Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-210/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X3, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim Həsənli Məhəmməd) ##.##.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, “AAF PARK” yaşayış kompleksində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən onun hazırkı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək həbsdə saxlandığı 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və onun cəzasının əvvəli ## ##### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirdərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə onun cinayətkar niyyətindən məlumatı olmayan tanışı şahid3 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən suiistifadə edərək sonuncunun əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü yalandan “xxxx” şirkətinin təsisçisi, etibarlı və işgüzar tərəfdaş kimi təqdim edərək, sərfəli qiymətlərlə ev və ya mənzillərin təmir və tikinti işləri ilə məşğul olduğunu deyərək, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun ünvan 4 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evini şifahi razılaşma ilə bütün xərclər daxil olmaqla 3800 manat pul müqabilində tam təmir edərək təhvil verəcəyinə dair vəd verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində və iqtidarında olmadığı halda, öz cinayətkar məqsədindən çıxış edərək ## ### 2024-cü il tarixdə ünvan 4 ünvanında zərərçəkmiş şəxs3 3800 (üç min səkkiz yüz) manat pulunu alıb ələ keçirərək, verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə 2024-cü ilin iyun ayının əvvəllərində sərfəli şərtlərlə ev və mənzil təmirini həyata keçirməsi barədə elanlar olan “tap.az” saytında yerləşdirdiyi elanla bağlı müştəri kimi ona müraciət edərkən tanış olduğu zərərçəkmiş şəxs4 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü yalandan “xxxx” şirkətinin təsisçisi, etibarlı və işgüzar tərəfdaş kimi təqdim edərək, sərfəli qiymətlərlə ev və ya mənzillərin təmir və tikinti işləri ilə məşğul olduğunu deyərək, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun ünvan 3 ünvanında yerləşən 3 otaqdan ibarət mənzilini əsaslı təmir edəcəyi haqda şifahi razılaşma ilə bütün xərclər daxil olmaqla 15000 manat pul müqabilində tam təmir edərək təhvil verəcəyinə dair vəd verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində və iqtidarında olmadığı halda, öz cinayətkar məqsədindən çıxış edərək, təmirə başlamanın xərcləri adı ilə ## #### 2024-cü il tarixdə saat 18:28-də özünə məxsus "Uni Bank"a aid **************** nömrəli kart hesabına ünvan 8 ünvanında yerləşən “Bravo” mağazasında quraşdırılmış “milliön” ödəniş terminalından X2 tərəfindən mədaxil olmuş zərərçəkmiş şəxs4 məxsus 1400 manat pulu, ## #### 2024-cü il tarixdə saat 15:57-də ünvan 3 ünvanında olarkən “ABB” mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs4 oğlu X2 məxsus “Azərbaycan Beynəlxalq Bankı”-na aid **************** nömrəli kart hesabından özünə məxsus "Uni Bank"a aid **************** nömrəli kart hesabına köçürülmüş zərərçəkmiş şəxs4 məxsus 2500 manatı, ## #### 2024-cü il tarixdə saat 00:01-də özünə məxsus "Uni Bank"a aid **************** nömrəli kart hesabına ünvan 7 ünvanında yerləşən “Bizim market” mağazasında quraşdırılmış “mpay” ödəniş terminalından Emin Mürsəlov tərəfindən mədaxil olmuş zərərçəkmiş şəxs4 məxsus 500 manat pulu, ## #### 2024-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanında zərərçəkmiş şəxs4 2000 manat nəğd pulu, həmin tarixdə saat 18:38-də özünə məxsus "Uni Bank"a aid **************** nömrəli kart hesabına Göygöl rayonu Qızılca qəsəbəsində yerləşən adsız marketdə quraşdırılmış ****** nömrəli “eManat” ödəniş terminalından Emin Mürsəlov tərəfindən mədaxil olmuş zərərçəkmiş şəxs4 məxsus 1501 manat pulu, ## #### 2024-cü il tarixdə saat 20:27-də ünvan 3 ünvanında olarkən “ABB” mobil tətbiqi vasitəsilə Emin Mürsəlova məxsus “Azərbaycan Beynəlxalq Bankı”na aid **************** nömrəli kart hesabından özünə məxsus “Uni Bank”-na aid **************** nömrəli kart hesabına köçürülmüş zərərçəkmiş şəxs4 məxsus 500 manat pulu, ## #### 2024-cü il tarixdə saat 21:30-da ünvan 1 ünvanında olmuş Emin Mürsəlov özünə məxsus “ABB” mobil tətbiqi vasitəsilə “Azərbaycan Beynəlxalq Bankı”-na aid **************** nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus “Uni Bank”-na aid **************** nömrəli kart hesabına köçürdüyü zərərçəkmiş şəxs4 məxsus 500 manat pulun köçürülməsini təmin edib, alıb ələ keçirərək verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 8901 (səkkiz min doqquz yüz bir) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə 2024-cü ilin iyun ayının sonlarında sərfəli şərtlərlə ev və mənzil təmirini həyata keçirməsi barədə elanlar olan “tap.az” saytında yerləşdirdiyi elanla bağlı müştəri kimi ona müraciət edərkən tanış olduğu zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü yalandan “xxxx” şirkətinin təsisçisi, etibarlı və işgüzar tərəfdaş kimi təqdim edərək, sərfəli qiymətlərlə ev və ya mənzillərin təmir və tikinti işləri ilə məşğul olduğunu deyərək, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun ünvan 9 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilini əsaslı təmir edəcəyi haqda görüntü yaratmaq, həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və müştərisi ilə arasında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan mülki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün özünə sərfəli şərtlərlə formal olaraq tərtib etdiyi ## #### 2024-cü il tarixli müqavilə əsasında bütün xərclər daxil olmaqla 5700 manat pul müqabilində tam təmir edərək təhvil verəcəyinə dair vəd verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində və iqtidarında olmadığı halda, öz cinayətkar məqsədindən çıxış edərək, təmirə başlamanın xərcləri adı ilə ## #### 2024-cü il tarixdə saat 21 radələrində ünvan 6 ünvanında zərərçəkmiş şəxs5 170 manat nəğd pulunu, ## #### 2024-cü il tarixdə saat 10:57-də özünə məxsus "Uni Bank"a aid **************** nömrəli kart hesabına Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ilə Əli Nəzmi küçələrinin kəsişməsində yerləşən Gəncə X10rşısında quraşdırılmış “eManat” ödəniş terminalından zərərçəkmiş şəxs5 tərəfindən mədaxil olmuş 1000 manat pulu, ## #### 2024cü il tarixdə saat 11:53-də özünə məxsus "Uni Bank"a aid **************** nömrəli kart hesabına ünvan 5 ünvanında quraşdırılmış “milliön” ödəniş terminalından zərərçəkmiş şəxs5 tərəfindən mədaxil olmuş 2500 manat pulu, ## #### 2024-cü il tarixdə saat 09:48-də ünvan 9 ünvanında olarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid olan “Bir Bank” mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs5 məxsus **************** nömrəli kart hesabından özünə məxsus “Uni Bank”na aid **************** nömrəli kart hesabına köçürülmüş 500 manat pulu, ## #### 2024-cü il tarixdə saat 16:55-də ünvan 9 ünvanında olarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid olan “Bir Bank” mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs5 məxsus **************** nömrəli kart hesabından özünə məxsus “Uni Bank”-na aid **************** nömrəli kart hesabına köçürülmüş 750 manat pulun köçürülməsini təmin edib, alıb ələ keçirərək verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə 2024-cü ilin iyun ayının sonlarında əvvəllər müşdəri kimi tanış olduğu zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü yalandan “xxxx” şirkətinin təsisçisi, etibarlı və işgüzar tərəfdaş kimi təqdim edərək, sərfəli qiymətlərlə ev və ya mənzillərin təmir və tikinti işləri ilə məşğul olduğunu deyərək, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, təmir etdiyi ev və mənzillərə gərək olan tikinti materiallarını götürərək sonradan pulunu ödəyəcəyini deyib aldadaraq, ## #### 2024-cü il tarixdə sonuncunun icarəyə işlətdiyi Gəncə şəhəri, 28 may küçəsindəki “Nəhəng Daş” ticarət mərkəzində yerləşən inşaattikinti materialları satışı mağazasında zərərçəkmiş şəxs1 bir ədədinin qiyməti 9 manat 90 qəpik olan 396 manat dəyərində 40 ədəd alçipan, bir ədədinin qiyməti 3 manat olan 720 manat dəyərində 240 ədəd “C profil”, bir ədədinin qiyməti 2 manat 15 qəpik olan 516 manat dəyərində 240 ədəd “U profil”, bir kiloqramının qiyməti 2 manat olan 40 manat dəyərində 20 kiloqram 70 santimerlik mismar, bir kiloqramının qiyməti 4 manat 80 qəpik olan 72 manat dəyərində 15 kiloqram 100 santimetrlik dubil mismar, bir kiloqramının qiyməti 5 manat 50 qəpik olan 55 manat dəyərində 10 kiloqram alçipan üçün nəzərdə tutulan vint, bir kiloqramının qiyməti 4 manat olan 40 manat dəyərində 10 kiloqram 50 santimetrlik vint, bir ədədinin qiyməti 8 manat olan 80 manat dəyərində 10 ədəd böyük montaj köpüyü, bir ədədinin qiyməti 4 manat olan 40 manat dəyərində 10 ədəd şəffaf silikon, bir kisəsinin qiyməti 9 manat 50 qəpik olan 142 manat 50 qəpik dəyərində 15 kisə “Norm” əmtəə nişanlı sement, bir kisəsinin qiyməti 5 manat 80 qəpik olan 116 manat dəyərində 20 kisə “Akdeniz” əmtəə nişanlı astar gips suvağı, bir kisəsinin qiyməti 6 manat 30 qəpik olan 94 manat 50 qəpik dəyərində 15 kisə “Akdeniz” əmtəə nişanlı üzlük gips suvağı və bir ədədinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd adsız dubil tapancasını alıb ələ keçirərək verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 2412 (iki min dörd yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə 2024-cü ilin iyun ayının sonlarında sonuncunun cinayətkar niyyətindən məlumatı olmayan tanışı şahid2 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü yalandan “xxxx” şirkətinin təsisçisi, etibarlı və işgüzar tərəfdaş kimi təqdim edərək, sərfəli qiymətlərlə ev və ya mənzillərin təmir və tikinti işləri ilə məşğul olduğunu deyərək, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, təmir etdiyi ev və mənzillərə gərək olan tikinti materiallarını hissə-hissə götürərək sonradan pulunu ödəyəcəyini deyib aldadaraq, ## #### 2024-cü il tarixdə sonuncunun icarəyə işlətdiyi Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Güvən Inşaat” inşaat-tikinti materialları satışı mağazasında zərərçəkmiş şəxs2 bir kisəsinin dəyəri 7 manat olan 350 manat dəyərində 50 kisə “Mətanət” əmtəə nişanlı kafel yapışdırıcısı, bir kisəsinin dəyəri 6 manat 50 qəpik olan 117 manat dəyərində 18 kisə “Ağdəniz” əmtəə nişanlı üzlük gips suvağı, bir kisəsinin dəyəri 6 manat 50 qəpik olan 130 manat dəyərində 20 kisə “Ağdəniz” əmtəə nişanlı astar gips suvağı olmaqla ümumi dəyəri 597 manat olan tikinti materiallarını, bundan sonra ## #### 2024-ci ilin tarixdə eyni məqsədlə eyni yerdən bir kisəsinin dəyəri 9 manat 50 qəpik olan 475 manat dəyərində 50 kisə “Norm” əmtəə nişanlı sement, bir kisəsinin dəyəri 6 manat 50 qəpik olan 520 manat dəyərində 80 kisə “Ağdəniz” əmtəə nişanlı astar gips suvağı, bir kisəsinin dəyəri 6 manat 50 qəpik olan 195 manat dəyərində 30 kisə “Ağdəniz” əmtəə nişanlı üzlük gips suvağı, bir kiloqramının qiyməti 5 manat olan 125 manat dəyərində 25 kiloqram 100 santimetrlik dubil mismar, bir kiloqramının qiyməti 2 manat olan 100 manat dəyərində 50 kiloqram 70 santimerlik mismar, bir ədədinin qiyməti 9 manat olan 27 manat dəyərində 3 ədəd 750 milliqram ölçüdə “Fab” əmtəə nişanlı montaj köpüyü, bir ədədinin qiyməti 9 manat olan 108 manat dəyərində 12 ədəd “Fab” əmtəə nişanlı montaj köpüyü, bir ədədinin qiyməti 10 manat olan 1000 manat dəyərində 100 ədəd alçipan, bir metrinin qiyməti 1 manat olan 1440 manat dəyərində 0,65 millimetr ölçüdə 1440 metr “C profil”, bir ədədinin qiyməti 70 qəpik olan 756 manat dəyərində 0,70 millimetr ölçüdə 1080 ədəd “U profil”, bir ədədinin qiyməti 25 qəpik olan 1300 manat dəyərində 20 santimetr ölçüdə 5200 ədəd əqrəb formalı dayağını alıb ələ keçirərək verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olnumuş qəsdlə 6643 (altı min altı yüz qırx üç) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə razılaşmadığını və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi (vəkil) Ayaz Hüseynov şikayətin dəlillərini dəqiqləşdirərək göstərdilər ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşağı həddə cəza verilməsini, eyni zamanda ittihamda ona göstərilən ödənişlərin məbləği ilə razı olmadığını, ona görə ki, o, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 3800 (üç min səkkiz yüz) manat pul, zərərçəkmiş şəxs4 ittiham aktında göstərilən məbləğdən artıq 9500 (doqquz min beş yüz) manat pul, zərərçəkmiş şəxs5 4920 (dörd min doqquz yüz iyirmi) manat pul, zərərçəkmiş şəxs1 2412 (iki min dörd yüz on iki) manat pul, zərərçəkmiş şəxs2 6643 (altı min altı yüz qırx üç) manat pulu aldığını təsdiq edir, lakin zərərçəkmiş şəxslərin verdikləri pulların bir qismini təmirə xərcləməsini, yəni aldığı materiallar üçün çəkdiyi xərcin zərərçəkmiş şəxslərə ödəməli olduğu məbləğin azaldılmasını xahiş edir. Eyni zamanda o, pulların digər qismini isə özünün şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və şikayətin təmin edilməməsini, eyni zamanda təqsirləndirilən şəxslə barışmadıqlarını, ondan şikayətçi olduqlarını, onlara dəymiş maddi ziyandan heç bir ödənişin olmadığını göstərmişlər. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı Bəhruz Cabbarlı şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini, eyni zamanda hökm ədalətli və qanuni olduğuna görə hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı ittihamda göstərilən ödənişlərin məbləğinin yüksək olması mübahisələndirilir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.2ci və 178.2.4-cü maddələrinin tərkib əlamətləri vardır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər tərəfindən ona verilmiş ödənişlərin bir qismini işlərin yerinə yetirilməsinə, yəni aldığı materiallar üçün çəkdiyi xərcin zərərçəkmiş şəxslərə ödəməli olduğu məbləğin azaldılmasını xahiş etməsi xüsusatı aşağıdakı əsaslara görə əsassızdır. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxslər hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, onunla barışmadıqlarını, onlara dəymiş maddi ziyanın ödənilməməsini göstərmişlər. Təsadüfü deyil ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində ifadə və izahatlarında zərərçəkmiş şəxslər tərəfindən ona ödənilmiş pulların bir qismini şəxsi ehtiyaclarına xərclədiyini göstərmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində “...aldığım inşaat materialları üçün çəkdiyim xərcin zərərçəkmiş şəxslərə ödəməli olduğu ödənişlərdən azalmasını xahiş edirəm, belə ki, zərərçəkmiş şəxs4 evində təmir işi görərkən təxminən 4500 manat məbləğində inşaat materialları almışam, həmçinin zərərçəkmiş şəxs5 evi üçün də inşaat materialları almışam” deməsi ondan bunu nə ilə sübut etməsi soruşulduqda o cavabında “...Nə qədər məbləğdə material işlətməsini telefonda olan videogörüntülər və “Whatsapp” sosial şəbəkə platformasında olan mesajlaşmalar sübut edir, videogörüntülərə baxılaraq evdə olan təmirin vəziyyətinə əsasən inşaat materiallarının qiyməti hesablana bilər, lakin nömrəsi xarab olduğundan həmin sübutu hazırda təqdim edə bilmir”. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən xüsusatın özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq və ya məsluiyyətlərini yüngülləşdirmək, habelə özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Bununla yanaşı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi xüsusatı təsdiq edən mötəbər sənəd təqdim edə bilməmişdir. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alaraq barəsində hökmlə təyin olunmuş və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün barəsində məcburi gətirilmə və həbsli axtarış barədə qərarların çıxarılmasının şəxsiyyətini mənfi səciyyələndirməsini, zərərçəkmiş şəxslərə olan borcundan bugünədək heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslərin hazırda şikayətçi olmalarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab etmişdir. Bununla yanaşı apellyasiya məhkəməsində belə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə olan borcundan bugünədək heç bir ödəniş etməməsini və zərərçəkmiş şəxslərin hazırda ondan şikayətçi olmalarını və onunla barışmamalarını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün və ya ona daha aşağı həddə cəzanın təyin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün və ya daha aşağı həddə cəzanın təyin edilməsini hazırki iş materialları ilə təhlil etdikdə cəzanın məqsədlərinə çatmasına və təqsirləndirilən şəxsin islah olunmasını əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-210/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-210/2026
20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver