Məhkəmə qərarları › İş №1(3-7)-206/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-206/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-206/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Fətəliyev İlqar Vaqif oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (sədrlik edən Bayram Məhərrəmov) hökmü ilə ## ###### 1982-ci il tarixdə Ağdərə rayonu, Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, ** saylı İmamqulubəyli qəsəbəsi ev 167-də yaşamış, barəsində Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək tutulduğu 1 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, üzərinə yaşadığı Ağdam rayonu, ** saylı İmamqulubəyli qəsəbəsi, *** nömrəli evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi həll olunmuşdur. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs təkrarən özgənin dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025ci il tarixdə saat 23 radələrində özünə məxsus atla Bərdə rayonu, Xanərəb kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/X.5 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 33 metr uzunluğunda ümumi dəyəri 191 manat, 73 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 191 manat, 73 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir.Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmü, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə daha ağır - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdə saat 23 radələrində özünə məxsus atla Bərdə rayonu, Xanərəb kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/938 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 33 metr uzunluğunda ümumi dəyəri 191 manat, 73 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qaraqırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 191 manat, 73 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Şahvəlilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Ş.1 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 33 metr uzunluğunda ümumi dəyəri 191 manat, 73 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 191 manat, 73 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Şahvəlilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/1230 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 19 metr uzunluğunda ümumi dəyəri 110 manat, 39 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 110 manat, 39 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Şahvəlilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/1313 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 20 metr uzunluğunda ümumi dəyəri 116 manat, 20 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 116 manat, 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Soğanverdilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/1203 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 18 metr uzunluğunda ümumi dəyəri 104 manat, 58 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 104 manat, 58 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Soğanverdilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/776 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 24 metr uzunluğunda ümumi dəyəri 139 manat, 44 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 139 manat, 44 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Soğanverdilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/1222 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 18 metr uzunluğunda ümumi dəyəri 104 manat, 58 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 104 manat, 58 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Soğanverdilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/1195 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 19 metr uzunluğunda ümumi dəyəri 110 manat, 39 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 110 manat, 39 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Soğanverdilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/S.5 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 36 metr uzunluğunda ümumi dəyəri 209 manat, 16 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 209 manat, 16 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus atla Bərdə rayonu, Soğanverdilər kəndi ərazisinə gəlib həmin kəndin şərq hissəsində quraşdırılmış Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 08/S.6 reper nömrəli subartezian quyusunda olan su nasoslarını elektrik enerjisi ilə təmin edən 1 metrinin dəyəri 5 manat 81 qəpik olmaqla 20 metr uzunluğunda ümumi dəyəri 116 manat, 20 qəpik məbləğində dövlət və ictimai əhəmiyyətli VPP-25-lik mis kabellərdən ibarət elektrik xətlərini əvvəlcədən özü ilə gətirdiyi üzərində “ERT” yazısı olan qara-qırmızı rəngli əlcəyi əlinə geyinib qırmızı qulplu kəlbətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş şəxs Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X1 Sistemlərinin İstismarı İdarəsinə ümumilikdə 116 manat, 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmü, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə daha ağır - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin aşağıda şərh edilənlərə görə məhkəmənin həmin hökmü əsassız olduğundan dəyişdirilməlidir. Belə ki, CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda,CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, "Məhkəmələr tərəfindən cinayət cezalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növüvə miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsine fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tələblərini, cəza təyin edərkən Təqsirləndirilən şəxs ##.##.2025- ##.##.2025-ci il tarixlərdə, yəni 3 gün ərzində 11 epizod üzrə zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla oğurluq etməsini və işin digər faktiki hallarını nəzərə almamış, nəticədə ona təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzanın təyin olunması törədilən cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da, məhkəmə nəzərdən qaçırmamalı idi ki, əvvəllər 2 dəfə məhkum edilməsinə baxmayaraq heç bir halda islah təsiri olmamış və yenidən oğurluq cinayəti törətmişdir. Yəni oğurluq cinayətinə görə cərimə kimi alternativ cəzaya məhkum edilmiş şəxsin yenidən eyni xarakterli çoxepizodlu (11 epizod) oğurluq cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsi cəzanın məqsədlərinə nail olunmasına xidmət edə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs başqa xarakterli cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsindən də nəticə çıxartmadığı aydın olur. Bundan başqa, məhkəmə 11 epizod üzrə vurulmuş maddi ziyanların yalnız dəyərinə deyil, həmçinin həmin ziyandan zərərçəkən hüquqi şəxsin (Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin) rayon ərazisində hansı əhəmiyyətə malik funksiyaları icra etdiyinə əhəmiyyət versə idi, ədalətli cəza vermiş olardı. Belə ki, ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi yeri olan Bərdə rayonu ərazisində əkin sahələrinin suvarılmasında istifadə edilən artezianların elektrik enerjisi təminat naqillərinin kəsilməsi nəticəsində əkin sahələrinə vurula bilən ziyan, elecə də enerji təminatının bərpasının müəyyən zaman aparması nəticəsində zərərçəkmiş şəxsin nümayəndəsinin qeyd etdiyi kimi suyun uzun zaman gəlməməsi nəticəsində kənd camaatı arasında böyük narazılıqlar yaranmasına səbəb olması məhkəmə tərəfindən xüsusi diqqətə alınmalı məsələlər olmalı idi Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi, təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarından islah olmamasını, həmçinin oğurluq edilən yerlərin strateji əhəmiyyətə malik olması nəzərə alnaraq protestin təmin olunmasını və təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən təklif edilən həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini, bu səbəbdən humanist mövqedən yanaşaraq ondan şikayətçi olmadıqlarını, bununla belə mis naqillərin oğurluğu ilə bağlı artezianların fəaliyyətinin müəyyən müddətə dayandığını və bununla bağlı əkin sahələrinin suvarılmasında problemlər yarandığını və insanların haqlı narazılıqlarının yarandığını bildirdi, apellyasiya protestinə münasibətdə isə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya protestinə etiraz etdi və bildirdi ki, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həm törədilmiş cinayətin xarakterinə, həm də təqsirkarın şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə xidmət edir, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin ailəsini ağır vəziyyətə salacaqdır, buna görə protestin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz etdi və bildirdi ki, əməlindən peşmandır, protestin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apelyasiya protestinin dəlilləri həcmində araşdıran məhkəmə kollegiyası cinayət prosesinin tərəflərini dinləyib hesab edir ki, hökm cəza hissəsində dəyişdirilməlidir. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Apelyasiya protestinin dəlillərindən, habelə ittiham və müdafiə tərəfinə aid proses iştirakçılarının mövqeyindən aydın olur ki, ittiham tərəfi əsasən cəza məsələsini mübahisələndirmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cəza məsələsinə keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin tövsifi mübahisələndirilməsə də kollegiya CPM-nin 397-ci maddəsinin tələbləri baxımından əməlin tövsifi məsələsini yoxlamış və istintaq orqanının və birinci instansiya məhkəməsinin tövsiflə bağlı hissədə düzgün nəticəyə gəldiyini müəyyən etmişdir. Apelyasiya protestinin dəlillərinə uyğun olaraq kollegiya cəza ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi cəza ilk növbədə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı kateqoriyaya aid olmasından ibarətdir. CM-in 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirdiyini, həmçinin zərərinn ödənildiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum etməklə ədalətli olmayan cəza təyin etmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs iki dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, bununla belə növbəti dəfə cinayət əməli törətməklə islah olmadığını göstərmiş, həmçinin planlı şəkildə 3 gün ərzində 11 epizod üzrə oğurluq hadisəsi törətməklə dövlət əhəmiyyətli obyektlərə ziyan vurmaqla cinayətkar niyyətini ortaya qoymuşdur. Eyni zamanda, əməlindən səmimi peşman olduğunu bildirsə də, cinayətin açılması onun etirafı deyil, müvafiq istintaq hərəkətləri gedişində mümkün olmuşdur. Bu hal onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsə alındığı andan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Gəncə şəhər * saylı İstintaq Təcridxanasına təqdim edilərək təcridxanada saxlanılması, iş üzrə icraatın təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli arayışdan görünür ki, başlanmış axtarış işi gedişində Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-in 19-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Bərdə RPŞ-in MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanası tərəfindən təqdim edilən ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hakim Salman Hüseynovun hesabına müəssisəyə daxil olmuşdur. "Məhkəmələr tərəfindən cinayət cezalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tetbiqi məsələsi müzakirə edilərkən cəzanın növüvə miqdarının seçilmesinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası işin hallarını CM-nin 8.1, 41.2 və 58.3-ci maddələrində nəzərdə tutulan meyarlar baxımından nəzərdən keçirərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə 02 (iki) ilmüddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## #### 2026-cı il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar