Məhkəmə qərarları › İş №1(3-7)-157/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-157/2026

25.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-157/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə barəsində 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin həmin hökmü vaxtında ala bilməmiş, həm də xəstəliyi səbəbindən apellyasiya şikayəti verə bilməmişdir. Bununla bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etsə də, vəsatəti təmin olunmamışdır. Odur ki, apellyasiya şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, məhkumun cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, məhkumun müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm ##.##.2025-ci il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, məhkum ##.##.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmün surətini almışdır (bax II cild. i.v.74). Bundan sonra, məhkumun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə məhkum tərəfindən imzalanmış və ## #### 2026-cı il tarixdə məhkəməyə göndərilmişdir. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək, yəni ## ####### 2025-ci il tarixə kimi apellyasiya şikayəti vermək hüququna malik olduğu halda 4 ay 16 gündən sonra, yəni ## #### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayətinin vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkumun hökmdən apellyasiya şikayətini vaxtında verə bilməməsini birinci səbəb olaraq vaxtında ala bilməməsini göstərməsi hazırda iş materialında olan qəbzlə təkzib olunduğu halda, digər səbəb isə səhhətində yaranan problemlər ilə əlaqədar göstərməsini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Ona görə də o, keçən müddət ərzində kifayət qədər vaxt və imkana malik olmuş, onun hökmdən apellyasiya şikayəti verməsini istisna edə biləcək üzrlü hər hansı hal isə iş materiallarında aşkar edilməmişdir. Apellyasiya məhkəməsi şikayətin verilmə müddətinin bərpa olunması üçün əsaslar görmür və hesab edir ki, müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar