Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-174/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: ##.##.1982-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu Dəllər-Cəyir kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 19 gün müddət ona təyin edilən 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində 01 il 05 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 08 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi, CM-nin 67.1–ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 il 05 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasının ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin##.##.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 15 gün hissəsi ilə qismən birləşdirilməklə, ona qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməsi və onun narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. IŞIN HALLARI: Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, ## #### 2025-ci il tarixdə Şəmkir şəhəri Dəllər qəsəbəsi dəmiryolu adlanan ərazinin yaxınlığından tapdığı 1 ( bir ) ədəd ağ rəngli şəffaf polietilen torbacığın içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının II bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı II siyahısı ilə müəyyən edilən, psixotrop maddə olan metmafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin CAB-nin bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, ## #### 2025-ci il tarixdə saat 19:10 radələrində Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun Şəmkir rayonu Əliyaqublu kəndi istiqamətində Şəmkir rayonu Dəllər- Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan şahid1 idarə etdiyi VAZ 21074 markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili R şahid5 tərəfindən üstü yoxlanılan zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ( bir ) ədəd ağ rəngli şəffaf polietilen torbacığın içərisində təmiz çəkisi 1,132 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi şikayətdə ona bəraət verilməsini, dövlət ittihamçısı protestdə təyin edilmiş cəzanın ağırlaşdırılmasını və birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsini xahiş etmişlər. APELLYASIYA PROTESTININ VƏ ŞIKAYƏTININ DƏLILLƏRI VƏ CINAYƏT PROSESI TƏRƏFLƏRININ HƏMIN DƏLILLƏRƏ MÜNASIBƏTI: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə almadan ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cəza təyin etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 1,132 qram metamfetamini qanunsuz yolla əldə edərək saxlamaqla həmin əməli birbaşa qəsdlə törətmişdir. Iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin müddət başa çatmadan hazırkı cinayət əməlini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edərək üzərində saxladığı metamfetaminin miqdarı 1,132 qram olub göstərilən həddən- 0,15 qramdan 7 dəfədən çoxdur. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə əməlində cinayətlərin residivi olan, əvvəllər ağır və az ağır cinayətə görə cəzalandırılan və həmin cəzası başa çatmayan təqsirləndirilən şəxsə daha ciddi cəza- azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısı qədər, yəni 01 il 06 ay olan minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs qanunsuz əldə edərək saxladığı metamfetaminin çəkisini törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran hallardan olması kimi qiymətləndirməmiş, bundan başqa, əvvəllər eyni qəbildən olan ağır və az ağır cinayət törməkdə təqsirli bilinərək cəzalandırılmasına, cəzasının əhəmiyyətli hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq cəza müddəti bitmədən yenidən qanunsuz olaraq metamfetamin əldə etməsini şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamışdır. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ibtidai istintaqda özünü təqsirli bilsə də, məhkəmə istintaqında olan elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək heç bir cinayət hadisəsini törətməməsini bildirmişdir. Həmçinin təqsirləndirilənin ifadəsinə əsasən, əgər o, əməliyyatçının tələbi ilə həmin maddəni üzərinə götürüb ona məxsus olması adı ilə polis əməkdaşlarına könüllü təqdim etməsə idi, onu narkotik vasitənin satışı maddəsi ilə təqsirləndiriləcəkləri hədə-qorxusu altında həmin maddəni üzərinə götürməyə məcbur edilməsini bildirmişdir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs, məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar şahid qismində dindirilmiş taksi sürücüsü tərəfindən də təsdiq edilmiş, qeyd edilən metamfetamin adlı salafana bükülmüş maddənin əməliyyatçılar tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulmasını və videoçəkliş zamanı Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına təqdim edilməsini qeyd etmişdir. Yəni, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin olmaması halı iş üzrə maraqlı olmayan yeganə şahid ifadəsi ilə öz təsdiqini tapmasına baxmayaraq həmin şahidin digər iş üzrə maraqlı olan şahidlər-polis əməkdaşları ilə üzləşirilmələrinə dair tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Ona görə də hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlində heç bir cinayət tərkibinin olmamasına görə məhkəmə məhkəmə istintaqında araşdırılmış sübutlara əsasən onun barəsində bəraət hökmü çıxarmalıdır. Beləliklə, şərh edilmiş mötəbər sübutlara əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi, Təqsirləndirilən şəxs qarşı məlum ittiham əsassız olaraq quraşdırılmış və həmin ittihama da qanunilik donu geyindirilmiş, nəticədə məlum əsassız və ədalətsiz hökm çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, apellyasiya protestinin təmin edilməsini, apellyasiya şikayətnin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsə daha ağır- birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini və hökmün ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, özünü təqsirli bilmir və qeyd olunan cinayət əməlini törətməmişdir. Həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkuma bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRINƏ MƏHKƏMƏ KOLLEGIYASININ MÜNASIBƏTI: Müdafiə tərəfi apellyasiya şikayətində Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin törədilməməsini qeyd etmiş, bu səbəbdən də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin normada (CPM-nin 349.5-ci madd.) daha sonra qeyd edilir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası CPM-nin 39, 42-ci maddələrinin göstərilən tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – ibtidai istintaq zamanı məhkumun etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış aparılması barədə protokol, ona əlavə edilmiş videogörüntü, ekspertiza rəyləri, digər sənədlər, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin və şahid şahid1 ifadələrinə istinad edərək Təqsirləndirilən şəxs cinayət törətmədiyini qeyd etmişdir. Lakin məhkəmə kollegiyası bu dəlillərlə razılaşmır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ilk növbədə kollegiya vurğulayır ki, işin materiallarından görünür ki, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərinə baxış keçirilmiş, ondan metamfetamin aşkar edilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş axtarış və götürmə haqqında protokol, ona əlavə edilmiş videogörüntü, eləcə də ibtidai istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin ibtidai istintaqda dindirilmiş təqsirləndirilən şəxsin və şahid şahid1 ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında olan mövqeyindən aydın olur ki, ona ibtidai istintaq zamanı sözlə psixoloji təzyiq olunmuş, CM-nin 234.2-ci maddəsi ilə ittiham olunacağı ilə hədələndiyindən törətmədiyi əməli boynuna almağa məcbur olmuşdur. Lakin məhkəmə kollegiyası onun bu dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, bu ifadələr yalnız formal sözlərə əsaslanır, mötəbərliyi heç bir sübutla təsdiq olunmur. Bununla bağlı əvvəla qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hüquqi müdafiə vasitələrindən istifadə imkanı təmin edilmiş, onun barəsində istintaq və prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, qeyd olunan hallarla bağlı o, müdafiəçisinə bildirmək imkanına malik olmuşdur. Lakin, o, bu barədə heç bir şəxsə, orqana və ya müdafiəçisinə məlumat verməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin istintaq zamanı həbsdə deyil, azadlıqda olması da onun aidiyyatı orqanlara vaxtında müraciət etməsinə şərait yaratmış, buna baxmayaraq o, hazırda qeyd etdiyi xüsusatlarla əlaqədar heç kimə müraciət və ya heç bir orqana şikayət etməmişdir. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saxlanılmış, bundan sonra ##.##.2025-ci il tarixdə onun barəsində ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında ##.##.2025-ci il tarixli protokoldan” görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək üzərində 1 (bir) ədəd ağ rəngli şəffaf polietilen torbaçığın içərində aşkar edilərək götürülmüş psixotrop maddə hesab olunan metamfetamini ## #### 2025-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən dəmiryolu adlanan ərazidən tapdığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs artıq əməliyyatçıların ona qeyd etdiyi təsir və hədələrdən kənarda olduğu müddətdə də müstəntiqin və müdafiəçisinin iştirakı ilə keçirilən istintaq hərəkəti zamanı da heç bir dəlil irəli sürməmiş, törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxsin bu mövqeyi onu göstərir ki, onun göstərdiyi xüsusatlar əsassızdır və yalnız özünümüdafiə xarakteri daşımaqla, ittihamı təsdiq edən sübutları təkzib etmir. Təqsirləndirilən şəxsin ifadələrində olan ziddiyyətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa, şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ... Şəmkir rayonu Əliyaqublu kəndində polis əməkdaşları onları saxlatmışlar. Onlara Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onun üstünü yoxlayacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlayacaqlarını bildirib üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofanın içərisində olan sonradan adını bildiyi metafetamin yəni patını təqdim etmişdir. Təqsirləndirilən şəxs metamfetamini haradan əldə etməsini polis əməkdaşı soruşduqda ## #### 2025 ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən dəmiryolu adlanan ərazidə piyada gəzərkən şam ağaclarının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. O, da iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra onun üzərinə və avtomobilinə baxış keçirtmişlər. Lakin qanunla qadağan olunmuş psixotrop və narkotik maddələr aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs təxminən 10-15 il olarki qiyabi formada tanıyır. Məhkəmə baxışı zamanı isə şahid şahid1 təqsirləndirilən şəxsin mənafeyinə uyğun ifadələr vermiş və göstərmişdir ki, yolda onları polis əməkdaşları saxlamışlar, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs tutmuşlar. Polis əməkdaşlarından biri onlardan 30 metr aralıqda telefonla danışdıqdan sonra yol nişanının dibini qazaraq oradan ağ sellofan bükümdə olan narkotik vasitəni çıxardıb Təqsirləndirilən şəxs çibinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşahidəsi ilə axtarış aparılan zamanı çibindən narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs hədəqorxu gələrək narkotik vasitəsinin onunki olmasını bildirməsini tələb etmişlər. Sonra isə, onu və Təqsirləndirilən şəxs X1 aparmışlar. Polis Şöbəsində polis əməkdaşları ona imzalaması üçün sənədlər təqdim etmişlər, lakin o sənədlərdə nə yazıldığını bilməmişdir. Həmin sənədləri oxumamış imzalamışdır, odur ki, hazırda verdiyi ifadəsini qəbul edilməsini xahiş edir. Lakin məhkəmə kollegiyası şahid şahid1 məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri ilə razılaşmır və qeyd edir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarında olan digər sübutlarla da bir daha təsdiq edilir. Lakin məhkəmə baxışı zamanı verdiyi ifadələri heç bir sübutla təsdiqlənmir. Məhkəmə kollegiyası onun öz ifadələrini dəyişməsini təqsirləndirilən şəxslə uzun müddət olan münasibəti ilə və ona kömək etmək istəməsi ilə əlaqələndirir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin təqsirini təsdiq edən və sadalanmış sübutları hazırkı qərarda yenidən qeyd etməyi zəruri hesab etmir və qeyd edir ki, hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlar təqsirləndirilən şəxsin təqsirini tam təsdiq edir. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkumun CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRINƏ MƏHKƏMƏ KOLLEGIYASININ MÜNASIBƏTI: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri əsasında məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası işin hallarını, məhkum barəsində olan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, həmçinin apellyasiya protestinin dəlillərini əlaqəli şəkildə təhlil edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində 1-i azyaşlı olmaqla, 3 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hallar kimi, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin olunmasını məqsədə müvafiq hesab etmiş, həmin cəzanı isə əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən birləşdirmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkum barəsində təyin edilmiş cəza, eləcə də ona cinayətlərin məcmusu üzrə təyin edilmiş cəza ağırlaşdırılmalıdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli ** nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarınm, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-nin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasmı nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, qeyd olunan 01 il 08 ay 15 gün başa çatmadan hazırki cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmasına, ona güzəşt edilərək və humanistlik göstərilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilməmiş üzərində şərti olaraq cəzadan azad etmənin saxlanıldığı müddətdə yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Qeyd olunan hal məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, cinayət törədərək əvvəllər məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq yenidən cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən az ağır cinayət törətməsi onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Məhkəmə kollegiyasına işin bu halı məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymadığını göstərməklə, onun yalnız azadlıqdan məhrumetmə növündə cəzanı daha ciddi müddətdə çəkməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və pisxotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ##.##.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 2-ci Siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metamfetaminin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edərək üzərində saxladığı metamfetaminin miqdarı 1,132 qram olub göstərilən həddən - 0,15 qramdan 7 dəfədən çoxdur. Yuxarıda qeyd edilən hallarla yanaşı birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Yuxarıda qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin üzərindən şəxsi istehlak miqdarından 7 dəfə artıq miqdarda psixotrop maddə aşkar edilməsi, əvvəllər məhkum olunması cəzanın həddi müəyyən edilərkən kifayət qədər nəzərə alınmamış və əsassız olaraq Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs orta həddə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun və ya onun cəzasını ağırlaşdıran hallar olmasın. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlandığı cəmi 18 gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. CPM-nin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, hökm dəyişdirilməlidir. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət itithamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlandığı 16(on altı) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, cəmi 18(on səkkiz) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 01(bir) il 11(on bir) ay 12(on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019–cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01(bir) il 08(səkkiz) ay 15(on beş) gün hissəsi hazırkı qərarla ona təyin edilmiş 01(bir) il 11(on bir) ay 12(on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-174/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-174/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver