldılaraq 1 (bir) il 2 (iki) ay müddətə endirilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, üzərində 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-155/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-155/2026
01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver