Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-197/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər; sədrlik edən B.F.Müslümov, D.H.Imanov və E.Y.Vəliyev) # ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə ##.##.1982-ci ildə Qazax şəhərində anadan olmuş, Azerbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax şəhəri, Azadlıq küçəsi, ev 208, mənzil 56- da qeydiyyatda olmaqla yaşamış və və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə * saylı Istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5ci və 76.3-cü maddəsinə əsasən barəsində Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının qeyd olunan cəzaya birləşdirilməklə üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 2 (iki) gün müddət təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ##.##.2025-ci il tarixdən hesablanması, onun ərazi narkoloji dispanserində qeydiyyatda olmasının nəzərə alınması və ona məcburi müalicənin təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 2,217 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,781 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 2,12 qram təjniz çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək idarə etdiyi “Opel Vectra” markalı **-FL-*** qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli berədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin X4 Şöbəsinin əməkdaşları lərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ## ##### 2025- ci il tarixdə saat 03:00-da ünvan 1 ünvanın qarşıdında idarə etdiyi “Opel Vectra” markalı **-FL-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmaqla bəmin yerdə ## ##### 2025-ci il tarixdə saat 03:1 O-dan etibarən DIN-in Baş Narkotiklərlə Mübarizə Idarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanıldıqdan dərhal sonra “Opel Vectra” markadı 90-FL-9J7 qeydiyyat nişanlı həmin avtomobilə onun özünün iştirakı ilə baxış keçirilərkərj qeyd edilən külli miqdarda ümumilikdə 2,217 qram təmiz çəkidə narkotik vasitə heroin 01 ödəd kağız bükümdə 0,069 qram təmiz çəkidə və 01 ədəd kağız bükümdəki 01 ədəd qara rəngli sellofar bükümdə 2,148 qram təmiz çəkidə olmaqla, qeyd edilən 0,781 qram təmiz çəkidə psixotrop maddə metamfetamin 01 ədəd şəffaf sellofan bükümdə olmaqla, qeyd ediləp ümumiliklə 2,12 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,27 qram, 0,29 qram, 0,31 qram, 0,32 qram, 0,29 qram və 0,2p qram olmaqla 01 ədəd şəffaf sellofan bükümdəki 07 ədəd kağız bükümlərdə avtomobilin sjalonundakı qarşı oturacaqların arasında yerləşən saxlanc yerindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli hökmünü ləğv edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ədalətsiz hesab edir və onun işinə yenidən baxılmasını və ona bəraət verilməsini xahiş edir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və hökmün ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, özünü təqsirli bilmir, ibtidai istintaq zamanı ona fiziki təsir göstərilmiş və onu döymüşlər, narkotiki boynuna məcbur qoymuşlar. Qeyd olunan cinayət əməlini o, törətməmişdir. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkumun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya məhkəməsinin iclasında cinayət hadisəsinin onun tərəfindən törədilməməsini qeyd etmiş, bu səbəbdən də əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Bunanla əlaqədar məhkəmə CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, idarə etdiyi “Opel Vectra” markalı **-FL-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş, içərisində narkotik vasitələr və psixotrop maddə oları həmin bükümləri heç kimdən almamış, onları özünə heç kim verməmiş, həmin maddələri ## ##### 2025-ci il tarixdə axşam saat təxminən 22 radələrində Qazax şəhərindəki bazarıq yaxınlığınc a yerdən siqaret qutusunun içərisində özü təsadüfən tapmışdır. Qeyd edilən narkotik vasitələri və psixotrop maddəni heç kimə satmaq, yaxud vermək məqsədi olmamış, özü heç vaxt bu kimi maddələrin satışı ilə məşğul olmamışdır. Həmin maddələrdən sadəcə marixuananı çəkib qəbul etmək istəmiş, heroini və metamfetamini sonradan tullamaq fikrinə düşmüşdür. Həmin maddələri elə bükümlər halında siqaret qutusunun içində tapmış, yəni bükümlərə özü ayırmamışdır, özünün istifadəsində olan mobil nömrə 070-290-20-70 nömrədir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə Idarəsinin Gəncə şəhərində yerləşən X4 şöbəsinə aparılarkən, yaxud orada olarkən czünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir, özü uzun müddətdir ki arasıra marixuana çəkib qəbul edir, başqa növ maddələr qəbul etmir. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış, əziyyət çəkməmiş, hazırda da belə xəstəliyi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsinədə göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən qrup yaradılmış, təqsirləndirilən şəxs Qazax şəhəri, Azadlıq prospektində saxlanılmış və üzərinə maşında baxış keçirilmişdir. Baxış zamanı üzərindən heç nə çıxmamış, maşından isə heroin, marixuana və metamfetamin adlanan narkotik vasitələr aşkar edilərək götürülmüş, sənədləşdirilərək şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman maşında narkotik vasitə olduğunu deməmiş, narkotik vasitə aşkar edildikdən sonra isə narkotik vasitəni öz şəxsi istifadəsi üçün maşında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman bədənində xəsarətlər olmuş, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət olmamış, saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olmamış, həmçinin əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsinədə göstərmişdir ki, təqsirləndirilən şəxslə bağlı narkotik vasitələrin və psixatrop maddələrinin qanunsuz dövrüyyəsi ilə məşğul olduğu haqqında məlumat daxil olmuşdur. O bununla bağlı rəhbərliyə raport ilə müraciət etmiş, əməliyyat qrupu yaradılmışdır. O yaradılmış əməliyyat qrupunun rəhbəri olmuşdur. Onlar aprel ayının 23-ü Qazax rayonuna getmişlər. Aprel ayının 24-ünə keçən gecə təqsirləndirilən şəxsi şəhər arasında görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı onlara qarşı qeyri-səmimi münasibət göstərmişdir. O bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən heç bir narkotik vasitə və psixatrop maddə aşkar edilməmişdir. Lakin, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən həm narkotik vasitə, həm də psixatrop maddə aşkar olunmuşdur. Avtomobilin içərisində marixuana, metamfetamin və heroin olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsinədə göstərmişdir ki, o təqsirləndirilən şəxsin narkotik vasitələri daşıması ilə bağlı əməliyyat məlumatı daxil olduğunu qeyd etmişdir. Onlar 3 nəfər polis əməkdaşı olaraq Qazax şəhərinə getmişlər. Onlar gecə saat 3-4 radələrində təqsirləndirilən şəxsə yaxınlaşmış, üzərinə baxış keçirmiş və təqsirləndirilən şəxsin üzərindən heçnə aşkar edilməmişdir. Onlar daha sonra maşına baxış keçirmiş, maşının dirsəklik hissəsindən təxminən 10 büküm narkotik vasitə aşkar olunmuşdur. O 10 büküm narkotik vasitədən 7nin marixuana, 1-nin metamfetamin, 2-nin isə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlara şəxsi istifadə üçün üzərində narkotik vasitə gəzdirdiyini demişdir. Onlar videoçəkiliş vasitəsilə araşdırma aparmışlar. Daha sonra isə təqsirləndirilən şəxsi götürüb Gəncəyə gətirmişlər. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman piyada vəziyyətində olmuşdur. Ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Şahin Qəhramanovun əməliyyat qrupunun rəhbəri olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirildikdən dərhal sonra maşına baxış keçirilmişdir. O bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə keçirilən baxış zamanı narkotik vasitə aşkar edilməmişdir. Maşına baxış təqsirləndirilən şəxsin iştirakı ilə şahid1 və Qəhramanov Şahin tərəfindən keçirilmişdir. O videoçəkilişin özü tərəfindən edildiyini qeyd etmişdir. O bildirmişdir ki, təqsirləndirilən şəxsin xəsarətli alması ilə bağlı Şahin Qəhramanov sual vermiş, təqsirləndirilən şəxs isə əvvəlcədən baş verdiyini demişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqdan sonra, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq və təsir olmamışdır. O ibtidai istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkötiklərlə Mübarizə Idarəsinin X4 şöbəsinin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli Raporta əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixatrop maddə əldə edərək üzərində, idarə etdiyi avtomobildə saxlaması, daşıması barədə müraciət ünvanlanmışdır. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair”, “Təqdim olunun əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ##### 2025-ci il tarixli protokollara və onlara əlavə edilmiş həmin proseslərə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində, darə etdiyi avtomobildə saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin X4 şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 03:00-da ünvan 1 ünvanın qarşısımda idarə etdiyi “Opel Vectra” markalı **-FL-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmaqla həmin yerdə ## ##### 2025-ci il tarixdə saat 03:10-dan etibarən onun üstü yoxlanıldıqdan dərhal sonra “Opel Vectra” markalı 90- FL-957 qeydiyyat nişanlı həmin avtomobilə onur özünün iştirakı ilə baxış 7 keçirilərkən avtomobilin salonundakı qarşı oturacaqların arasında yerləşən saxlanc yerindən 02 ədəd bükümlərin içərisində ümumi təxmini çəkisi 2 25 qram təşkil edən narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümün içərisində təxmini çəkisi 0,74 qram təşkil edən psixotrop maddə metamfetaminə bənzər madciə, 07 ədəd bükümlərin içərisində ümumi təxmini çəkisi 2,69 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Eləcə də, üstünün yoxlanılması prosesi zamanı Təqsirləndirilən şəxs pzərindən ona məxsus 01 ədəd “Honor” markalı mobil telefon aparatı və 140 manat şəxsi pulu aşkar edilmiş, aşkar edilənlərdən “Honor” markalı mobil telefon aparatı iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüş, 140 manat şəxsi pulu isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təyin edilmiş Kompleks məhkəmə kimyəvi-bitoloji ekspertizasının ## ##### 2025-ci il tarixli **/*** nömrəli ekspert rəyinə əsasən müəvyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş marixuanaya, heroinə və metamfetaminə bənzər kütlələr” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan bükümdəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,781 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,069 qram və 01 ədəd kağız bükümdəki 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 2,148 qram ümumi təmiz çəkisi 2,217 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. 01 ədəd şəffaf sellofan bükümdəki 07 ədəd kağız bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,27 qram, 0,29 qram, 0,31 qram, 0,32 qram, 0,29 qram və 0,28 qram - ümumi təmiz çəkisi 2,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Metamfetamin və heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan ədilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Marixuana (kannebis) ## #### 2005-ci il tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Həmin ekspert rəyinə əsasən təmiz çəkisi 0,781 qram olan metamfetaminin 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq 0,731 qram metamfetamin, təmiz çəkisi 0,069 qram olan heroinin 0,02 qramı tədqiqata sərf edildikdən sonra qalıq 0,049 qram heroin, təmiz çəkisi 2,148 qram olan heroinin 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalıq 2,048 qram heroin, ümumi təmiz çəkisi 2,12 qram olan marixuananın ümumi 0,14 qramı tədqiqata sərf edildikdən sonra qalıq 1,98 qram marixuana qalmışdır. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxinin Məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs 2006-cı ildən narkotik vasitə olan marixuana çəkməklə istifadə etdiyini bildirmişdir. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X10 alırmış ## ### 2025-ci il tarixli *** nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və onun yaxın qohumları həmin xəstəxanada qeydiyyatda yoxdur, lakin 2019-cu ildən xəstəxananın narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1, 234.4.2, 234.4.3 və 240.1-CI maddələri ilə təqsirli bilinərək 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X2 Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəza çəkmə müddəti əvvəli həmin tarixdən hesablanmaqla 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ məhkəmə-tibbi ekspertizasının ## ##### 2025-ci il tarixli *** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdiıf ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ gözün üst qapağının qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 4-6 gündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Deməsinə görə saxlanılan zaman zorakılığa məruz qalmamışdır. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin Qərb bölgəsində regonal şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, fiziki zorakılığa məruz qalması barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasının məlumatı əsasında müvafiq halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı qeyd olunan xüsusatlar təsdiqini tapmadığından və cinayət hadisəsinin olmaması əsası ilə 15 iyul 202 5-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayəl işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Iş materiallarından görünür ki, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman fiziki zorakılığa məruz qalmasını, eləcə də bu səbəbdən araşdırma aparılmasını,araşdırma zamanı məhkəmə-tibb ekspertinin Təqsirləndirilən şəxs xəsarətinin hadisədən 4-6 gün əvvələ uyğun gəlməsini bildirib və o, ##.##.2025-ci il tarixdə Qazax Rayon Məhkəməsində özünün Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dair cinayət işi üzrə iştirak etmiş və videoçəkilişdə bədəni üzərində xəsarət olmamışdır. Məhkəmə tərəfindən Qazax Rayon Məhkəməsinə müraciət edərək sözügedən iclasın videoçəkilişini götürmüş və iclas zamanı baxış keçirilmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs videoçəkiliş olan zaman üzərində xəsarətin olub-olmaması müəyyən edilmir. Eyni zamanda məhkəmə iş materiallarına əsaslanaraq, məhkumun irəli sürdüyü dəlilləri iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq, dindirilmiş şahidlərin ifadələrini, iş materiallarında olan ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və məhkumun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrini sübut növü kimi qəbul edərək məhkumun və onun müdafiəçisinin dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, həmin dəlillər iş materialları ilə tam təkzib edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Cinayət Prosessual Qanunun tələblərinə görə məhkəmələr ibtidai istintaq orqanının gəlmiş olduğu nəticələrə bağlı deyillər və məhkəmə hökmü yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Lakin bu zaman məhkəmə öz hökmündə hansı səbəbdən istintaq orqanının gəlmiş olduğu nəticələri qəbul edib-etməməsini, istintaq orqanının sübutlarının hansı səbəbdən qəbul edilməsinin mümkünsüz olmasını öz hökmündə əsaslandırmalıdır. Yəni, eyni şəxsin ibtidai istintaq və məhkəmədə vermiş olduğu ifadələr arasında ziddiyyətlər olduğu halda məhkəmə hansı ifadənin qəbul edilməsinin mümkünlüyünü araşdırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələri işin faktiki hallarına daha uyğundur. Belə ki, onun bu ifadəsi iş materiallarında olan digər sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları ilə bir daha təsdiq edilir. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadələrini təsdiq edə biləcək hər hansı sübut olmadığından məhkəmə həmin ifadələri işin faktiki hallarına uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, məhkumun ibtidai istintaqda vermiş olduğu ifadələrini şübhə altına almağa, həmin ifadələrin ittiham tərəfinin sübutu kimi sübutlar siyahısından xaric edilməsinə heç bir əsas yoxdur. Müdafiə tərəfi də həmin ifadələrin sübutlar siyahısından xaric edilməsi ilə bağlı, heç bir əsaslı dəlil gətirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə məhkumun hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, məhkum və müdafiəçi məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, həm ibtidai istintaq orqanı tərəfindən həm də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmədə qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməllər törədilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olaraq cinayətin residivi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə apellyasiya şikayətininin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(3-7)-197/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-197/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver