Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-181/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətdən imtina etməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Xüsusi ittihamçı Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olan və yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun ünvanına kütləvi informasiya vasitələrində və informasiya ehtiyatlarında onun şərəf və ləyaqətini alçaldan böhtan və təhqir xarakterli ifadələr işlətdiyinə görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə, eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi barədə şikayət ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən təqdim etdiyi ##.##.2026-cı il və ##.##.2026-cı tarixli ərizələrdən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında etdiyi şikayətdən imtina etdiyini və şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı (hakim Həsənov Cavad) qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə icraata baxan Şəmkir Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayət ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onu aldadaraq “bəs sonradan yenidən məhkəməyə eyni şikayətlə müraciət edə bilərsən” dedilər. O, sonradan ərizə ilə məhkəməyə müraciət edib imtinanın geri götürmə ilə əvəz edilməsini xahiş etsə də, məhkəmə onun imtina ərizəsini əsas götürərək şikayətin icraatına qəbul edilməsindən imtina etmişdir. Hazırda həmin ərizədən imtina edir, şikayətin icraata qəbul olunub baxılmasını və şikayətin təmin olunmasını edilməsi xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, imtina ərizəsini özü yazmış, məhkəmə tərəfindən aldadılmışdır. Hazırda Bəstidən şikayətçidir. Ağstafa Rayon Məhkəməsində iclasda iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları çərçivəsində nəzərdən keçirərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. İş materialında olan xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş və imzalanmış ##.##.2026-cı il və ##.##.2026-cı tarixli ərizələrdən göründüyü kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini və şikayətinin geri qaytarılmasını xahiş etmişdir. CPM-nin 302.1.8-ci və 302.2.3-cü maddələrinə görə şikayət vermiş şəxs şikayətindən imtina etdikdə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Eyni zamanda “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 17-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam, həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Belə olan halda xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən eyni ittiham üzrə məhkəməyə müraciət edilməsinin istisna olunması qanunvericiliyin normalarından və plenum qərarından öz təsdiqini tapır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizələrin hüquqi mahiyyətini düzgün başa düşməməsi onun yenidən eyni ittiham üzrə məhkəməyə müraciət etməsinə əsas vermir. Bundan başqa, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı hər hansı şikayət və tələbinin olduğunu göstərməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadı. CPM-in 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və CPM-nin 386, 391, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsinə əsasən çıxarıldığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-181/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-181/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver