Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-202/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X2, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim R.M.Mustafayev) ##.##.1988-ci il ildə Göygöl rayonu Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, N saylı hərbi hissədə yuyucu maşın operatoru vəzifəsində işləmiş, deməsinə görə hazırda həmin vəzifədə işləməyən və fərdi əməklə məşğul olan, Göygöl şəhəri ** saylı hərbi şəhərcik mənzil 68 ünvanında qeydiyyatda olmaqla, Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 28 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iddiaçılar zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi ziyan” tələbinə dair mülki iddialarının təmin edilməsi, Təqsirləndirilən şəxs 2200 (iki min iki yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 41 (qırıx bir) manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs2 ödənilməsi, Təqsirləndirilən şəxs 2300 (iki min üç yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məslələr həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Göygöl rayon mərkəzi xəstəxanasına xadiməçi işinə düzəldəcəyini yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 2024-ci ilin avqust ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan vaxtda sonuncunun yaşadığı ünvanda ondan 2300 (iki min üç yüz) manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Göygöl şəhəri Dirçəliş qəsəbəsində yaşayan zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onun oğlu şahid4 Göygöl rayon xəstəxanasına 103 TTY maşınına sürücü düzəldəcəyini yalandan vəd verərək, vahid niyyətlə əhatə olunan davamlı qəsdlə ##.##.2025-ci il tarixdə istintaqa dəqiq məlum olmayan saatda Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Əminə” marketin qarşısında quraşdırılan ödəniş terminalından özünə məxsus “xxxx” ASC-yə aid olan ****-****-****-**** nömrəlikart hesabına 1.500 (min beş yüz ) manat, ##.##.2025-ci il tarixdə borclu olduğu tanışı İlyasov Rövşən Natiq oğluna məxsus kart hesabına isə 700 (yeddi yüz) manat olmaqla ümumilikdə 2.200(iki min iki yüz) manat məbləğində pulu köçürtdürüb aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, 2.000 (iki min ) manat pul verəcəyi halda, qeyd olunan əlaqələrindən istifadə edərək onu Göygöl rayon xəstəxanasına sürücü düzəldəcəyini yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs3 2025-ci ilin may ayının 07-də saat 19:27-də Göygöl rayonu A.Kazımov küçəsində yerləşən “E-manat” ödəniş terminalı vasitəsilə ****-****-****-**** nömrəli “xxxx” ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 2000(iki min) manat məbləğində pul alıb verdiyi vədlərə əməl etməyərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, maddi ziyan vurub təkrarən dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, bu mümkün olmadığı halda hökmün dəyişdirilməsini və barəsində şərti cəzanın verilməsi barədə, əgər bu mümkün olmazsa, övladlarının 14 yaşına çatanadadək hökmün icrasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Göygöl Rayon Məhkəməsi cəmi bir epizod işə görə, yəni cinayət hadisəsinə görə himayəsində azyaşlı övladlarının olmasını nəzərə almadan onun barəsində azadlığın məhdudlaşdırılması, yəni ayağına qolbağın bağlanması barədə məhkum olunmağına dair hökm çıxarmaqla, himayəsində olan 3 azyaşlı övladının acından ölməsinə səbəb olacaq. Məhkəmə hökm çıxarmaqla ədalətsizliyə yol vermiş olmuşdur. Belə ki, hal-hazırda heç yerdə işləmir, özü həm ankoloji xəstədir, həm də qaraciyərində olan xəstəliklə bağlı hepatit xəstəsidir və həmçinin övladı da xəstədir. Başqa yerdən gəliri və qazancı yoxdur. Göygöl şəhəri ərazisində işləməyi hal-hazırda qeyri-mümkündür. Ona görə də ona qolbaq cəzası verməklə Gəncə şəhər və ətraf rayonlarda birbaşa maneə yaradılmışdır. Onun himayəsində azyaşlı övladları olduğuna görə düşünür ki, uşaqları 14 yaşına çatanadək hökmün icrası təxirə alınmalı idi və ona hal-hazırki vəziyyətdə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza verilməməli idi. O, əvvəllər hərbidə mülki şəxs kimi işləmiş və əmək haqqı var idi. Halhazırda isə onun barəsində cinayət işinin başlanması ilə əlaqədar hərbidən təxris olunmuşdur. Həm də hərbi xidmət müddətində işləyən dövrdə də hepatit xəstəliyi var idi, onsuz da sağlamlığında olan problemlər hal-hazırda daha da artıb və övladlarını valideynlərinin hesabına güc bəla ilə saxlayır. Ona azadlığın məhdudlaşdırılması cəzasından daha yüngül cəza verilməsini xahiş edir. Yəni əgər şərti məhkumluq mümkündürsə, şərti məhkumluq verilsin ki, uşaqlarının azyaşlı olması, özünün xəstə olması, övladının birinin xəstə olması nəzərə alınsın. Hökmün icrası övladı 14 yaşına çatanadək təxirə alınsın”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmişdir, ziyanı ödəməkdən yayınmır, lakin hamısını birdəfəyə ödəməyə hazırda maddi imkanı çatmır, hazırkı gündə zərəçəkmişlərin hərəsinə 100 manat, sonra da hər ay 100 manat olmaqla ödənişlər etməyə hazırdır. Ona ağır, yəni təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs kirayədə qalır, aliment almır, Şəmkirə gedərək fəhləlik edir, himayəsində 3 azyaşlı övladı vardır və biri xəstə olduğundan Gəncəyə həkimə gətirir. Odur ki, Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində şərti cəzanın verilməsi barədə, əgər bu mümkün olmazsa, övladlarının 14 yaşına çatanadadək hökmün icrasının təxirə salınması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, cəza təyini zamanı təqsirləndirilən şəxsin qadın olması nəzərə alınaraq, ona humanist yanaşılaraq yüngül cəza təyin edildiyini bildirərək, cəzanın şərti tətbiq edilməsi üçün əsasların olmadığını göstərib apellyasiya şikayətinin təmin olunmadan, Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxslər (mülki iddiaçılar) zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 onlara dəymiş ziyandan indiyə kimi heç bir ödəniş edilmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmadan, Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza mübahisələndirilərək təqsirləndirilən şəxs barəsində şərti cəzanın verilməsi, əgər bu mümkün olmazsa, övladlarının 14 yaşına çatanadadək hökmün icrasının təxirə salınması xahiş edilir. İstər apellyasiya şikayətində, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə istinad olunan əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, işin tədqiq olunmuş digər halları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 178.2.2-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən, az ciddi cəza növü cəzanın məqsədlərinə nail olmaq üçün yetərli olmadıqda, məhkəmə daha ciddi cəza növünü tətbiq etməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Müdafiə tərəfinin mövqeyinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ağırdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, 178.2.2-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı, cərimə və azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin maddi və əmlak vəziyyətini nəzərə alaraq ona cərimə cəzasını, həmçinin digər şəxsiyyəti xarakterizə edən halları, yüngülləşdirilci halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasını təyin etməmiş, onun əməlində 3 epizod olmasını, zərərçəkmiş şəxslərdən iksinə dəymiş zərərdən heç bir ödəniş edilmədiyini və aralarında barışıq olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını 3 (üç) il müddətə təyin etməklə ədalətli, cəzanın məqsədlərini təmin edən həddə cəza təyin etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəmsinin ## ###### 2021-ci il tarixli Plenum qərarına əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respubliası Konstitusiya Məhkəməsinin ## #### 2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” qərarına əsasən ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına istinad edərək qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin cəzanın şərti tətbiq edilməsinə və ya hökmün icrasının təxirə salınmasına dair xahişinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hal-hazırkı vaxtda zərərçəkmiş şəxslərdən yalnız birinə dəymiş ziyan ödənilmiş, digər iki zərərçəkmiş şəxslərə dəymiş ziyandan heç bir ödəniş edilmədiyindən və barışıq əldə edilmədiyindən, təqsirləndirilən şəxsin cəzasının şərti hesab edilməsi və ya hökmün icrasının təxirə salınması zərərçəkmiş şəxslərin maraqlarının təmin edilməməsinə və sosial ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Həmçinin məhkəmə kollegiyası şərti cəzanın tətbiq edilməsi barədə apellyasiya şikayətində göstərilmiş xahişlə bağlı qeyd edir ki, CM-nin 70.1-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasının şərti olaraq tətbiq edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin «12» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-202/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-202/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver