Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-188/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Xəlilov Ramiq Rövşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi2 və müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X6 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü ilə ##.##.1973-cü il tarixdə Gəncə şəhərində anadan olan, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Gülüstan Massivi, ev 47V, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdən ## ###### 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclası zalında həbs edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının hökmün çıxarıldığı gündən, yəni ## ##### 2026-cı il tarixdən hesablanması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 5,4 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, həmin narkotik vasitə olan qurudulmuş marixuananın 5,4 qramını ## ###### 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində tanışı şahid3 70 manat müqabilində satmış, Daxili Işlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə Idarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şahid3 ## ###### 2024-cü il tarixdə saat 00:50 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili Işlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə Idarəsinin X5 Şöbəsinə gətirilərək həmin ünvanda sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının ön sağ cibindən 1 ədəd kibrit qutusunun içərisində olan 5,4 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,81 qram, 0,48 qram, 0,83 qram, 0,82 qram, 0,90 qram, 0,84 qram, 1,37 qram, 1,03 qram, 0,87 qram, 1,02 qram, 0,82 qram, 1,01 qram, 1,10 qram, 0,92 qram, 0,89 qram, 0,65 qram, 0,82 qram, 0,86 qram, 0,83 qram, 0,90 qram, 0,82 qram, 0,96 qram, 0,88 qram və 0,91 qram olmaqla, ümumilikdə 21,99 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2024-ci il tarixdə saat 18:10-da ünvan 1 ünvanında yerləşən Sevimli marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin X5 Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunun içərisində olan 25 (iyirmi beş) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,81 qram, 0,48 qram, 0,83 qram, 0,82 qram, 0,90 qram, 0,84 qram, 1,37 qram, 1,03 qram, 0,87 qram, 1,02 qram, 0,82 qram, 1,01 qram, 1,10 qram, 0,92 qram, 0,89 qram, 0,65 qram, 0,82 qram, 0,86 qram, 0,83 qram, 0,90 qram, 0,82 qram, 0,96 qram, 0,88 qram və 0,91 qram olmaqla, ümumilikdə 21,99 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında verilmiş ifadələr ilə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham arasında ziddiyətlər vardı ki, bu da təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Bundan başqa müdafiə tərəfi hesab edir ki, əgər təqsirləndirilən şəxsin şahid3 bir dəfə narkotik vasitə satması öz təsdiqini tapsa belə, bu hal təkrar satış kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə istintaqı zamanı bu hal öz təstiqini tapmamışdı. Belə olan halda müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan yüngüləşdirici haları, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunması mümkün sayılmalı və onun barəsində həmçinin CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi məqsədə müvafiq bilinməlidir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1-ci qrup əlildir, Qarabağ müharibəsində hər iki ayağını itirib, ömürlük şikəst olmuşdur. Barəsində olan hökmün ləğv edilərək CM-nin 62-ci maddəsinin tətbiq edilməsini xahiş edir. CINAYƏT PROSESI TƏRƏFLƏRININ MÖVQELƏRI: Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi və əlavə olaraq göstərdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ondan aşkar edilmiş narkotik vasitəni heç kəsə satmamış, satmaq niyyəti olmamışdır. Özü istifadə etmişdir. şahid3 narkotik vasitə satmamış, sadəcə vermişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçiləri hər biri ayrıayrılıqda apellyasiya şikayətlərini müdafiə etdilər, şikayətlərdə göstərilən məzmunda çıxış etdilər və məhkumun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq onun CM-nin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərində məhkumun əməlinin CM-nin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, barəsində CM-in 70 və ya 62-ci maddələrinin tətbiq edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədiqi edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). Bundan başqa, CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Məhkumun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməlin tövsifi üçün Qanunda nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ilin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həmin dəlilləri ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. CM-nin 234.4.2-ci maddəsi CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrndə nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyəti özündə ehtiva edir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 5,4 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı ## ###### 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində tanışı şahid3 70 manat müqabilində satmış, bundan başqa, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,81 qram, 0,48 qram, 0,83 qram, 0,82 qram, 0,90 qram, 0,84 qram, 1,37 qram, 1,03 qram, 0,87 qram, 1,02 qram, 0,82 qram, 1,01 qram, 1,10 qram, 0,92 qram, 0,89 qram, 0,65 qram, 0,82 qram, 0,86 qram, 0,83 qram, 0,90 qram, 0,82 qram, 0,96 qram, 0,88 qram və 0,91 qram olmaqla, ümumilikdə 21,99 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamışdır. Yəni, Təqsirləndirilən şəxs 2 epizod üzrə cinayət əməli törətmiş, ilk epizodda o, narkotik vasitəni digər bir şəxsə satmış, digər epizodda isə satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə əldə edib üzərində daşımaqla saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki epizod üzrə Təqsirləndirilən şəxs əməlləri iş materiallarında olan kifayət qədər mötəbər sübutların məcmusu ilə təsdiq edilir. Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk öncə müdafiəçinin şikayətində göstərdiyi “şahidin və məhkumun ifadələrinin verilən ittihama zidd olması” dəlili ilə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, işin faktiki hallarından və işdə olan sübutlardan müəyyən edilir ki, hadisələr heç də məhkumun və şahidin ifadələrində göstərdiyi kimi cərəyan etməmişdir. Belə ki, şahid şahid3 məhkəmə baxışında 20 manat pulu pəncərənin qarşısına qoyaraq uzaqlaşdığını, məhkum Təqsirləndirilən şəxs isə ümumiyyətlə narkotik vasitə satmadığını və sadəcə istifadə üçün verdiyini göstərmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, bu ifadələr işin faktiki halları ilə ziddiyyət təşkil edir və aşağıdakı sübutlarla təkzib olunur. Şahid şahid3 ibtidai istintaq zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, o, daha əvvəl Osman adlı şəxsdən pul verərək narkotik vasitə aldığı üçün Osmanın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişdir. Mobil telefon danışığından sonra təxminən 22 radələrində Osmanın yaşadığı evin qarşısına getmiş və ona 70 manat verərək ondan bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Göründüyü kimi həm məhkum Təqsirləndirilən şəxs, həm də şahid şahid3 məhkum Təqsirləndirilən şəxs mənafeyinə xidmət edən ifadələr vermək yolu ilə onun daha ağır məsuliyyətdən yaxa qurtarmasına cəhd edirlər. Lakin onların ifadələri ziddiyyətli olmaqla, iş materiallarında olan heç bir sübutla təsdiq edilmir. Buna görə də məhkəmə kollegiyası onların məhkəmə baxışında verdikləri ifadələrini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun şahid şahid3 narkotik vasitə satması ilə bağlı olan epizod yalnız bu iki şəxs arasında olan proses olmuş, fəaliyyətləri qanunsuz olduğundan kənar şəxslərin onları müşahidə etməsi və ya hadisənin bilavasitə şahidi olmaları qeyri-mümkün olmuşdur. Belə olduğu təqdirdə kollegiyanın qənaətinə görə onların ilkin ifadələri kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Həmin ifadələri isə təhlil etdikdə belə nəticə hasil olur ki, məhkum narkotik vasitəni 70 manat qarşılığında şahid3 satmışdır. Belə ki, onun həmin narkotik vasitəni pulsuz istifadə üçün verməsi və ya heç bir maraq güdməməsi ilə bağlı ifadələri məntiqli olmamaqla ağlabatan deyildir. Sonradan Təqsirləndirilən şəxs 25 (iyirmi beş) ədəd sellofan bükümlərə ayrılmış narkotik vasitənin aşkar edilməsi də məhkəmə kollegiyasının bu qənaətini daha da möhkəmləndirir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahid3 tərəfindən məhkəmə baxışında verilmiş ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, eyni zamanda şahid3 münasibətdə şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, şahid3 həm özünün barəsində olan cinayət işi üzrə ##.##.2024 cü il tarixdə şübhəli kimi ilkin izahatında, həmin gün şübhəli kimi ifadəsində, ##.##.2024-cü il tarixdə isə təqsirləndirilən kimi ifadəsində, eləcə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid kimi ##.##.2024-cü il tarixdə verdiyi ifadəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 70 manat qarşılığında aldığını göstərmişdir. Barəsində olan cinayət işi üzrə həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi dindirilməsi istintaq hərəkətlərinə dair protokollardan görünür ki, həmin ifadələr şahid3 müdafiəçisinin iştirakı ilə alınmışdır. Həmçinin iş materiallarında olan ##.##.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən şifahi sorğu-sual zamanı şahid3 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı ##.##.2024-cü il tarixdə Gəncə şəhərində yaşayan Osman adlı şəxsdən 70 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətində olmadığını bildirmişdir. O cümlədən iş materiallarında olan şahid3 məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, barəsində məhkəmədə cinayət işinə baxılarkən şahid3 bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı ##.##.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 25 manat qarşılığında aldığını göstərmişdir. Eyni zamanda sözügedən məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsindən o da görünür ki, Təqsirləndirilən şəxs şahid3 barəsində olan cinayət işi üzrə məhkəmə şahid qismində ifadə verərək sonuncunun ona hər hansı bir məbləğdə pul vermədiyini göstərmişdir. Halbuki Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəmədə ifadə verərkən şahid3 narkotiki pul qarşılığında vermədiyini, sonuncuya pula ehtiyac olmadığını dediyini, lakin şahid3 pulu onun yaşadığı evin aynasından içəri atdığını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs dolayısı ilə şahid3 verdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusuna görə pul aldığını etiraf etmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin həmin dəlillərini inandırıcı, məntiqli və ağlabatan hesab etmir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə saxlamamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ikinci epizod üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkilib ayrı-ayrılıqda 25 ədəd bükümə yığılması, həmin 25 ədəd bükümdən 4 ədədinin hazır vəziyyətə gətirilərək ayrıca bir ədəd kibrit qutusunun içərisində olması faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli miqdarda narkotik vasitəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli * nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 25 (iyirmi beş) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,81 qram, 0,48 qram, 0,83 qram, 0,82 qram, 0,90 qram, 0,84 qram, 1,37 qram, 1,03 qram, 0,87 qram, 1,02 qram, 0,82 qram, 1,01 qram, 1,10 qram, 0,92 qram, 0,89 qram, 0,65 qram, 0,82 qram, 0,86 qram, 0,83 qram, 0,90 qram, 0,82 qram, 0,96 qram, 0,88 qram və 0,91 qram olmaqla, ümumilikdə 21,99 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi həmin narkotik vasitələrin ayrı-ayrı bükümlərə ayrılması, onların ayrı-ayrı şəxslərə satış məqsədilə əldə edilməsini göstərir. Göründüyü kimi istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi məhkumun əməlinin hüquqi tövsifində hər hansı səhvə yol verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai araşdırma zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Istintaq orqanı tərəfindən və məhkəmədə Təqsirləndirilən şəxs əməli düzgün olaraq tövsif edildiyindən məhkəmə kollegiyası da ona CM-nin həmin maddəsi ilə verilmiş ittihamla razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfindən işin faktiki hallarının, əməlin tövsifi və təqsirlilik məsələsinin mübahisələndirilməsi formal xarakter daşıyır, bu məhkumun cəzasının yüngülləşdirilməsi, əməlinin daha yüngül maddə ilə tövsif edilərək ona təyin olunan ağır cəzadan yaxa qurtarması cəhdləri kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, göstərilən hallar işin halları, toplanmış və tədqiq olunmuş sübutlarla təkzib olunur. Məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri əsassızdır və iş materialları ilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən məhkumun CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, Insan Hüquqlarının və X7 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərinin həmin dəlilləri tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilərək məhkumun əməlinin tövsif edilməsi və ya onun barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkuma təyin edilmiş cəzaya və barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiqinə dair apellyasiya şikayətlərinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində olan yüngülləşdirici halları (İ-ci qrup əlil və İ Qarabağ Müharibəsi veteranı) kifayət qədər nəzərə almış, eləcə də məhkumun cəzasını ağırlaşdıran halların olmamasını qiymətləndirmiş və ona təqsirli bilindiyi maddə ilə ən aşağı həddə cəza təyin edilmişdir. Məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törədilməkdə təqsirlibilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə nəzərdə tutulur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasını yüngülləşdirən halların məcmusunun müstəsna hal kimi qiymətləndirilməsi üçün Qanunda göstərilən əsaslar mövcud olmadığından məhkumun məhkum edildiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, bu qanunun mənasına görə, CM-nin 62-ci maddəsinin tətbiqi üçün nəzərə alınan halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması sübut edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə belə halların, yəni cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğunu sübut edən hallar və dəlillər yoxdur. Eyni zamanda müdafiə tərəfi də bununla bağlı məntiqli, ağlabatan və əsaslandırılmış dəlillər irəli sürməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi prinsiplərindən olsa da, cəza təyin etmənin müstəsna forması olaraq qanunda nəzərdə tutulmuş sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi üçün CMnin 62-ci maddəsində təsbit edilən konkret müstəsna hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətlərində qeyd olunan dəlilləri əsassızdır və apellyasiya şikayətlərinin təmin edilərək məhkumun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi üçün qanunvercilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Bundan başqa, apellyasiya şikayətlərinin məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı hədində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsini, yəni CM-nin 70-ci maddəsinin tətbiqini qeyri-mümkün hesab edir. Çünki məhkuma bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, CM-nin 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunan hallar məhkuma islah olunan olmaqla CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməlidir. Eyni zamanda məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi ilə də razılaşır. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini, o cümlədəh məhkum olunduğu maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti veriə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-188/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-188/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver