Məhkəmə qərarları › İş №1(3-7)-177/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-177/2026

29.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-177/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (hakim Qubadov Tahir) ## #### 1987-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Tərtər rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Tərtər şəhəri, Ş.İ.Xətai küçəsində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla ona 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il il tarixdən hesablanmaqla narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, ## ####### 2024-cü il tarixdə saat 10 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün ##.##.2024-cü il tarixdə saat 10:50-də Tərtər rayonu, Səhləbad kəndi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və ##.##.2024-cü il tarixdə saat 13:06-da üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, ümumi təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun sağ əlində olan və üzərinə “Blue Jeans” sözləri yazılmış torbanın içərisində olan sellofan torbadan aşkar edilərək götürülmüşdür APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ədalətli deyil, çünki o, heç vaxt narkotik istifadə etməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, o, heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Belə ki, o, sərxoş olduğu zaman polis əməkdaşı Elşən Rəhimov ona filan yerə get orada çanta var onu götür gəl, o da həmin çantanı götürməyə getmiş və çantanın içərisində narkotik olduğunu bilməmişdir. Çantanı götürdüyü zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşı Elşən Rəhimov ona qarşı qərəzli olub. Bir dəfə dələduzluq cinayətinə görə, bir dəfə də CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) dəfə məhkum olmuşdur. İbtidai istintaq zamanı etirafedici ifadəsini təziq altında vermişdir. Üzərində şəxsi aztarış aparılarkən vəkil iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Belə ki, iş üzrə zəruri istintaq hərəkətləri keçirilmiş, istintaq zamanı təqsirləndirilən şəxs etirafedici ifadə vermiş, işdə şahid ifadələri, ekspert rəyi və digər sübutlar mövcuddur. Həmçinin, ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmişdir. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». İlk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahid ifadələrinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPMnin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin təqsirililiyinin sübuta yetirilməməsi və barəsində bəraət hökmünün qəbul edilməsi ilə bağlı dəlili araşdıran məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ####### 2024-cü il tarixli protokol və ona əlavə edilmiş videogörüntü; -“Məhkəmə-bioloji ekspetizasının“ ##.##.2024-cü il tarixli rəyi; -“Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2024-cü tarixli qərar; -“Məhkəmə-narkoloji ekspertizanın“ ##.##.2024-cü il tarixli rəyi; -Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə “Şübhəli“ şəxs və “Təqsirləndirilən şəxs“ qismində dindirilməsinə dair ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli protokollarda etirafedici ifadələri; -“Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” ##.##.2024-cü il tarixli protokol; -”Şahid ifadələri”; -İş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-nin 42-ci maddəsini əsas götürərək qeyd edir ki, ## ####### 2024-cü il tarixdə saat 10 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıması faktı onun ibtidai istintaq zamanı özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Beləliklə də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitə istifadəçisi olmaması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ####### 2024-cü il tarixli protokol və ona əlavə edilmiş video görüntü, şahid ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən ##.##.2021-ci il tarixdə cəzadan azad edilmiş; Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bu xüsusatlarda onu göstərir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətməyə görə iki dəfə məhkum olunmasına, o cümlədən bir dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda o, şüurlu surətlə yenidən analoji xarakterli cinayət əməlini törətmişdir. Bu da onun cinayət törətməyə kriminal meyilli şəxs olduğunu göstərir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinin tətbiq edilməsinin mümkün ola bilməməsi barədə xüsusatlarını düzgün və qanuni hesab edir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, həmin dəlillər iş materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hökm dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar