Məhkəmə qərarları › İş №1(3-7)-166/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-166/2026

20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-166/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X6, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkillər) müdafiəçi2 və X1 iştirakları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü və 149.2-1.1-ci maddələri ilə təqsirli biliməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə (hakimlər X2 (sədrlik edən), X7 və X3) ## ###### 1990-cı ildə Şəmkir şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 144.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 149.2-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə təlim və tərbiyə müəssisələrində istənilən bir vəzifə tutma və peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəzaya birləşdirlməklə ona qəti olaraq 02 (iki) il müddətə təlim və tərbiyə müəssisələrində istənilən bir vəzifə tutma və peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanması, ona təyin olunan təlim və tərbiyə müəssisələrində istənilən bir vəzifə tutma və peşə fəaliyyəti ilə məşğul olma növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi oğurlama və yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə təkrar cinsi əlaqədə olmaqla zorlama cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs2 ##.## 2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs evlənmək niyyətilə oğurlamaq məqsədilə tanışları təqsirləndirilən şəxs1 və qeyrisi ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## ####### 2023-cü il tarixdə, saat 18 radələrində Şəmkir şəhəri, Elmira Abbasova küçəsində Zərərçəkmiş şəxs təhsil aldığı Qazax Dövlət Sosial-Iqtisadi Kollecindən evinə qayıdarkən taksi fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısını kəsib zor tətbiq etməklə evlənmək məqsədilə avtomobilin arxa oturacağına mindirib oğurlayaraq, Şəmkir şəhəri, Dəllər-Cırdaxan kəndində yaşayan dayısı arvadı şahid8 Ələsgər qızının evinə aparmış, həmin tarixdə bir neçə saatdan sonra təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs özü ilə birlikdə tanışı X10 idarə etdiyi «Mersedes E class» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı X5 Gəncə şəhəri, «Bakı fəhləsi» yaşayış massivində yerləşən evinə apararaq orada gecələmiş, səhəri günü, yəni ##.##.2023-cü il tarixdə Zərərçəkmiş şəxs özü ilə birlikdə tanışı şahid4 ünvan 2 ünvanda yerləşən evinə aparmış və təqsirləndirilən şəxs2 ## ####### 2023-cü il tarixdə, saat 23:50 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmağa çalışmış, sonuncu təqsirləndirilən şəxs2 etiraz edərək onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirməsinə baxmayaraq, təqsirləndirilən şəxs2 buna əhəmiyyət verməmiş və sərxoş halda Zərərçəkmiş şəxs əynində olan donunu yuxarı qaldırıb və əynindəki alt tumanını (trusikini) soyundurub sonuncunun müqavimətinin qarşısını almaq üçün fiziki zor tətbiq etməklə ona sağ əlin II barmağının daraq-falanqa oynağının arxa səthinin, sol budun üçdə birinin bayır səthinin sıyrıqları və sağ bazunun orta üçdə birinin ön və arxa səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək onun iradəsinə zidd olaraq öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub onun qızlıq pərdəsinin tamlığını pozaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamışdır. Bundan başqa, o, öz cinsi ehtirasını təmin etmək məqsədilə ## ####### 2023-cü il tarixdə, saat 24 radələrində tanışı şahid4 ünvan 2 ünvanda yerləşən evində sərxoş halda Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmağa çalışmış, sonuncu onunla cinsi əlaqədə olmaq istəmədiyini deyib etiraz etməsinə baxmayaraq, təqsirləndirilən şəxs2 buna məhəl qoymayıb Zərərçəkmiş şəxs çarpayıdan döşəmənin üzərinə yıxaraq əynində olan donunu və alt tumanını(trusikini) soyundurub onun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təkrar zorlamışdır. Bundan əlavə, o, öz cinsi ehtirasını təmin etmək məqsədilə ## ####### 2023-cü il tarixdə, saat 23:50 radələrində tanışı şahid4 ünvan 2 ünvanda yerləşən evində Zərərçəkmiş şəxs yatdığı yataq otağında onun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə əynində olan paltarlarını çıxardaraq döşəmənin üzərində öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub yetkinlik yaşına çatmayanZərərçəkmiş şəxs təkrar zorlamışdır. Bundan əlavə, o, öz cinsi ehtirasını təmin etmək məqsədilə ## ####### 2023-cü il tarixdə, saat 24 radələrində tanışı X4 Abşeron rayonunun Xırdalan şəhərində yerləşən evində sərxoş halda Zərərçəkmiş şəxs yatdığı yataq otağında onun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə əynində olan paltarlarını çıxardaraq döşəmənin üzərində öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təkrar zorlamışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində CM-nin 149.2-1.1-ci maddəsi ilə bəraət verilməsi, həmin Məcəllənin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona minimum həddə cəza təyin edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin zorlama epizodu ilə bağlı vermiş olduğu ifadə həqiqətə uyğundur və bunun əksi öz təsdiqini tapmır. Belə ki, təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi zorlaması qənaətinə gəlinməsi yalnız zərəçəkmiş şəxsin vermiş olduğu ifadəsinə əsaslanmışdır, lakin məhkəmə nəzərə almamışdır ki, zərərçəkən şəxs artıq evə qayıtdıqdan sonra onun valideyinlərinə təqsirləndirilən şəxslə könüllü cinsi əlaqədə olmasını deməsi onun üçün mövcud vəziyyətdə çox çətin olmuşdur və o məcbur olub utanmamaq üçün zorlanmasını demişdir. Işin təkzib olunmaz hallarından biri ondan ibarətdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qaçırma hadisəsinin səhərisi gün Qazax Rayon Polis şöbəsində olmuşlar. Orda onları dindirdikdən sonra sərbəst evə buraxmışlar. Bundan sonra zərəçəkmiş şəxs artıq qaçırmanı qəbul edib və bir neçə gündən sonra təqsirləndirilən şəxslə ər-arvad kimi yaşamışlar. Nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxsin bir neçə dəfə imkanı olmuşdur ki, bu barədə xəbər versin. Əvvəla Qazax Rayon Polis şöbəsində olarkən o əvvəlcə əməliyyatçılar, sonra isə təhqiqatçı tərəfindən dindirilmiş, təklikdə onlarla görüşmüş və zorla saxlanılması barədə heç nə deməmişdir. (bu faktı təsdiq etmək üçün müdafiə tərəfi Qazax Rayon Polis şöbəsinin əməkdaşlarını məhkəməyə şahid qismində çağırıb dindirilməsini tələb etsə də məhkəmə vəsatəti təmin etməmişdir.) Hesab edir ki, bu halda artıq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə ər-arvad kimi yaşamaq istəməsinin bir göstəricisidir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, istintaqa cırılmış paltar təqdim edilməmişdir. Halbuki əksəriyyət hallarda zor tətbiq etmə paltarların cırılması ilə müşayiət olunur. Ümumiyyətlə zorlama ilə bağlı zərərçəkmiş şəxsin ifadəsindən başqa işdə heç bir sübut yoxdur. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsə CM-nin 144.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən də haqlı olmamışdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbii yoxdur. Həmçinin, ilk dəfədir təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir, törətdiyi əməldən səmimi peşmandır. Hesab edir ki, onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsasdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin məzmununa uyğun çıxış etdilər və şikayətlərin təmin edilməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq Zərərçəkmiş şəxs tərəfindən # #### 2026-cı il tarixli notariat qaydasında təsdiqlənmiş ərizəsini təqdim edərək onun hazırda təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını göstərdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı Bəhruz Cabbarlı apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək göstərdi ki, iş üzrə kifayət qədər araşdırma aparıldığından təqsirləndirilən şəxsin təqsirliliyi mötəbər sübutlarla təsdiq olunmuşdur. Odur ki, şikayətlərin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərinin dəlillərindən, habelə müdafiə tərəfinin mövqeyindən məlum olur ki, təqsirləndirilən şəxs2 əməllərində CM-nin 149.2-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməsi, təqsirli bilindiyi CMnin 144.3-cü maddəsi ilə ona təyin olunmuş cəzanın CM-nin 62-ci maddəsi tətbiq edilməklə minimum həddə təyin edilməsi xahiş edilir. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya şikayətlərinin dəlillərinin əsassız hesab edilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə kollegiyası aşağıda göstərilənləri iş üzrə ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul edir: -zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi; -məhkəmə-tibbi ekspertizasının ## ####### 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitdə, eləcə də, onunla zorla cinsi əlaqədə olarkən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti ## ####### 2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcəyində cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ultrasəs müayinədən keçmədiyi üçün onun hal-hazırda hamilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; -Məhkəmə-tibbi ekspertizasının ## ###### 2023-cü il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmiş, təqsirləndirilən şəxs2 xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir; -“xxxx” MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk və ## #### 2024-cü il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolunun əlavəsi olan 01 ədəd disk; -## ###### 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha təqsirləndirilən şəxs2 üzünə qarşı onu zorla qaçırdığını və onunla dəfələrlə zor tətbiq etməklə cinsi əlaqədə olmasını bildirmişdir; -Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə ## ###### 2024-cü il tarixli protokol. -təqsirləndirilən şəxs2 CM-nin 144.3 və 149.2-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü müdafiəçinin iştirakı qismən təqsirli bilməsinə dair etirafedici ifadəsi; Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, “.......O, ## ####### 2023-cü il tarixdə saat 15:45-də o, dərsdən çıxıb evə qayıtmaq üzrə Gəncə-Qazax avtobusuna minib yola düşmüşdür. Saat 18 radələrində o, yaşadıqları Şəmkir şəhəri, Elmira Abbasova küçəsində avtobusdan düşmüşdür. O, küçə ilə evlərinə doğru gedərkən qırmızı rəngli “Vaz 2107” markalı avtomobil qəflətən onun qabağında dayanmış və içərisindən Asif və Xəyal adlı şəxs düşmüşdür. Asif və Xəyal onun üstünə hücum çəkərək onu zorla maşına mindirməyə çalışmışlar. O, qışqıraraq müqavimət göstərdikcə Asif və Xəyal ona zor tətbiq etmişlər. Yekunda Asif onun qolundan, Xəyal isə başından tutaraq onu avtomobilin arxa oturacağına uzatmışlar. Asif də onun üstünə uzanmışdır. Xəyal isə avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Sükan arxasında əyləşən tanımadığı kişi isə avtomobili sürətli şəkildə sürərək oradan uzaqlaşmışlar. Asif yolda olarkən onun telefonunu əlindən almışdır. O, ağlayaraq avtomobili idarə edən təqsirləndirilən şəxs1 17 yaşının olduğunu və onu öz övladı kimi bilib azad etməsini xahiş edərək yalvarmışdır.........Asif onunla müxtəlif vaxtlarda 5 dəfə cinsi əlaqədə olmuşdur. Hər dəfəsində onun əynində olan qara rəngli, tünd çəhrayı rəngli, açıq bənövşəyi rəngli trusik, ağ rəngli busqalter, qara rəngli don, qara rəngli şortik və qara rəngli qısaqol köynək olmuşdur. Paltarlardan busqalter, qara və tünd çəhrayı rəngli trusik cırılmışdır. Hal-hazırda həmin paltarlar Asifdə qaldığı üçün o, paltarları araşdırmaya təqdim edə bilmir. Asif onunla cinsi əlaqədə olan zaman ona zor tətbiq edərək, onun qollarını bərkdən sıxaraq onunla zorla cinsi əlaqədə olmuşdur…» Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də təqsirləndirilən şəxs2 qeyd edilən və ona ittiham olunan cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası yuxarıda təsvir olunan sübutlardan və ifadələrdən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində verdiyi ifadələrində qeyd etdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir, təqsirləndirilən şəxsin ifadələrini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün istintaq hərəkətləri protokolları, zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəylərini və digər sənədləri cinayət təqibi üzrə təqsirləndirilən şəxs2 təqsirliyini təsdiq edən mötəbər sübut hesab edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CMnin 149.2-1.1-ci maddəsi ilə bağlı bəraət verilməsinə dair dəlillər iş materialında olan mötəbər sübutlarla öz təsdiqini tapmır, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 əməlində CM-nin 149.2-1.1-ci maddəsinin tərkib əlamətləri vardır. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxs2 əməlində CM-nin 144.3-cü maddəsinin tərkib əlamətini olduğunu və həmin maddə ilə ona təyin olunmuş cəzanın CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona minimum həddə cəza təyin edilməsi xahiş edilmişdir. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə cəza təyin edilərkən CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş digər hallara yanaşı, təqsirkarın şəxsiyyəti, yəni onun sosial və psixoloji xüsusiyyətləri nəzərə alınır. Sosial xüsusiyyətlərə şəxsin cinsi, yaşı, ictimai vəziyyəti, təhsili, ailə vəziyyəti, peşəsi, vəzifəsi, həyat tərzi, əməyə, təhsilə, birgə yaşayış qaydalarına, qanunlara, insanlara münasibəti və s. daxildir. Şəxsin psixoloji xüsusiyyətlərinə onun xarakteri, iradəsi və s. bu kimi hallar daxildir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-nin 144.3-cü maddəsinə görə Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Törədilmiş cinayət bir qrup şəxs halında olmaqla yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 CMnin 59.1.10-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini qismən boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsi ilə məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alması və barəsində CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəzasın əlavə cəzaya birləşdirlməklə ona qəti olaraq 02 (iki) il müddətə təlim və tərbiyə müəssisələrində istənilən bir vəzifə tutma və peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəzanın məqsədlərini təmin edən həddə həm əlavə cəza, həm də azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verməsə də belə, iş materialının apellyasiya məhkəməsində olduğu müddətdə onun tərəfindən məhkəmə ünvanlanmış ##.##.2026-cı il tarixli elektron ərizəsində təqsirləndirilən təqsirləndirilən şəxs2 ağır cəza təyin edilməsini xahiş etmişdir. Buna baxmayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən # #### 2026-cı il tarixli notariat qaydasında təsdiqlənmiş ərizəsindən görünür ki, onun hazırda təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində təyin olunmuş cəzanın ağır olmasını göstərsə də, bu xüsusatı hazırki vəziyyətdə ona və ailə vəziyyətinə necə təsir göstərməsini əsaslandıra bilməmişlər. CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxs2 daha aşağı həddə və ya CM-nin 62-ci maddəsinin tətbiq etməklə hökmlə təyin edilmiş cəzanın minimum həddə təyin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. CPM-nin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən və məhkəmənin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 397-398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar