Məhkəmə qərarları › İş №1(3-7)-162/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-162/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-162/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhər * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(061)-44/2025 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin ( hakim X1 ) ##.##.2026-cı il tarixli, 1(061)-44/2025 saylı hökmü ilə ## #### 1965-ci il tarixdə Ağdərə rayonu, Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2019-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə endirilmiş və məhkumluğu ödənilməmiş, Ağdərə rayonu Umudlu kəndində qeydiyyatda olmaqla Tərtər rayonu Şıxarx qəsəbəsi, bina 8, mənzil 2-də yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 gün və ##.##.2024-cü il tarixdən ##.##.2025-ci tarixədək ev dustaqlığında saxlandığı 05 ay, ümumilikdə 05 ay 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, Cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması, yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyi “xxxx” X2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmiş, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəflərinə aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan tarix, vaxt və mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli miqdarına görə” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ və II Siyahıları ilə müəyyən edilmiş qanunsuz olaraq xeyli miqdarda əldə edib saxladığı ümumi təmiz çəkisi 0,51 qram psixotrop maddə olan metamfetamin və 3,2 qram narkotik vasitə hesab olunan qurudulumuş marixuanadan ##.##.2024-cü il tarixdə şahid2 60 manat müqabilində satmış, qalan ayrı-ayrılıqda təmiz çəkiləri 0,57 qram və 0,92 qram 02 ədəd gümüşü rəngli büküm olmaqla ümumilikdə ümumi təmiz çəkisi 1,49 qram narkotik vasitə hesab olunan qurudulumuş marixuananı ##.##.2024-cü il tarixdə saat 13:05-də Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tərtər şəhəri Heydər Əliyev prospektində saxlanılarkən əynində olan şalvarının sağ yan cibindən aşkar edilib götürülənədək üzərində, qalan 01 ədəd qara rəngli kağız bükümdə, ümumi təmiz çəkisi 0,09 qram narkotik vasitə hesab olunan qurudulumuş marixuananı ##.##.2024-cü il tarixdə saat 13:51-də Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına baxış zamanı mənzilin qonaq otağında olan masanın üzərindən aşkar edilib götürülənədək qəsdən satış məqsədilə üzərində və yaşadığı mənzildə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi şikayət verərək Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmaması səbəbindən, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024 - cü il tarixli * nömrəli qararının tələbləri nəzərə alınmamışdır. Belə ki, Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Ağdam RPŞ-nın əməkdaşlarının verdiyi ifadələrdən müəyyən olunur ki, 16,10.2024-cü il tarixdə Ağdam Rayon Paşabəyli kəndində yerləşən çayxanada narkotiklə bağlı əməliyyat tədbiri həyata keçirmişlər, M,Hatıyev və şahid1 tərəfindən verilən ifadələr ziddiyyətli olmuş, S,Həsənov ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməmiş, tanınma hərəkətləri edilməmiş, həmçinin S,Axundovun narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər mötəbər sübutlar torlanmamasına hüquqi qiymət verilməmişdir,bundan əlavə Təqsirləndirilən şəxs məxsus olan telefondan istintaq üçün mühim əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmiş,narkotik vasitələrin satışı ilə məşğul olmasına dair sübutların olmamasına zəruri qiymət verilməmişdir.Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini əsas sübut növü qismində götürməklə ciddi prosessual pozuntuya yol vermişdir,belə ki, təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadədən mahiyyəti üzrə əhəmiyyətli dərəcədə fərqlənən ifadə verərsə bu artıq yeni sübutdur və məhkəmə həmin şəxsin ifadəsini onun ibtidai istintaq,məhkəmə baxışı zamanı verdiyi ifadələrlə,iş materialarında olan digər sübutlarla müqayisəli təhlilini aparmalı,işin faktiki hallarına əsasən və iş materiallarında olan digər əlaqəli sübutlarla tədqiq edərək həmin ifadələrdən hansının daha mötəbər olması qənaətinə gəlməlidir. Sübutların bu cürə qiymətləndirilməsi özü də məhkəmə tədqiqatıdır və heçdə hər bir halda məhkəmə istintaqı zamanı əldə edilən və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlardan daha mötəbər olması anlamına gəlmir va yaxud əksinə, ibtidai istintaq zamanı əldə edilmiş sübutlar üstün və mütləq deyildir. Iş materillarından göründüyü kimi, K.Imanova AR CM-nin 234.4,3-cü maddəsi ilə ittiham elan edilməsi üçün ittiham tərəfinin istinad etdiyi xüsusatlar hüquqi qüvvəsi olmayan, hər hansı bir halın sübut olunmasında istifadə edilə bilməyən, maddi sübut əhəmiyyəti olmayan va əsaslı şübhə doğuran xüsusatlardır. Ibtidai istintaq orqanı tərəfindən K.Imanova AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş iş üzrə təhqiqat va istintaq ararılarkən AR CPM-nin bir sıra tələblərinə riayət edilməmişdir. Iş materiallarından da müəyyən olunur ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərkən AR CPMnin 21.2.1,145.3 va 351.3.4-cü maddələri itihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli,təfsir edilməli və şərh edilməli olmasına dair tələbləri rəhbər tutaraq belə nəticəyə gəlmək olur ki, K.Imanova verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Odur ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(061)-44/2025 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmaması səbəbindən, CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünü dəyişərək Təqsirləndirilən şəxs əməllərində Azarbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmaması səbəbindən, onun əməlinin CM-nin 234.1-ci maddasinə tövsif edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmün dəyişdirilməsini və onun əməlinin tövsif edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində məhkumun əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi iddia edilmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə dindirilmiş şahidlərin ifadələrini, məhkumun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etiraf edici ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həmin dəlilləri ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, CM-in 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlamanı, hazırlama, istehsal etməni, emal etməni, daşımanı, göndərməni, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı özündə etiva edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən şahid5 ifadəsində göstərmişdir ki, Ağdam RPŞ-nin ITB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. ##.##.2024-cü il tarixdə narkotiklə bağlı əməliyyat tədbiri həyata keçirmişlər. Əməliyat tədbiri nəticəsində Tərtər şəhəri, Heydər Əliyev prospekti, “Saatın dairəsi” deyilən ərazidə şahid1 saxlamışlar. Şəxsi axtarış zamanı şahid1 üzərindən, həm də baxış keçirilən zamana yaşadığı mənzildən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcə Ağdamda hərbiçiləri saxlamışlar, sorğu zamanı həmin şəxslər bildirmişlər ki, narkotik vasitəni onlara Təqsirləndirilən şəxs adlı şəxs satmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Ağdam RPŞ-də krminalist köməkçisi vəzifəsində xidmət edir. ##.##.2024-cü il tarixdə narkotiklə bağlı keçrilən əməliyyat tədbirinin gedişatının videoçəklişini, o, həyata keçirmişdir. Videoçəklişdəki məlumatları təsdiq edir. Tədbir narkotiklə bağlı keçirilmişdir. Birinci şahid1 çayxanasına getmişlər. şahid1 narkotiki Təqsirləndirilən şəxs aldıqlarını demişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin tam təfərrüatı yadında deyildir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, tanışı şahid1la birlikdə narkotik maddə əldə etmək üçün ##.##.2024-cü il tarixdə Ağdam rayonundan Tərtər şəhərinə gəlib Təqsirləndirilən şəxsla görüşmüş və ondan narkotin maddə aldıqdan sonra yenidən Ağdam rayonuna qayıtmışlar. O, verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər 10 il Tərtərdə MAXE kimi hərbi xidmətdə olmuşdur, 1 həfdə öncə Təqsirləndirilən şəxsla Tərtər şəhərində yerləşən “Ağdərə” kafesində tanış olmuş, birgə çörək yeyib pivə içmişlər, sonra yenə Tərtər şəhərinə gəlib Şıxarx qəsəbəsində Təqsirləndirilən şəxsla görüşüb ondan 60 manat müqabilində marixuana və metamfetamin alıb Ağdam rayonuna qayıtmışlar, Ağdam rayonu Paşabəyli kəndində yerləşən tanışı şahid1 məxsus çayxanada ozü, tanışı Murad və Səxavət marixuana və metamfetamini istifadə edərkən polis əməkdaşları gəlib onları tutmuşdur. O, Tərtərə öz maşını ilə tanışı şahid1la birgə gəlmiş, maşında Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs onun zənginə görə gəmiş və onlar görüşmüşlər, Təqsirləndirilən şəxs 60 manat müqabilində bir bükümü 20 manatdan olmaqla 02 büküm marrixuana və 01 büküm metamfetamin almışdır . Iş materiallarında olan və birinci insansiya məhkəməsində tədqiq edilən Cinayət işində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024cü il tarixdə saat 13:20 radələrində Ağdam RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri şahid4 və şahid7unun, Ağdam RPŞ-nin ITB-nin sahə polis nəfəri şahid5, Ağdam RPŞ-nin PPXBnin polis nəfəri şahid6 iştirakı ilə Tərtər rayonu, Tərtər şəhəri, Heydər Əliyev prospektində şübhəli şəxs kimi saxlanılaraq üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki qara rəngli şalvarın sağ cibindən 02 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmiş, təqdim olunan kütlələr elektron tərəzidə çəkildikdə bir bükümün 1,20 qram, digər bükümün 0,67 qram olduğu müəyyən edilərək qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütləni yerdən tapdığını bildirmişdir. Iş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və mənzilə baxış keçirilməsi” haqqında ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saat 13:20 radələrində Ağdam RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri şahid4 və şahid7, Ağdam RPŞ-nin ITB-nin sahə polis nəfəri şahid5, Ağdam RPŞ-nin PPXB-nin polis nəfəri şahid6 iştirakı ilə Tərtər rayonu, Tərtər şəhəri, Heydər Əliyev prospektində şübhəli şəxs kimi saxlanılaraq üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, mənzilin qonaq otağından 01 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə 0,57 qram olduğu müəyyən edilərək qablaşdırılaraq götürülmüşdür. Mənzildə iş üzrə əhəmiyyət kəsb edən başqa əşya və ya predmet açkar olunmamışdır. Iş materiallarında olan məhkəmə-bioloji ekspetizasının ##.##.2024-cü il tarixli, **/**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd narkotik maddə olan marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd gümüşü kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,57 qram, 0,92 qram, ümumi təmiz çəkisi 1,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,34 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində “şahid1 məxsus çayxanada aşkar olunmuş 1 ədəd kağız bükümdə, 02 ədəd siqaret qutusunun içərisində olan narkotik vasitəyə bənzər kütlələr” yazıları olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə və 1 (bir) ədəd LD markalı siqaret qutusunda olan qurudulmuş marixuana ilə, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd narkotik maddə olan marixuanaya bənzər kütlə” yazılar olan kağız paketdəki 2 (iki) ədəd bükümdə olan qurudulmuş marixuana və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından aşkar edilərək götürülmüş kütlə” yazılar olan kağız paketdəki 1(bir) ədəd bükümdə olan qurudulmuş marixuana, tərkiblərinə görə eynidir. Marixuana (kannabis) ## #### 2005-ci il tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cinayət işində olan « maddi sübut kimi tanıma haqqında » ##.##.2024-cü tarixli qərardan və “sübutların qiymətləndirilməsi haqqında” ##.##.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,54 qram, 0,89 qram və Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağından baxış aparılarkən götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,06 qram narkotik vasitə olan qurudulmuş marixuana; həmçinin ümumi təmiz çəkisi 1,62 qram istifadə olunduqdan sonra yerdə qalan 1,56 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,196 qram, 0,314 qram istifadə olunduqdan sonra yerdə qalan 0,146 qram, 0,264 qram psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınaraq saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsinin nəzərə alınması və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və mənzilinə baxışın aparılmasının videogörüntüsünü özündə əks etdirən 02 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Iş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2019-cu il tarixli qərarının surətindən və Azərbaycan Respublikası DIN BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz pul tutulmaqla 01 il 06 ay 22 gün müddətə islah işləri cəzasına məhkum edilmiş; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Səlyan Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı ilə cəzasının qalan 04 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş; Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzası 5 il müddətə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli ƏFV fərmanına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış və ##.##.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir Iş materiallarında olan Tərtər RPŞ-nin müstəntiqi Şəmstan Məmmədovun, müdafiəçi Məhəmməd Hacıyevin və hazırkı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisinddə şam ağaclarının dibini göstərərək 2024-cü ilin oktyabr ayının əvvəllərində üzərindən və yaşadığı mənzilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdən tapdığını və üzərində və yaşadığı mənzildə saxladığını bildirmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi Rəhim Ağamalıyevin iştirakı ilə tərtib edilmiş təqsirləndirilən şəxs qismində dindirilməsinə dair ##.##.2024-cü il tarixli protokoldan görünür ki, o, X4 ayrıayrı vaxtlarda 3 dəfə, hər dəfə 60 manat müqabilində narkotok vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan memamfetamin satdığını, eləcə də şahid1 və Murad Qasımovun istintaq orqanına təqdim etdiklərri metamfetaminin onun tərəfindən Murtuzəliyə satıldığını bildirmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə təqsirləmdirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahidlərin ifadələrinə, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında ##.##.2024-cü il tarixli protokola, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və mənzilə baxış keçirilməsi” haqqında ##.##.2024-cü il tarixli protokola, məhkəmə-bioloji ekspetizasının ##.##.2024-cü il tarixli, **/**** nömrəli rəyinə, müdafiəçi Məhəmməd Hacıyevin iştirakı ilə tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” ##.##.2025-ci il tarixli protokola, müdafiəçi Rəhim Ağamalıyevin iştirakı ilə tərtib edilmiş təqsirləndirilən şəxs qismində dindirilməsinə dair ##.##.2024-cü il tarixli protokola və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan, həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı şərh olunaraq araşdırılmış sübutlara əsasən, məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə Cinayət Qanununun tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə alaraq, şahidlərlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını sübut kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci insansiya məhkəməsi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının CPM-in 124–136cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ağdərə rayonundan məcburi köçkün olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən (Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzası 5 il müddətə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli ƏFV fərmanına əsasən cəzasınınçəkilməmiş hissəsi yarıyadək azaldılmışdır) və cəzasının sonu ilə ##.##.2023-cü il tarixdə azad edildiyindən, hazırkı cinayət əməlini isə ##.##.2024-cü ildə törətdiyindən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən hazırkı cinayəti törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə işin yuxarıda müüəyyən olunmuş hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur.Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə də belə hesab edir ki, iş materiallarında olan kifayət qədər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması təsdiq edilir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətinin həmin dəlilləri tam əsassız olduğundan qəbul edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, barəsində yüngülləşdirən halların olmamasını,barəsində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməsini, nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə düzgün nəticəyə gəlmiş, işin hallarını, məhkumun barəsində olan cəzanı yüngülləşdirən halları kifayət qədər araşdırmış və nəzərə almışdır. Qeyd edilən hallarla birlikdə törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyəti, cinayət əməli törədilərkən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, məhkəmə ona təyin edilmiş cəzanın həddi ilə razılaşır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli,Təqsirləndirilən şəxs oğlunun CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar