Məhkəmə qərarları › İş №1(3-7)-176/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-176/2026

27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-176/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və X1 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, onların müdafiəçiləri İskəndərov Fuad İnqlab oğlunun, İsmayılov Mirqasım Hüseyn oğlunun, müdafiəçi6, müdafiəçi3 və müdafiəçi5 iştirakı ilə, təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.5-ci maddələri ilə, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən məhkum təqsirləndirilən şəxs5 və müdafiəçisi, məhkum təqsirləndirilən şəxs3 müdafiəçisi, məhkum təqsirləndirilən şəxs4 müdafiəçisi, məhkum təqsirləndirilən şəxs2 və müdafiəçisi, məhkum təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (hakimlər İ.İ.İbişov (sədrlik edən), M.M.Məmmədzadə və E.Y.Vəliyev) hökmü ilə ##.##.1991-ci il tarixdə Bərdə rayonu, Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, tutulanadək Bərdə rayonu, Cumalar kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlininşübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; ##.##.1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, tutulanadək Bərdə rayonu, Mollaisalar qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; ##.##.1981-ci il tarixdə Bərdə rayonu, Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Cumalar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin “ev dustaqlıqı” qətimkan tədbirinin seçildiyi ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; ##.##.1979-cu il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; ##.##.1995-ci il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu ## ###### 2025- ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Hökmə əsasən, təqsirləndirilən şəxs5 evlənmək niyyətində olduğu X3 həmin evliliyə narazı olmasına baxmayaraq, sonuncunu ailə qurmaq məqsədi ilə oğurlamaq qərarına gəldikdən sonra tanışları təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3, və şahid16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ##.##.2025-ci il tarixdə, saat 16 radələrində əvvəlcədən günlük icarəyə götürdüyü və həmin vaxt idarə etdiyi “xxxx” MMC-yə məxsus “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X4 şəhəri ərazisində izləyərək Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən Bərdə rayonu, Alaçadırlı kəndinə gedən avtomobil yolunun 1-ci kilometrliyində - yolun kənarında avtomobili dayandırıb təqsirləndirilən şəxs3lə birlikdə avtomobildən düşərək Ayişə Qafarovanın əl-qolundan tutub sıxaraq Ayişə Qafarovaya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib sol əlinin arxa səthinin sıyrığı, sağ bazusunun yuxarı 1/3-nin ön səthinin qançırı qismində ümumilikdə və ayrı-ayrılıqda sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə iradəsinə zidd olaraq qeyd edilən avtomobilin arxa sərnişin oturacaq hissəsinə mindirib avtomobilin arxa sərnişin oturacağının sağ tərəfində özü, sol tərəfində təqsirləndirilən şəxs3, ön sərnişin oturacağında şahid16 olmaqla, avtomobili isə təqsirləndirilən şəxs4 idarə etməklə Ayişə Qafarovanı arxa sərnişin oturacaq yerində ayaqaltı hissəyə uzadıb ayağından tutub sıxaraq Ayişə Qafarovaya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib sağ baldırının yuxarı 1/3-nin ön səthinin, arxa səthinin, orta 1/3-nin ön səthinin qançırları qismində ümumilikdə və ayrı ayrılıqda sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, habelə istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə edərək Ayişə Qafarovanı səsini çıxarmaması üçün hədələməklə təqsirləndirilən şəxs3 məxsus olan Bərdə rayonu, Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinə apararkən yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid16 cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edərək təqsirləndirilən şəxs4 avtomobili sürətlə idarə etməsinə görə yolda deyil, təqsirləndirilən şəxs3 evinin qarşısında avtomobilin dayanmasından yararlanıb avtomobildən yerə düşərək cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra o, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3lə birlikdə və qabaqcadan əlbir olan bir qrup şəxs halında Ayişə Qafarovanı təqsirləndirilən şəxs3 yaşadığı qeyd olunan evə aparıb ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrinədək orada qanunsuz saxlamaqla, bundan sonra polis tərəfindən axtarıldığını bildiyi üçün tutulmamaqdan ötrü Ayişə Qafarovanı tanışı təqsirləndirilən şəxs2 yaşadığı Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evinə aparmaq istəməsi, Ayişə Qafarovanı iradəsinə zidd olaraq qaçırmaları və sonuncunun sakitləşmədiyi barədə ##.##.2025-ci il tarixdə, gecə saat 01 radələrində zəng edib təqsirləndirilən şəxs2 bildirərək sonuncunun onun bu barədə təklifinə razılıq verməsindən sonra üzərində gəzdirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə edərək səsini çıxarmaması üçün Ayişə Qafarovanı hədələməklə iradəsinə zidd olaraq təqsirləndirilən şəxs4 ilə birlikdə və qabaqcadan əlbir olan bir qrup şəxs halında onların cinayətkar niyyətindən xəbəri olmayan şahid15 idarə etdiyi “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək həminavtomobillə ##.##.2025-ci il tarixdə, gecə saat 04 radələrində Bəyləqan rayonu, Aşqallar kəndinə apararkən Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid15 cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edərək idarə etdiyi avtomobili dayandırıb cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra o, yenidən təqsirləndirilən şəxs2 zəng edib avtomobillə gəlib onları götürməsi üçün özlərinin olduğu həmin yerə çağırdığına görə təqsirləndirilən şəxs2 özünün tanışı təqsirləndirilən şəxs1 baş verənləri ətraflı şəkildə danışıb həmin tarixdə və vaxtda təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar LX” minik markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu, Dünyamalılar kəndinə gəldikdən sonra o, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ayişə Qafarovanı iradəsinə zidd şəkildə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yol kənarından təqsirləndirilən şəxs1 qeyd edilən avtomobilinə mindirib təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la birlikdə həmin avtomobillə Beyləqan rayonu, Aşqallar kəndində yerləşən təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinə aparıb təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025-ci il tarixdə saat 13 radələrinədək orada qanunsuz saxlamaqla, ##.##.2025-ci il tarixdə, saat 13 radələrində təqsirləndirilən şəxs4 onun tapşırğı ilə istintaqla şəxsiyyəti, idarə etdiyi avtomobilin markası və dövlət qeydiyyat nömrə nişanı müəyyən edilə bilməyən avtomobilin naməlum sürücüsü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Beyləqan rayonu, Aşqallar kəndində yerləşən təqsirləndirilən şəxs2 yaşadığı evə gəlməsindən sonra o, həmin avtomobilin sürücüsü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu və təqsirləndirilən şəxs4lə birlikdə Ayişə Qafarovanı iradəsinə zidd olaraq təqsirləndirilən şəxs2 yaşadığı evdən götürüb qeyd edlən avtomobillə özünün xalası X8 yaşadığı Ağdaş rayonu, Kotavan kəndində yerləşən fərdi yaşayış evinə aparıb Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının onları aşkar etdiyi ##.##.2025-ci il tarixdə saat 22 radələrinədək təqsirləndirilən şəxs4 və istintaqla şəxsiyyəti, idarə etdiyi avtomobilin markası və dövlət qeydiyyat nömrə nişanı müəyyən edilə bilməyən avtomobilin naməlum sürücüsü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında orada qanunsuz saxlamaqla adam oğurluğu cinayətini törətmişdir. təqsirləndirilən şəxs4 tanışı təqsirləndirilən şəxs5 evlənmək istədiyi X3 həmin evliliyə narazı olmasına baxmayaraq, sonuncunu ailə qurmaq məqsədi ilə oğurlamaq qərarına gəldikdən sonra təqsirləndirilən şəxs5, sonuncunun tanışı təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs5la ortaq tanışı şahid16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ##.##.2025-ci il tarixdə, saat 16 radələrində təqsirləndirilən şəxs5 əvvəlcədən günlük icarəyə götürdüyü və həmin vaxt idarə etdiyi “xxxx” MMC-yə məxsus “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X4 şəhəri ərazisində izləyərək Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən Bərdə rayonu, Alaçadırlı kəndinə gedən avtomobil yolunun 1ci kilometrliyində - yolun kənarında təqsirləndirilən şəxs5 avtomobili dayandırıb təqsirləndirilən şəxs3lə birlikdə avtomobildən düşərək Ayişə Qafarovanın əl-qolundan tutub sıxaraq Ayişə Qafarovaya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib sol əlinin arxa səthinin sıyrığı, sağ bazusunun yuxarı 1/3-nin ön səthinin qançırı qismində ümumilikdə və ayrı-ayrılıqda sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə iradəsinə ziddolaraq qeyd edilən avtomobilin arxa sərnişin oturacaq hissəsinə mindirib arxa sərnişin oturacaq yerində ayaqaltı hissəyə uzadıb ayağından tutub sıxaraq Ayişə Qafarovaya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib sağ baldırının yuxarı 1/3nin ön səthinin, arxa səthinin, orta 1/3-nin ön səthinin qançırları qismində ümumilikdə və ayrı ayrılıqda sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərkən avtomobilin sükanı arxasına keçib avtomobili idarə edərək Ayişə Qafarovanı təqsirləndirilən şəxs3 məxsus olan Bərdə rayonu, Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinə apararkən yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid16 cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edərək onun avtomobili sürətlə idarə etməsinə görə yolda deyil, təqsirləndirilən şəxs3 evinin qarşısında avtomobilin dayanmasından yararlanıb avtomobildən yerə düşərək cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra o, təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs3lə birlikdə Ayişə Qafarovanı təqsirləndirilən şəxs3 yaşadığı qeyd olunan evə gətirib təqsirləndirilən şəxs5 təqsirləndirilən şəxs3 və onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrinədək orada qanunsuz saxlaması ilə, bundan sonra təqsirləndirilən şəxs5 polis tərəfindən axtarıldığını bildiyi üçün tutulmamaqdan ötrü Ayişə Qafarovanı tanışı təqsirləndirilən şəxs2 yaşadığı Beyləqan rayonu, Aşqallar kəndində yerləşən fərdi yaşayış evinə aparmaq istəməsi, Ayişə Qafarovanı iradəsinə zidd olaraq qaçırmaları və sonuncunun sakitləşmədiyi barədə ##.##.2025-ci il tarixdə, gecə saat 01 radələrində zəng edib təqsirləndirilən şəxs2 bildirərək sonuncunun onun bu barədə təklifinə razılıq verməsindən sonra o, təqsirləndirilən şəxs5 ilə birlikdə və qabaqcadan əlbir olan bir qrup şəxs halında onların cinayətkar niyyətindən xəbəri olmayan şahid15 idarə etdiyi “VAZ 21099” minik markalı, 09 BU- 234 dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək həmin avtomobillə ##.##.2025-ci il tarixdə, gecə saat 04 radələrində Bəyləqan rayon Aşqallar kəndinə apararkən Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid15 cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edərək idarə etdiyi avtomobili dayandırıb cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra təqsirləndirilən şəxs5 yenidən təqsirləndirilən şəxs2 zəng edib avtomobillə gəlib onları götürməsi üçün özlərinin olduğu həmin yerə çağırdığına görə təqsirləndirilən şəxs2 özünün tanışı təqsirləndirilən şəxs1 baş verənləri ətraflı şəkildə danışıb həmin tarixdə və vaxtda təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar LX” minik markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu, Dünyamalılar kəndinə gəldikdən sonra o, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ayişə Qafarovanı iradəsinə zidd şəkildə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yol kənarından təqsirləndirilən şəxs1 qeyd edilən avtomobilinə mindirib təqsirləndirilən şəxs5 təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la birlikdə Ayişə Qafarovanı həmin avtomobillə Beyləqan rayonu, Aşqallar kəndində yerləşən təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinə aparıb təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025 ci il tarixdə saat 13 radələrinədək orada qanunsuz saxlaması ilə, ##.##.2025-ci il tarixdə, saat 13 radələrində təqsirləndirilən şəxs5 tapşırğı ilə istintaqla şəxsiyyəti, idarə etdiyi avtomobilin markası və dövlət qeydiyyat nömrə nişanı müəyyən edilə bilməyən avtomobilin naməlum sürücüsü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Beyləqan rayonu, Aşqallar kəndində yerləşən təqsirləndirilən şəxs2 yaşadığı evə gedib həmin avtomobilinsürücüsü və təqsirləndirilən şəxs5la birlikdə Ayişə Qafarovanı iradəsinə zidd olaraq təqsirləndirilən şəxs2 yaşadığı evdən götürüb qeyd edilən avtomobil ilə təqsirləndirilən şəxs5 xalası X8 yaşadığı Ağdaş rayonu, Kotavan kəndində yerləşən fərdi yaşayış evinə aparıb təqsirləndirilən şəxs5 istintaqla şəxsiyyəti, idarə etdiyi avtomobilin markası və dövlət qeydiyyat nömrə nişanı müəyyən edilə bilməyən həmin avtomobilin naməlum sürücüsü və onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının onları aşkar etdiyi ##.##.2025-ci il tarixdə saat 22 radələrinədək orada qanunsuz saxlaması ilə adam oğurluğu cinayətini törətmişdir. təqsirləndirilən şəxs3 tanışı təqsirləndirilən şəxs5 evlənmək istədiyi X3 həmin evliliyə narazı olmasına baxmayaraq, sonuncunu oğurlamaq barədə təqsirləndirilən şəxs5, habelə sonuncunun tanışları təqsirləndirilən şəxs4 və şahid16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ##.##.2025-ci il tarixdə, saat 16 radələrində təqsirləndirilən şəxs5 əvvəlcədən günlük icarəyə götürdüyü və həmin vaxt idarə etdiyi “xxxx” MMC-yə məxsus “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X4 şəhəri ərazisində izləyərək Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən Bərdə rayonu, Alaçadırlı kəndinə gedən avtomobil yolunun 1-ci kilometrliyində - yolun kənarında təqsirləndirilən şəxs5 avtomobili dayandırmasından sonra sonuncu ilə birlikdə avtomobildən düşüb Ayişə Qafarovanın əlqolundan tutub sıxaraq Ayişə Qafarovaya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib sol əlinin arxa səthinin sıyrığı, sağ bazusunun yuxarı 1/3-nin ön səthinin qançırı qismində ümumilikdə və ayrı-ayrılıqda sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə iradəsinə zidd olaraq qeyd edilən avtomobilin arxa sərnişin oturacaq hissəsinə mindirib avtomobilin arxa sərnişin oturacağının sağ tərəfində təqsirləndirilən şəxs5, sol tərəfində o özü, ön sərnişin oturacağında şahid16 olmaqla, avtomobili isə təqsirləndirilən şəxs4 idarə etməklə Ayişə Qafarovanı arxa sərnişin oturacaq yerində ayaqaltı hissəyə uzadıb ayağından tutub sıxaraq Ayişə Qafarovaya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib sağ baldırının yuxarı 1/3-nin ön səthinin, arxa səthinin, orta 1/3-nin ön səthinin qançırları qismində ümumilikdə və ayrı-ayrılıqda sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə özünə məxsus olan Bərdə rayonu, Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinə apararkən yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid16 cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edərək təqsirləndirilən şəxs4 avtomobili sürətlə idarə etməsinə görə yolda deyil, onun evinin qarşısında avtomobilin dayanmasından yararlanıb avtomobildən yerə düşərək cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra o, təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs4lə birlikdə Ayişə Qafarovanı özünün yaşadığı həmin evə aparıb ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrinədək təqsirləndirilən şəxs5 o və təqsirləndirilən şəxs4lə qabaqcadan əlbir olan bir qrup şəxs halında orada qanunsuz saxlaması ilə adam oğurluğu cinayətini törətmişdir. təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs5 evlənmək istədiyi X3 həmin evliliyə narazı olduğunu, təqsirləndirilən şəxs5 və digərləri tərəfindən ##.##.2025-ci il tarixdə saat 16 radələrində iradəsinə zidd olaraq Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən Bərdə rayonu, Alaçadırlı kəndinə gedən avtomobil yolunun 1-ci kilometrliyində yolun kənarından oğurlanaraq Bərdə rayonu, Mollaisalar kəndinə aparılıb orada fərdi yaşayış evində qanunsuz saxlanıldığını, MəmmədRamazanovun və həmin adam oğurluğunda iştirak edən digər şəxslərin polis tərəfindən axtarıldıqlarına görə tutulmamaq üçün Ayişə Qafarovanı onun yaşadığı Beyləqan rayonu, Aşqallar kəndində yerləşən evinə gətirmək istədiyini ##.##.2025-ci il tarixdə, gecə saat 01 radələrində təqsirləndirilən şəxs5 zəng edib ona bildirməsindən sonra təqsirləndirilən şəxs5 bu barədə təklifinə razılıq verib Ayişə Qafarova, təqsirləndirilən şəxs5 və sonuncunun tanışı təqsirləndirilən şəxs4 tərəfindən onların cinayətkar niyyətindən xəbəri olmayan şahid15 idarə etdiyi “VAZ 21099” minik markalı, 09 BU-234 dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2025-ci il tarixdə, gecə saat 04 radələrində iradəsinə zidd olaraq onun yaşadığı Beyləqan rayonu Aşqallar kəndinə gətirilərkən Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid15 cinayəti başa çatdırmaq imkanına malik olduğu dərk edərək avtomobili dayandırıb cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra təqsirləndirilən şəxs5 yenidən ona zəng edib bu barədə bildirərək avtomobillə gəlib onları götürməsi üçün hər hansı bir avtomobil tapıb avtomobillə onu özlərinin olduğu həmin yerə çağırdığına görə o, özünün tanışı təqsirləndirilən şəxs1 Siyavuş oğluna baş verənləri ətraflı şəkildə danışıb təqsirləndirilən şəxs1 idarə etdiyi “KHAZAR LX” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisinə gedib təqsirləndirilən şəxs1la, təqsirləndirilən şəxs5la və təqsirləndirilən şəxs4lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ayişə Qafarovanı iradəsinə zidd şəkildə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindəki yol kənarından təqsirləndirilən şəxs1 idarə etdiyi qeyd edilən avtomobilə mindirib təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs1la birlikdə həmin avtomobillə Beyləqan rayonu, Aşqallar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinə aparıb təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs5la qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmçinin sonuncu ilə birlikdə ##.##.2025-ci il tarixdə saat 13 radələrinədək orada qanunsuz saxlamaqla adam oğurluğu cinayətini törətmişdir. təqsirləndirilən şəxs1 tanışı təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs5 evlənmək istədiyi X3 həmin evliliyə narazı olduğunu, təqsirləndirilən şəxs5 və digərləri tərəfindən ##.##.2025-ci il tarixdə saat 16 radələrində iradəsinə zidd olaraq Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən Bərdə rayonu, Alaçadırlı kəndinə gedən avtomobil yolunun 1-ci kilometrliyində yolun kənarından oğurlanaraq Bərdə rayonu, Mollaisalar kəndinə aparılıb orada fərdi yaşayış evində qanunsuz saxlanıldığını, təqsirləndirilən şəxs5 və həmin adam oğurluğunda iştirak edən digər şəxslərin polis tərəfindən axtarıldıqlarına görə tutulmamaq üçün Ayişə Qafarovanı təqsirləndirilən şəxs2 yaşadığı Beyləqan rayonu, Aşqallar kəndində yerləşən evinə gətirmək istədiyini ##.##.2025-ci il tarixdə, gecə saat 01 radələrində təqsirləndirilən şəxs5 zəng edib təqsirləndirilən şəxs2 bildirməsindən sonra sonuncu təqsirləndirilən şəxs5 bu barədə təklifinə razılıq verdiyinə görə Ayişə Qafarova, təqsirləndirilən şəxs5 və sonuncunun tanışı təqsirləndirilən şəxs4 tərəfindən onların cinayətkar niyyətindən xəbəri olmayan şahid15 idarə etdiyi “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2025-ci il tarixdə, gecə saat 04 radələrində iradəsinə zidd olaraq onun yaşadığı Beyləqan rayonu Aşqallar kəndinə gətirilərkən Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yolda Ayişə Qafarovanın avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görən şahid15 cinayəti başa çatdırmaq imkanına malik olduğu dərk edərək avtomobili dayandırıb cinayət törətməkdən könüllü olaraq imtina etməsindən sonra təqsirləndirilən şəxs5 yenidən təqsirləndirilən şəxs2 zəng edib bu barədə bildirərək avtomobillə gəlib onları götürməsi üçün hər hansı bir avtomobil tapıb avtomobillə təqsirləndirilən şəxs2 özlərinin olduğu həmin yerə çağırdığına görə təqsirləndirilən şəxs2 ona baş verənləri ətraflı şəkildə danışdıqdan sonra o, idarə etdiyi “KHAZAR LX” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisinə gedib təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs4lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ayişə Qafarovanı iradəsinə zidd şəkildə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindəki yol kənarından özünün idarə etdiyi qeyd edilən avtomobilə mindirib təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs2lə birlikdə həmin avtomobillə Beyləqan rayonu, Aşqallar kəndində yerləşən təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evinə aparıb təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs4 və onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025-ci il tarixdə saat 13 radələrinədək orada qanunsuz saxlaması ilə adam oğurluğu cinayətini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum təqsirləndirilən şəxs4 müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs4 barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Həmçinin hökmdən məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək barəsində CM-nin 70-ci maddəsinin tətbiq edib şərti cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda, hökmdən məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək barəsində CM-nin 70-ci maddəsinin tətbiq edib şərti cəza təyin edilməsini xahiş etmişdir. Bundan başqa, hökmdən təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək hökmü ləğv edib, təqsirləndirilən şəxs2 bəraət verilməsini, bu mümkün olmadıqda CM-nin 62-ci maddəsini tətbiq etməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və yaxud da barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə hökmlə təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də, hökmdən məhkum təqsirləndirilən şəxs5 müdafiəçisi apellyasiya şikayəti verərək hökmü ləğv edib, təqsirləndirilən şəxs5 CM-nin 144.2.5-ci maddəsi ilə bəraət verilməsini, CMnin 144.2.3-cü maddəsi ilə isə CM-nin 62-ci maddəsini tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və yaxud da barəsində CM-nin 70- ci maddəsi tətbiq edilməklə hökmlə təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, hökmdən məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayəti verərək hökmü ləğv edib, təqsirləndirilən şəxs1 bəraət verilməsini, bu mümkün olmadıqda CMnin 62-ci maddəsini tətbiq etməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və yaxud da, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə hökmlə təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də, hökmdən məhkum təqsirləndirilən şəxs3 müdafiəçisi apellyasiya şikayəti verərək hökmü təqsirləndirilən şəxs3 münasibətdə dəyişdirib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına CM-nin 70-ci maddəsi tətbiq etməklə cəzasının şərti hesab edilməsi barədə, bu mümkün olmadıqda CM-nin 62-ci maddəsini tətbiq etməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin hökmdən məhkum təqsirləndirilən şəxs5 apellyasiya şikayəti verərək işinə yenidən baxılaraq daha ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 müdafiəçisi Mirqasım İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs5 evlənmək istədiyi X3 yaxın münasibətdə olmasını onların uzun müddət birbirlərini istəməsini və sonunda qeyd olunan tarixdə avtomobilə könüllü minməsəni bildirmişdir. Eləcə də, məhkəmə prosesində şahid qismində dindirilən şəxslər və təqsirləndirilən şəxslər ifadələrində təqsirləndirilən şəxs5 Ayişə Qafarovanın zorla oğurlayaraq qaçırmadıqlarını və onların arasında sevgi münasibətlərini bildirmişlər. Bu da onunla sübuta yetirilir ki, Ayişə Qafarova özü könüllü olaraq gələrək avtomobilə oturmuş və avtomobilə minərkən heç bir müqavimət göstərməmiş, eləcə də onlar Beyləqan rayonuna təqsirləndirilən şəxs2 evinə getmişdir. Zərərçəkən eləcə də təqsirləndirilən şəxs2 evinə sərbəst girərək oturmuş, yemək yemiş və qaçırılması barədə heç bir hərəkəti olmamışdır. Zərərçəkən şəxs məhkəmə prosesində ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs4 qarşı heç bir şikayəti və iddia tələbi yoxdur, onunla barışmışıq. Bununla da, məhkəmə istintaqı istə şahid ifadələrindən, istəsədə zərərçəkmiş şəxsin ifadəsindən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs4 əməlidə cinayət tərkibi yoxdur. Buna baxmayaraq məhkəmə ona 08 (səkkiz) il müddətinə həbs cəzası təyin etmişdir. təqsirləndirilən şəxs4 əməlində cinayət tərkibi olmadığında, ona qarşı cinayət işi üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixdə saat 01:00 radələrində təqsirləndirilən şəxs5 yanında bir nəfər qızla gələrək ona məxsus evdə ayrı-ayrı otaqlarda qonaq qismində qalmış, səhər isə getmişlər. ## ###### 2025-ci il tarixdə isə onu polis şöbəsinə dəvət etmiş, CMin 144.2.3-cü maddəsilə təqsirləndirildiyini bildirmiş və onu həbs etmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən isə onun 2-ci qrup əlil olması nəzərə alınmayıb, səbəbsiz yerə 8 il müddətinə azadlıqdan məhrumetmə cəza təyin edilmişdir. Odur ki, əlil olması, bir əl və bir ayaq barmağının olmaması, öhdəsində 3 azyaşlı övladı olması, həmçinin atasının onkoloji xəstə olmasını nəzərə alaraq CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində şərti cəza tətbiq edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixdə saat 01:00 radələrində həmkəndlisi təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, qonağı gəlir, yolu tanımadığı üçün onları qarşılaması xahiş edib. O da, kəndin girişində gözləyib, 1 nəfər oğlan, bir nəfər isə qadın gəlib. O da, qonaqları mehribancasına Şükürün yaşadığı evə aparıb. Birinci instansiya məhkəməsi cəza təyin edərkən onun maddi vəziyyətinin çətinliyini, himayəsində 2 uşağı olması, özünün 3cü qrup əlil olması, anasının onkoloji xəstə olması, Vətən müharibəsi iştirakçısı olması nəzərə almamış və barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəza təyin edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində şərti cəza tətbiq edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 barəsində məhkəmə iclasında verilmiş ifadələr və tədqiq edilmiş sübutlara tam hüquqi qiymət verməyərək Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ittiham hökmü çıxartmışdır. Müdafiə tərəfi hesab edir ki, məhkəmə işin hallarını, şahidlərin və digər təqsiləndirilən «şəxslərin ifadələrində qeyd etdiyi kimi zərərçəkmiş şəxs X3 olaraq ailə qurmaq niyyəti ilə təqsirləndirilən şəxs5la getdiyini bildirmələrini hansı səbəbdən inandırıcı olmadığı barədə ağlabatan əsaslandırma verməmiş, bəraət hökmü çıxartmaq əvəzində sadalanan hallara düzgün hüquqi qiymət verməməklə ittiham hökm çıxartmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2 bildirmişdir ki, zərərçəkmiş şəxs Ayşə Qafarovanın təqsirləndirilən şəxs5ovla birlikdə onun evinə könüllü şəkildə heç bir zorakılıq olmadan gəlmiş, onlarda öz istəyi ilə "sanki evin adamı kimi" qaldığını bildirmiş, ona görə də o, haqlı olaraq elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Belə olan halda, nəinki bəraət hökmü, məhkəmə ittiham hökmü çıxartmaq barədə nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını himayəsində bir azyaşlı uşağının olmasını, eyni zamanda, 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi, məsuliyyətini ağırlaşdıran halların isə olmadığını nəzərə aldığını əsaslandırmağa çalışsa da, cəza təyin edərkən həmin əsaslanmanın ruhundan uzaqlaşaraq şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə, çatmağı mümkün saymış, beləliklə də barəsində CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsini mümkün saymamışdır. Halbuki, zərərçəkmiş şəxs X3 tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs2 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamışdır. Bundan əlavə, təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə təqsirliliyi öz təsdiqi taparsa, hazırki məhkəmə hökmü ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi maddələrin sanksiyası həddində olsa da, həmin cəza ağır hesab edilməklə, işin həqiqi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlməyən cəza olmaqla əsaslı və ədalətli deyildir. Ona təyin edilə biləcək azadlıqdan məhrum etmə cəzası ona münasibətdə, sərt olduğuna, onun şəxsiyyətinə uyğun olmadığına görə dəyişdirilərək yüngülləşdirilməli, barəsində CM-in 62ci maddəsi tədbiq edilməklə sanksiyada müyyən edilməyən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və yaxud da, ona hökmlə təyin edilmiş cəza CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməlidir Zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, himayəsində bir azyaşlı uşağının olması, 2-ci qrup əlil olması - məcmu olaraq cəzanı yüngülləşdirən müstəsna hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəllənin 62.2-ci maddəsinin tətbiq edilə, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə yaxud da məhkəmə azadlıqdan məhrum etmə cəzası təyin edərsə onun islah edilə bilən şəxs olmasını və yuxarıda sadaladığım halları nəzərə almaqla Azərbaycan spublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olunaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 müdafiəçisi müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxs5 barəsində məhkəmə iclasında verilmiş ifadələr və tədqiq edilmiş sübutlara tam hüquqi qiymət verməyərək barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.5-ci maddəlləri ilə ittiham hökmü çıxartmışdır Məhkəmə işin hallarını, şahidlərin və digər təqsirləndirilən şəxslərin ifadələrində qeyd etdiyi kimi zərərçəkmiş şəxs X2 qarşı təqsirləndirilən şəxs5 tərəfindən heç bir təzyiq, bıçaq, silah vasitəsi istifadə edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs5 əməlini Cinayət Məcəlləsinin 144.2.5-ci maddəsi ilə tövsif edərək ittiham hökmü çıxartmışdır. təqsirləndirilən şəxs5 oglu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir. Belə olan halda nəinki bəraət hökmü, məhkəmə ittiham hökmü çıxartmaq barədə nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını himayəsində bir azyaşlı uşağının olmasını, eyni zamanda, 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi, məsuliyyətini ağırlaşdıran halların isə olmadığını nəzərə aldığını əsaslandırmağa çalışsa da, cəza təyin edərkən həmin əsaslanmanın ruhundan uzaqlaşaraq şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə çatmağı mümkün saymış, beləliklə də barəsində CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsini mümkün saymamışdır. Halbuki, zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs5 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamşdır. Həmçinin təqsirləndirilən şəxs5 barəsində təyin edilmiş cəza da ədalətli olmamışdır. Belə ki, zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması məcmu olaraq cəzanı yüngülləşdirən müstəsna hal kimi nəzərə alınmaqla təqsirləndirilən şəxs5 barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiq edilə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə, yaxud CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq cəza tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını, şahidlərin və digər təqsirləndirilən şəxslərin ifadələrində qeyd etdiyi kimi zərərçəkmiş şəxs X3 olaraq ailə qurmaq niyyəti ilə təqsirləndirilən şəxs5la getdiyini bildirmələrini hansı səbəbdən inandırıcı olmadığı barədə ağlabatan əsaslandırma verməmiş, bəraət hökmü çıxartmaq əvəzində sadalanan hallara düzgün hüquqi qiymət verməməklə ittiham hökmü çıxartmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun heç məsələdən xəbəri olmamışdır. təqsirləndirilən şəxs2 ona zəng edərək "qonağım gəlib, qarşılaya bilərik?" deyə söyləmişdir. O qonağı qarşılayan zaman avtomobildən enməmiş təqsirləndirilən şəxs5 Ayişə Qafarova ilə birlikdə Şükürgilə apardıqdan sonra çıxıb getmişdir. Onun avtomobilinə ilk Ayişə Qafarova sonra isə təqsirləndirilən şəxs5 əyləşmişdir. Ayişə Qafarova avtomobildə olarkən heç bir müqavimət göstərmədən rahat hərəkət etmişdir. O, səhərisi gün təqsirləndirilən şəxs2lə əlaqə saxlayan zaman, qaçırtma hadisəsi barədə məlumatı olmuşdur. Ona görə də o, haqlı olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Belə olan halda nəinki bəraət hökmü çıxarmaq, məhkəmə ittiham hökmü çıxartmaqla yanaşı təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə ağır cinayət törətməsi zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, 44 günlük Vətən müharibəsinin qazisi olmasını,"Vətən müharibəsi iştirakçı medalı ilə, "Qubadlının azad olunmasına görə"medalı ilə, "Cəsur döyüşçü" medalı təltif olunmasını, 3-cü qrup əlil olmasıni, himayəsində iki azyaşlı uşağının, bir onkoloji xəstə anasının olmasını, hadisədən əvvəlki və sonrakı davranışının olmasını cəzasını yüngülləşdirən hallar kimi, məsuliyyətini ağırlaşdıran halların isə olmadığını nəzərə aldığını əsaslandırmağa çalışsa da, cəza təyin edərkən həmin əsaslanmanın ruhundan uzaqlaşaraq barəsində CM-nin 62-ci və ya 70-ci maddələrin tətbiq edilməsini mümkün saymamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsu cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə lazımınca əməl etməmiş, cəza təyin edərkən onun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, 44 günlük Vətən müharibəsinin veteranı olmasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirib sadalasa da, məhkəmə bu halları kifayət qədər nəzərə almayaraq təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Halbuki məhkəmə yüngülləşdirici halları nəzərə alaraq təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş cəzaya Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tetbiq etməklə cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökm çıxara bilərdi Hökmdən də göründüyü kimi məhkəmə qanunun tələblərinə formal yanaşmış və yalnız hökmdə maddələri sadalamaqla kifayətlənmişdir. Göstərilənlərə əsasən, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 barəsində olan yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın islah olunmasını mümkün saymalı və Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq bilinməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, və şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, və şikayətin təmin edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi apellyasiya şikayətinin məzmununda dəqiqləşdirmə edərək təqsirləndirilən şəxs2 özünü adam oğurluğu cinayəti ilə təqsirli bilmədiyini, sadəcə olaraq bu cinayət barəsində məlumatlı olduğu halda müvafiq qurumlara məlumat vermədiyinə görə “cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə” maddəsi ilə özünü təqsirli bildiyini, həmin maddə ilə barəsində cəza təyin edilməsini və barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməlinin tam sübuta yetirildiyini, onların əməlinin düzgün olaraq tövsif edildiyini, məhkumlara cəza təyin edərkən şəxsiyyətini, yüngülləşdirici halları kifayət qədər nəzərə aldığını, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş aşağı həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər və müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərində, eyni zamanda işə apellyasiya məhkəməsində baxılarkən verilən izahatlarda təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılması, mümkün olmadığı halda isə CM-in 62 və ya 70-ci maddəsi tətbiq olunaraq yüngül cəza təyin edilməsi iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2025-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin ev yolun kənarında yerləşən qəssabxana ilə paralel şəkildə yolun əks tərəfində və yoldan təxminən yüz metr məsafədədir. Evin mavi rəngli, boyası müəyyən hissələrdəqopub tökülmüş, orta hissədə üç yerdən rombşəkilli işləmələri olan darvazası var. Darvazadan içəri keçdikdə həyətyanı sahədə birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Ev mişar daşlarından tikilmiş, fasadı suvaqsızdır. Evə giriş qapısı dəmir materialdan və qəhvəyi rənglidir. Evin həyətyanı sahəyə baxan bir plastik pəncərəsi, iki plastik nəfəsliyi var. Pilləkənlə qalxıb evə daxil olduqda parket döşəməli dəhliz mövcuddur. Ev ümumilikdə dörd otaqdan ibarətdir. Dəhlizə daxil olduqda sağdan birinci sırada divan, stol, stul, televizor və digər məişət əşyaları ilə təchiz olunmuş qonaq otağı yerləşir. şahid11 baxış zamanı həmin otaqda bildirmişdir ki, adının Ayişə olması sonradan ona məlum olan, başı hicablı qız Məmməd və oğlu Xəqani ilə birlikdə həmin evə gətirildikdən sonra qeyd edilən otaqda əyləşmiş, həmin evdə olduğu müddət ərzində adətən orada olmuşdur. Baxış zamanı yaşayış sahəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı iz, əşya, predmet aşkar edilməmişdir. Baxış zamanı müəyyən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; ## ###### 2025-ci il tarixli, “baxış keçirilməsi və götürmə haqında” protokoldan görünür ki, avtomobil evin həyətyanı sahəsində dayanıqlı vəziyyətdə olmaqla ağ rəngli, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, “Khazar LX” markalı avtomobildir. Avtomobilin xarici səthində gözəçarpan zədə izi yoxdur.Qapıları kilidli deyil, açar kilidin üzərindədir. Salonda və yük yerində qanabənzər izlər, bıçaq, mobil telefon, dəyərli əşya yoxdur. Avtomobil işə salınır, idarə olunur, ilk baxışdan saz vəziyyətdədir. Baxış zamanı şahid3 bildirmişdir ki, o, cinayətdən xəbərsiz olmuş, avtomobili isə tanışı Zöhrab onun razılığı ilə gətirib onun həyətyanı sahəsində saxlamışdır; ## #### 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs5 tərəfindən göstərilən cinayətin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir; ## #### 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən göstərilən cinayətin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir; ## ### 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 tərəfindən göstərilən cinayətin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir; ## ###### 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş Ayişə Qafarova ifadəsində göstərdiyi xüsusatları, yəni təqsirləndirilən şəxs5 onu zorla Siyahtel Abdullayevanın evinə apardığını, Siyahtelə bir söz deməməsi üçün orada bıçaqla hədələdiyini, ancaq özünün sonradan ayrıca otaqda başqasını sevdiyini, başqası ilə nişanlanacağını, Məmmədin onu zorla qaçırdığını Siyahtelə bildirib sonuncudan ailəsinə xəbər vermək üçün telefon istədiyini, lakin Siyahtelin telefonu vermədiyini, bir qədər sonra əri ilə birlikdə qapını bağlayıb Məmmədlə onu evdə tək qoyub getdiklərini, qaça bilməməsi üçün qapını çöldən kilidlədiyini X8 üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir; ## ###### 2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş Ayişə Qafarova ifadəsində göstərdiyi xüsusatları, yəni ##.##.2025-ci il tarixdə, gecə saat 04 radələrində Məmməd və yanındakı şəxslərin onu Beyləqan rayoununa apardıqlarını və yolun kənarında dayandıqdan sonra Şükür və yanında bir nəfər şəxsin ağ rəngli avtomobil ilə oraya gəldiklərini, həmin vaxt Məmmədin onu hədələdiyini, Məmməd onu avtomobildən düşürdüb Şükürün içərisində olduğun avtomobilə mindirdiyini, həmin vaxt o, narazılığını bildirib zorla qaçırıldığını, evinə qayıtmaq istədiyini açıq-aşkar dediyini, Şükür və yanındakı şəxsin isə bunu eşidib bilə-bilə ona məhəl qoymadıqlarını və köməklik etmədiklərini, əksinə Şükürün onu öz evinə apardığını, orada da Şükürə və sonuncunun arvadına, qızına zorla qaçırıldığını açıq-aşkar dediyini, ancaq yenə də onların ailəlikcə ona kömək etmədiklərini, telefon vermədiklərini təqsirləndirilən şəxs2 üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir; ## ###### 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş Ayişə Qafarova ifadəsində göstərdiyi xüsusatları, yəni ##.##.2025-ci il tarixdə, gecə saat 04 radələrində Məmməd və yanındakı şəxslərin onu Beyləqan rayoununa apardıqlarını və yolun kənarında dayandıqdan sonra Məhərrəm və Şükürün ağ rəngli avtomobil ilə oraya gəldiklərini, həmin vaxt Məmmədin onu hədələdiyini, Məmməd onu avtomobildən düşürdüb Məhərrəmin idarə etdiyi avtomobilə mindirdiyini, həmin vaxt o, narazılığını bildirib zorla qaçırıldığını, evinə qayıtmaq istədiyini açıq-aşkar dediyini, Məhərrəm və Şükürün isə bunu eşidib bilə-bilə ona məhəl qoymadıqlarını və köməklik etmədiklərini, əksinə Məhərrəmin idarə etdiyi avtomobil ilə onu Şükürün evinə apardığını təqsirləndirilən şəxs1 üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir; ## ##### 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş Ayişə Qafarova ilkin ifadəsində göstərdiyi xüsusatları, yəni ##.##.2025-ci il tarixdə, gecə saat 16 radələrində təqsirləndirilən şəxs5 onu zorla qaçırdarkən şahid16 arxadan gəlib onun ayaqlarından tutub avtomobilin içərisinə basdığını, sonra avtomobilin qapısını örtüb özünün öndə əyləşdini üzləşdirmə zamanı şahid16 üzünə qarşı bildirməmiş, əksinə həmin xüsusatları təkzib edərək şahid16 ona toxunmadığını, əksinə avtomobilin ön sərnişin oturacağına əyləşib Məmmədlə mübahisə etdiyini, narazılığını bildirdiyini, onu azad etməyi xahiş etdiyini və avtomobildən düşüb getmək istəsə də Məmmədin tapşırığı ilə Zöhrabın avtomobili dayandırmadığını bildirərək ilkin ifadəsini müvafiq hissədə Çərkəzin onu hadisə vaxtı izləyib Məmmədə xəbər verməsinə görə əsəbi olması ilə əlaqələndirmişdir; ## ##### 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş A.Qafarova ilkin ifadəsində göstərdiyi xüsusatları, yəni ##.##.2025-ci il tarixdə, gecə saatlarında təqsirləndirilən şəxs5 onu zorla şahid15 avtomobilinə mindirdiyini, həmin vaxt səs-küy salıb narazılığını ifadə etdiyini, şahid15 onun zorla qaçırıldığını və narazı olduğunu bilə-bilə onu Beyləqan rayonuna apardığını üzləşdirmə zamanı şahid15 üzünə qarşı bildirməmiş, əksinə həmin xüsusatları təkzib edərək həmin vaxt Məmmədin bıçaqla onu hədələyib qorxutduğuna görə şahid15 avtomobilinə normal və sakit bir şəkildə mindiyini, yolboyu narazılığını bildirmədiyini, Beyləqan rayonu, Dünyamalılar kəndində Məmmədə qarğış etməyə, narazılığını bildirməyə və səs-küy salmağa başladığını, həmin vaxt əvvəlcədən xəbərsiz olan şahid15 onun hərəkətlərini görüb Məmmədlə mübahisə etdiyini, avtomobili dayandırıb onlardan avtomobili tərk etmələrini tələb etdiyini bildirmişdir; ## ### 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı X3 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs4 üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir; “xxxx” MMC tərəfindən verilmiş **** saylı, ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsi üçün yol vərəqəsinin surətindən görünür ki, “Khazar LX” markalı, 99-PN-2342 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək təqsirləndirilən şəxs5 icarəyə verilmişdir; Məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli, ** saylı rəyindən görünür ki, X3 bədəni üzərində sol əlin arxa səthinin sıyrığı, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, arxa səthinin, orta 1/3-nin ön səthinin qançırları xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər ##.##.2025-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişlər və ümumilikdə, eləcə də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X3 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. X3 arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir; Məhkəmə-psixatrik ekspertizasının ##.##.2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs1 üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi müəyyən edilmişdir. O, müvafiq cinayət əməlini törədən zamanı qeyd edilən xəstəlikdən əziyyət çəkmişdir. Ancaq, həmin xəstəlik onda o dərəcədə ifadə olunmayıb ki, o, cinayət hadisəsini törədən zaman törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Ona görə də, təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı olmuş, hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Beləliklə, təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, onların təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Odur ki, təqsirləndirilən şəxslərin həmin cinayətləri törətməsi sübuta yetirildiyindən onun əməllərinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, təqsirləndirilən şəxslər barəsində CM-in müvafiq olaraq 62 və 70-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməsi barədə apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxs5 cəza təyin edərkən onun CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və CM-in 59.1.4-cü maddəsinə əsasən isə himayəsində üç azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və CM-in 59.1.4-cü maddəsinə əsasən isə himayəsində bir azyaşlı uşağının olmasını, eyni zamanda, 2-ci qrup əlil olmasını, təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, bundan əlavə CM-in 59.1.4-cü maddəsinə əsasən isə himayəsində iki azyaşlı uşağının olmasını və 3-cü qrup əlil olmasını, eyni zamanda, “Qubadlının azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə almış və təqsirləndirilən şəxslərə münasibətdə təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etmişdir. Kollegiya ilkin olaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş hallar CM-in 62-ci maddəsinin tətbiqi üçün əsas ola bilməz. Bundan başqa, məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məsələdə isə qeyd edir ki, CM-nin 70.1 və 70.2-ci maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxsin barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınsa da, bu hallar heç də bütün hallarda cəzanın şərti sayılması üçün şərtsiz əsas ola bilməz. Söz yox ki, qanunverici CM-nin 70-ci maddəsinə əsasən məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayıldığı hallarda cəzanın şərti olaraq tətbiq edilməsini də istisna etməmişdir. Lakin, həm cinayət qanunun bu müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbət yönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkumun cəzasının şərti olaraq tətbiq edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikirinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı inam yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaların CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi üçün əsaslar da yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkumlara birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumların şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.5-ci maddələri ilə, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar