Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-168/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** nömrəli (sədrlik edən Hafiz Əliyev) hökmü ilə ##.##.2004-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Goranboy rayon məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-in 177.2.3və177.2.4 cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməyən və götürülməyən, ünvan 1-də qeydiyyatda olmaqla, Goranboy şəhəri, 59-cu kvartalda qeydiyyatsız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04(dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş 05 ədəd qızılı kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,17 qram, 0,08 qram, 0,09 qram və 0,08 qram olmaqla, ümumi təmiz çəkisi 0,64 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamış, ## ###### 2025-ci il tarixdə saat təxminən 19 radələrində Goranboy şəhəri, 59-cu kvartalda yerləşən yaşadığı evin qarşısında 05 ədəd qızılı kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,17 qram, 0,08 qram, 0,09 qram və 0,08 qram olmaqla, ümumi təmiz çəkisi 0,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 50 manat pul müqabilində tanışı şahid6 İlqar oğluna və əvvəllər tanımadığı Mirzəyev İslam İlham oğluna satmış, ## ###### 2025 ci il tarixdə saat 01 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İslam Mirzəyev Goranboy şəhəri, M.Məhərrəmov küçəsində şübhəli şəxs qismində saxlanılaraq üstünə yoxlanış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən 05 ədəd qızılı kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,17 qram, 0,08 qram, 0,09 qram və 0,08 qram olmaqla ümumi təmiz çəkisi 0,64 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qeyri-obyektiv və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, ona verilmiş ittihamla özünü təqsirli bilmir, işə düzgün və ədalətlə baxılmasını xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçi apellyasiya şikayətini bildirdilər ki, təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etsə də, satış niyyəti olmamış və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Odur ki, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamın həmin maddədən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini, həmçinin təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsinin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif edildiyini, təqsirləndirilən şəxsə cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfi təqsirləndirilən şəxsin qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən, əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin məhkəməbioloji ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Mirzəyev İslam İlham oğlunun üzərindən götürülmüş 5 büküm qurudulmuş marixuanaya bənzər kütlələr” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan 5 (beş) ədəd qızılı kağız bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,17 qram, 0,08 qram, 0,09 qram və 0,08 qram, ümumi təmiz çəkisi 0,64 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Goranboy RPŞ-nin MSY-nin mühafizəçisi R şahid1 ##.##.2025-ci il tarixli raportundan görünür ki, ## ######## 2025-ci il tarixdə saat 22-23 radələrində MSY-də xidmətdə olarkən * nömrəli kamerada saxlanılan Təqsirləndirilən şəxs ğlu qışqıraraq * nömrəli kamerada saxlanılan şahid6 İlqar oğluna aşağıdakı sözləri demək istəmişdir: “Ənvər! Ənvər! Mənimlə aramda olan söhbəti niyə polisə deyibsən? Denən ki, Ağcakənddə yeyib içmişik, ordada “nəyşə” çəkmişik. Məni satma!”.Tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində danışıqların qarşısı alınmışdır; “Üzləşdirmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə şahid6 İlqar oğlu ilə Mirzəyev İslam İlham oğlu arasında videoçəkilişdən istifadə etməklə üzləşdirilmə aparılmış, üzləşdirmə zamanı şahid6 İlqar oğlu Mirzəyev İslam İlham oğlunun üzünə: “Mənim və İslamın arasında nəyşə çəkmək ilə bağlı danışıq olmuşdur. Mən 25 manat pul qoydum, İslam isə 25 manat pul qoydu. Mən, bundan sonra Səlim adlı şəxsdən 50 manat müqabilində nəyşə aldım. Narkotik vasitəni birlikdə istifadə etmək məqsədimiz var idi.”- demişdir. Mirzəyev İslam İlham oğlu isə şahid6 İlqar oğlunun üzünə qarşı: “Mən, şahid6 İlqar oğlunun üzümə qarşı dedikləri ilə razılaşıram. Mən, 25 manat qoydum, yerdə qalan 25 manat pulu isə Ənvər qoydu. Mən, evə getməyimi, narkotik vasitənin məndə qalmasını, oyun salonunda adamın çox olmasını, sonradan birlikdə görüşüb Ağcakənd qəsəbəsinə getməyi bildirdim. Bu zəmində narkotik vasitə məndə qaldı.”-sözlərini demişdir; “Üzləşdirmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə şahid6 İlqar oğlu ilə Təqsirləndirilən şəxs arasında videoçəkilişdən istifadə etməklə üzləşdirilmə aparılmış, üzləşdirmə zamanı şahid6 İlqar oğlu Təqsirləndirilən şəxs üzünə: “Mən, tanışım İslam ilə birlikdə “nəyşə” almaq qərarına gəldim. Bundan sonra Səlimi axtarıb tapdım. Səlim mənə pul verməyimi, məsələni həll edəcəyini bildirdi. Səlim mənimlə birlikdə “Playstation” salonuna gəldi. Mən, İslamdan 25 manat götürdüm, üstünə 25 manat qoydum, bizə 50 manatlıq nəyşə lazım olduğu üçün salonda Səlimə verdim. Səlim çıxıb getdi, lakin söz verdiyi kimi gəlmədi. Mən, bundan sonra Səlimin yaşadığı evə yollandım. Səlimin yaşadığı evin darvazasını döydüm və Səlim mənə nəyşə verdi. Axşam saatlarında nəyşəni mənə Səlim pul müqabilində verdi.”- demişdir. Təqsirləndirilən şəxs isə şahid6 İlqar oğlunun üzünə qarşı: “Mən, şahid6 İlqar oğlunun üzümə qarşı dedikləri ilə razılaşmıram. şahid6 yalan danışır. Mən, şahid6 ilə birlikdə nəyşə çəkmişəm. Mən, həmin nəyşəni yabanı halda tapıb əldə etmişəm. Mən bilmirəm hansı səbəbdən şahid6 mənim narkotik vasitə satmağımı göstərir.”sözlərini demişdir; “Üzləşdirmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə şahid Mirzəyev İslam İlham oğlu ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında videoçəkilişdən istifadə etməklə üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı Mirzəyev İslam İlham oğlu Təqsirləndirilən şəxs üzünə: “Mən, Ənvərlə danışdım ki, narkotik alıb istifadə edək. Ənvər mənə Səlim adlı şəxsdən narkotik vasitə alacağını bildirdi. Bundan sonra həmin günü axşam saatlarında “Playstation” salonda olarkən Ənvər salona gələn Səlimi göstərərək, Səlimdən narkotik vasitə alacağını bildirdi. Belə ki, mən, siqarət çəkmək üçün çölə çıxdıqda Səlimi dəqiq orda gördüm.” demişdir. Təqsirləndirilən şəxs isə Mirzəyev İslam İlham oğlunun üzünə qarşı: “Mən Mirzəyev İslam İlham oğlunun üzümə qarşı dedikləri ilə razılaşmıram. Mən həmin günü “Playstation” salonda olmamışam. Mən İslam adlı şəxsi tanımıram.”-sözlərini demişdir; “Üzləşdirmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə şahid şahid6 İlqar oğlu ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında videoçəkilişdən istifadə etməklə üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı şahid6 İlqar oğlu Təqsirləndirilən şəxs üzünə: “Goranboy rayon polis şöbəsinin MSY-də olarkən sən Səlim mənə dedin ki, aramızda olan haqq hesabı demə, elə denən ki, birlikdə Ağcakənddə olarkən nəyşə istifadə etmişik, sənin, yəni Səlimin nəyşəni satmağını deməməyimi bildirdin. Aramızda olan, yəni Səlimin mənə narkotik vasitə olan nəyşəni satmağını danışmamağımı xahiş etdin. Mən isə Səlim ilə razılaşmadım və olanları deyəcəklərimi bildirdim. Həmin gecə orada polis əməkdaşı Nizami olmuşdur. Nizami orada mənim və Səlimin arasında olan söhbəti eşitmişdir.”- demişdir. Təqsirləndirilən şəxs isə şahid6 İlqar oğlunun üzünə qarşı: “Mən, şahid6 İlqar oğlunun üzümə qarşı dedikləri ilə razılaşmıram. Ənvər yalan danışır. MSY-də olarkən sən Ənvər mənə dedin ki, narkotik satışını boynuna götür, mən səni çıxartdıracam.” sözlərini demişdir; “Üzləşdirmə haqqında” ##.##.2025-ci il tarixli protokladan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə şahid şahid1 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında videoçəkilişdən istifadə etməklə üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı şahid1 Təqsirləndirilən şəxs üzünə: “##.##.2025-ci 1l tarixdə saat 21 radələrində növbəni təhvil aldıqdan sonra * nömrəli kamerada saxlanılan Səlimin növbəti sözləri deməsini eşitdim: “Ənvər! Ənvər! Aramızda olan söhbəti niyə demisən? Ağcakənddə oturub yeyib içməyimizi, nəyşə çəkməyimizi denən. Məni satma!”-sözlərini demişdir. Bu zaman Səlim qışqırırdı.” demişdir. Təqsirləndirilən şəxs isə şahid1 üzünə qarşı: “Mən, şahid1 üzümə qarşı dedikləri ilə razılaşmıram. Mən, yalnız Ənvəri çağırıb söymüşəm. Mənim Ənvəri söyməyimdə məqsədim mənə şər böhtan atması olmuşdur.”-sözlərini demişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli * saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərini həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün dəyişdirilməsi və həmin ittiham üzrə əməlin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya məhkəməsində müdafiə tərəfinin göstərdiyi dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı müdafiə tərəfinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, həmindəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bundan başqa, təyin edilmiş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, sonradan hökmün icrası qaydasında cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini, hazırkı cinayət əməli törədilərkən isə qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən cəza çəkdiyi dövrdə yenidən cinayət törətməsini nəzərə alaraq ağır cəza təyin etmişdir. Bununla belə, iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, törətdiyi cinayəti qismən etiraf edir, səmimi peşmançılıq çəkir, həmçinin təyin edilmiş cəzanın onun və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Goranboy şəhəri, 59-cu kvartalda qeydiyyatsız yaşayır. Ailə üzvləri: anası-1982-ci il təvəllüdlü X3 və qardaşı- 2002-ci il təvəllüdlü X2. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan yüngülləşdirici hallar Cinayət Məcəlləsinin 59 -cu maddəsinə əsasən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi, Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinə mahiyyəti üzrə baxarkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti qismən etiraf etdiyini və səmimi peşmançılıq çəkməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. CM-in 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Kollegiyanın qənaətinə görə təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar müvafiq olaraq onun cəzasına da təsir etməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, təqsirkar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının həcminin dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, təyin edilmiş cəzanın həcminin azaldılması qanunamüvafiqdir. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, hökm Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)- **/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş 04(dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) il 06 (altı) aya endirilsin. Hökm qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-168/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-168/2026
23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver