Məhkəmə qərarları › İş №1(3-7)-178/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-178/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-178/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mustafaev Nijat Nəriman oğlunun etibarnamə üzrə nümayəndəsi müdafiəçi1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi müdafiəçi2 iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən xüsusi ittiham qaydasında materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində CM-nin 147.1 və 148-ci maddələrinə əsasən ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ## ###### 2025ci il saat tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində instagram sosial şəbəkəsində müxtəlif xarakterli böhtan xarakterli ifadələr işlətmişdir. ## ###### 2025-ci il tarixdə instagram sosial şəbəkəsində canlı yayın zamanı barəsində əsassız ittihamlar irəli sürmüş, haqqında şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlətmişdir. O, bu kimi qeyri-etik ifadələr işlətməklə yanaşı, özünün sosial şəbəkə hesablarında paylaşmış və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışmışdır. Bütün bunlardan əlavə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində dediyi təhqiramiz ifadələrin heç bir əsası yoxdur. O, öz fikir azadlığından qanunsuz şəkildə istifadə edərək onun hüquqlarını pozmuşdur. Buna görə də onun etdiyi çıxışları fikir azadlığı kimi dəyərləndirə bilməz. O, bütün bu təhqiredici ifadələrin və ona deyilən ittihamların təhqir və böhtan olduğunu sübut etmək, onun haqqındakı yayılmış fikirlərin yanlış olduğunu göstərmək və əsas da qarşı tərəfdən olan bu böhtanların dayandırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hazırlıq iclasının qərarı ilə (sədrlik edən hakim S.A.Hacıyev) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi müdafiəçi1 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini, iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X3 tərəfindən Tovuz Rayon Məhkəməsinə verilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “İnstagram” sosial şəbəkəsində yayımladığı çıxışlarla onun barəsində böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. Şikayətdə bu əməllərin CM-nin 147.1 və 148-ci maddələrinə uyğun olduğu, həmçinin işin məhkəmə aidiyyəti dəqiq şəkildə əsaslandırılmışdır. Buna görə də # ###### 1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, ümumilikdə 6 ay müddətinə məhkum olunması barədə hökm çıxarılması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mustafaev Nijat-ın (X4) xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti “şikayətdə, şikayətin verildiyi yer qeyd edilməmişdir.” əsası ilə geri qaytarmışdır. Lakin bu nəticə açıq şəkildə iş materiallarına ziddir. Belə ki, şikayətdə də qeyd etdiyi kimi, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.” Bildirir ki, X4 barəsində yayılmış məlumatlar “İnstagram” sosial şəbəkəsində yayımlanmışdır. Həmin sosial şəbəkənin də hüquqi ünvanı xaricdə qeydiyyata alındığına və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyata olduğundan xüsusi ittiham qaydasında şikayətə Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Şikayətdə bu hüquqi mövqe birbaşa göstərilmişdir. Bu isə o deməkdir ki, şikayətin verildiyi yer müəyyən edilmiş və əsaslandırılmışdır. Məhkəmə göstərilənləri nəzərə almadan, formal mülahizələrə əsaslanaraq, yalnız bir cümlə əsaslandırma etməklə şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarına əsasən, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Həmin Qərarın 2-ci bəndinə əsasən, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi müdafiəçi1 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinə etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkəmənin qərarının qanuni və əsaslı olduğunu bildirdi və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-nin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətinöz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Lakin hazırki xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.6-cı maddəsinin tələbinə cavab vermir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin yuxarıda göstərilən normaları və Ali Məhkəmənin qeyd edilən Plenum qərarı ilə müqayisə etməklə birinci instansiyası məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarına baxdıqda müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar əsaslı və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilə nnormalarının tələblərinə cavab verən nəticədir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayətdə, şikayətin verildiyi yer qeyd edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Belə ki, CPM-in 293.3.6-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayətin sonunda şikayətin verilmə tarixi göstərilmiş, lakin yer göstərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılsın. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən şikayətlə birinci instansiya məhkəməsinə şikayət vermək hüquqları izah edilsin. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar