Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-165/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər İbişov İlkin İlqar oğlu (sədrlik edən), X7 və X2) ##.##.1997-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olub, Ağdam rayon Quzanlı qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu ## ### 2025-ci il tarixdən hesablanmması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən, külli miqdar olub 03 (üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,17 qram, 4,13 qram, 3,79 qram və 1 (bir) ədəd sarı rəngli sellofan paketdə təmiz çəkisi 505 qram olmaqla ümumi təmiz çəkisi 517,09 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 03 (üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,17 qram, 4,13 qram, 3,79 qram olmaqla ümumi təmiz çəkisi 12,09 qram olan hissəsini Məmmədov İntiqam Yelmar oğluna məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuq altı hissəsində 20 may, 2025-ci il saat 14:32-dək, 01 (bir) ədəd sarı rəngli sellofan paketdəki təmiz çəkisi 505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə yaşadığı Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evinin yataq otağında yerləşən taxta materiallı şkafın üst çəkməsində ## ### 2025-ci il saat 14:32dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda yaşadığı Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində 01 ədəd qara rəngli plastik materiallı dibçəyin içərisində ümumi təmiz çəkisi 1,75 qram olan 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolları ## ### 2025-ci il saat 14:32-dək, yəni Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib həmin bitkiləri xeyli miqdarda əkib yetişdirərək qəsdən kultivasiya etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi və ya törədilmiş əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının, yaxud CM-nin 70-ci maddəsi tətbiq edilməklə hökmlə təyin edilmiş cəzanın şərti tətbiq olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 0.485 qram narkotik maddəyə bənzər kütlə aşkar olunaraq götürülərkən polis əməkdaşları tərəfindən çəkilmiş və qablaşdırmaqla götürülmüşdür. Lakin tədqiqata təqdim olunduqdan sonra təmiz çəkisi 505 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bu vəziyyətə əsaslanan müdafiə tərəfi məhkəmə iclasında təkrar məhkəmə-bioloji ekspertizasının təyin edilməsi barədə yazılı vəsatət vermiş, lakin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuanın 0.485 qramdan da az olduğunu bildirmişdir. Bundan əlavə narkotik vasitənin çəkisi barədə götürmə haqqında videokadrda marixuanın çəkisinin 0.485 qram olduğu aşkar olaraq görünür. Ona görə də təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir. Himayəsində iki azyaşlı uşağının və ailənin yeganə qazanc gətirən yeganə şəxs olmasını, təyin edilmiş cəzanın onun ailəsinin rifahına artıq dərəcədə mənfi təsir etməsini, əməlindən peşman olmasını nəzərə alaraq təyin olunmuş cəzanın ağır olması nəzərə alınmalıdır. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi (vəkil) Müdafiəçi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətin dəlillərini müdafiə edərək müdafiəçisinin dedikləri ilə razı olduğunu və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Belə ki, iş üzrə zəruri istintaq hərəkətləri keçirilmiş, şahid ifadələri və ekspert rəyləri var. Məhkəmə kifayət qədər ədalətli cəza təyin etmişdir. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». İlk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq CM-nin 234.1-1-ci və 237.1-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini törətməsi istisna olunmasa da belə, lakin onun təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi və törətdiyi əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib barəsində ya CM-nin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzası, ya da CM-nin 70-ci maddəsi tətbiq edilməklə hökmlə təyin edilmiş cəzanın şərti tətbiq edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -“Əməliyyat-axtarış tədbirləri keçirilməsinə, üzərinə, avtomobilinə və mənzilinə baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokollar; -”Diskə baxış keçirilməsi haqqında“ ## #### 2025-ci il tarixli protokol; -”Məhkəmə-bioloji ekspertizasının” ##.##.2025-ci il tarixli rəyi; -”Məhkəmə narkoloji ekspertizasının” ##.##.2025-ci il tarixli rəyi; -”Sübutların qiymətləndirilməsi haqqında” ## ######## 2025-ci il tarixli qərarı; -”Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü CM-nin 234.1-1-ci və 237.1-ci maddələri ilə təqsirli bilməsinə dair etirafedici ifadələri; -Şahid ifadələri; -İş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, ekspertiza rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, külli miqdar olmaqla ümumi təmiz çəkisi 12,09 qram olan etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuq altı hissəsində ## ### 2025-ci il saat 14:32-dək, təmiz çəkisi 505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə yaşadığı Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evinin yataq otağında yerləşən taxta materiallı şkafın üst çəkməsində ## ### 2025ci il saat 14:32-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlaması, bundan başqa o, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində ümumi təmiz çəkisi 1,75 qram olan 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına ## ### 2025ci il saat 14:32-dək, yəni Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib həmin bitkiləri xeyli miqdarda əkib yetişdirərək qəsdən kultivasiya etməsi təqsirləndirilən şəxsin ibtidai istintaq orqanında CM-nin 234.1-1 və 237.1-ci maddələri ilə özünü təqsirli bilməsi və birinci instansiya məhkəməsində isə qismən təqsirli bilməsi ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Göstərilən dəlillər əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə heç bir hüquqi əsası yoxdur. Eyni zamanda həmin əməlin düzgün tövsif olunmamasını təsdiq edən mötəbət sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrə baxış keçirilməsi zamanı qeydə alınmış video diskdə həmin narkotik vasitələrinin çəkisinin 0.485 qram olduğunu bildirməsinə dair xüsusatına tənqidi yanaşaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş narkotik maddəyə bənzər kütlə saxlanılan zaman polis əməkdaşları tərəfindən tərəzi vasitəsilə çəkilib üzərində "Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 0,485 qr narkotik maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür" sözləri olsa da, ekspert tədqiqatı nəticəsində təqdim olunmuş ağ qırmızı rəngli sellofan paketdəki 1(bir) ədəd sarı rəngli sellofan paketin içərisində olan kütlənin təmiz çəkisi 505 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, məhkəmə-bioloji ekspertizasına təqdim olunan bitki mənşəli kütlənin və bitki nümunələri ə/m Elgiz Balakişiyevin iştirakı ilə ekspert Eşqin Xudatov tərəfindən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq mərkəzi tərəfindən ölçmə dəqiqliyi ****** №-li və ****** №-li “Şəhadətnamə” ilə təsdiq edilmiş “CAS MWP 300” və “CAS CS” markalı elektron tərəzi vasitəsilə ilə ölçüldüyündən, ekspertiza tərəfindən müəyyən olunan çəkinin daha mötəbər olduğunu göstərən ən başlıca amillərdən biridir. Həmçinin, ## ######## 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticəvi hissəsində “Qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş sarı rəngli sellofan torbada olan narkotik vasitənin çəkisinin cinayət işinin materiallarında texniki səhv olaraq 0.485 qram kimi göstərilməsi, həmin narkotik vasitənin çəkisinin məhkəmə bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** saylı rəyinə əsasən 505 qram olması nəzərə alınsın” sözləri qeyd olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəsinin çəkisinin az olması ilə məhkəmə bioloji ekspert rəyində göstərilən narkotik maddəyə bənzər kütlənin çəkisi arasındakı ziddiyyətlərə hüquqi qiymət verərək kollegiya hesab edir ki, məhkəmə bioloji ekspertizanın rəyini daha mötəbər və əsaslıdır. Müdafiə tərəfi narkotik vasitənin çəkisi ilə bağlı ekspertizanın rəyini təkzib edə biləcək mötəbər sübutları təqdim etməmiş, buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə onun gətirdiyi dəlil yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Apellyasiya şikayətinin digər dəlillərindən məlum olduğu kimi Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi və ya barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək hökmlə təyin olunmuş cəzanın şərti hesab olunaraq çəkilməsini iddia etmişdir. Qeyd olunan dəlillərlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs hərəkətləri ona istinad edilmiş qeyd olunan maddələrinin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun barəsində CM-in 234.1-1-ci və 237.1-ci maddələri ilə verilən ittiham üzrə hökm çıxarmaqda barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddələr üzrə ona əsas cəza növü kimi təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzanın həddi ilə razılaşsa da belə, lakin həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ilə razılaşmır. Məhkəmə kollegiyası apellyasiya şikayətində cəzanın ağırlığına dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən təqsirləndirilən şəxsin şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə onun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlsə də, cəzanın həddini müəyyən edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin faktiki hallarına uyğun olmayan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 (üç) il olduğu halda birinci instansiya məhkəməsi iş üzrə təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici halı hökmdə sadalasa da, cəzanın təyini zamanı aşağıda qeyd olunan yüngülləşdirici halları düzgün qiymətləndirməmiş, kifayət qədər nəzərə almamış və ona yuxarı həddə - 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası cinayət prosesinin tərəflərini dinləyib hesab edir ki, təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirən halların məcmusu ona təqsirli bilindiyi maddə ilə daha aşağı həddə- 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, apellyasiya məhkəməsində təqsirləndirilən şəxs əməlindən peşman olduğu, himayəsində 2 azyaşlı övladının olması, məcburi köçkün düşərgəsində yaşaması, ailəli olması, anasının 2-ci qrup əlil olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən edilmişdir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, qeyd olunan halların təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması və ona təqsirli bilindiyi CM-nin 234.1- 1-ci maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi məqsədəmüvafiqdir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, törədilən cinayət əməli, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla qeyd edilən cəzanı yüngülləşdirən hallar ayr ı-ayrılıqda və ya məcmu halda müstəsnalıq yaratmasa belə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin məhkum edildiyi CM-in maddəsinin sanksiyası həddində aşağı endirilməsinə əsaslar yaradır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının və ya CM-nin 70-ci maddəsi tətbiq edilərək hökmlə təyin olunmuş cəzanın şərti hesab edilməsinə heç bir hüquqi əsas görmədi. Qərarda sadalanan cəzanı yüngülləşdirən hallar, bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsə bu qaydada güzəşt edilməsi həm Cinayət Qanunvericiliyinin tələblərinə, həm də ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu qaydada mərhəmət göstərilməsi mövcud məhkəmə təcrübəsinin tövsiyyələrinə uyğun olmaqla cəzanın məqsədinə də xidmət etmiş olardı. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, bu təyin etmə cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. CPM-nin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti cəzaya dair hissədə qismən təmin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 3 (üç) il müddətə endirilməli və hökmlə ona həmin Məcəllənin 237.1-ci maddəsilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla CM-nin 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza saxlanılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 397-399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 3 (üç) il müddətə endirilsin və hökmlə ona həmin Məcəllənin 237.1-ci maddəsilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-165/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-165/2026
17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver