Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-164/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə (hakimlər E.Y.Vəliyev (sədrlik edən), D.H.İmanov və B.F.Müslümovdan ibarət tərkibdə) ##.##.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Əbdülqasım Firdovsi küçəsi ev 86-da qeydiyyatda olmaqla Bərdə şəhəri ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu ## #### 2025ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, onun barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfi və maddi sübuta dair məsələlər həll edilmişdir. İşin halları Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 7251,83 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımçıq tikilidə olan dam örtüklərinin arxasında və üzərində qanunsuz olaraq saxlamış, ## #### 2025-ci il tarixdə, saat 18:25 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq həmin gün saat 18:25 dəqiqədən 18:39 dəqiqəyədək olan müddət ərzində yaşadığı evə və evin həyətyanı sahəsində yerləşən yarımçıq tikiliyə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə olan dam örtüklərinin arxasından ona məxsus ağ rəngli sintetik kisədə satış məqsədilə saxladığı ümumi təmiz çəkisi 7250 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin tədbirin davamı olaraq Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 19:20 dəqiqədən 19:29 dəqiqəyədək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə satış məqsədilə saxladığı ümumi təmiz çəkisi 1,83 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində olan cinayət işində xeyli qanun pozuntusuna yol verildiyini, hökmün ədalətsiz olduğunu bildirmiş və işinə yenidən baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və şikayətə dəqiqləşmə edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, ona bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli *(***)-***/**** saylı saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış və müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və evinə baxış keçirilməsi istintaq hərəkətinə dair protokolllar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokollar və DVD disklərdən, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 234.4.3cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyun ayının ortaları idi, Bərdə Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı Şükür Fəridova məxsus olmuşdur. Məlumat narkotik vasitənin daşınması və saxlanılması ilə bağlı olmuşdur. Səyyaf adlı şəxsin yaşayış yerinə getmiş və yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitə daşımaqda şübhəli olmasını bildirmişlər. Həmin vaxt Səyyafın evinə baxış keçirtmişlər və Səyyafdan evində narkotik vasitə olması soruşulduqda Səyyaf evində narkotik vasitə olduğunu bildirmişdir. Həyətdə yarımtikilidə olan narkotik vasitəni onlara təqdim etmişdir. Həmin narkotik vasitə kisədə olan marixuana olmuşdur. Narkotik vasitə onlar tərfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Bərdə Rayon Polis Şöbəsində vəkilin iştirakı ilə Səyyafın üzərinə baxış keçirilmiş və üzərindən 02 qram narkotik vasitə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Səyyaf həmin narkotik vasitəni istifadə məqsədi ilə saxladığını bildirmişdir. Onların tərəfindən Səyyafa hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Səyyafın evinə baxış keçirtdikləri zaman evdə başqa heç kim olmamışdır. Narkotik vasitə yarımtikilidə barının yanından aşkar edilmişdir. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş şahid4 və şahid2 İmran oğlu da şahid3 ilə eyni məzmunda ifadə vermişlər. Həmçinin birinci instansiya məhkəmsində ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş şahid şahid1 ifadəsi ilə də şahid3 ifadəsində göstərdiyi xüsusatlar təsdiq edilir. Həmçinin cinayət işinin materiallarında olan: “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, ## #### 2025ci il tarixdə saat 18:25 dəqiqədə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl proses iştirakçılarına hüquq və vəzifələri izah edilmişdir. Baxış istintaq hərəkətinin ##.##.1996-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yevlax şəhəri, Əbdülqasım Firdovsi küçəsi, ev 86-da qeydiyyatda olmaqla Bərdə şəhəri, ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə videokamera vasitəsilə çəkilişlə həyata keçirilir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi iki taylı, yaşıl rəngli dəmir darvazadan içəri keçdikdə yerləşir. Həmin ev mişar daşlarından hörülmüşdür. Evə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olduğunu və könüllü təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olduqda qarşıda fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin arxa hissəsinə keçib sağa döndükdə kərpic daşdan hörülmüş tikinti müşahidə olunur. Təqsirləndirilən şəxs tikintiyə çatdıqda tikintinin içərisində olan dam örtüyü parçasının arxasındakı dolu vəziyyətdə olan bağlanmanı təqdim etmişdir. Dolu vəziyyətdə olan kisəyə baxış keçirilən zaman həmin bağlamanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində marixuana olduğunu, həmin kütləni bir gün öncə Bərdə rayonu ərazisində yerləşən “Dəmiryol” adlanan ərazinin arxa hissəsində olan sahədən tapdığını, öz şəxsi istifadəsi üçün yaşadığı ünvana gətirdiyni və orada saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 7390 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin kütlə ** nömrəli möhürlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində və fərdi yaşayış evində qanunsuz başqa əşya və ya predmet olmadığı bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə vizual olaraq baxış keçirilmiş, hər hansı bir şübhəli əşya, predmet aşkar edilməmişdir. Baxış və götürmə Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, R şahid1 tərəfindən videokamera vasitəsilə çəkilmişdir. Çəkilmiş videogörüntü diskə köçürülərək baxış protokoluna əlavə olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, heç bir təklif və etiraz daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. “Şəxsi axtarış və götürmə barədə” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 19:20 dəqiqədən “sony” markalı videokamera vasitəsilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərindəki paltarların yoxlanılacağı, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində dəvət olunmuş müdafiəçisi X1 təqdim olunaraq ondan hər hansı bir etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşya və predmetlər vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilən bükümü təqdim edərək içərisində qrurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəziyə qoyularaq ilkin çəkisinin 2.04 qram olması müəyyən olunmuş və ekspertizaya göndərilməsi üçün DİN-nin ** saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və ya predmet olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən “Winchester” markalı siqaret qutusu aşkar olunmuş və maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm narkotik vasitəyə bənzər kütləni tapmış olduğu yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan bağlamada olan narkotik vasitənin içərisindən istifadə etmək üçün götürdüyünü bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. “Məhkəmə-bioloji” ekspertizasının ## #### 2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs ... oğlunun üzərində aşkar olmuş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,83 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kisədəki təmiz çəkisi 7250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs ... oğlunun üzərində aşkar olmuş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,83 qram olan qurudulmuş marixuana və üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kisədəki təmiz çəkisi 7250 qram olan qurudulmuş marixuana eynidirlər. Qeyd: marixuana təmiz çəkisi 1,83 qr, 7250 qr, tədqiqata sərf edildi-0,08 qr (hər birindən 0,04 qr) qalıq 1,79 qr, 7249,96 qr. “Diskə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, ## #### 2025-ci il tarixdə Bərdə şəhəri, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin videoçəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin videogörüntü 13 dəqiqə 52 saniyə müddətdədir və Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, R şahid4, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R şahid3 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, R şahid2 İmran oğlunun və Bərdə RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti R şahid1 iştirakları ilə Bərdə rayon X4 bölməsinin təhqiqatçısı, R İsmayılov Fərhad Vüqar oğlu tərəfindən yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazının və tələbinin olmadığını bildirmiş, daha sonra baxış istintaq hərəkəti iştirakçıları elan edilmişdir. Təhqiqatçı Fərhad İsmayılov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində narkotik vasitə olub-olmaması, əgər varsa könüllü şəkildə təqdim edə bilib-bilməyəcəyi barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə “nəşə” olduğunu, həmin kütləni könüllü şəkildə təqdim edə biləcəyini bildirmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etməsi təhqiqatçı Fərhad İsmayılov tərəfindən təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşayış evinin həyətinə birlikdə daxil olunmuşdur. Fərdi yaşayış evi iki taylı, yaşıl rəngli dəmir darvazadan içəri keçdikdə irəlidə yerləşir. Həmin ev mişar daşlarından hörülmüşdür. Fərdi yaşayış evinin arxa hissəsinə keçib sağ tərəfə döndükdə kərpic daşdan hörülmüş yarımçıq tikili vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs yarımçıq tikiliyə çatdıqda tikilinin içərisində olan dam örtüyü parçasının arxasındakı dolu vəziyyətdə olan ağ rəngli sintetik kisəni təqdim etmiş, dolu vəziyyətdə olan kisəyə baxış keçirilən zaman həmin içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kisənin içərisində marixuana olduğunu, həmin kütləni bir gün öncə Bərdə rayonu ərazisində yerləşən “Dəmiryol” adlanan ərazinin arxa hissəsində olan sahədən tapdığını, öz şəxsi istifadəsi üçün yaşadığı ünvana gətirdiyini, orada saxladığını, narkotik vasitə istifadə etdiyini, onda narkotik vasitə olması barədə heçkimə məlumat vermədiyini bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütləyə baxış keçirilmiş, həmin kütlənin ilkin görünüşə görə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 7390 qram olması müəyyən olunmuş, ardınca qablaşdırılmış, qablaşdırmanın üzərində qeydlər aparılmış və istintaq hərəkət iştirakçıları tərəfindən imzalanaraq DİN-nin ** saylı möhürü ilə möhürlənmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bunun ardınca polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirilsə də, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. “Məhkəmə-tibbi” ekspertizanın ## #### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin ## #### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımçıq tikilidə olan dam örtüklərinin arxasından aşkar edilmiş 1 ədəd ağ rəngli sintetik kisədə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 7250 qram olması, ekspertiza zamanı isə 0,4 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisinin 7249,96 qram olması cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 1.83 qram olması, ekspertiza zamanı isə 0,4 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisinin 1.79 qram olması cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində bildirmişdir ki, polis əməkdaşları ona psixoloji təsirlər göstərərək verdikləri narkotik vasitəni götürməyini istəmişlər. O, narkotik vasitə istifadəçisi olmuşdur, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məcbur olub polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni üzərinə götürdüyünü və videoçəkiliş zamanı yaşadığı evin həyətində olan yarım tikilidən və üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Məhkəmə kollegiyası, yuxarıda əks olunan ifadələr və iş materiallarına daxil olan sübutları tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs bildirdikləri uydurma, formal özünü müdafiə xarakterli, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr olmaqla yuxarıda əks olunan mötəbər sübutlarla öz təsdiqini tapmır. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, həmçinin ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi, əməlində cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub cəzasını çəkib qurtardıqdan sonra iki il keçmədən, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaratmışdır. CM-nin 65.1-ci maddəsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 234.4.3-cü maddəsinin beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələblərinə əməl etməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq, ona cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq CM-nin 56.1.3-cü maddəsinə əsasən onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halı, cəzanı yüngülləşdirən halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-164/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-164/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver