Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-163/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı3, məhkum təqsirləndirilən şəxs1 və müdafiəçisi X1 iştirakı ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə ona qəti olaraq təyin edilmiş 06 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması, ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2023–cü il tarixdən hesablanması, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsinin nəzərə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi həll olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilərək barəsində CM-nin 62.2-ci maddəsi əsasında ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İlkin məhkəmə baxış iclasında cinayət işinə baxılarkən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(***)-**/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir (bu barədə məhkəmə kollegiyasına yazılı ərizə də təqdim etmişdir). X3 ərizənin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı göstərdi ki, verilmiş apelyasiya şikayətindən imtina etmək məhkum təqsirləndirilən şəxs1 hüququdur. Həmin ərizənin təmin edilərək müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 391.3.10-cu maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 396-cı maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və təqsirləndirilən şəxs tərəfindənverilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum təqsirləndirilən şəxs1 ərizəsi təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən məhkumun imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-163/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-163/2026
02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver