Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-203/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), İ.İ.Ibişov və E.Y.Vəliyev) hökmü ilə ##.##.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalan, ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək, yəni 09 (doqquz) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və onun üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdə və mənbədən 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahılarının İ siyahısına daxil olan və 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların II siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,774 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,865 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 1 (bir) ədəd şəffaf sellofan bükümdə 2,012 qram, 1 (bir) ədəd gümüşü kağız bükümdə 0,384 qram, 1 (bir) ədəd qara kağız bükümdə 0,378 qram olmaqla, narkotik vasitə heroini isə 3 (üç) ədəd hər biri şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,304 qram, 0,281 qram və 0,280 qram olmaqla bölüb üzərində saxlayaraq yaşadığı evə daşımış, ## ### 2023-cü il tarixdə saat 23:40-da Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklə Mübarizə Idarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yolun kənarında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə Idarəsinin QBRŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən kağız paketdəki 1 (bir) ədəd “ROTHMANS” markalı siqaret qutusunda olan təmiz çəkiləri 1 (bir) ədəd şəffaf sellofan bükümdə 2,012 qram, 1 (bir) ədəd gümüşü kağız bükümdə 0,384 qram və 1 (bir) ədəd qara kağız bükümdə 0,378 qram olmaqla, ümumi təmiz çəkisi 2,774 qram külli miqdarda kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd gümüşü kağız bükümdəki 3 (üç) ədəd hər biri şəffaf sellofan bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,304 qram, 0,281 qram və 0,280 qram olmaqla, ümumi təmiz çəkisi 0,865 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Gəncə şəhər sakinləri X1, X3 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ##.##.2024-cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin dəmir torla hasara alınmış fermasının qarşısındakı bağ sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 (bir) baş dişi cinsli, 5 yaşlı, diri çəkisi 40 kq olan qiyməti 260 manat məbləğində, 1 baş dişi cinsli, 1 yaşlı, ağ rəngli, diri çəkisi 40 kq olan qiyməti 280 manat, ümumilikdə 540 manat məbləğində xırdabuynuzlu heyvanları gizli olaraq talayıb özünün idarə etdiyi “VAZ-2107” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq zərərçəkmiş zərərçəkmiş şəxs1 ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Gəncə şəhər sakinləri X1, X3 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ##.##.2024-cü il tarixdə Şəmkir rayonu, Abbaslı kəndində yerləşən zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin dəmir torla hasara alınmış fermasının qarşısındakı bağ sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 4 (dörd) baş, hər birinin diri çəkisi 40 kq, yaşları 1 (bir) yaş, hər biri ağ rəngli olmaqla qiyməti 300 manat məbləğində xırdabuynuzlu heyvanları gizli olaraq talayıb özünün idarə etdiyi “VAZ-2107” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq zərərçəkmiş zərərçəkmiş şəxs2 ümumilikdə 1200 (min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işə yenidən baxılmaqla barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilmir,polis əməkdaşları tərəfindən göstərilən təzyiq nəticəsində narkotik vasitənin ona məxsus olduğunu boynuna almalı olmuşdur. Bundan başqa, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə barəsində ağır cəza təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza seçilməsini, Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə isə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi və müdafiəçi ilə eyni məzmunda çıxış edərək barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza seçilməsini, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 234.1-1-ci, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, yüngülləşdirici halları kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş aşağı həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 2,774 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,865 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamasının sübuta yetirilmədiyindən, ümumiyyətlə həmin narkotik vasitə ona məxsus olmadığından CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, həmçinin barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza seçilməsi xahiş edilmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: DIN-in BNMI-nin QBRŞ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili şahid1 tərtib etdiyi ##.##.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək istifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur; DIN-in BNMI-nin QBRŞ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili şahid1 tərtib etdiyi ##.##.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək istifadə etməsində, satmasında və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır; ##.##.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə olan üç ədəd bükümdəki narkotik vasitə heroinə bənzər maddəni və üç ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmişdir. Içərisində heroinə bənzər maddə olan bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,03 qram, içərisində metamfetaminə bənzər maddə olan bükümlərinin ümumi çəkisinin isə 2,98 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 (bir) ədəd Samsung markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, “xxxx” ASC yə məxsus 01 (bir) ədəd plastik kart, “LeoBank”-a məxsus 01 (bir) ədəd plastik kart, həmçinin içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin heroin, psixotrop maddənin isə metamfetamin olduğunu, 2-3 ildir narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin istifadə etdiyini, üzərindən aşkar olunmuş üç ədəd bükümdə olan metamfetamini və bir ədəd bükümdəki üç ədəd bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl 210 manat qarşılığında təsadüfən tanış olduğu Rəşad adlı şəxsdən Bakı şəhərində əldə edərək üzərində saxladığını, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə vermədiyini, satmadığını, ancaq heroinin üzərindən bir qədər özünün istifadə etdiyini, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor və ya təzyiq göstərilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin ##.##.2023-cü il tarixli, **/*** nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd siqaret qutusunda olan üç ədəd bükümdə psixotrop maddə metamfetaminə və bir ədəd bükümdəki üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ROTHMANS markalı sıqaret qutusundakı:- 1 (bir) ədəd şəffaf sellofan bükümdə, 1 (bir) ədəd gümüşü kağız bükümdə, 1(bir) ədəd qara kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,012 qram, 0,384 qram və 0,378 qram olmaqla, ümumi təmiz çəkisi 2,774 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidir;- 1 (bir) ədəd gümüşü kağız bükümdəki 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,304 qram, 0,281 qram və 0,280 qram olmaqla, ümumi təmiz çəkisi 0,865 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının Il bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1 ci siyahısının İ bəndinə daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 2,774 qr., tədqiqata sərf edildi – 0,15 qr., qalıq – 2,624 qram. Heroinin ümumi təmiz çəkisi – 0,865 qr., tədqiqata sərf edildi – 0,15 qr., qalıq – 0,715 qram.; Təqsirləndirilən şəxs Oktay oğlu ##.##.2023-cü il tarixli şübhəli şəxs qismində verdiyi izahatında ## ### 2023-cü il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində, yolun kənarında olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, polis şöbəsində üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilnən zaman üzərindən bir neçə bükümdə narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetaminin aşkar edildiyini, həmin maddələri 210 manat qarşılığında təsadüfən tanış olduğu Rəşad adlı şəxsdən aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman ona qarşı qanunsuzluğa yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını bildirmişdir; ##.##.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş sonuncuya məxsus “Samsung” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir; Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2023-cü il tarixli, **** nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür; ##.##.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş sonuncuya məxsus “xxxx” ASC-yə məxsus 01 (bir) ədəd plastik kartına dair bank tərəfindən təqdim edilmiş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir; Gəncə şəhər prokurorluğunun müstəntiqi X5 tərəfindən 439 C-** nömrəli ilkin yoxlama materialı üzrə ##.##.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində ifadə verərkən Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını və həmin vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməsi xüsusatı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Abdulayev Zabit Oktay oğlunun polis əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncəyə və digər qanunsuz hərəkətlərə məruz qalması xüsusatı ilə bağlı Bağ Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli * saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi məhkum Abdulayev Zabit Oktay oğlunun CM-in 234.1-1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 234.1-1-ci maddəsilə bəraət verilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 2,774 qram psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,865 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlaması şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CMin 234.1-1-ci maddəsilə bəraət verilməsinə dair dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, apellyasiya şikayətinin digər dəlillərinə, yəni birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədиlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-203/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-203/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver