Məhkəmə qərarları › İş №1(3-7)-192/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-192/2026

29.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-192/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmasına dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: ##.##.1967-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonunun Novruzlu kəndində qeydiyyatda olan, Ağdam Rayon X5 İstismar İdarəsinin rəisi vəzifəsində işləyən, Bərdə rayonu Bahadur Hacıyev küçəsində yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məsuliyyətinə verilməsi və onun Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı (hakim Niftəliyev Mahir) qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. İŞİN HALLARI: Xüsusi ittihamçı ##.##.2024-cü ildə Ağdam X5 İstismarı İdarəsində «Su ölçən cihazların quraşdırılması və metrologiya qrupuna» mühəndis qrup rəhbəri vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «Ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (xidməti vəzifələrini icra edərkən qanunsuz pul vəsaiti qəbul etməklə əmək intizamını, daxili intizam qaydalarını pozduğu, işəgötürənin etimadınının itirilməsinə səbəb olması və qanuni Rayon Prokurorluğuna ünvanladığı ##.##.2026-cı il tarixli məktubda Ağdam SMSİİ-i tərəfindən quraşdırılmış təbii suyun istifadəsinə dair sayğaclardakı göstəricilərdə yaranmış ziddiyətli rəqəmlər su pulu borclarının əvvəlki aylara nisbətən az göstərilməsi, su sayğaclarının tərsinə göstərilməsi, fakturalama və metrologiya qrupu arasında bir-biri ilə əlaqəyə girərək sayğaclara müdaxilə edilməsinə ciddi şübhə yaratdığı, həmçinin Xüsusi ittihamçı yaşadığı evdən idarəyə məxsus materialların aşkar edilməsi göstərilmiş və sözügedən halların araşdırılması xahiş olunmuşdur. Ağdam SMSİİ-nin ##.##.2026-cı il tarixli əmri ilə Xüsusi ittihamçı idarənin fəaliyyətinə zidd olan qanunsuz su qoşulması halı barədə məlumatlı olduğundan, lakin bu barədə rəhbərliyə və aidiyyəti struktur bölməsinə məlumat vermədiyindən ona Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinə əsasən şiddətli töhmət verilmişdir. Xüsusi ittihamçı Ağdam X5 İstismarı İdarəsinə yazdığı ##.##.2026-cı il tarixli izahatda Ağdam şəhərində, rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yeni tikilmiş 14 qeyri yaşayış obyektində su xəttinə qanunsuz qoşulmaların edildiyini, bu barədə məlumatının olduğunu, lakin heç bir tədbir görmədiyini, səhlənkarlıq etdiyini bildirmişdir. Xüsusi ittihamçı İdarəyə yazdığı ##.##.2025-ci il tarixli izahatda Ağdam rayonu Quzanlı *** saylı qəsəbə ərazisi üzrə istifadə edilmiş suyun dəyərinin ödənilməsi üçün ona verilmiş tapşırığı yerinə yetirmədiyini, yol verdiyi nöqsanları başa düşdüyünü və bir daha belə halın olmayacağına söz vermişdir. Ağdam X5 İstismarı İdarəsinin ##.##.2025-ci il tarixli *** saylı əmri ilə Xüsusi ittihamçı verilən tapşırığı vaxtında yerinə yetirmədiyinə, əmrlərin icrasını gecikdirdiyinə və yol verdiyi sair nöqsanlara görə ona töhmət verilmişdir. Ağdam rayonu Alıbəyli-2 qəsəbəsi ** nömrəli evdə Ağdam RPŞ-nin təhqiqatçısı X2, iddiaçı Xüsusi ittihamçı və qeyrilərinin iştirakı ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli aktın surətindən görünür ki, Xüsusi ittihamçı yaşadığı sözügedən evə baxış zamanı 8 ədəd yeni mexaniki su sayğacı, 57 ədəd işlənmiş mexaniki su sayğacı, 1 ədəd süzgəc, 6 ədəd 25 mm-lik dirsək, 2 ədəd 25x25 mm keçid, 4 ədəd 50x40 mm keçid, 1 ədəd 63x50 mm keçid, 1 ədəd 50x50 mm keçid, 1 ədəd 63x63 mm keçid, 2 ədəd 50 mm dirsək, 13 ədəd 25 mm xamıt, 1 ədəd drel giriş üçün və 200 metr polietilen boru aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Ağdam X5 İstismarı İdarəsinin Ağdam RPŞ-nə ünvanladığı ##.##.2026cı il tarixli ** saylı məktubu əsasında araşdırma aparılaraq CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, 2023-cü ildə Ağdam rayonu Alıbəyli-2 qəsəbəsi ərazisində su borularının bir hissəsinin yararsız hala düşməsi səbəbindən yenisi ilə əvəz edilməsi zərurəti yarandığından göndərilən polietilen boruları Xüsusi ittihamçı işlərin görülməsi məqsədi ilə yaşadığı evin həyətyanı sahəsinə yığıb işlər bitdikdən sonra götürülməsi ilə bağlı müraciət etsə də götürülməmiş, həmin əmlakı mənimsəməsi faktı öz təsdiqini tapmamışdır. Xüsusi ittihamçı yaşadığı evin həyətyanı sahəsinə yığdığı 4 top olmala 200 metr uzunluqda polietilen borular, sayğaclar və digər ləvazimatlar Ağdam X5 İstismarı İdarəsinə qaytarılmışdır. Ağdam Rayon Prokurorluğunun ##.##.2026-cı il tarixli ***x-** saylı məktubundan görünür ki, Ağdam X5 İstismarı İdarəsinin işçiləri X1 və digərlərinin qanunsuzluqları haqqında olan müraciətinə hal-hazırda prokurorluqda baxılır. Xüsusi ittiham qaydasında şikayət üzrə icraata baxan Ağdam Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı müdafiəçisi apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin mahiyyəti üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs kollektiv arasında Xüsusi ittihamçı şəxsiyyətini alçaldan, şərəf və ləyaqətini təhqir edən təhqiredici ifadələr işlətmiş və həmin ifadələr açıq-aşkar təhqir xarakteri daşımaqla CM-nin 148-ci maddəsinin dispozisiyasına tam uyğun gəlir. Bundan başqa, qarşı tərəfdən Xüsusi ittihamçı guya cinayət törətməsi ilə bağlı hüquq-mühafizə orqanlarına edilmiş müraciət üzrə polis orqanı tərəfindən araşdırma aparılmış və həmin müraciət üzrə rədd qərarı qəbul edilmişdir. Bu isə qarşı tərəfin Xüsusi ittihamçı barəsində yaydığı məlumatların həqiqətə uyğun olmadığını və böhtan xarakteri daşıdığını təsdiq edən mühüm sübutdur. Məhkəmə qərarda qeyd etmişdir ki, təqdim edilən səs yazısında guya göstərilən hallar “əksini tapmamışdır”. Lakin məhkəmə səs yazısının tam şəkildə dinlənilməsini təmin etməmiş, səsin ekspertiza yolu ilə araşdırılması məsələsini müzakirə etməmiş, həmin ifadələrin hansı səbəbdən təhqir hesab edilmədiyini əsaslandırmamış, ifadələrin kontekstini və baş vermə şəraitini araşdırmamışdır. Həmçinin, guya təqdim edilən səs yazısında “bu hal əksini tapmamışdır”. Lakin hansı hissələrin dinlənildiyi, hansı ifadələrin araşdırıldığı, səs yazısının hansı səbəbdən sübut kimi qəbul edilmədiyi, ifadələrin hansı əsasla təhqir hesab edilmədiyi barədə qərarda bir cümlə belə mövcud deyildir. Məhkəmə təqdim edilmiş bu hallara hüquqi qiymət verməmiş, sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun nümayəndəsi ayrı-ayrılıqda şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası işə cinayət prosessual qanunvericiliyin müddəalarını əsas götürərək onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları çərçivəsində nəzərdən keçirərək və tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi ilə bağlı cinayət-prosessual əsasları düzgün araşdırmış, haqlı olaraq şikayətin icraata qəbul edilməsi üçün əsasların olmaması nəticəsinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, “...Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılsın. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. İş materialından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsinə ünvanladığı şikayət ərizəsində eyni dəlilləri təkrarlamışdır. Belə ki, iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi şikayətində heç bir sübuta istinad etməmiş, yalnız birinci instansiya məhkəməsinə səs yazısını əks edən bir ədəd disk təqdim edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən hüquqlarını müdafiə etdiyi Xüsusi ittihamçı onun ünvanına nalayiq ifadələr işlətdiyini göstərsə də, həmin səs yazılarının tədqiqindən görünür ki, səs yazılarında işlədilən ifadələrin həqiqətən də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məxsus olması öz təsdiqini tapmamış, eyni zamanda həmin ifadələri işlədən şəxs özünü ümumiyyətlə bəlli etməmişdir. Məhkəmə kollegiyası, CPM-nin 293.3.1-293.3.7-ci normalarını əsas götürərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs şikayətində qeyd etdiyi xüsusatları təsdiq edən əməlin harada baş verməsi, nə vaxt və necə törədilməsi, habelə konkret olaraq hansı şahid ifadələri və digər mötəbər sübutlarla təsdiq edildiyi göstərilməmiş və təqdim olunmamışdır. Eyni zamanda məhkəmənin qərarından göründüyü kimi hazırda Ağdam Rayon Məhkəməsinin icraatında iddiaçı Xüsusi ittihamçı Ağdam X5 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilərək işə bərpa və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki iş olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün ilkin sübutların mövcudluğu təsdiq edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə qanuni və əsaslı qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 391, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsinə əsasən çıxarıldığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar