Məhkəmə qərarları › İş №1(3-7)-179/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-179/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-179/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, İsgəndərov Rafət Şəmistan oğlu və onun qanuni nümayəndəsi nümayəndə2, təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi nümayəndə1, müdafiəçilər İskəndərov Fuad İnqlab oğlunun, müdafiəçi3 və X5 iştirakı ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, İsgəndərov Rafət Şəmistan oğlunun və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Daşkəsən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Daşkəsən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli (sədrlik edən Kənan Vəliyev) hökmü ilə ##.##.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş” təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 170.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş əsas cəzalar qismən toplanmaqla qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq il 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, onun üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunması; ##.##.2008-ci ildə Daşkəsən rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu. Dəmirçidam kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun * saylı yataqxanasının ətrafında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq təqsirləndirilən şəxs1 üzərində qəti olaraq il 01 il 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, onun üzərinə yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun * saylı yataqxanasının ətrafında yerləşən fərdi yaşayış evini gecə saat 23:00- dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonları ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunması; ##.##.2009-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Alçalı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş İsgəndərov Rafət Şəmistan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq il 01 il 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, onun üzərinə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkməmüddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının İsgəndərov Rafət Şəmistan oğlunun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunması qərara alınmış, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, təqsirləndirilən şəxs3 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları yetkinlik yaşına çatmayanlar təqsirləndirilən şəxs1 və İsgəndərov Rafət Şəmistan oğlunu “Azpulmanat” bank olmayan kredit təşkilatına olan kredit borcunu ödəməsini bəhanə etməklə, onlarda cinayət törətməyə həvəs yaratmaqla talama cinayətlərinin törədilməsinə cəlb edib Rafət İsgəndərov və təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup təşkil etməklə ## #### 2025-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, X2 küçəsində fəaliyyət göstərən “Məhsəti bağı” adlanan çayxanada razılaşıb Daşkəsən rayonu Zəylik kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gələrək, bu niyyətlə “Bolt taksi” mobil tətbiqi vasitəsilə sifariş etdiyi, hazırda sürücüsü və avtomobilin qeydiyyat nömrəsi istintaqa məlum olmayan “Mercedes Benz E220” markalı avtomobil ilə ## #### 2025-ci il tarixdə, gecə saat 01 radələrində Daşkəsən rayonu Zəylik kəndinə gəlmiş, həmin kənd sakini zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığında yerləşən, zərərçəkmiş şəxs3 məxsus heyvanların saxlanması üçün nəzərdə tutulmuş xalxalın giriş qapısı üzərindəki ipi açaraq saxlanc yerinə qanunsuz daxil olub oradan AllahverdiyevÇingiz Məhəmmədəli oğluna məxsus 1 baş, qara rəngli, diri çəkisi təxminən 220 kq, 1800 manat dəyərində, 1 baş qara rəngli, diri çəkisi təxminən 300 kq, 3000 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 230 kq, 1800 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 210 kq, 1800 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 220 kq, 1800 manat dəyərində və 1 baş qızartı rəngli, diri çəkisi təxminən 230 kq olan 1800 manat dəyərində, cəmi 12 000 manat dəyərində 6 baş iribuynuzlu heyvanları çıxararaq, nəqliyyat vasitəsindən istifadə etmədən Göygöl rayonu, Mollacəlilli kəndinə aparıb həmin kənddə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində saxlanc yerinə qanunsuz daxil olaraq oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan İsgəndərov Rafət Şəmistan oğlunu “Azpulmanat” bank olmayan kredit təşkilatına olan kredit borcunu ödəməsini bəhanə etməklə talama cinayətlərinin törədilməsinə cəlb edib Rafət İsgəndərov və təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup təşkil etməklə təkrar ## #### 2025-ci il tarixdə, saat 03 radələrində Daşkəsən rayonu, Zəylik kəndi ərazisində razılaşıb vahid niyyət olmadan Daşkəsən rayonu Zəylik kəndi ərazisində at oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə, saat 03 radələrində Daşkəsən rayonu Zəylik kəndi ərazisində olarkən, həmin kənd ərazisində yerləşən “Qaraj” adlanan biçənək sahəsinin yaxınlığında nəzarətsiz otlayan, Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olmaqla yaşayan zərərçəkmiş şəxs2 məxsus 1 rəst, qırmızı rəngli, 4 illik, 3000 (üç min) manat dəyərində olan atı qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan İsgəndərov Rafət Şəmistan oğlunu “Azpulmanat” bank olmayan kredit təşkilatına olan kredit borcunu ödəməsini bəhanə etməklə talama cinayətlərinin törədilməsinə cəlb edib Rafət İsgəndərov və təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup təşkil etməklə təkrar ## #### 2025-ci il tarixdə, saat 05 radələrində Daşkəsən rayonu, Zəylik kəndi ərazisində razılaşıb vahid niyyət olmadan Daşkəsən rayonu Zəylik kəndi ərazisində at oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə, saat 05 radələrində Daşkəsən rayonu Zəylik kəndi ərazisində olarkən, həmin kənd ərazisində yerləşən adsız örüş otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olmaqla yaşayan Qocayev İbrahim Novruz oğluna məxsus 1 rəst, qırmızı rəngli, 8 illik, 2000 (iki min) manat dəyərində olan atı qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bununla da təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. təqsirləndirilən şəxs1 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayanİsgəndərov Rafət Şəmistan oğlu ilə birlikdə təqsirləndirilən şəxs3 tərəfindən talama cinayətlərinin törədilməsinə cəlb olunmaqla qabaqcadan əlbir olub bir qrup təşkil etməklə ## #### 2025-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, X2 küçəsində fəaliyyət göstərən “Məhsəti bağı” adlanan çayxanada razılaşıb Daşkəsən rayonu Zəylik kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gələrək, bu niyyətlə “Bolt taksi” mobil tətbiqi vasitəsilə sifariş etdiyi, hazırda sürücüsü və avtomobilin qeydiyyat nömrəsi istintaqa məlum olmayan “Mercedes Benz E220” markalı avtomobil ilə ## #### 2025-ci il tarixdə, gecə saat 01 radələrində Daşkəsən rayonu Zəylik kəndinə gəlmiş, həmin kənd sakini zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığında yerləşən, zərərçəkmiş şəxs3 məxsus heyvanların saxlanması üçün nəzərdə tutulmuş xalxalın giriş qapısı üzərindəki ipi açaraq saxlanc yerinə qanunsuz daxil olub oradan zərərçəkmiş şəxs3 məxsus 1 baş, qara rəngli, diri çəkisi təxminən 220 kq, 1800 manat dəyərində, 1 baş qara rəngli, diri çəkisi təxminən 300 kq, 3000 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 230 kq, 1800 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 210 kq, 1800 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 220 kq, 1800 manat dəyərində və 1 baş qızartı rəngli, diri çəkisi təxminən 230 kq olan 1800 manat dəyərində, cəmi 12 000 manat dəyərində 6 baş danaları çıxararaq, piyada Göygöl rayonu, Mollacəlilli kəndinə aparıb həmin kənddə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində saxlanc yerinə qanunsuz daxil olaraq oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan İsgəndərov Rafət Şəmistan oğlu ilə birlikdə təqsirləndirilən şəxs3 tərəfindən talama cinayətlərinin törədilməsinə cəlb edilməklə Rafət İsgəndərov və təqsirləndirilən şəxs3lə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə təkrar ## #### 2025-ci il tarixdə, gecə saat 03 radələrində Daşkəsən rayonu, Zəylik kəndi ərazisində razılaşıb vahid niyyət olmadan Daşkəsən rayonu Zəylik kəndi ərazisində at oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə, saat 03 radələrində Daşkəsən rayonu Zəylik kəndi ərazisində olarkən, həmin kənd ərazisində yerləşən “Qaraj” adlanan biçənək sahəsinin yaxınlığında nəzarətsiz otlayan, Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olmaqla yaşayan zərərçəkmiş şəxs2 məxsus 1 rəst, qırmızı rəngli, 4 illik, 3000 (üç min) manat dəyərində olan atı qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları İsgəndərov Rafət Şəmistan oğlu və təqsirləndirilən şəxs3 ilə birlikdə təqsirləndirilən şəxs3 tərəfindən talama cinayətlərinin törədilməsinə cəlb olunmaqla qabaqcadan əlbir olub bir qrup təşkil etməklə təkrar ## #### 2025-ci il tarixdə, saat 05 radələrində Daşkəsən rayonu, Zəylik kəndi ərazisində razılaşıb vahid niyyət olmadan Daşkəsən rayonu Zəylik kəndi ərazisində at oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə, saat 05 radələrində Daşkəsən rayonu Zəylik kəndi ərazisində olarkən, həmin kənd ərazisində yerləşən adsız örüş otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Zəylik kəndindəqeydiyyatda olmaqla yaşayan Qocayev İbrahim Novruz oğluna məxsus 1 rəst, qırmızı rəngli, 8 illik, 2000 (iki min) manat dəyərində olan atı qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bununla da təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İsgəndərov Rafət Şəmistan oğlu özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs1 ilə birlikdə təqsirləndirilən şəxs3 tərəfindən talama cinayətlərinin törədilməsinə cəlb olunmaqla qabaqcadan əlbir olub bir qrup təşkil etməklə ## #### 2025-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, X2 küçəsində fəaliyyət göstərən “Məhsəti bağı” adlanan çayxanada razılaşıb Daşkəsən rayonu Zəylik kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gələrək, bu niyyətlə “Bolt taksi” mobil tətbiqi vasitəsilə sifariş etdiyi, hazırda sürücüsü və avtomobilin qeydiyyat nömrəsi istintaqa məlum olmayan “Mercedes Benz E220” markalı avtomobil ilə ## #### 2025-ci il tarixdə, gecə saat 01 radələrində Daşkəsən rayonu Zəylik kəndinə gəlmiş, həmin kənd sakini zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığında yerləşən, zərərçəkmiş şəxs3 məxsus heyvanların saxlanması üçün nəzərdə tutulmuş xalxalın giriş qapısı üzərindəki ipi açaraq saxlanc yerinə qanunsuz daxil olub oradan zərərçəkmiş şəxs3 məxsus 1 baş, qara rəngli, diri çəkisi təxminən 220 kq, 1800 manat dəyərində, 1 baş qara rəngli, diri çəkisi təxminən 300 kq, 3000 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 230 kq, 1800 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 210 kq, 1800 manat dəyərində, 1 baş sarımtıl zolaqlı rəngli, diri çəkisi təxminən 220 kq, 1800 manat dəyərində və 1 baş qızartı rəngli, diri çəkisi təxminən 230 kq olan 1800 manat dəyərində, cəmi 12 000 manat dəyərində 6 baş danaları çıxararaq, piyada Göygöl rayonu, Mollacəlilli kəndinə aparıb həmin kənddə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində saxlanc yerinə qanunsuz daxil olaraq oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə birlikdə təqsirləndirilən şəxs3 tərəfindən talama cinayətlərinin törədilməsinə cəlb edilməklə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3lə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə təkrar ## #### 2025-ci il tarixdə, gecə saat 03 radələrində Daşkəsən rayonu, Zəylik kəndi ərazisində razılaşıb vahid niyyət olmadan Daşkəsən rayonu Zəylik kəndi ərazisində at oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə, saat 03 radələrində Daşkəsən rayonu Zəylik kəndi ərazisində olarkən, həmin kənd ərazisində yerləşən “Qaraj” adlanan biçənək sahəsinin yaxınlığında nəzarətsiz otlayan, Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olmaqla yaşayan zərərçəkmiş şəxs2 məxsus 1 rəst, qırmızı rəngli, 4 illik, 3000 (üç min) manat dəyərində olan atı qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə birlikdə təqsirləndirilən şəxs3 tərəfindən talama cinayətlərinin törədilməsinə cəlb olunmaqla qabaqcadan əlbir olub bir qrup təşkil etməklə təkrar ## #### 2025-ci il tarixdə, saat gecə 05 radələrində Daşkəsən rayonu, Zəylik kəndi ərazisində razılaşıb vahid niyyət olmadan Daşkəsən rayonu Zəylik kəndi ərazisində at oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə, saat 05 radələrində Daşkəsən rayonu Zəylik kəndi ərazisində olarkən, həmin kənd ərazisində yerləşən adsız örüş otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olmaqla yaşayan Qocayev İbrahim Novruz oğluna məxsus 1 rəst, qırmızı rəngli, 8 illik, 2000 (iki min) manat dəyərində olan atı qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bununla da İsgəndərov Rafət Şəmistan oğlu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək hökmü dəyişdirərək, təqsirləndirilən şəxs3, İsgəndərov Rafət Şəmistan oğlu və təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində daha ağır azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Qeyd etmişdir ki, onun ## #### 2025-ci il tarixdə gecə saatlarında 06 baş iribuynuzlu heyvanları oğurlanmışdı. Həmin heyvanlardan iki baş heyvanın pulunu ona qiymətindən xeyli az məbləğdə nəğd şəkildə ödəmişlər. Qalan dörd baş heyvanı isə canlı olaraq özünə qaytarılmışdır. Oğurlanmış heyvanlar qaytarılmış, qaytarılmayanların isə pulları ödənilmiş olsa da, polisə məlumat verməsinə baxmayaraq heyvanları özü də axtarmışdır. Heyvanları axtarmaq üçün müxtəlif yerlərə getməli olmuş, buna görə xeyli miqdarda pul xərcləmiş və digər xərclər çəkməli olmuşdur. Heyvanların axtarılmasına və digər xərclərə görə 25.000 manat (iyirmi beş min) maddi ziyana məruz qalmışdır. Həmin 25.000 manat puldan 10.000 manat hissəni güzəşt edərək tələb etməmişdir. Lakin, qalan 15.000 manat hissəsinin ödənilməsini tələb etmişdir. Məhkəmədə oğurluq edənlərdən şikayətçi olduğunu bildirmişdir. Eyni zamanda bu iş üzrə başqa zərərçəkənlər Qocayev İbrahim Novruz oğlu və zərərçəkmiş şəxs2 da oğurluq edənlərdən şikayətçi oludğunu bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin etdiyi cəzanın həddini və növünü müəyyən edərkən AR CM-nin 59.1.11-ci və 60-cı maddəsinin müddəalarını tətbiq etmiş, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Göründüyü kimi məhkəmə yalnız onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdı. Qeyd etmişdir ki, onun yaşayış yeri üzrə verilmiş xasiyyətnamə formal xarakter daşıyır və xasiyyətnamədə təqsirləndirilən şəxslərin hansı əməllərinə görə müsbət xarakterizə olunması öz əksini tapmamışdır. Halbuki, məhkəməyə təqdim edilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallardan görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən heç bir güzəşt edilə bilməzdi. Eyni zamanda hesab edir ki, digər yüngülləşdirən hallara məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə həmin hallar onlara həbslə bağlı olmayan cəza edilməməsi üçün əsas ola bilməzdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətdə qeyd olunan məzmunda çıxış etdi və ona dəymiş ziyan aradan qaldırılmadığı təqdirdə təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə növündə cəza seçilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs İsgəndərov Rafət Şəmistan oğlu, onun qanuni nümayəndəsi və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və Rafət İsgəndərovun əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxslər ədalətli cəza, yəni daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və Rafət İsgəndərova cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası verməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və Rafət İsgəndərova cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmişdir və bundan daha ağır cəzanın təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Məhkəmə kollegiyası məhkumlara təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkuma təyin edilmiş cəzanın həddinin artırılması üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş real ziyanı tam ödəməsi, əməlini səmimi etiraf etməsi, törətdiyi əməldən peşman olması, 44 günlük Vətən müharibəsinin iştirakçısı olaraq “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını müstəsna hal kimi nəzərə alaraq barəsində CMin 62-ci maddəsi tətbiq edilməklə cəza təyin etməkdə, həmçinin İsgəndərov Rafət Şəmistan oğlunun şəxsiyyətini, vurulmuş real ziyanı tamamilə ödəməsini, əməlindən səmimi peşiman olmasını az yaşlı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxs1 şəxsiyyətini, vurduğu real ziyanı tamamilə ödəməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaqla təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Bundan əlavə, kollegiya apellyasiya şikayətinin zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə isə bildirir ki, iş materiallarında olan “götürülmə aparılması haqqında” protokollara əsasən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində oğurlanmış heyvanlar geri qaytarılmış və qalan zərər aradan qaldırılmışdır. Apellyasiya şikayətində iddia olunan əlavə zərər isə hazırda məhkəmə baxışının predmeti deyil, həmçinin dəymiş əlavə ziyan və heyvanların axtarışı zamanı çəkildiyi iddia olunan xərclə bağlı zərərçəkmiş şəxs tərəfindən ibtidai araşdırma və məhkəmə baxışı gedişində mülki iddia da təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, İsgəndərov Rafət Şəmistan oğlunun və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Daşkəsən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar