Azərbaycan Respublikası adından Hökm Gəncə şəhəri İş № 1(3-7)-156/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 və X3 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, R dövlət ittihamçısı1 və R X4, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 151-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin «9» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin (hakim Elçin Məmmədov) «9» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ##.##.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs CM-nin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, ona CPM-in 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, barəsində Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. İşin halları: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə ## #### 2024-cü il tarixdə saat 23 radələrində qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinin hamam otağında Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə sonuncunun iradəsi ziddinə əynində olan paltarlarını çıxartdırdıqdan sonra yerdə dizlərinin və dirsəklərinin üzərində dayanmasını bildirmiş, sonra evin həyətindən özünün bir gün əvvəl aldığı cinsi istintaqa məlum olmayan itlə bir dəfə anal yolla cinsi əlaqəyə girməyə məcbur etmiş, bu müddət ərzində it dırnaqları ilə Zərərçəkmiş şəxs “hər iki kürəküstü və qarının yan sağ nahiyələrinin çoxsaylı sıyrıqları” kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CMnin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə təqsirliliyi sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 151-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin əsaslandırılması və cinayət prosesi iştirakçılarının apellyasiya protestinə münasibəti: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə tədqiq olunmuş sübutların məcmusundan görünür ki, zərərçəkmiş şəxsin əri Təqsirləndirilən şəxs onu itlə cinsi əlaqədə olmağa məcbur etməsinə dair ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadələr, həmçinin keçirilmiş ekspertizalar zamanı ekspertlərə verdiyi izahatlar ilə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı əri Təqsirləndirilən şəxs müdafiə xarekterli verdiyi və məhkəmə hökmündə öz əksini tapmış ifadələr arasında əhəmiyyətli ziddiyyətlər vardır. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü törədilmiş cinayətdə təqsirli bilmədiyi halda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməyə nail olmuşdur. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə onu itlə cinsi əlaqədə olmağa məcbur etməsi ilə bağlı ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edib ərinin onu itlə cinsi əlaqəyə girməyə məcbur etmədiyini, polisə şikayət edən zaman ərizəsini orada işləyən adını bilmədiyi polis əməkdaşının, ifadəsini isə işin istintaqın aparan müstəntiq tərəfindən yazıldığını və özünün yaza və oxumağı bacarmadığından polisə edilmiş şikayət ərizəsi və ifadəsinin mətnindən xəbərsız olaraq həmin ərizə və ifadəni imza etdiyini qeyd etmişdir. Ona görə də məhkəmə hökmdə göstərmişdir ki, iş üzrə yeganə sübut zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı verdiyi ifadəsidir ki, həmin ifadə də göstərilənlər inandırıcı deyil və məhkəmə onun ifadəsini sübut kimi qəbul etmir, ona görə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında bıldirmişdir ki, o, ibtidai istintaq zamanı ifadəsini yaza və oxuya bilmədiyi üçün müstəntiqin göstərişi ilə onun yazdığı ifadəyə mətni ilə tanış olmadan imza etmişdir. Lakin məhkəmə nəzərdən qaçırmışdır ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd olunan ərizə və ifadəsindən başqa ibtidai istintaq zamanı müayinə olunmaq üçün getdiyi və həmsöhbət olduğu ayrı-ayrı ekspertiza idarələrində olan ekspertlərə verdiyi şifahi izahatlarında həqiqətən əri Murazın ## #### 2024-cü il tarixdə yaşadıqları evdə onu itlə cinsi əlaqəyə girməyə məcbur etdiyini söyləmişdir ki, həmin idarələrdə də zərərçəkmiş şəxsi kiminsə belə bir izahat verməyə məcbur etməsi nə ibtidai istintaq, nədə məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Beləliklə də, məhkəmənin, təqsirləndirilən şəxs Muraz Məmmədovun ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxsi itlə cinsi əlaqəyə girməyə məcbur etməməsi ilə bağlı gəldiyi nəticə nəinki təsdiq olunmamış, hətta yuxarıda qeyd edilən sübut növləri ilə tam təkzib edilmiş və həmin nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək qeyd olunan xüsusatlarla bağlı çıxış etmiş, protestin təmin olunmasına dair yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək protestin əsassız olduğunu qeyd etməklə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət verilmiş şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək protestin əsassız olduğunu qeyd edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini birinci instansiya məhkəməsinin qiymətləndirdiyi hallar, tədqiq edilmiş sübutlar və iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin bəraət hökmü ləğv edilib yeni ittiham hökm çıxarılmalıdır. Cinayət işi üzrə toplanmış sübutlar: İbtidai istintaq zamanı toplanmış sübutlar: İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-nin 151-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Sevinc adlı qadınla 2016-cı il tarixdan faktiki ailə münasibətlərində olmuşdur. Həmin münasibətdən bir qız övladları var qız övladı olan Yağmur 2019-cu il təvəllüdlüdlüdür. Bildirmək istəyir ki onun sevinclə münasibəti normal olmuşdur. Bildirmək istəyir ki o öz yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində bir ədəd it saxlamışdır. 2024-cü ilin iyun ayının sonlarında o Gəncə şəhəri Cavadxan qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 50 manata bir ədəd pitbull cinsindən olan erkək iti almışdır. Bundan sonra o həmin iti gətirərək yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evinə gətirərək həyətə bağlamışdır. O həmin iti alıb həyətə gətirdikdən sonra Cavadxan qəsəbəsində kafelərin birində tanışları ilə yeyib-içməyə getmişlər. O, spirtli içkilərdən pivə qəbul etmişdir. Axşam təxminən 23 radələrində yaşadığı ünvana gəlmişdir. Bir az ailə üzvləri ilə söhbət etdikdən sonra o yatmışdır. Bildirmək istəyir ki, Zərərçəkmiş şəxs dedikləri yalandır, yaşadığı evə pitbul cinsindən olan erkək it alıb gətirmiş, amma Sevinc həmin it ilə cinsi əlaqədə olmayıb, o onun üzərinə şər-böhtan atır. Bildirmək istəyir ki, Sevincin dedikləri yalandır (İ cild i.v. 59-60,179-180). İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər evli olmuşdur. Övladı olmamışdır. Sonradan boşanmışdır. 2017-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin ildən Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ər-arvad kimi birlikdə yaşamışdırlar. Onlar qeyri rəsmi ər-arvad münasibətində olsalarda rəsmi nigahları yoxdur. Bu evlilikdən Yağmur adlı bir qız övladı vardır. Təqsirləndirilən şəxsla Gəncə şəhəri Cavadxan qəsəbəsində nömrəsiz fərdi evdə yaşamışdırlar. Muraz narkotik vasitə və spirtli içki aludəçisidir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onu döymüş və işgəncə vermişdir. O, Murazdan qorxduğu üçün hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 2017-ci ilin payız aylarında, axşam saatlarında Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsindəki evlərində əri Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün ondan hər dəfəsində pul istəmişdir. O, pulu olmadığını Muraza bildirdikdə Muraz ona müxtəlif üsullarla işgəncələr vermişdir. Bundan sonra eyni üsulla onu müxtəlif vaxtlarda döymüş, işgəncələr vermişdir. Lakin heç vaxt şikayət etməmişdir. 2022-ci ilin əvvələrində o bu münasibətdən bezərək Gəncə şəhərində yerləşən Təmas sığınacağında qalmağa, yaşamağa başlamışdır. 2022-ci ilin fevral ayının 22-də Muraz onu yolda görərək evlərinə aparmışdır. Həmin gün saat 20 radələrində onu yaşadıqları evdə döymüşdür. Ona xəsarət yetirmişdir. Bununla bağlı o şikayət etmişdir. Həmın fakta görə cinayət işi başlanmışdır. Lakin sonradan o, Murazı bağışladığı üçün cinayət işinin icraatına xitam verilmişdir. 2024-cü ilin mart ayında əri Təqsirləndirilən şəxs onu Gəncə şəhəri M.Bürcəliyev küçəsində qızı Yağmur ilə birlikdə görmüş və onları avtomobilə mindirərək əvəllər yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evlərinə aparmışdır. Onlar yaşadığı ünvana daxil olduqda əri Muraz onu evdən Murazdan xəbərsız getdiyinə görə döyməyə başlamışdır. O, bu faktla bağlı da şikayət etməmişdir. "Nəhlət şeytana deyib" yenidən Muraz ilə eyni ünvanda yaşamağa davam etmişdir. ## #### 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evə sərxoş vəziyyətdə gəlmişdir. O, Murazın spirtli içki içməsini istəməmişdir. İçkiyə qarşıdır. Onların arasında bununla bağlı mübahisə yaranmışdır. Muraz mübahisə əsnasında onun sağ ayaq nahiyəsinə sağ təpiyi ilə arxa tərəfdən bir zərbə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra sakitləşmişdir. O, yenə də şikayət etməmişdir. O, yenə də Murazın əri olduğunu, Murazdan maddi və sair asılılığı olması səbəbindən bu dəfə də şikayət etməmək qərarına gəlmişdir. Evdə ikisidilər. Yağmur isə yatırdı. Onların dava dalaşlarını kimsə görməmiş və kimsə haraya gəlməmişdir. Evlərinin yaxınlığında yaşayan şəxs də yoxdur. Gərək o möhkəm səs-küy sala ki, kimsə köməyə gəlsin. İndiyə kimi belə bir hal baş verməmişdir. Yəni dava dalaşları indiyə kimi kimsə görməmişdir. Kimsə haraya gəlməmişdir. Yalnız Muraz onu döyəndən sonra bir iki dəfə yaşadığı sığınacaqda işləyənlərə bu barədə məlumat vermiş, danışmışdır. Murazın başına oyun açmalarını həmin şəxslərə demişdir. Adlarını bilməsə də həmin şəxsləri tanımışdır. ## #### 2024-cü il tarixdə o yenə də evdə olmuşdur. Yağmur yatırdı. Yağmur adətən saat 20 radələrində yatır. Təqsirləndirilən şəxs saat təxminən 21 radələrində sərxoş vəziyyətdə yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə gəlmişdir. O, yenə də Murazın sərxoş vəziyyətdə gəlməsinə qarşı çıxmışdır. Yenə də aralarında yüngül bir söz-söhbət yaranmışdır. Sözlə mübahisə etmişdirlər. Bu dəfə Muraz cinsini bilmədiyi bir it gətirmişdir. Muraz, iti həyətə buraxmışdır. Rəngi səhv etmirsə tünd rəngli olmuşdur. O, uşaqlıqdan itdən qorxduğu üçün ona yaxınlaşmamışdır. Murazdan iti evdən aparmasını istəmişdir. Muraz buna etiraz etmişdir. Muraz, sərxoş vəziyyətdə olduğu üçün tez-tez bayıra çıxır və itlə oynayaraq yenidən evə qayıtmışdır. O, qorxduğu üçün buna heç bir söz deməmişdir. Həmin gün saat təxminən 23 radələrində Muraz ona paltarlarını əynindən çıxararaq hamam otağına keçməyini bildirmişdir. O, əynində olan paltarlarını çıxararaq hamam otağına daxil olmuşdur. Hiss etmişdir ki, Muraz özü ilə gətirdiyi iti də evə daxil etmişdir. O, Murazın əmrlərini yerinə yetirməyə başlamışdır. Çünki həm Murazdan, həm də itdən qorxurdu. Muraz ona lüt vəziyyətdə, üz üstə yerə yarıoturaq uzanmağı əmr etmişdir. O, yarı oturaq vəziyyətdə üz üstə yerə uzanmışdır. Muraz iti onun üzərinə buraxmış və it onun ilə anal yolla cinsi əlaqədə olmağa başlamışdır. Bunu Muraz kənardan seyr etmiş və iti bu hərəkəti etməyə yönəltmişdir. Muraz bundan həzz alır və cinsi ehtirasını pozğun şəkildə təmin edirdi. İt onun ilə təxminən 3-5 dəqiqə bu hərəkəti davam etmişdir. Murazın yönəltməsi ilə it arxa tərəfdən öz cinsiyyət orqanını onun anal dəliyinə salıb çıxarmaqla onun ilə cinsi əlaqədə olmuşdur. Muraz onu itlə seksual xarakterli digər hərəkətlər etməyə məcbur etmişdir. Bundan sonra isə Muraz iti bayıra çıxarmış, evdən aparmışdır. Bu hadisə ona çox pis təsir etmişdir. Qadınlıq qüruruna toxunmuşdur. It onunla cinsi əlaqədə olanda bədəninin arxa hissəsinə caynaqları ilə xəsarətlər yetirmişdir. Şikayət etdikdən sonra bunu tibbi ekspert də görmüş və bunları rəydə qeyd etmişdir. O, Murazdan şikayətçidir. Muraz, həm onu döymüş, həm də iti onun ilə cinsi əlaqədə olmasına onu məcbur etmişdir. O, hadisə zamanı Murazın və itin qorxusundan heç nə edə bilməmişdir. Heç bir müqavimət göstərməmişdir. Çünki çox qorxmuş və əsmişdir. Həmin gündən bir neçə gün sonra baş vermiş hadisə ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. Əri Təqsirləndirilən şəxs bu hadisəyə kimi də mütəmadi olaraq spirli içki qəbul etmiş və yaşadıqları evdə onu döyərək işgəncələr vermişdir. O, bu hadisələrdən yalnız birində polisə şikayət etmişdir. O barədə də sərbəst ifadəsində ərtaflı məlumat vermişdir. Murazın onu öldürəcəyindən, xəsarət yetirəcəyindən qorxmuşdur. Əri Muraz onu itlə anal yolla cinsi əlaqədə olmağa məcbur etmişdir. It anal yolla təxminən 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. Muraz hamamda olan unitazda oturaraq baxmış və başqa heç bir hərəkət etməmişdir. İtin ilkin olaraq öz cinsiyyət orqanını onun anal dəliyinə salmasına tamaşa etmiş. Sonra isə buna kənardan baxaraq tamaşa etmişdir. O, bu səhnəni bilavasitə görməsə də yandan baxanda bunu görmüşdür. İt anal yolla cinsi əlaqədə olan zaman anal yoluna sperma axmasını hiss etməmişdir. İti onun üzərindən əri Təqsirləndirilən şəxs götürmüş və aparmışdır. Hadisə olan zaman qızı evin digər otağında yatırdı. Muraz iti ## #### 2024-cü il tarixdə yəni həmin gün 50 manata aldığını bildirmiş. Lakin hadisədən sonra iti aparmışdır. Təxminən 1-2 il bundan əvvəl Muraz qapıda bir it saxlayırdı. Muraz, iti sərxoş vəziyyətdə onun üzərinə atmışdır. Lakin həmin vaxt it balaca olduğu üçün ona heç nə etməmişdir. Bundan başqa digər təklifləri olmamışdır. O, bu barədə, yəni Murazın itlə onu cinsi əlaqəyə girməyə məcbur etməsi barədə yalnız sığınacaqda olan, işləyən şəxslərə məlumat vermişdir. Başqa kimsəyə deməmişdir. Murazla o telefon işlətmirlər və ona görə də belə bir yazışmaları və səy yazıları yoxdur. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi ilə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsn istintaqa verdikləri ifadələr arasındakı ziddiyətləri aradan qaldırmaq məqsədiylə iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs isintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (İ cild i.v. 65-66). İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, O TƏMAS RİİB-də 2017-ci il tarixdən işləyir. Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin mart ayında TƏMAS RİİB-yə müraciət etmiş və o onu həmin vaxtdan tanıyır. Zərərçəkmiş şəxs TƏMAS RİİB-yə təxminən 2022-ci iln mart ayında yaxınlaşaraq əri Təqsirləndirilən şəxs onu mütəmadi olaraq döyməsini və ona işgəncələr verməsini bildirmişdir. Həmçinin bildirmək istəyir ki, o həmin vaxt Zərərçəkmiş şəxs bədəninə baxan zaman orada müxtəlif yara izləri və göyərtilər olmuşdur. Bununla bağlı Zərərçəkmiş şəxs sual verdikdə həmin xəsarətləri əri Təqsirləndirilən şəxs yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs təxminən bir il burada qaldıqdan sonra Sevincin qaynanası Mehriban adlı qadın gələrək Sevinci aparmışdır. Bundan təxminən 7-8 ay sonra polis əməkdaşları Zərərçəkmiş şəxs Gəncə şəhər TƏMAS RİİB-yə gətirmişlər. Bildirmək istəyir ki, Zərərçəkmiş şəxs yenədə əvvəlki kimi, döyülmüş vəziyyətdə və bədənində müxtəlif xəsarətlər olmuşdur. O bu xəsarətləri ona qarşı kim tərəfindən törədilməsini soruşduqda, o, həmin xəsarətləri əri Muraz tərəfindən törədildiyini bildirmişdir. Bildirmək, istəyir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisəyə gəlməmişdir (İ cild i.v. 119-121). İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçən zaman o, əri Təqsirləndirilən şəxs onu təpiklə vuraraq xəsarət yetirməsini və ##.##.2024-cü il tarixdə yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində itlə onu cinsi əlaqəyə girməyə məcbur etməsini bildirmişdir. Tibbi ekspertiza zamanı sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər, yəni sağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hemotoması xəsarətləri bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində, o cümlədən şəxsin başqa şəxs tərəfindən təpiklə döyülməsi nəticəsində əmələ gələ bilərdi. Həmin xəsarətlərin əmələ gəlmə müddəti isə müayinədən 8-4 gün əvvələ uyğun gəlməsi müəyyən edilmişdir. Yəni Zərərçəkmiş şəxs əri tərəfindən döyülmə tarixə uyğun gəlir. Bundan başqa Zərərçəkmiş şəxs bədəni üzərində olan digər xəsarətlər, yəni hər iki kürəküstü və qarının sağ yan nahiyələrinin çoxsaylı sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Həmin xəsarətlərin it və ya başqa heyvan tərəfindən yetirilməsi istisna edilmir. Belə ki, tibbi ədəbiyyata əsasaən it və ya başqa dırnaqlı heyvanla cinsi əlaqə zamanı xarakterik xəsarətlər yetirilə bilər. Həmin xəsarətlərin əmələ gəlmə müddəti isə müayinədən 8-4 gün əvvələ uyğun gəlməsinin müəyyən edilməsini bildirmişdir. Yəni Zərərçəkmiş şəxs əri tərəfindən itlə cinsi əlaqəyə vadar etdiyi tarixə uyğun gəlir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli *** nömrəli rəyində göstərilmişdir ki,
1. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, hər iki kürəküstü və qrının sağ yan nahiyələrinin çoxsaylı sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 4-8 gündür. Ağırlıq dərəcələrinə görə, qeyd olunan xəsarətlərdən sağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması- sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
2. Zərərçəkmiş şəxs anus dəliyində aşkar edilən sfinktorun boşalması, şüavari büküşlərin bir qədər hamarlaşması əlamətləri anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilər. Anal dəlik nahiyyəsində xəsarət olmadığı halda, cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyil. İş materiallarında olan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ####### 2024cü il tarixli *** nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qeyd edilən hadisə zamanı hər hansı xronik psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəktlərini idarə etmək iqtidarında olmuşdur. O hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdurmu və hal hazırda anlaqlıdırmı) cavab vermək mümkün deyildir. Zərərçəkmiş şəxs aşağıdakı fərdi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs hadisə zamanı qorxmuş və həyəcanlı emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri təqsirləndirilən şəxsin ona qarşı etdiyi hərəkətlər ola bilər. İş materiallarında olan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ####### 2024cü il tarixli *** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona şamil edilən hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, halhazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşağıdakı xüsusiyyətlərə malikdir. praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adı emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2012-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ##.##.2017-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzaçəkmə müəsisəsində qeydiyyatdan çıxarılıb. ##.##.2020ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ##.##.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə barəsində 01 il 09 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ##.##.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır.
Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı toplanmış sübutlar:
Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2017-ci ildən faktiki ailə münasibətlərində olmuş və onların birgə nikahlarından bir azyaşlı qızları doğulmuşdur. Onun uşaq vaxtlarından it saxlamağa həvəsi olmuş və indidə imkan düşən kimi it alıb evdə saxlayır. ##.##.2024-cü il tarixdə evdən çıxıb Gəncə Şəhər Cavadxan qəsəbəsində həmişə getdiyi kafeyə pivə içməyə getmişdir. Təxminən 3 bakal pivə içdikdən sonra tanımadığı bir nəfər şəxsin 50 manata “Pitbull” cinsindən olan it satdığını eşitmiş və Zərərçəkmiş şəxs 50 manat alaraq həmin iti almış və evə gətirərək həyətə bağlamışdır. Həmin vaxtı anası da onların evində olmuş, lakin sonradan getmişdir. Arvadı Zərərçəkmiş şəxs evdə olan sonuncu pula it aldığına görə onunla mübahisə etmişdir. Mübahisə vaxtı arvadını vurmamış və öz yataq otağına gedərək yatmışdır. Hadisənin səhəri günü işə getmiş və iş yerindən Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək Bakı şəhərinə qohumlarının toyuna getmək üçün hazırlıq görmələrini demək istəsə də, Zərərçəkmiş şəxs telefon zənginə cavab verməmiş, bu zaman o düşünmüşdür ki, Zərərçəkmiş şəxs həmişə olduğu kimi Gəncə Şəhərində yerləşən qadın sığınacağına getmişdir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər də aralarında olan hər bir xırda mübahisədən sonra qadın sığınacağına müraciət etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs itlə cinsi əlaqədə olmağa məcbur etməmiş, ümumiyyətlə belə bir halın baş verməsi mümkün deyildir. Hər bir ailədə olduğu kimi onların ailəsində də mübahisələr həm hadisə günü, həm də əvvəllər olsa da, lakin ittiham aktında göstərildiyi kimi arvadı Zərərçəkmiş şəxs itlə cinsi əlaqədə olmağa məcbur etməmişdir. Bu barədə o, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsindədə qeyd etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla onun arasında rəsmi nikahları olmasa da, 2016-cı ildən hal-hazıradək faktiki ər-arvad münasibətindədirlər və onların Yağmur adlı bir qızları vardır. ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs evə sərxoş halda gələrək aldığı itin pulunu vermək üçün ondan 50 manat pul istəmişdir. Bu səbəbdən də, aralarında mübahisə olmuş, evi tərk edərək əvvəllərdə Murazla aralarında olan dava-dalaşdan sonra getdiyi Gəncə şəhərində yerləşən qadın sığınacağına getmiş və Murazın onunla mübahisə etməsi barədə polisə şikayət etmişdir. O, polisə şikayət edərkən ərinin onu itlə cinsi əlaqədə olmağa məcbur etməsi barədə heç nə bildirməmiş, sadəcə olaraq mübahisə etdiklərini demiş və polisdə onun əvəzindən orada işləyən, adını bilmədiyi polis əməkdaşı şikayət ərizəsini yazıb ona imza etdirmiş, lakin həmin ərizənin mətni ilə o, tanış edilməmişdir. Bundan sonra polis idarəsində əri Murazın barəsində cinayət işi başlanmışdır. O, oxumağı və yazmağı bacarmır və ibtidai istintaq zamanı işin istintaqını aparan müstəntiq onun əvəzindən ifadəsini kompüterdə yazmış, o isə imza etmişdir. Lakin həmin ifadədə nə yazıldığından məlumatsızdır. Eyni zamanda bildirir ki, o, nə məhkəmə psixiatrik ekspertizasında, nə də ki, məhkəmə psixoloji ekspertizasında müayinədə olmamış və heç bir ekspertə guya əri Murazın onu itlə cinsi əlaqəyə girməyə məcbur etməsini deməmişdir. Bundan başqa məhkəmə-tibbi ekspertizasında olarkən isə orada onu heç kim müayinə etməmişdir. Bədəni üzərində aşkar edilmiş nə xəsarətlər olmuşdursa onları ## #### 2024-cü il tarixdə yaşadıqları evdə əri Təqsirləndirilən şəxsla dalaşan zaman almışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu itlə cinsi əlaqədə olmağa məcbur etməmiş və ümumiyyətlə belə bir hal baş verməmişdir. Bütün bu sözləri müstəntiq onun adından uydurub ifadəsinə yazmışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış (onu döyməsi hissəsində) və sonuncu ona dəymiş ziyanı ödəmişdir. Odur ki, onun barəsində CM-nin 128-ci maddəsi olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində şahid şahid6 ifadəsində bildirmişdir ki, o, Gəncə TƏMAS RİİB-də sosial işçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünə görə sonuncu hadisədən əvvəldə onun işlədiyi sığınacağa yerləşdirilmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs sığınacağa yerləşdirilən zaman o, məzuniyyətdə olmuş, lakin məzuniyyətdən qayıtdıqdan sonra S.Alıyevnı sığınacaqda görmüş və həmin vaxt onun sifətində və qolunda xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs ona əri Muraz tərəfindən döyüldüyünü desə də, Təqsirləndirilən şəxs onu itlə cinsi əlaqəyə girməyə məcbur etməsi barədə heç nə deməmiş və belə bir söz heç vaxt heç kimdən eşitməmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində ifadə vermiş şahid3 ekspertiza rəylərinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 Gəncə Regional Ambulator Şöbəsinin tibbi psixoloqu işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinə təqdim olunma vaxtını dəqiq xatırlamasa da, onların müayinə olunmasında şəxsən iştirak etmiş və hər iki şəxsin barəsində olan rəylərdəki imza ona məxsusdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı verdiyi ifadələrinə uyğun olaraq baş vermiş hadisənin təfərrüatı barədə məlumat vermişlər. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 Gəncə Regional Ambulator Şöbəsinin psixoloqu vəzifəsində işləyir. O, məhkəmə zalında əyləşmiş (əli ilə Zərərçəkmiş şəxs göstərərək) tanımadığını və müayinə etmədiyini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müayinəsində isə iştirak etdiyini, lakin hər iki şəxsin barəsində olan ekspert rəylərindəki imzaların ona məxsus olmadığını və həmin imzaların kim tərəfindən edildiyini bilmədiyini göstərmişdir. Şahid şahid2 əlavə olaraq ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs müayinə zamanı arvadı Zərərçəkmiş şəxs itlə cinsi əlaqədə olmağa məcbur edib-etməməsi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, elə bir hadisə olmayıb və ola da bilməz. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid1 ekspertiza rəyinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ildə xxxxnə müayinə edilməsi üçün gəlmişdir. Ekspertizanın keçirilməsində Şəhla, Vəfa, Ələmdar adlı həkimlər və o, iştirak etmişdir. Subyektivizmin müəyyən olunması ilə bağlı məsələ psixoloji hissəyə aiddir, o isə psixiatrdır. Ona aid olan nüanslar şəxsin verilən suallara dəqiq cavablar verməsi, kontakta girməsi və halisunasiya görməməsidir. Onların qənaətə görə, Zərərçəkmiş şəxs düz danışmış, onun təsir altına düşməsi və halisunasiyaları həmin hadisə ilə bağlı olmamışdır. Hər iki şəxsin barəsində keçirilmiş ekspertizalarda iştirak etsə də, lakin rəylərdəki imzalar ona məxsus deyil, kim tərəfindən həmin imzaların edildiyini də bilmir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid4 ekspertiza rəyinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o, "xxxx" X1 Gəncə şəhər şöbəsinin rəisi vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs digər məhkəmə-tibb eksperti şahid5la birlikdə müayinə etmişdir. Zərərçəkmiş şəxs soyundurduqdan sonra onu diz-dirsək vəziyyətində ginekoloji kresloda müayinə etmişlər. Həmin vaxt xanımın belində cırmaq izləri olmuş və həmin cırmaq izləri insana da, itə də məxsus ola bilər. Zərərçəkmiş şəxs anusunun dəliyini heç bir alətlə yoxlamamışlar. Onun anus dəliyinin müayinəsi zamanı müəyyən etmişlər ki, anus dəliyində olan “sfinktor” boşalmışdır. Belə ki, adi vaxtlarda anus dəliyi bağlı olur, lakin qeyri təbii cinsi əlaqədən sonra, sfinktor boşalır. O, heyvanların hansı hallarda cinsi əlaqədə olması ilə bağlı məlumatsızdır, lakin onun fikrincə qeyri-təbii yolla itlə cinsi əlaqədə olarkən, anus dəliyinin sfinktorunun boşalması mümkündür. Əlavə şahid şahid4 dindirilməsi zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilən çarpaz suallara cavab olaraq bildirmişdir ki, o, heç bir ekspertizadan keçməmiş, onun bədənində heç bir xəsarət olmamış və onun bədəninə heç kəs baxış keçirməmişdir. Ekspertizada olarkən ondan “xəsarətlərin var mı” deyə soruşulduqda, o, heç bir xəsarətinin olmadığını demiş, lakin onun barəsində əsassız olaraq rəy verilmişdir.
Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti:
Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CMnin 151-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi nəticəsinə gəlinmişdir. Apellyasiya protestində məhkəmənin gəldiyi bu nəticə mübahisələndirilmiş, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması əsasına görə hökmün ləğv edilməsi iddia edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-nin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-nin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi öz hökmündə yalnız zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrə əsaslanmış, iş üzrə ibtidai istintaq zamanı toplanmış sübutları isə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı ifadələrini dəyişməsinin səbəblərini kifayət qədər araşdırmamış, sadəcə zərərçəkmişin qeyd etdiyi “ifadəsinin digər şəxs tərəfindən yazılması və oxumadan imza etməsi” xüsusatına əsaslanaraq zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı olan ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin bu mövqeyi əsassız olmaqla, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyindən bəhs edən CPM-nin 28-ci maddəsinin, xüsusilə də məhkəmələrin üzərinə vəzifə kimi qeyd olunmuş şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini təsbit edən CPM-nin 28.4.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı ifadələrini dəyişməsi qiymətləndirilərkən onun artıq məhkəmə baxışında təqsirləndirilən şəxslə barışması və ondan şikayətçi olmaması xüsusilə nəzərə alınmalı idi. CM-nin 151-ci maddəsində əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə ## #### 2024cü il tarixdə saat 23 radələrində qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinin hamam otağında Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə sonuncunun iradəsi ziddinə əynində olan paltarlarını çıxartdırdıqdan sonra yerdə dizlərinin və dirsəklərinin üzərində dayanmasını bildirmiş, sonra evin həyətindən özünün bir gün əvvəl aldığı cinsi istintaqa məlum olmayan itlə bir dəfə anal yolla cinsi əlaqəyə girməyə məcbur etmiş, bu müddət ərzində it dırnaqları ilə Zərərçəkmiş şəxs “hər iki kürəküstü və qarının yan sağ nahiyələrinin çoxsaylı sıyrıqları” kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əl ilə yazılmış ərizəsindən görünür ki, o, polis şöbəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu itlə cinsi əlaqəyə girməyə məcbur etdiyini və buna görə sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizənin zərərçəkmiş şəxs tərəfindən yazılmadığını, hər hansı polis əməkdaşı tərəfindən yazıldığını qeyd etsə də, həmin ərizə zərərçəkmiş şəxs tərəfindən imzalanmış və bundan sonra o, izahat və ifadələrində həmin xüsusatları bir daha təsdiq etmişdir. Həmçinin zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında olan üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, həmin protokol da zərərçəkmiş şəxs tərəfindən imzalanmış və orada bir daha təqsirləndirilən şəxsin üzünə ona qarşı etmiş olduğu əməlləri təkrarən demişdir. Bununla yanaşı iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli *** nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs anus dəliyində aşkar edilən sfinktorun boşalması, şüavari büküşlərin bir qədər hamarlaşması əlamətləri anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilər. Anal dəlik nahiyyəsində xəsarət olmadığı halda, cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhz bu mötəbər sübutlar təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsi qənaətinə gəlmək üçün əsas verir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı ifadələrinin saxtalaşdırılması arqumenti ilə razılaşsaq belə, qeyd etmək zəruridir ki, üzləşdirmə protokolunu həm təqsirləndirilən şəxs, həm də onun müdafiəçisi imzalamış və bilavasitə üzləşdirmədə iştirak etmişlər. Həmin şəxslər belə üzləşdirmə protokolunda hər hansı əlavə qeydlər etməmiş, zərərçəkmiş şəxsin ifadələrinin dəyişdirilərək yazılması və ya saxtalaşdırılması ilə bağlı protokola heç bir düzəlişlər etməmişlər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşmır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı cinayət hadisəsinin törədilməsinə dair hallardan görünür ki, hadisə yalnız təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş və hadisənin 3-cü bir şahidi olmamışdır. Belə olan halda zərərçəkmiş şəxsin ifadəsi və ilkin ərizəsi iş üzrə mühüm, mötəbər əhəmmiyyətə malik olan sübut kimi çıxış edir. Onun sonradan ifadəsini dəyişərək, təqsirləndirilən şəxsin mənafeyinə uyğun ifadələr verməsi isə təqsirləndirilən şəxsin məsuliyyətini aradan qaldıran hal kimi nəzərə alına, məhkəmənin isə ibtidai istintaq zamanı toplanmış sübutları nəzərə almamasına əsas ola bilməz. Məhkəmə kollegiyası yenə də bu qənaətdədir ki, zərərçəkmiş şəxsin ifadələrini dəyişməsinin səbəbi məhz onun təqsirləndirilən şəxslə barışması və ondan şikayətçi olmaması olmuşdur. Belə olan halda məhkəmə tərkibi zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrini mötəbər hesab etmir. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmiş “itin müəyyən edilməməsi, şəklinin çəkilməməsi” dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, itin həmin gün təqsirləndirilən şəxs tərəfindən evə gətirilməsi həm zərərçəkmişin, həm də təqsirləndirilənin ifadələri ilə təsdiq olunur. Məhkəmənin bu hissəni mübahisələndirməsi əsaslı hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən maddi və sair cəhətdən asılı vəziyyətdə olmuş və CM-nin 151-ci maddəsinin dispozisiyasında sadalanan şərtlər ödənilmişdir. Belə ki, zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibətində olduğu təqsirləndirilən şəxsdən maddi cəhətdən asılı olmuş, onlar arasında maddi asılılıq olmuşdur. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən eləcə də onun evə gətirdiyi itdən qorxmuş və buna görə müstəqil müqavimət göstərmək imkanından məhrum olmuşdur. Bunu zərərçəkmiş şəxsin ifadələrindən aydın şəkildə anlamaq mümkündür. Bununla yanaşı əvvəllər təqsirləndirilən şəxs dəfələrlə zərərçəkmiş şəxsi döymüş, bunun nəticəsində o, təqsirləndiriləndən qorxmuş, ondan çəkinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməkdə təqsirlidir və o, təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair ## ### 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitisiya Məhkəməsi Plenumunu göstərilmişdir ki, apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 151-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı deyildir, buna görə də bəraət hökmü ləğv edilməli və iş üzrə cinayət mühakimə icraatının qaydalarına uyğun olaraq ittiham hökm çıxarılmalıdır. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsiri tam təsdiq edilmiş, məhkəmədə tədqiq edilmiş sübutlarla onun CM-in 151-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 151-ci maddəsi ilə təqsirli bilinməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.1-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar, 59.2-ci maddəsinə əsasən isə məhkəmənin nəzərə aldığı ayrı-ayrı cəzanı yüngülləşdirən hallar cəza təyini zamanı nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxsin cəzasını ağrılaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmış və o, ## ######## 2025-ci il tarixədək həbsdə saxlanılmış, Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin ediləcək cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə kollegiyası CPM-nin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin «9» aprel 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilməli və yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358, 384, 385, 397, 398, 399, 400, 401, 402, 407-408 və 412-ci maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin «9» aprel 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin. Cinayət işi üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdən ## ######## 2025-ci il tarixədək həbsdə saxlandığı və ## ######## 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixədək ev dustaqlığında olduğu, cəmi 1 (bir) il 7 (yeddi) ay 23 (iyirmi üç gün) müddət nəzərə alınmaqla ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası tam olaraq çəkilmiş hesab edilsin və icraya yönəldilməsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində göstərilmiş hüquqi yardıma görə müdafiəçi müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ01350100000000067944; SWIFT BİK: HAJCAZ22; № AZ**HAJCHCRAZN**************; VÖEN **********) 440 (dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün ekspertiza xərci hissədə icrası Gəncə Şəhər İcra İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.