Məhkəmə qərarları › İş №1(3-7)-193/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-193/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-193/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs nümayəndəsi Nəsibov Allahverdi Ədil oğlunun iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən xüsusi ittiham qaydasında materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, ilkin məhkəmə baxışı keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə şərəf və ləyaqətini alçaldaraq qonşularının, dostlarının, iş yoldaşlarının arasında olan nüfuzunu ləkələyərək təhqir edən və böhtan atan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və rəsmən üzr istəməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Xüsusi ittihamçı övladı öz peşə fəaliyəti ilə məşğul olarkən, yəni ##.##.2024-cü il tarixdə özünə məxsus Ağdam müxbiri profilində «tik-tok» sosial şəbəkədə kanal 21-in Ağcabədi rayonu üzrə müxbiri olmuş və canlı yayım açmışdır. Lakin Xüsusi ittihamçı məlum olmayan səbəbdən Bərdə rayonunda X3 hissəsinin yanğınsöndürəni vəzifəsində işləyən həmkəndlisi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs canlıya qoşularaq 500 nəfərdən çox izləyici olduğu bir halda Xüsusi ittihamçı ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Barəsində xüsusi ittiham verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs canlı yayımda Xüsusi ittihamçı açıq şəkildə deyilməsi mümkün olmayan ifadələrlə təhqir etmiş, onları rüsvay edərək gözdən salmağa çalışmışdır. Bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verilən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymaqla və şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmaqla mediyada kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında məlumat yaymaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu hadisələrdən sonra Xüsusi ittihamçı qonşuları və qohumları ilə münasibətlərini azaltmaq məcburiyətində qalmış, küçəyə mümkün qədər az çıxmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə mümkün qədər rastlaşmasın, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxsin onun həyat və sağlamlığı üçün təhlükə yaradacağından qorxmuşdur. Bu hadisədənXüsusi ittihamçı məlumatı olmadan oğlu öz adından xusisi ittiham qaydasında şikayət vermiş, sonra barışmış, ancaq söyülüb təhqir olunan Xüsusi ittihamçı şikayətçi olmuşdur. Bu hadisədən sonra Xüsusi ittihamçı səhhətində problemlər yaranmış, xüsusi ittiham qaydasında şikayət etdiyi şəxsin canlı yayımda ifadə etdiyi böhtan və təhqiredici ifadələrə görə qonşuları və dostlarının ona qarşı fikirlərinin dəyişdiyini görmüşdür. Xüsusi ittihamçı dostlarından və qonşularından uzaqlaşması və təhqir olunması depressiya halları yaradır, hətta görmə qabiliyəti də aşağı düşmüşdür. Xüsusi ittihamçı canlıda guya Xüsusi ittihamçı yanına əxlaqsızlıq etməyə görə gələn adamları qovaladığını demiş, lakin belə hallar olmamış, bu tamamilə böhtandır. Xüsusi ittihamçı məhkəməyə ərizə təqdim edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hazırlıq iclasının qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittihamçı apellyasiya şikayəti verərək Azərbaycan Respublikasının CPM-nin aidiyatı maddələrini nəzərə alaraq məhkəmədən xahiş edirəm Ağdam rayon məhkəməsinin ##.##.2026 ci il tarixli *(*-***)-**/**** saylı qərarı ləğv edilərək şikayətimin icraata götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladı öz peşə fəaliyəti ilə məşğul olarkən yəni ##.##.2024 cü il tarixdə özünə məxsus Ağdam müxbiri profilində tik tok sosial şəbəkədə canlı yayım açmışdır. Lakin ona məlum olmayan səbəbdən həmkəndlisi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Bərdə rayonunda X3 hissəsinin yanğınsöndürəni vəzifəsində R vəzifəsində işləyən Ziyad canlıya qoşularaq 500 nəfərdən çox izləyici olduğu bir halda onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Barəsində xüsusi ittiham verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs canlı yayımda onu açıq şəkildə deyilməsi mümkün olmayan ifadələrlə təhqir etmişdir. Beləki onu rüsvay edərək gözdən salmağa çalışmışdır. Bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verilən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymaqla və şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmaqla mediyada kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında məlumat yayaraq AZ. Res. CM nin 147.1, 148 ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir . Bu hadisələrdən sonra o, qonşuları ila ,qohumları ilə münasibətlərini azaltmaq məcburiyətində qalmışdır. Küçəyə mümkün qədər az çıxır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə mümkün qədər rastlaşmasın, qorxur ki barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs onun həyat və sağlamlığı üçün təhlükə yaradar. Bu hadisədən oğlu Nəsibov Ilhami onun məlumatı olmadan öz adından xüsusi ittiham qaydasında şikayət verib və sonra barışıblar ancaq söyülüb təhqir olunan odur, o, da barəsində xüsusi ittiham etdiyi şəxsdən şikayətci olduğu bir halda övladı kimdir ki onun adından barışıqlıq verə bilə. O öz adından özünün təhqir olunması barədə verdiyi şikayətlərdən razılıq verə bilər. O da Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayətçidir. Qeyd edir ki bu hadəisədən sonra səhhətində problemlər yaranıb. Görür ki, xüsusi ittiham qaydasında şikayət etdiyi şəxsin canlı yayımda ifadə etdiyi böhtan və təhqiredici ifadələrə görə qonşuları və dostlarının ona qarşı fikirləri dəyişmişdir. Həyat yoldaşı isə ona nifrətlə baxır. Onda dostlarından və qonşularından uzaqlaşması və təhqir olunması depresiya halları yaradır. Hətta görmə qabiliyəti də aşağı düşüb. Canlıda deyirki guya onun yanına əxlaqsızlıq etməyə görə gələn adamları qovalıyırmış ancaq belə hallar olmayıb bu tamamilə böhtandı. Odur ki hesab edir ki barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının CM nin 147.1, 148 ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməlidir. O, bu hadisənin baş verməsini 10 aya yaxındır ki bilmişdir. Lakin Ağdam rayon məhkəməsi ərizəsini CPM nin 75 ci maddəsini əsas götürərək ərizəmi geri qaytarmışdır. Halbu ki bu əməl törəndiyi vaxtdan yox ona məlum olduğu vaxtdan hesablanmalıdır. Buna görə də hesab edir ki Ağdam rayon məhkəməsinin ##.##.2026 ci il tarixli *(*-***)**/**** saylı qərarı ləğv edilərək işin icrata qəbul edilməsi barədə yeni qərarın qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və və barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının keçirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi şikayətə etiraz etdi, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Lakin hazırki xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin forma və məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.2-ci maddələrinin tələblərinə uyğun deyildir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Işə baxılarkən məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2024-cü ildə Ağdam rayonunun Yüzbaşlı kəndində qardaşı evində olduğu vaxt İ.U.Nəsibovun tiktok sosial şəbəkəsində «Kanal 21»də açdığı canlı yayıma qoşularaq sonuncunun barəsində nalayiq ifadələr işlədib böhtan, yəni yalan olduğunu bilə-bilə İ.U.Nəsibovun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa, həmçinin İ.U.Nəsibovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib, min manat miqdarda cərimə cəzasına, 148ci maddəsi ilə təqsirli bilinib, min manat miqdarda cərimə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində min iki yüz manat miqdarda cərimə növündə qəti cəza saxlanılmışdır. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmündən xüsusi ittihamçı X1 və təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apelyasiya şikayəti vermiş, xüsusi ittihamçı və təqsirləndirilən şəxs barışdıqlarından və hər ikisi apelyasiya şikayətlərindən imtina etdiklərindən, Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə X1 və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ləğv edilmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.2ci maddəsində göstərilmişdir ki, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcə də təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Odur ki, xüsusi ittihamçı göstərdiyi hadisələrin və faktların baş verməsini təsdiq edə biləcək digər mötəbər sübutlar da əldə etməlidir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hazırlıq iclasının qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay maddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar