Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-184/2026 13.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (sədrlik edən Ilqar Quliyev) hökmü ilə ##.##.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər cəzası təyin edilməsi, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanması, cəzanın icrasının Şəmkir rayon Icra və Probasiya şöbəsinə həvalə olunması qərara alınmışdır. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşadıqları evdə anası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu dəmir sini ilə sifət nahiyyəsindən vuraraq ona burun yəhərinin əzilmiş yarası və sağ gözaltı nahiyənin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmü Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə daha ağır - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Işə apellyasiya instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən verilmiş apellyasiya protestinin cəzanın ağırlaşdırılması ilə bağlı dəlillərindən imtina edərək, zərərçəkmiş şəxsin barışıq ilə bağlı ərizəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə apellyasiya protestinə dəyişiklik təqdim etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya protesti verildiyi tarixə münasibətdə hazırda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığı üçün apellyasiya protestində cəzanın ağırlaşdırılması ilə bağlı nəzərdə tutulmuş dəlillərdən imtina edilməli və qanunvericiliyin tələbi nəzərə alınmaqla təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi məhkəməyə təklif edilməli, apellyasiya protestinə dəyişiklik edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən verilmiş apellyasiya protestinin cəzanın ağırlaşdırılması ilə bağlı dəlillərindən imtina ediliməklə və zərərçəkmiş şəxsin barışıq ilə bağlı ərizəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayət məsuliyyətdən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı apellyasiya protestinə münasibətdə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmasını əsas götürməklə və barışıq ilə bağlı ərizəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Apelyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs və müdafiəçisi iş apellyasiya icraatında baxılarkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışıq əldə etməsi barədə ərizəsinin təmin edilməsini, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, iş materiallarında olan ibtidai araşdırma zamanı əldə edilmiş digər materiallarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə həmin maddə ilə onun təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilərək, birinci instansiya məhkəməsinin hökmü ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun həm özünün, həm də zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadələr, ekspertiza rəyi və sair materiallarla ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər-hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər-hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Bununla belə, işə apellyasiya instansiya məhkəməsində baxılarkən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsə o, təqsirləndirilən şəxs ilə barışmış və onun sonuncudan heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 73.1 və 73.2ci maddələrinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Məhkəmə kollegiyası qeyd olunan qanun normalarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir tələbinin olmamasını və onun özünün cinayət təqibinə xitam verilməsinə etirazının olmadığını nəzərə alıb hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə, işə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil bürosunun hesabına 187 (bir yüz səksən yeddi) manat pul köçürülməlidir. Iş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.3-cü maddəsinə görə, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən CM-nin 73.2-ci maddəsini və CPM-in 40, 43, 397-399 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya protesti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsində icraat zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 187 (bir yüz səksən yeddi) manat pul köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-184/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-184/2026
13.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver