Məhkəmə qərarları › İş №1(3-7)-170/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-170/2026

14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-170/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs X17 oğlu və onun müdafiəçisi (vəkil) müdafiəçi1 iştirakı ilə X17 oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli biliməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (hakim Hacıyev Süleyman) ##.##.1979-cu ildə Iran Islam Respublikasında doğulmuş, Iran Islam Respublikasının vətəndaşı, subay, ali təhsilli, sürücü, əvvəllər məhkum olunmamış, Iran Islam Respublikası Borojen şəhəri X4 Şəhriyar küçəsi ev 112-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X17 oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının ## ####### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X17 oğlu idarə etdiyi nəqliyyat vasitəsi olan «Renault Premium» markalı RS-029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu (RS 029 X qoşqu) yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Belə ki, X17 oğlu ## ####### 2024-cü il tarixdə təxminən saat 21:40-47 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən 427-ci kilometrliyində “X5” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi RENAULT Premium markalı RS-029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu (RS 029 X qoşqu) yük avtomaşınını Bakı istiqamətində hərəkət etdirərkən avtomaşının ön hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada X1 vurması nəticəsində sonuncuya başın təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı,başbeyin toxumasına, qişaları altına və mədicəklərinə qansızmalar,sağ döş-körpücük oynağının cırılması, sağ almacıq sümüyünün sınığı,sağ tərəfli 1,2,3,4 və 5-ci,sol tərəfli 1,2,3 və 4-cü qabırğaların sınığı,çanaq sümüklərinin sınığı,sol alt göz qapağının qansızmalı və qurumuş qanla örtülmüş yarası,üst dodaq nahiyəsinin,sağ gözün bayır tərəfi-sağ üst göz qapağının əzilmiş-cırılmış yaraları,sağ almacıq nahiyəsnin didilmiş yarası,sağ bazu oynağının ön səthiunin deşilmiş yarası,sol dirsək oynağının arxa səthinin sıyırığı və didilmiş yarası, sol əl nahiyəsinin ovuc səthinin və sol daban nahiyəsinin alt səthinin yaraları,sağ və sol hər iki göz qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırları,burun,alın,üst dodaq,alt çənə və sağ bazu oynağının kürək nahiyəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının,döş qəfəsinin sol yan torokoabdominal səthinin, qarının sağ yarısının,bel nahiyəsinin,sol dirsək oynağının,sol bud nahiyəsinin,sağ diz oynağının, hər iki baldır nahiyələrinin,sağ iç topuq, sağ daban və sol iç topuq nahiyələrinin, həmçinin hər iki ayaq pəncələrinin sıyırıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehstiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan Ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək qeyd edilən Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla, yəni zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, ”təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nişanını bildirməli, sonra isə hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hadisə yerindən qaçmışdır. Bununla da, X17 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Məhkəmənin hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri apellyasiya şikayətləri verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması səbəbindən barəsində başlanılmış cinayət işinə xitam verilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin yerində yoxlanması protokolunda yola çıxan maneənin 24.3 metr məsafədə görməsini, həmin maenənin insan və ya digər canlı olmasını bilməmiş və yol nəqliyyat ekspertizası təyin etmə rəyində öz əksini tapmamışdır. Sürücü yola çıxan maneəni vurmamışdan qabaq 109.6-86.7 metr məsafədə geridə olmuş və yola çıxan piyadanı 2,5 metr məsafədə deyil, hökmdə 5.5 metr məsafədə vurmasını göstərmiş və belə olan halda hərəkət zolağında yolun eni 8 metr olduğundan və avtomaşının kabina hissəsinin eni 2,55 metr olduqda, piyadanın avtomaşının qarşı hissəsi ilə youn ikinci hərəkət zolağında deyil, 1-ci hərəkət zolağında öz yolunda 2.5 metr məsafədə avtomaşının qabaq qarşı sol hissəsi ilə vurulması ifadəsinin yerində yoxlanması protokolunda öz əksini tapmışdır. Sürücü həmin piyadanın hansı canlıya məxsus olmasını dəqiqliklə seçib görə bilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxsin əməlində CM-nin 263.2-ci maddəsinin tərkib əlamətləri olsa idi belə əlavə olaraq ona CM-nin 264-cü maddəsinin nəzərdə tutulmuş ittihamın verilməsi qanunsuz və əsassızdır. Belə ki, hadisənin heç bir şahidi olmadığı halda təqsirləndirilən şəxs ifadəsində avtomaşına nəsə dəyərkən onun heyvan yaxud insan olmadığını bilmədiyini, avtomaşından düşərək qeyd edilən yerə gəlib orada ətrafa baxış keçirməsini və heç nə görmədiyi üçün çıxıb getdiyini göstərdiyi halda ona həmin maddə ilə ittiham elan edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunması xahiş edilir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs X17 oğlunun müdafiəçisi (vəkil) müdafiəçi1 şikayətin dəlillərində göstərilən məzmunda çıxış edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş aşağıda göstərilən vəsatətin əsaslı olmasını nəzərə alaraq təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs X17 oğlu tərcüməçisinin iştirakı ilə müdafiəçisinin dedikləri ilə razı olduğunu göstərdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır, ona görə də şikayətin cəza təyini hissəsində təmin olunmamasını xahiş etdi. Əlavə olaraq o, məhkəməyə yazılı vəsatət təqdim edərək göstərdi ki, həmin cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 meyitində qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın əşyaların) təsirindən əmələ gəlmişdirlər, sol gözaltı nahiyənin əzilmiş-cırılmış yarası, sağ almacıq-sağ yanaq nahiyəsinin qançırşişkinliyi, sol göz qapaqlarının və sol gözlatı nahiyənin qançırı ölümündən bir qədər əvvəl, digər xəsarətlər isə ölümündən az əvvəl yarana bilərdilər. X1 ölümünə səbəb başın təpə nahiyəsinin əzilmiş-cırılılmış yaraları nəticəsində kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma nəticəsində inkişaf edən baş beyinin kəskin ödemi olmuşdur və həmin xəsarətlərin hərəkətdə olan avtomobil tərəfindən piyada müdafiəçi3 vurulması nəticəsində əmələ gələ bilməsi daha inandırıcıdır. X1 meyitində aşkar edilmiş sol gözlatı nahiyənin əzilmiş-cırılımış yarası, sağ almacıq-sağ yanaq nahiyəsinin qançır-şişkinliyi,sol göz qapaqlarının və sol gözaltı nahiyənin qançırı qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, kənar şəxs tərəfindən yetirilən küt mexaniki təsirdən yaranmaları istisna edilmir, dərəcəsinə görə ümumilikdə şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərin ##.##.2024-cü il tarixdə ölümündən bir qədər əvvəl əmələ gələ bilməsi istisna edilmir və həmin xəsarətlərin ölümlə bilavasitə səbəbli əlaqəsi yoxdur. X17 oğluna CM-in 263.2 və 264-cü maddələr üzrə verilmiş ittihamdan görünür ki, yük avtomaşının ön hissəsi ilə vurulması nəticəsində X1 digər xəsarətlərlə yanaşı sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş yarası və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi xəsarətlər almışdır. Bundan başqa X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, o, ## ####### 2024-cü il tarixdə saat 21 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu Düz Qırıqlı kəndinin ərazisindən keçən 424-cü kilometrliyində spirtli içkilərin qəbulu nəticəsində sərxoş halda yüksək səslə musiqiyə qulaq asan zaman tanışı X1 musiqinin səsini azaltmasını deməsini və onunla zarafat etməsini bəhanə edərək ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, X1 qanuni mənafelərinə toxunan, hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, zor tətbiq olunması ilə müşayiət edilən, həmin şəxsin və digər şəxslərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla qəsdən X1 və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sonuncuya sağ almacıq sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və sağ almacıq nahiyəsinin didilmiş və üst dodağın əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, zərərçəkmiş şəxs X1 xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdan “sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş yarası və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları” kimi xəsarətlərin itihamdan xaric edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin olunaraq məhkəmənin hökmü dəyişdirilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviriəsaslandırıcı hissəsində göstərir. Ilk növbədə, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş yazılı vəsatətə münasibət bildirərək qeyd edir ki, həmin vəsatət təmin olunmalıdır. Belə ki, məhkəmə kollegiyası, vəsatətin dəlillərini, cinayət prosesi tərəflərinin izahatlarını və cinayət işində olan sənədləri nəzərdən keçirərək hesab edir ki, təqsirləndiirlən şəxs X17 oğluna qarşı verilmiş ittihamdan “sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş yarası və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları” kimi qeyd olunan xəsarətlər çıxarılmalıdır ona görə ki, həmin xəsarətlərin baş vermiş yol-nəqliyyat hadisəsilə heç bir səbəbli əlaqəsi yoxdur. Apellyasiya məhkəməsi qeyd edir ki, X3 yuxarıda qeyd olunan aldığı bədən xəsarətlərini digər cinayət işi üzrə olan təqsirləndirilən şəxs X2 hərəkətləri nəticəsində baş vermişdir. Buna görə də, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni istintaq hərəkətləri protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs X17 oğlunun əməllərini düzgün olaraq CM-nin 263.2-ci və 264-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X17 oğlunun qeyd olunan maddələrdə nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıda qeyd olunan mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -##.##.2024-cü il tarixdə saat 07:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən 427-ci km-də baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqdəar DIN-in BDYPI-in YPXA-nın 9-cu tağımının xidməti ərazisində quraşdırılmş video müşahidə və dövlət qeydiyyat nişanlarını tanıma kamerakarına YPXA-nın Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən hissəsində yerləşən *** saylı YPX stasionar postuna quraşdrılmış həmin kameralara nəzarət kompüterindən götürülərək «CD» diskə və şəkillərə baxış keçirilmişdir. Kamerala baxış zamanı Bakı istiqamətində hərəkətdə olan RENAULT Premium markalı RS-029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu yük avtomaşını diqqət cəlb etmişdir. Belə ki, həmin avtomaşın ##.##.2024-cü il tarixdə saat 17:32-də Sınıq-Körpü gömrük postu vasitəsi ilə Gürcüstan Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olarkən avtomaşının kabinasının ön hissəsində hər hansı bir zədə izləri olmamış, bundan sonrada avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən bir neçə müşahidə kameraları altından keçəndə də kabinasının ön hissəsində hər hansı bir zədə izləri olmamış, lakin həmin tarixə saat 21:47-də Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu ərazisindən keçən 427.3-cü km-də quraşdırılmış müşahidə kamerasının altından keçəndə avtomaşının kabinasının ön hissəsində zədə izləri, ön tərəfdə olan dekarativ üzlükdə və ön banperin sol tərəfində sınıb-qopmuş hissələr müşahidə olunmuşdur. Həmin görüntülər iş üçün əhəmiyət kəsb etdiyindən protokollaşdırılaraq iş materiallarına əlavə edilmişdir. Istintaq zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 1 ədəd CD diksə baxış keçirilmişdir. Təqdim edilmiş 1 ədəd CD diskdə 2 papka (1. Giriş, 2. Çıxış) var.Üzərində ##.##.2024 yazılmış Giriş papkasında olan faylı açdıqda faylda dartıcısı təmiz və ön hissəsi zədəsiz olmaqla ağ rəngdə, üzərində RENAULT emblemi olan RS-029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu yük avtomaşının təsviri görsənir. Çıxış papkasında 2 fayl vardır. Üzərində Biləsuvar yazılmış birinci faylı açdıqda faylda dartıcısı təmiz, lakin ön hissədə dekorativ üzlüyün (ablisovka) yerində olmayan, həmçinin ön hissənin qismən sol tərəfində zədə (əzilmiş hissə) izləri olmaqla ağ rəngli, üzərində RENAULT emblemi olan RS029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu yük avtomaşının təsviri görsənir. X6 145 yazılmış 2-ci faylı açdıqda falyda video görüntü vardır. Video görüntüyə baxdıqda kamera 01-də, ##.##.2024-cü il tarixdə saat 17:16-59da təmiz, ağ rəngli və ön hissəsinin zədəsiz olmaqla üzərində RENAULT emblemi olan RS-029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu yük avtomaşının gömrük postuna daxil olması,gömrük əməkdaşları tərəfindən avtomaşına baxış keçirilməsi və daha sonra saat 17:21:33-də avtomaşının gömrük postunu tərk etməsi, arxasınca isə DAF markalı qoşqulu yük avtomaşının posta daxil olması müşahidə olunur. Həmin görüntülər iş üçün əhəmiyət kəsb etdiyindən protokollaşdırılaraq iş materiallarına əlavə edilmişdir. Ibtidai istintaq zamanı X17 oğlunun ifadəsi yerində yoxlanarkən müəyyən edilmişdir ki, o, 80 km/saat sürətlə idarə etdiyi «Renault Premium» markalı RS-029-NX Gürcüstan qeydiyyat nişanlı avtomaşını Bakı-Qazax yolu ilə Bakı istiqamətində həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən yolun orta hissəsində, yəni yolun sol tərəfində olan beton ara kəsmənin yayından adını sonradan bildiyi piyada, X1 çıxaraq soldan sağa doğru qarşısına çıxanda aradakı məsafə az olduğundan avtomaşını saxlaya bilməyib ön hissəsi ilə piyadanı vurmuşdur. O, qaraltının, yəni piyadanın yolun sol tərəfindən qarşısına çıxdığını görəndə arada 24,3 metr məsafə olmuşdur. Piyada isə yolun sol tərəfindən adi yerişlə vuruluna kimi 5,2 metr məsafə qət etmişdir. Bununla da piyadanın vurulduğu yer müəyyən edilmişdir. Piyada yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində 2,5, sağdan sola doğru isə 5,5 metr məsafədə vurulmuşdur. “MTE və PAB“ PHŞ-in Tovuz RŞ tərəfindən verilmiş ##.##.2024- cü il tarixli rəydə göstərilmişdir ki;

1. X3 meyitində aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir. -Başın təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı,baş-beyin toxumasına,qişaları altına və mədicəklərinə qansızmalar; -sağ döş-körpücük oynağının cırılması; -sağ almacıq sümüyünün sınığı; -sağ tərəfli -1,2,3,4 və 5-ci,sol tərəfli 1,2,3 və 4-cü qabırğaların sınığı; -çanaq sümüklərinin sınığı; -sol alt göz qapağının qansızmalı və qurumuş qanla örtülmüş yarası; -üst dodaq nahiyəsinin,sağ gözün bayır tərəfi-sağ üst göz qapağının əzilmişcırılmış yaraları; -sağ almacıq nahiyəsnin didilmiş yarası; -sağ bazu oynağının ön səthinin deşilmiş yarası; -sol dirsək oynağının arxa səthinin sıyırığı və didilmiş yarası; -sol əl nahiyəsinin ovuc səthinin və sol daban nahiyəsinin alt səthinin yaraları; -sağ və sol hər iki göz qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırları; -sağ almacıq-sağ yanaq nahiyəsinin qançır-şişkinliyi; -burun, alın,üst dodaq, alt çənə və sağ bazu oynağının kürək nahiyəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol yan torokoabdominal səthinin, qarının sağ yarısının,bel nahiyəsinin,sol dirsək oynağının, sol bud nahiyəsinin,sağ diz oynağının, hər iki baldır nahiyələrinin,sağ iç topuq,sağ daban və sol iç topuq nahiyələrinin, həmçinin hər iki ayaq pəncələrinin sıyırıqları; 2.X1 meyitində qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, sol gözaltı nahiyənin əzilmiş-cırılmış yarası,sağ almacıqsağ yanaq nahiyəsinin qançır-şişkinliyi,sol göz qapaqlarının və sol gözlatı nahiyənin qançırı ölümündən bir qədər əvvəl, digər xəsarətlər isə ölümündən az əvvəl yarana bilərdilər.Həmin xəsarətlərdən kəllə tağı və əsası sümüklərinin sınığı,baş-beyin toxumasına,qişaları altına və mədəciklərə qansızmalar ilə nəticələnmiş başın təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə,sağ döş-körpücük oynağının cırılması,sağ almacıq sümüyünün sınığı,sağ tərəfli 1,2,3,4-cü və 5-ci,sol tərəfli 1,2,3 və 4-cü qabırğaların sınığı,çanaq sümüklərinin sınığı dərəcələrinə görə həm ümumilikdə,həm də ayrıayırılıqda sağlamlığa Az Ağır zərərvurmanın əlamətlərinə,sağ almacıq nahiyəsinin didilmiş yarası,üst dodaq nahiyəsinin, sol gözaltı nahiyənin və sağ gözün bayır tərəfi-sağ üst göz qapağının əzilmiş-cırılmış yaraları, sağ bazu oynağının ön səthinin deşilmiş yarası, sol dirsək oynağının arxa səthin in sıyırığı və didilmiş yarası,sol əl nahiyəsinin ovuc səthininvə sol daban nahiyəsinin alt səthinin əzilmiş yaraları dərəcələrinə görə həm ümumilikdə, həm də ayrıayılıqda sağlamlığa Yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir.

3. X1 ölümünə səbəb başın təpə nahiyəsinin əzilmiş-cırılılmış yaraları nəticəsində kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına,qişalarına və mədəciklərinə qansızma nəticəsində inkişaf edən baş beyinin kəskin ödemi olmuşdur və həmin xəsarətlərin hərəkətdə olan avtomobil tərəfindən piyada müdafiəçi3 vurulması nəticəsində əmələ gələ bilməsi daha inandırıcıdır. 4.müdafiəçi3 Əli oğlunun meyitində aşkar edilmiş sol gözlatı nahiyənin əzilmişcırılımış yarası, sağ almacıq-sağ yanaq nahiyəsinin qançır-şişkinliyi,sol göz qapaqlarının və sol gözaltı nahiyənin qançırı qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni,kənar şəxs tərəfindən yetirilən küt mexaniki təsirdən yaranmaları istisna edilmir,dərəcəsinə görə ümumilikdə şəxsin sağlamlığa sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərin ##.##.2024-cü il tarixdə ölümündən bir qədər əvvəl əmələ gələ bilməsi istisna edilmir və həmin xəsarətlərin ölümlə bilavasitə səbəbli əlaqəsi yoxdur. 5.X1 qanında məhkəmə-kimya tədqiqatı nəticəsinəd etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığıə 1, promillidir. Bu da onun sağlığında Yüngül dərəcəli sərxoşluq əlamətləri yarada bilərdi. Digər güclü təsir edici maddələr aşkar edilmədi. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə ##.##.2024-cü il tarixli 3-16- 16/2- */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, «Renault Premium» markalı RS-029- NX Gürcüstan qeydiyyat nişanlı avtomaşının sürücüsü X17 oğlunun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəni tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.S.Yalamehalıabadı hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı təyin edilmiş təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən, piyada vurulana qədər qət etdiyi məsafəni keçməyə başladığı andan nəqliyyat vasitəsi ilə vurulma anına qədər keçən vaxt 4,93-3,9 saniydir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 109,6-86,7 metr aralı məsafədə olmuşdur. Aparılmış hesabata əsasən tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 79,1 metrdir. «Renault Premium» markalı RS-029-NX dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X17 oğlunun hərəkətlərində "X5" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.S.Yalamehalıabadı hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Kompleks məhkəmə -kimyəvi və trasoloji ekspertizası üzrə ##.##.2024-cü il tarixli 3- **-**/*-*/****-*/****-*/**** nömrəli rəyində göstərilmişdir ki; -Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş plastmas hissələr «Renault Premium» markalı avtomobillərin istismarı üçün nəzərdə tutulmuş detallarının hissələridir. Eyni zamanda həmin plastmas hissələr təqdim «Renault Premium» markalı RS029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu yük avtomaşınının qabaq hissəsində qırılmış olan detallara uyğun gəlir. Həmin qırılmış detallar yol-nəqliyyat hadisəsi zamanı piyadanın vurması nəticəsində qırıla bilər; -Tədqiqata təqdim edilmiş, X1 məxsus olduğu qeyd edilən 01 ədəd tünd göy rəngli, iki yan cibli uzunluğu 950 mm,bel hissəsindən eni 390 mm olan idman şalvarının arxa hissəsində bel son tikişindən 100 mm aşağı məsafədə 210x160 mm sahədə aş rəngli bir təbəqəli ağ rəngli boya sürtünməsi və mikrohissəscikləri vardır. Həmin boya «Renault Premium» markalı RS-029-NX Gürcüstan qeydiyyat nişanlı qoşqulu yük avtomaşınının lak-boya örtüyündən götürülmüş boya hissəcikləri ilə ağ rəngli üst emalı qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər -Tədqiqata təqdim edilmiş X1 məxsus olduğu qeyd edilən 01 cüt ağ boz rəngli, üzərində ip əlavəli idman ayaqqabasının bağlama ipinin səthində bir təbəqəli qara rəngli lak-boyaya aid olmayan sürtünmə mikrohissəcikləri aşkar edildi. Həmin mikrohissəciklər lak və boya materiallarının ekspertizasının predmetinə (həll etdiyi məsələlər dairəsinə) aid olmadığından aşkar olunan izin hansı növ materialın (polimer, yanacaq sürtkü materialı və.s) tərkib hissəsi olduğu müəyyən edilmədi. -Nəqliyyat vasitəsinə aid dekorativ üzlüyün (oblisovka) qırıntılarının və plastmas materiallardan olan detal qırıntılarının, hansı markalı və hansı rəngli avtomobilə aid olmasının müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. -X17 oğlunun ibtdai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü təqsirli bilindiyi CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bildiyni göstərmişdir. Məhkəmə kollegiyası yuxarıdakı mötəbər sübutları ümumiləşdirirək qeyd edir ki, əvvəla təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı ifadəsində Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən yolun orta hissəsində, yəni yolun sol tərəfində olan beton ara kəsmənin yayından adını sonradan bildiyi piyada, X1 çıxaraq soldan sağa doğru qarşısına çıxanda aradakı məsafə az olduğundan avtomaşını saxlaya bilməyib ön hissəsi ilə piyadanı vurduğunu, eyni zamanda təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadəsində idarə etdiyi maşınla heyvana vurduğunu və maşından düşərək ətrafda heç kim olmadığı üçün heyvan vurduğunu zənn edərək yoluna davam etməsi dəlillərini göstərməsinə baxmayaraq o, birinci instansiya və apellyasiya instansiya məhkəmələrində ona ittiham olunan cinayət əməlləri ilə özünü təqsirli bilməməsi xüsusatını və ifadələrində idarə etdiyi maşınla gah insan vurmasını, gah da heyvan vurduğunu zənn etməsi barədə ziddiyyətli ifadələrinə məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Bundan başqa, təqsirləndirilən şəxs əgər heyvan vurduğunu zənn edib maşından ətrafa düşərək baxıb heç nə görməsə də belə, lakin o idarə etdiyi maşının zədə aldığı görmüş və bunu başa düşməsinə baxmayaraq, o, cinayətkarcasına etinasızlıq edərək bu barədə hər hansı səlahiyyətli orqana məlumat vermədən öz yoluna davam etmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində ifadələrində 80 km/saat sürətlə hərəkətdə olduğu xüsusatını göstərmiş, bununla da məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə ##.##.2024-cü il tarixli rəyini və təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə ## ###### 2025-ci il tarixli rəyində sürücünün həmin sürətlə hərəkətlə etməsi nəticəsində hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsini, ekspertiza rəyləri və iş üçün əhəmiyyətli digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də X17 oğlu təqsirli bilindiyi cinayət əməllərini törətmişdir. Ona görə də təqsirləndirilən şəxsin əməlində CM-nin 263.2-ci və 264-cü maddələrinin tərkib əlamətlərinin olduğu mötəbər sübutlarla öz təsdiqni tapır, əksini təzib edə biləcək mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Odur ki, X17 oğlunun həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar verilmiş apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. CPM-nin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, məhkəmənin hökmü dəyişdirilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs X17 oğluna qarşı verilmiş ittihamdan ”sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş yarası və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları” kimi xəsarətlər çıxarılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Təqsirləndirilən şəxs X17 oğlunun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs X17 oğluna qarşı verilmiş ittihamdan ”sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş yarası və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları” kimi xəsarətlər çıxarılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar