Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-186/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, 1(061)-19/2025 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin (hakim X1) ##.##.2026-cı il tarixli, 1(061)-19/2025 nömrəli hökmü ilə ##.##.1987-ci il tarixdə Xocalı rayonu, Cəmilli kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Bakı şəhəri Nəsimi rayon X3 hissəsinin yanğınsöndürmə növbəsinin sürücü-V, R vəzifəsində işləyən, məhkumluğu olmayan, Xocalı rayonu, Cəmilli kənində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu, X2 küçəsi-59 ünvanında yaşayan,barəsində ““polisin nəzarəti altına vermə”” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, ## ######## 2024-cü il tarixdə, saat 14 radələrində ##.##.2024-cü il tarixli, ****/e nömrəli əmr əsasında ezam edildiyi Ağdərə rayonu ərazisində xidmətdə olarkən Ağdərə rayonunun Təpəkənd kəndi ərazisində yanğın hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Tərtər rayon X3 hissəsinin balansında olan, işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə dislokasiya edilmiş “Kamaz” markalı, “**-JB-***” dövlət qeydiyyat nişanlı yanğınavtomobili ilə Ağdərə şəhərindən Sərsəng su anbarı istiqamətində irəlilədikdə yolun asfalt hissəsindən Ağdərə rayonunun Təpəkənd kəndi ərazisindən keçən və Tərtər çayı istiqamətində uzanan dağlıq və döngəli torpaq yolun 6-cı kilometrliyində yolun enişli hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda lazımi diqqət və ehtiyyatlılıq göstərməyərək idarə etməni itirməsi nəticəsində yoldan çıxıb yolun sol kənarında olan uçuruma aşmış və ehtiyyatsızlıqdan həmin vaxt avtomobilin kabinində, arxa hissədə ekipaj üzvləri üçün nəzərdə tutulmuş oturacaqda əyləşmiş X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin ** nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürəni, R Zərərçəkmiş şəxs sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ gicgah nahiyəsinin epidural hematoması, baş beyinin yüngül dərəcəli əzilməsi və sıxılması ilə müşayiət olunan başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ almacıq sümüyünün sınığı, sol göz yuvası ətrafı yumşaq toxumaların hematoması, döş qəfəsinin arxa səthinin və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, həmçinin avtomobilin kabinində arxa hissədə ekipaj üzvləri üçün nəzərdə tutulmuş oturacaqda əyləşmiş Gədəbəy şəhəri, Qumlu yaşayış massivində qeydiyyatda olmaqla yaşamış, X3 Xidmətinin Gədəbəy rayon X3 hissəsinin ** nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin sabiq böyük yanğınsöndürəni, R X5 açıq kəllə-beyin travması, baş beyin qişasına, qişaaltına, baş beyin toxumasına və mədəcəkilərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları, döş qəfəsi, sol kürək, sol diz, sağ budnahiyələrinin qançırları, sağ gicgah-ənsə nahiyəsinin əzilmiş yarası, başın təpə nahiyəsinin əzilmiş yarası, təpə, bel, sol baldır, sol diz, sağ, sol əl, sağ əl nahiyələrinin sıyrıqları, sağ qulaq nahiyəsinin kənar hissəsində yumşaq toxumanın olmaması ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və sonuncunun aldığı başın ağır küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş beyin qişasına, qişaaltına, baş beyin toxumasına və mədəciklərinə qansızma xəsarətləri səbəbindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, iş üzrə əlavə araşdırmanın aparılması üçün cinayət işinin ibtidai istintaq orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## ######## 2024-cü il tarixdə Ağdərə rayonun Təpəkənd kəndi ərazisində yanğın hadisənin baş verməsi barədə daxil olmuş məlumat əsasında, yanğının söndürmək üçün Elsevər Allahverdiyev əmr əsasənda Tərtər rayon Dövlət Yanğınında mühafizı hsissınn balansında, işgaldan azad olunmuş Ağdərə rayonuna ərizisinə dislokasiya olunmuş “ Kamaz “ Markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yanğınsondurən avtomobili ilə yanğın baş verdiyi əraziyə göndərilmişdir. Lakin, yolda bədbəxt hadisə baş vermiş, yanğınsöndürən avtobil sürüçüsü idarəetməni titirərək avtomobili yüksəklikdən Tərtər çayına aşırmışdır. Hadisə zamanı Elsevər Allahverdiyev açıq kəllə -beyin travması alaraq hadisə yerində həlak olmuşdur. Yəni, erməni separatçılarından azad edilmiş Qarabağ zonasında dövlət qarşısında xidməti vəzifəsinin icra edərkən həlak olmuşdur. Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanmışdır, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs AR CM -nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və iş məhkəməyə verilmişdir. Həmin cinayət işində istintaq orqanın qərarı ilə mərhumun qardaşı Hüquqi varis zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Işə məhkəmədə baxılan baxılan zaman şahidlər Zərərçəkmiş şəxs və şahid2 ifadələr verərək göstərmişlər ki, sürücü Təqsirləndirilən şəxs ekipajın kimandiri şahid3 göstərdiyi marşrut üzrə yüklü avtomobilin idarə edilməsini təhlükəli olduğunu bildirmişdir: yəni təpədərə üzrə ağır yüklü avtomobil idərə edərkən onun aşa biləcəyi göstərmişdir. Lakin, buna baxmayaraq , şahid3 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sürücüyə əmr vermişdir ki avtomobili onun göstərdiyi hərəkət istiqaməti ilə idarə etməyi davam etsin. şahid3 qanunsuz göstərişləri nəticədə ölümlə nəticələnən bədbəxt hadisə baş vermişdir və onun bu hadisədə bilavasitə təqsiri vardır. Nəzərə alınmalıdır ki, ibtidai istintaq aparılan zaman təqsirləndirirlən şəxs və adları yuxarıda qeyd edilən şəxslərin verdiyi ifadələrdən müəyyən olunur ki, onlar ibtidai istintaq zamanı psixi təzyiqlərinə məruz qalmışlar və bu səbəbdən işin obyektiv hallarını əks edən faktlar barədə susmuşlar. Lakin, məhkəmədə sərbəst ifadə verən təqsirləndirilən şəxs və yuxarıda adları çəkilən şahidlər ibtidai istintaq orqanına verdikləri ifadələrindən imtina edərək göstərmişlər ki, bədbəxt hadisənin baş veməsində əsl səbəbkar ekipajın komandiri şahid3 olmuşdur, hansı ki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun tabeliyində olan sürücü Təqsirləndirilən şəxs qanunsuz əmr vermişdir. Belə olan halda, işin göstərilən xüsusatları yenidən araşdırılamalı, obyektiv həqiqət müəyyən edilməli və cinayət məsuliyyətindən kənarda qalmış şahid3 əməllərinə düzgün hüquqi qiymət verilməlidir. Lakin işə baxmış Tərtər rayon məhkəməsi işin bu hallarından vaz keçmiş, şahidlər Zərərçəkmiş şəxs və şahid2 ifadələri əhəmiyyət verməmiş, göstərilən şəxsləri ibtidai istintaqa və məhkəməyə verdiyi ifdələrində kəskin ziddiyyətlər olduğu halda, məhkəmə onların ibtidai istintaq orqanına vardiyi ifadələri üstün tutmuş, lakin bunun səbəbini əsaslandırmamışdır. Məhkəmə, sadəcə olaraq ittiham tərəfinin təqdim etdiyi şablon xarakterli sübutları əsas götürərək, həmin qeyri-obyektiv və zidiyyətli sübutlar əsasında qanunsuz hökm elan etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətini müdafiə etdi, məhkum Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, hadisənin baş veməsində əsl səbəbkar ekipajın komandiri şahid3 olduğunu, onun barəsində əlavə araşdırmanın aparılması üçün cinayət işinin ibtidai istintaq orqanına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətində göstərilənlər barədə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını və birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, şikayətdə göstərilən dəlillərin əsasən ehtimallara söykəndiyini bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi, cəza məsələsi və işin faktiki halları mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, hadisənin baş veməsində əsl səbəbkar ekipajın komandiri şahid3 olduğunu, onun barəsində əlavə araşdırmanın aparılması üçün cinayət işinin ibtidai istintaq orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkuma istinad olunan cinayət əməlinin məhz onun tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya şikayətində məhkumun təqsirliliyini mübahisələndirmədən hadisədə digər şəxsin, o cümlədən şahid3 da məsuliyyət daşıya biləcəyi barədə mülahizələr irəli sürmüş və bu səbəbdən işin əlavə araşdırmaya qaytarılmasını xahiş etmişdir. Lakin cinayət işi üzrə toplanmış və məhkəmə tərəfindən araşdırılmış sübutların məcmusundan görünür ki, yol-nəqliyyat hadisəsi bilavasitə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq uçuruma aşması nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrini, zərərçəkmiş şəxsin və hüquqi varisinin ifadələrini, ekspertiza rəylərini, hadisə yerinə baxış protokollarını və digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq onların hər birinə CPM-in tələblərinə uyğun hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində istinad edilən şahid3 guya qanunsuz göstəriş verməsi barədə dəlillər isə ehtimallara əsaslanır və həmin şəxsin əməli ilə baş vermiş nəticə arasında cinayət-hüquqi baxımdan səbəbli əlaqənin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutla təsdiq olunmur. Iş materiallarında şahid3 hərəkətlərinin hadisənin baş verməsində cinayət məsuliyyəti yaradan xarakter daşımasını göstərən kifayət qədər sübutlar müəyyən edilməmişdir. Bundan əlavə, şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasındakı müəyyən fərqlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, həmin ziddiyyətlərə hüquqi qiymət verilmiş və məhkəmə hansı sübutları qəbul etməsinin səbəblərini hökmdə əsaslandırmışdır. Təkcə ifadələrdə müəyyən fərqlərin olması işin əlavə araşdırmaya qaytarılması üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayətində göstərilən halların əksinə olaraq, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr hadisənin baş verməsinə səbəb olan əsas amilin nəqliyyat vasitəsinin idarə edilməsinin itirilməsi olduğunu təsdiq edir. Şahidlərin heç biri şahid3 tərəfindən verilmiş göstərişlə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu təsdiq edən konkret məlumat verməmişdir. Həmin şəxsin hərəkətlərində cinayət məsuliyyəti yaradan əlamətlərin mövcudluğunu təsdiq edən hər hansı obyektiv sübut da iş materiallarında yoxdur. Məhkəmə hesab edir ki, marşrutun seçilməsi və ya hərəkət istiqamətinin göstərilməsi özü-özlüyündə baş vermiş yol-nəqliyyat hadisəsinə görə cinayət məsuliyyəti yaratmır. Nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına görə məsuliyyət bilavasitə onu idarə edən sürücünün üzərinə düşür. Iş üzrə sübutlarla müəyyən edilir ki, hadisə nəticəsində yaranmış hüquqi nəticələr məhz Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarını düzgün tətbiq etmiş, məhkumun əməlinə düzgün hüquqi qiymət vermiş və ona təyin edilmiş cəza törədilmiş əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, məsuliyyəti yüngülləşdirən hallara uyğun olmaqla qanuni və ədalətlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-186/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-186/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver