Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-204/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs – təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5, 234.1-ci maddəsi ilə və təqsirləndirilən şəxs1 234.2-cı maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), İ.İ.İbişov və E.Y.Vəliyevdən ibarət tərkibdə) ##.##.1996-cı il tarixdə Goranboy rayonu Şadılı kəndində anadan olan, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmayan, Goranboy rayonu Şadılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 CM-nin 32.5, 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclası zalında həbs edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının hökmün çıxarıldığı gündən, yəni # ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. Həmçinin hökmlə təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzasının saxlanılmışdır. Hökm təqsirləndirilən şəxs1 münasibətdə mübahisələndirilməmiş, apellyasiya şikayəti və ya protesti verilməmişdir. İŞİN HALLARI: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin əldə olunmasında vasitəçilik etməsi üçün ona müraciət etmiş tanışı şahid1 xahişi ilə təqsirləndirilən şəxs1 ilə mobil telefon vasitəsi ilə danışaraq şahid1 xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana istəmiş, təqsirləndirilən şəxs1 da xeyli miqdar təşkil edən ümumi təmiz çəkisi 6,74 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 70 manat müqabilində şahid1 sata biləcəyini dedikdən sonra o, bu barədə şahid1la danışaraq razılıq aldıqdan sonra sonuncudan təqsirləndirilən şəxs1 çatdırmaq məqsədi ilə 70 manat məbləğində pulu götürmüş, təqsirləndirilən şəxs1 da ümumi təmiz çəkisi 6,74 qram olan xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı ## ######## 2024-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu, Qaradağlı kəndinin ərazisində şahid1 verməklə ümumi təmiz çəkisi 6,74 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq şahid1 satmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs2 CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin edə bilərdi. Lakin təqsirləndirilən şəxs2 əməli CM-nin 234.4.1-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilərkən onun ilk məhkumluğunu, himayəsində iki yaşlı ata anasının olduğunu nəzərə almayaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Odur ki, qeyd olunan hökmün cəza hissəsi ilə razı deyildirlər. Hesab edir ki, təqsirləndirilən şəxs2 əməli CM-nin 234.4.1-ci maddəsindən 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Lakin cəza təyin edilərkən təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə yox, azadlığın məhdudlaşdırılması cəzası təyin oluna bilərdi. Lakin olunmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs2 indiyənə kimi narkotik vasitələrin qanunsuz dövriyəsi və satışı ilə məşğul olmamış və bununla bağlı məsuliyyətə cəlb olunmamışdır. Hesab edir ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ailə vəziyyətini və ilk dəfə məhkum olunduğunu nəzərə almalı və ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməli idi”. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən narazı olduğunu bildirərək hökmün dəyişdirilməsini və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətlərini müdafiə edib ona uyğun çıxış edərək onun barəsində olan cəzanı yüngülləşdirilən halların nəzərə alınmadığını bildirərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, cəzasının yüngülləşdirilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəza hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətlərin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlayaraq müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə tərəfindən ittiham hökmü çıxarılarkən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirli olaraq CM-nin 32.5, 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə cinayət hadisəsinin törədilməsi, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması, cinayət əməlinin təqsirli olaraq törədilməsi tamamilə sübuta yetirilmiş, təqsirləndirilən şəxs2 əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 32.5, 234.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Kollegiya həmin sübutları hazırki qərarda təkrarən sadalanmasına zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 32.5, 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, təqsirləndirilən şəxs2 əməlində CM-nin 32.5, 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməli CM-nin 32.5, 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Bununla belə məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi ona CM-nin 2, 8.1, 41 və 58-ci maddələrinin tələblərinə uyğun olmayan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarındakı tövsiyələrə yetərincə əməl etmədən nisbətən sərt cəza təyin etmişdir və təqsirləndirilən şəxs2 təyin edilmiş cəza azaldılmalıdır. Belə ki, təqsirləndirilən şəxs2 istinad edilən CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs CM-nin 32.5, 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CMnin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəzasını yüngüllləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini etiraf etməsi, səmimi peşmançılıq hissi keçirməsi, ailəsinin yeganə qazanc gətirən şəxsi olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməmiş və cəza təyini zamanı nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası tördilmiş əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan hesab edilir. Həmçinin yuxarıda qeyd edilən hallar CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilərək nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı həddinə yaxın cəza təyin edilməsi məqsədəmüvafiqdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası humanistlik göstərərək, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 32.5, 234.1-ci maddəsinin sanksiyası həddində nisbətən yüngül cəza təyin etməklə cəzanın məqsədinə nail olunacağı qərarına gəlir. CPM-in 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CPM-in 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş cəzanı yüngüləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə əsasən cəza hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 32.5, 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 9 (doqquz) ay müddətə endirilməli, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq təqsirləndirilən şəxs2 üzərində 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən təqsirləndirilən şəxs2 aid cəza hissəsində dəyişdirilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «7» may 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 9 (doqquz) ay müddətə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq təqsirləndirilən şəxs2 üzərində 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-204/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-204/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver