Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-199/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası,hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs2 barəsində olan Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-cü il tarixli 1(076)-12/2025 nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında qərarından təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinəəsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından təqsirləndirilən şəxs2 apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 1(076)-12/2025 nömrəli qərarı ilə Məhkum təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin ## #### 2025- cü il tarixli *(***)-**/**** saylı hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən 03 il 03 ay cəza almışdır. Cinayət qanunu normalarının düzgün tətbiq edilməməsindən qismən razı deyil. Şəmkir Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti etmək hüququ olduğunu bilir və ondan asılı olmayan səbəblərdən məhkum olduğu üçün hökmün surətini gec aldığı üçün apellyasiya şikayəti vermək imkanı üçün nəzərdə tutulan prosessual müddəti ötürmüşdür.Yuxarıda qeyd etdiyi halları nəzərə alıb ötürülmüş müddətin bərpa olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi1 hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, hökmün çıxarıldığı tarixdən qanunda nəzərdə tutulmuş müddətin keçdiyini, təqsirləndirilən şəxs2 bu müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 1(076)- 12/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını, təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 1(076)-12/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, qəbzlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-cü il tarixli *(***)-**/**** saylı hökmünün surəti məhkum təqsirləndirilən şəxs2 tərəfindən ##.##.2025-ci il tarixində şəxsən, rəsmi qəbz imzalanmaqla təhvil alınmışdır. Hökm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinin tələblərinə əsasən həbsdə saxlanılan təqsirləndirilən şəxs2 verildiyi andan 20 (iyirmi) gün müddətində məhkəməyə və təqsirləndirilən şəxs2 onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmadığı üçün qanuni qüvvəsini aldığından ## ##### 2025-ci il tarixdə icraya yönəldilməsinə dair göstəriş verilmişdir. Bununla yanaşı hökmün surəti ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə baxışında müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili müdafiəçi3 rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittham hökmündən apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyi yalnız həbsdə olan məhkuma istisna halı göstərməklə apellyasiya şikayətinin verilməsi müddətinin hökmün verildiyi vaxdan hesablanmasını müəyyən etmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Həmin Məcəllənin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, təqsirləndirilən şəxs2 apellyasiya şikayəti ilə əlaqədar dəlillərini, eləcə də, bu dəlillərə etiraz edən dövlət ittihamçısının rəyini dinləyərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Göründüyü ki, təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə ## #### 2025-cü il tarixli tarixdə hökm çıxarıldıqdan sonra surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanası vasitəsilə sonuncuya təqdim olunması üçün göndərilmişdir. Məhkəməyə təqdim olunmuş qəbzdə isə təqsirləndirilən şəxs2 tərəfindən barəsində olan ##.##.2025-ci il tarixli hökmünün surətini 19.03. 2025-ci il tarixdə alması qeyd olunmuşdur. Bununla yanaşı hökmün surəti ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə baxışında müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi3 rəsmi qaydada göndərilmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Məhkum təqsirləndirilən şəxs2 hökmün surətini rəsmi qəbzlə bir il bundan əvvəl alaraq onun məzmunu ilə tanış olmuş, lakin qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya hüququndan istifadə etməmişdir. Aradan bir il kimi uzun bir müddətin keçməsinə baxmayaraq, vəsatətdə müddətin ötürülməsini əsaslandıran qanunauvğun heç bir üzrlü və obyektiv səbəb göstərilməmiş və müvafiq sübutlar təqdim edilməmişdir. Qeyd olunanları rəhbər tutaraq, hökmün surətinin vaxtında rəsmən alınması faktı və hüquqi cəhətdən üzrlü səbəblərin olmaması standardı əsas götürülərək, məhkum təqsirləndirilən şəxs2 tərəfindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməməlidir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri araşdırılmış, lakin verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı hər hansı bir əlavə halın müəyyən edilməməsini qeyd edərək məhkəmə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün əsaslar görmür. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.4-cu maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli 1(076)-12/2025 nömrəli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(3-7)-199/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-199/2026
01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver