Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-189/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 və nümayəndəsi-vəkil nümayəndə2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmündən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (hakimlər İ.İ.İbişov (sədrlik edən), M.M.Məmmədzadə və E.Y.Vəliyev) hökmü ilə ## ###### 1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Qasımbəyli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.4 və 182.2.2-cü maddələri ilə təqsirli bilinərək, ona CM-nin 178.2.4-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.2-ci maddəsi ilə isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CMnin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaqla ona CM-nin 178.2.4 və 182.2.2-ci maddələri ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə, cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Ağayev İlham Cavanşir oğluna Fövqəladə Hallar Nazirliyində işləyən tanışı olduğunu və həmin qurumda xidmətə qəbulla əlaqədar köməklik edə biləcəyini bildirib qohumu X1 Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin iyul ayının ortalarında Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində 4.000 manat, daha sonra 2021-ci ilin iyul ayının sonlarında Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs göndərdiyi taksi sürücüsü vasitəsilə 4.000 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş İlham Ağayevə 8.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını əldə etmək məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətində baş memar vəzifəsində çalışan zərərçəkmiş şəxs6 xidməti faəliyyəti ilə əlaqədar 2023-cü ilin iyun ayında “Facebook” sosial şəbəkəsində hazırladığı videoçarxları paylaşaraq qeyd edilən rüsvayedici xarakterli başqa videolar da paylaşıb yayacağı və zərərçəkmiş şəxs6 nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 2.000 manat pulu hədə-qorxu ilə tələb edərək hissə-hissə olmaqla 2023-cü ilin iyun ayında Ağdam rayonu ərazisində 300 manat nağd pulu, həmin ilin iyul ayında Ağdam rayonu ərazisində 200 manat nağd pulu, həmin ilin avqust və sentyabr aylarında Ağdam rayonu ərazisindən Təqsirləndirilən şəxs bildirdiyi “xxxx” ASC-yə məxsus karta hər ay köçürdüyü 200 manat pulu, həmin ilin oktyabr ayında Ağdam rayonu ərazisindən Təqsirləndirilən şəxs bildirdiyi “xxxx” ASCyə məxsus karta köçürdüyü 600 manat pulu, həmin ilin noyabr ayında Ağdam rayonu ərazisindən Təqsirləndirilən şəxs bildirdiyi “xxxx” ASCyə məxsus karta köçürdüyü 200 manat pulu, həmin ilin dekabr ayında Ağdam rayonu ərazisindən Təqsirləndirilən şəxs bildirdiyi “xxxx” ASC-yə məxsus karta köçürdüyü 300 manat pulu, ümumilikdə 2.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə əldə etməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 2.000 manat pulunu hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını əldə etmək məqsədi ilə 2024-cü ilin fevral ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş vəzifəsində çalışan zərərçəkmiş şəxs4 İlya oğlunun xidməti faəliyyəti ilə əlaqədar “Facebook” sosial şəbəkəsində hazırladığı videoçarxı paylaşaraq qeyd edilən rüsvayedici xarakterli başqa videolar da paylaşıb yayacağı və zərərçəkmiş şəxs4 nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 2024-cü ilin fevral ayında Ağdam rayonu ərazisində 500 manat pulu tanışı şahid1 vasitəsilə hədə-qorxu ilə tələb edərək şahid1 verdiyi 300 manat pulu hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını əldə etmək məqsədi ilə 2024-cü ilin may ayında Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi vəzifəsində çalışan zərərçəkmiş şəxs5 xidməti faəliyyəti ilə əlaqədar “Facebook” sosial şəbəkəsində Rüstəmov İxtiyar Böyükkişi oğlunun iştirakı ilə hazırladığı videoçarxı paylaşaraq qeyd edilən rüsvayedici xarakterli başqa videolar da paylaşıb yayacağı və zərərçəkmiş şəxs5 nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 2024-cü ilin may ayının əvvəllərində Ağdam rayonu ərazisində 500 manat pulu tanışı Rüstəmov İxtiyar Böyükkişi oğlu vasitəsilə hədə-qorxu ilə tələb etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.2.4 və 182.2.2-ci maddələrindən CM-nin 178.1-ci maddəsinə tövsif olunaraq onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını xahiş etmişdir. Həmçinin hökmdən məhkum apellyasiya şikayəti verərək yenidən məhkəmə istintaqı keçirilməklə ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə hökmünün 2-c səhifəsinin 1-ci abzasında təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs İlham Ağayevə 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini bildirir. Bununla bağlı bildirir ki, əvvəla Ağayev İlhamla təqsirləndirilən şəxs arasında 2018-ci ildə işə düzəltmə barəsində razılıq olub. İkincisi, alınan 8000 manat pul zərərçəkənə qaytarılıb və zərərçəkən notariat qaydasında barışıq verib və borcun olmadığını bildirib, həmin sənəd iş materiallarında vardır. CM-nin 75.1.2-ci maddəsi: cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək... az ağır cinayətin törədildiyi gündən 7 il keçdikdə cinayət məsuliyyətindən azad edilir. Bu epizodla bağlı təqsirləndirilən şəxs barəsində 7 il keçdiyinə görə cinayət məsuliyyəti yaranmır, yəni zərərçəkmiş Ağayev İlhamla bağlı cəlb etmə müddəti keçmişdir, cinayət işinə xitam verilməlidir. Eyni zamanda İlham Ağayevlə təqsirləndirilən şəxs arasında borc barədə sadə formada yazılı razılaşma olub. Bu sənəddə iş materiallarında var, yəni pul borc olaraq alınıb, dələduzluğun tərkibi yoxdur. Zərərçəkmiş zərərçəkmiş şəxs2 ilə bağlı münasibətdə onu bildirir ki, ona sosial ev almaqda köməklik üçün alınmış 3500 manat pulun bir hissəsi qaytarılıb, ancaq 2000 manat hissəsi qalıb. zərərçəkmiş şəxs2 işlə bağlı barışıq ərizəsi verib və şikayətinin olmadığı barədə notarial qaydada ərizə verib. Təqsirləndirilən şəxs yalnız bu epizodla özünü təqsirli bilir. Digər zərərçəkmiş X3 ilə bağlı epizodla bağlı bildirir ki, epizod üzrə vasitəçi şahid İxtiyar Rüstəmov məhkəmə iclasında öz ifadəsində təqsirləndirilən şəxs tərəfindən zərərçəkəndən hədə və hədə-qorxu olmadığını, heç bir pul tələbi də olmadığını bildirmişdir. Həmçinin zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxslə barışdığı barədə ərizə vermiş və heç bir şikayətinin olmaması ifadısində bildirilib. Təqsirləndirilən şəxs bu epizodla bağlı da cinayət məsuliyyətindən azad olunmalıdır. Bütün zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışıblar və bu barədə ifadə vermişlər. Özü II qrup əlildir, epilepsiya xəstəsidir, arvadı onkoloji xəstədir, özünün və arvadının xəstəliyi barədə məhkəməyə müvafiq sübutedici sənədlər təqdim edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətlərini müdafiə etdi və bildirdi ki, heç kimdən hədə qorxu ilə pul tələb etməmişdir. zərərçəkmiş şəxs2a qarşı etdiyi əməli etiraf edir və ona qarşı etdiyi əməldən peşmandır. Digər şəxslərə qarşı heç bir dələduzluq etməmişdir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilərək əməlinin düzgün tövsif edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.2.4 və 182.2.2-ci maddələrindən CM-nin 178.1-ci maddəsinə tövsif olunaraq onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, yüngülləşdirici halları kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin olunmamasına dair dövlət ittihamçısının, zərərçəkmiş şəxs və nümayəndəsi-vəkilin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməyi sübuta yetirilmədiyindən, ümumiyyətlə zərərçəkmiş şəxs2a qarşı etdiyi əməl istisna olmaqla heç bir cinayət əməli törətmədiyindən, onun əməlinin tövsif olunması xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası zərərçəkmiş şəxs2a qarşı etdiyi əməl istisna olmaqla digər epizodlar üzrə bəraət verilməsi ilə bağlı CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Ağdam rayon İcra Hakimiyyətində baş memar vəzifəsində işləyir. Elnur Abdulayev əvvəllər Yusifcanlı kənd icra nümayəndəsi işlədiyindən tanımış və normal münasibətləri olmuşdur. Elnur sosial şəbəkələrdə Ağdam rayon İcra Hakimiyyəti barəsində məlumatlar yaydığından ona hissə-hissə 2000 manat pul vermişdir. Bundan başqa Elnura əlavə pul vermiş, lakin həmin pulların hazırki işə heç bir aidiyyatı olmamışdır. Hazırda Elnura qarşı şikayət və tələbim yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ## ### 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, zərərçəkmiş şəxs6 qeyd edilən məbləğləri hədə-qorxu ilə aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; ## ### 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ondan sosial şəbəkədə videonun yayılmaması müqabilində hədə-qorxu ilə pul tələb etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; ## ### 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, şahid1 Təqsirləndirilən şəxs ondan hədəqorxu ilə pul tələb etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs Ağayev İlham Cavanşir oğlu ifadəsində göstərmişdir ki, dayısı nəvəsini işə düzəltmək istəmiş və bu səbəbdən Təqsirləndirilən şəxs pul ödəmişdir. Təqsirləndirilən şəxs necə işə düzəldəciyini soruşmuş, o da cavabında “adamlarım var” deyə bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs “mən bunu işə düzəldə bilməyəcəm” deyə bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qohumlarına müraciət edib pulu geri qaytarmalarını söyləmişlər. Təqsirləndirilən şəxs qohumları ümumi verilən pulun 6000 manat olan hissəsini qaytarmış, lakin geriyə 2000 manat qalmışdır. Onun dayısıoğlu yerdə qalan 2000 manat pulu ondan hissə-hissə almışdır. Təqsirləndirilən şəxs ona hazırki vaxtda 2000 manat verəcəyi qalmışdır. Bundan sonra zərərçəkmiş şəxs, Ağayev İlham Cavanşir oğlu verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı nəvəsini Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair vəd vermişdir. Onlar Təqsirləndirilən şəxs işə necə düzəldəcəyini soruşduqda o, “adamlarım var” deyə bildirmişdir. 2022-ci ildə ümumilikdə sonuncuya 8000 manat pul verilmiş və təxminən 3-4 ay sonra “iş düzəlmir” deyə bildirmişdir. Sözügedən ödənişi Həşim Qasımov Təqsirləndirilən şəxs ödəmişdir. Ödənilmiş vəsait Təqsirləndirilən şəxs tərəfindən hissə-hissə, bir dəfə 2000 manat, daha sonra isə dörd dəfə olmaqla 1000 manat qaytarılmışdır. Ödənilən 6000 manat təxminən 4 ay ərzində qaytarılmışdır. Ümumilikdə 8000 manatdan geriyə qalan 2000 manatı Həşim Qasımova o ödəmiş, Təqsirləndirilən şəxs isə ona pulu geri ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 İlya oğlu ifadəsində göstərmişdir ki, təqribən 1 il əvvəl Ağdam rayonu ərazisində, Ağdam-Füzuli avtomobil yolu çəkilən zaman Təqsirləndirilən şəxs bununla bağlı “Facebook” səhifəsində videoçarx paylaşmışdır. İdarədən Təqsirləndirilən şəxs tanıyıb-tanımadığı soruşulmuş, o isə qiyabi olaraq tanıdığını, şəxsi tanışlığının olmadığını bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxslə iş yoldaşı olmuşdur. İcra hakimiyyətində işlədiyi üçün Təqsirləndirilən şəxs tanıyırsa, sözügedən videoçarxın silinməsində köməklik etməsini xahiş etmişdir. şahid1 Təqsirləndirilən şəxslə telefon vasitəsiylə əlaqə saxlamış və videoçarxın silinməsində köməklik etmişdir. Bununla əlaqədar olaraq şahid1 tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir pul vəsaiti verilməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həbs edildikdən sonra, sonuncunun şahid1la əvvəldən tanışlığının olduğu və pul vəsaiti təklif edildiyi məlum olmuşdur. Verilən suallara cavab olaraq göstərmişdir ki, işğaldan azad edilmiş ərazidə yeni avtomobil yolu inşa edilən zaman Təqsirləndirilən şəxs qazıntı işlərini videolentə almış və inşaat işinin ekoloji baxımdan nəzarətsiz olduğunu bildirmişdir. Sözügedən ərazi onun məsuliyyətində olmuş və orada heç bir səhlənkarlıq mövzusu olmamışdır. Təqsirləndirilən şəxs paylaşdığı videoçarx nüfuzlarına xələl gətirdiyindən silinməsini istəmişlər. O, şahid1 videoçarxı paylaşan şəxsi tapmasını və sildirmək üçün xahiş etməsi barədə müraciət etmişdir. şahid1 isə “narahat olma, xahiş elədim silsin” demişdir. Hər hansı bir vəsait müqabilində sözügedən videoçarxın silinməsi barədə məlumatsız olmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o maldarlıqla məşğul olan zaman Təqsirləndirilən şəxs zəng edərək sosial ev məsələsi barədə danışmışdır. O da bu məsələni yoldaşı ilə məsləhət edərək, razılıq vermişdir. Danışığa əsasən Təqsirləndirilən şəxs 3500 manat müqabilində 3 otaqlı mənzilin alınması ilə bağlı yardım etməli olduğuna görə, o heyvanını 3500 manat dəyərində satmışdır. Ağdam rayonu, Quzanlı qəsəbəsində Təqsirləndirilən şəxs pulu zərərçəkmiş şəxs3la birlikdə ödəmişlər. Bir müddət sonra Elnurdan evin nə vaxt veriləcəyini soruşduqda “veriləcək” deyə bildirmişdir. O Təqsirləndirilən şəxs “düzəlmirsə əgər pulu qaytar” demiş, lakin sonuncu “yox narahat olma düzələcək” deyə bildirmişdir. 44 günlük Vətən müharibəsi baş verdikdən sonra, Təqsirləndirilən şəxs görən zaman pulu geri istəmiş, lakin ona geri pul ödənilməmişdir. Sonradan Təqsirləndirilən şəxs həbs olunduğunu eşitmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə onun yaxın münasibəti olmuş, daha öncə bir şəxs tərəfindən oğlunu işə düzəltmək adı ilə aldadılmış, bu səbəbdən o, Təqsirləndirilən şəxs müraciət etmiş və məsləhət almışdır. Təqsirləndirilən şəxs “fikirləşək görək nə edirik” deyərək köməklik edəcəyinə söz vermişdir. O, öz evində Təqsirləndirilən şəxs 6000 manat pul vermiş və bunun müqabilində sonuncu onun oğlunu hüquq-mühafizə orqanında işə düzəldəcəyini vəd etmişdir. Daha sonra Təqsirləndirilən şəxslə sosial ev məsələsi barədə danışılmış, Arzu müəllimə deyə tanıdıqları şəxs evlərinin şəraitinin yaxşı olmadığını və zərərçəkmiş şəxs2lə sənədləri yığıb Təqsirləndirilən şəxs verdiklərini söyləmişdir. Həmin şəxs onlara, “problem yoxdur düzələr, sizin adınıza qeydiyyata ev yazarıq” deyə bildirmişdir. 44 günlük Vətən müharibəsi bitdikdən sonra, həmin evlərin şəhid və qazi ailələrinə veriləcəyi barədə məlumat almış, onlara isə gələcəkdə Ağdam şəhərində tikiləcək evlərdən veriləcəyi bildirilmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs əmisioğlu Camal Abdullayevə müraciət etərək xəstəsinin olduğunu, əməliyyat etdirmək üçün pulu geri qaytarmaq lazım olduğunu bildirmişdir. Hal-hazırda Camal Abdullayev həmin pulun ödənişini hissə-hissə həyata keçirməkdədir. Verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs2 daha böyük ev alacağı üçün Təqsirləndirilən şəxs 3500 manat, o isə 1500 manat ödəmişdir. zərərçəkmiş şəxs2 ödəyəcəyi 3500 manatı o Təqsirləndirilən şəxs avtomobildə olan zaman vermişdir. O Təqsirləndirilən şəxslə barışmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o Ağdam Suvarma idarəsində rəis vəzifəsində işləmiş, işçisi Rüstəmov İxtiyarı əmək fəaliyyətini düzgün icra etmədiyindən vəzifədən xaric etmişdir. Bu səbəbdən İxtiyar Rüstəmov “Facebook” platformasında çıxışlar etməyə başlamış və o İxtiyar Rüstəmova zəng etmiş “sən özün işləyə bilmirsən, işin öhdəsindən gələ bilmirsən, bu nə məsələdir?” deyə soruşmuşdur. İxtiyar Rüstəmov bildirmişdir ki, Təqsirləndirilən şəxs onu kafeyə apararaq “denən ki, məndən pul alıb, təminat pulu istəyib, əmək haqqımı alıb saxlayıb” sözlərini deyərək videolentə aldırmışdır. Təqsirləndirilən şəxs “çıxış et, mən səni işə qaytaracam” deyə vəd vermişdir. İxtiyar Rüstəmovdan nə üçün belə çıxışlar etdiyini soruşduqda “məni Elnur öyrədib” deyə bildirmişdir. Onun barəsində böhtanlar, müxtəlif məzmunlu şəkillər sosial media platformalarında yayılmışdır. Hətda bu məsələlərə görə ona artıq işdən xaric edilə biləcəyi barədə məlumat verilmişdir. O işini düzgün apardığı üçün heç bir jurnalistə pul ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs paylaşdığı videoçarxı sosial şəbəkədən silməsi müqabilində ondan 500 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs ona “sən yeganə insansan ki, mən səndən pul alıb xərcləməmişəm” demişdir. Təqsirləndirilən şəxs ona niyə pul verməli olduğunu soruşduqda “eybi yoxdur, sağlıq olsun görərsən mən səndən necə pul alıram” deyə bildirmişdir. Bütün sosial şəbəkələrdə onun haqqında yanlış məlumatlar yayılmış, guya onun kiminsə əmək haqqını alması ya da işçiyə əşya aldırması barədə söyləntilər olmuşdur. Ona maddi ziyan dəyməmiş və cəza ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı ## #### 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. 3-cü bəndində qeyd olunmuşdur ki,dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab etmir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə belə vəziyyətdə cəzanın məqsədlərinə daha tez nail olunmağa başlandığı üçün məhkuma təyin edilmiş cəzanın həddi azaldıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, dəymiş zərərin qismən ödəniş olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, II qrup əlil olmasını, epilepsiya xəstəsi olmasını və arvadının onkoloji xəstə olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddinin nisbətən azaldılmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, hökm cəzaya aid hissədə dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) aya endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-189/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-189/2026
03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver